Yaxın həftələrdə baş nazir Artur Rasizadə səhhəti ilə əlaqədar istefa ərizəsi yazacaq və təmtəraqla təqaüdə yola salınacaq. Moderator.az-ın xəbərinə görə, bu barədə «Bizim Yol»a hakimiyyətdəki etibarlı mənbə məlumat verib.
Mənbə bildirib ki, hakimiyyət seçkilərlə bağlı böyük plan hazırlayıb. Burada həm seçki ərəfəsində, həm də seçkidən sonra həyata keçiriləcək tədbirlər əksini tapıb. Hakimiyyət öz namizədinin qələbəsi üçün bütün mümkün variantlardan yararlanmağı qarşısına məqsəd qoyub. Ona görə də hakim komandada dəyişikliklərdən tutmuş, seçkilərlə bağlı ciddi rezonans doğuran addımların atılması mümkündür.
Mənbə bildirib ki, yeni baş nazirin kim olacağı ilə bağlı hazırda müzakirələr gedir. Onların arasında maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov və hakimiyyətin nüfuzlu nazirlərdən birinin adları daxildir.
Mənbə hakimiyyətin daha bir neçə kadr dəyişikliklərinə gedəcəyini mərkəzi aparatda və yerlərdə mənfi imc qazanmış şəxslərin iqtidar komandasından kənarlaşdırılacağını vurğulayıb.