Xəbər lenti
27/01/2020 [00:29]:
"Əgər epidemiyanın qarşısı alınmasa, Azərbaycanda çin mallarının qıtlığı yarana bilər"
27/01/2020 [00:03]:
“Deputatlıq onlara millətə yuxarıdan aşağı baxmaq üçün lazımdır”
26/01/2020 [23:31]:
DYP İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı açıqlama yayıb
26/01/2020 [23:21]:
Trampın gizli videosu yayıldı, işlər lap dolaşdı -FOTO/VİDEO
26/01/2020 [23:16]:
Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
26/01/2020 [23:11]:
Azərbaycanlı Rusiya ordusuna məxsus radioaparatı ABŞ-a göndərmək istəyərkən tutulub - FOTO
26/01/2020 [23:05]:
Gəncədə 17 yaşlı qız doğuş etdi, uşaq öldü
26/01/2020 [22:45]:
Hafiz Haciyev seçicilərlə görüş keçirib -FOTOLAR
26/01/2020 [22:32]:
"İrəvan, Zəngəzur, Göyçə kimi Qarabağı da itirmək istəmiriksə hərəkətə keçməliyik..."
26/01/2020 [22:15]:
Mahmud İsmayılov Biləsuvarda məskunlaşan Cəbrayıllı seçicilərlə görüşdü - FOTOLAR
26/01/2020 [22:08]:
Şairlər Akif Nağını dəstəkləmək üçün Seçki Qərargahına gəldilər
26/01/2020 [21:52]:
Qənirə Paşayeva Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb -FOTOLAR
26/01/2020 [21:45]:
ABŞ mediasının diqqətini Moskvadakı mini-tank atraksionu cəlb etdi...-VİDEO
26/01/2020 [21:20]:
Tovuzda qardaş qardaşı bıçaqlayıb
26/01/2020 [21:19]:
Nobel mükafatçısı Olga Tokarçkun mənzili qarət edilib
26/01/2020 [21:03]:
Türkiyədəki zəlzələ zamanı dünyaya gələn körpənin ilk anları görüntüləndi - VİDEO
26/01/2020 [20:20]:
Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO
26/01/2020 [19:28]:
Əli Məsimlinin seçiciləri ilə növbəti dəfə izdihamlı görüşü baş tutdu - FOTOLAR
26/01/2020 [19:24]:
Yanğın baş verən binada yaşayan köçkünlər kirayə mənzilə yerləşdirilib - RƏSMİ
26/01/2020 [19:18]:
Azər Quliyev seçicilərlə növbəti görüş keçirib - FOTOLAR
26/01/2020 [19:16]:
Kişi onu döyən gəncləri avtomat atəşinə tutdu - VİDEO
26/01/2020 [18:21]:
Ukrayna prezidenti 2019-cu ildə 97 nəfəri əfv edib
26/01/2020 [18:16]:
Karantin elan edilən şəhərlərdən azərbaycanlıların çıxarılması ilə bağlı Çin hökuməti ilə danışıq aparılır
26/01/2020 [18:08]:
Füzuli Məmmədov erməni fitnəsinin qurbanlarına sahib çıxdı... FOTO/VİDEO
26/01/2020 [17:53]:
Ukraynada Azərbaycan diasporu "Mari Akopyan işi" ilə bağlı mövqeyini açıqladı
26/01/2020 [17:37]:
“Qarabağla bağlı qəti addımın nə zaman atılacağı qərarını yalnız ali baş komandan verə bilər”
26/01/2020 [17:30]:
Təxliyə edilən tələbələr Bakıya çatdı
26/01/2020 [17:29]:
Oğuzda dağlıq-meşəlik ərazi yanır
26/01/2020 [16:37]:
Deputatlığa namizəd ölkəmizin tanınmış idmançıları ilə görüşdü - FOTOLAR
26/01/2020 [16:31]:
Türkiyə zəlzələ zonasından təxliyyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salınıb - YENİLƏNİB
26/01/2020 [16:29]:
Messi şəxsi antirekordunu təkrarlayıb
26/01/2020 [16:20]:
Dağıstan rəhbəri Azərbaycana səfərə hazırlaşır
26/01/2020 [16:12]:
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirilib - FOTOLAR
26/01/2020 [16:06]:
Qudalar qoşulub qaçdı - Toy təxirə düşdü
26/01/2020 [15:44]:
Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMA
26/01/2020 [15:35]:
Həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb
26/01/2020 [15:34]:
Qarabağlı siyasətçilər işğal olunmuş rayonların qaytarılmasını istisna edir
26/01/2020 [15:32]:
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi başa çatır - YENİLƏNİB
26/01/2020 [15:29]:
Bakıda dəm qazından kütləvi zəhərlənmə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
26/01/2020 [15:27]:
Sabah növbədənkənar parlament seçkilərilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq
26/01/2020 [14:59]:
İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib
26/01/2020 [14:59]:
Tramp İranla sanksiyaların ləğvi şərti ilə danışıqlar imkanını rədd edib
26/01/2020 [14:57]:
“Boeing” 777X təyyarəsin təqdim edib:Sınaq uçuşu uğurla başa çatıb
26/01/2020 [14:53]:
“Mən hesab edirəm ki, islahatlar davamlı olacaq, heç zaman dayanmayacaq" - VAHİD ƏHMƏDOV
26/01/2020 [14:48]:
Qəbələ yolundakı dəhşətli qəzada bir ailənin üç üzvü ölüb -VİDEO
26/01/2020 [14:46]:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb
26/01/2020 [14:44]:
Sosial şəbəkənin təyyarə yalanı: FHN-dən təkzib
26/01/2020 [14:42]:
İsmayıllı-Qəbələ yolundakı dəhşətli qəzanın görüntüləri - VİDEO
26/01/2020 [14:17]:
Günel Səfərova seçicilərlə görüşdü - Xutorda
26/01/2020 [14:09]:
Deputatlığa namizəd Etibar Abdullayev seçicilərinə videomüraciət etdi - VİDEO
26/01/2020 [12:57]:
Məşhurlar Ziyad Səmədzadənin “BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA”SI HAQDA
26/01/2020 [12:47]:
"Adamla heç türk dunyasında söz güləşdirən tapılmayıb, sən nə karəsən ki..."
26/01/2020 [12:36]:
Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi Moderator.az-a danışdı
26/01/2020 [12:35]:
Seçicilər öz isti münasibətlərini bu dəfə də Vahid Əhmədovdan əsirgəmədilər -FOTOLAR
26/01/2020 [12:31]:
Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO + VİDEO
26/01/2020 [12:25]:
Yelena Eyvazlı namizədliyini geri götürdüyünü təsdiqləyib
26/01/2020 [12:23]:
Çingiz Qənizadə Beyləqanın Bünyadlı və Gödəklər kəndində görüş keçirib -FOTOLAR
26/01/2020 [11:57]:
Zəlzələ zonasından təxliyə edilən 105 vətəndaşımızdan 42 nəfəri Naxçıvana çatıb
26/01/2020 [11:53]:
Gülməyin, musiqiyə qulaq asmayın: Məscidin, qəbiristanlığın yanından keçəndə niyə belə edirik...
26/01/2020 [11:52]:
Mütəllim Rəhimov: "İcra hakimiyyəti seçkilərə müdaxiləyə başlayıb"
26/01/2020 [11:50]:
Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var - FOTO
26/01/2020 [11:47]:
Əfqanıstanda toyda qumbara partladılıb, onlarla insan yaralanıb
26/01/2020 [11:44]:
40 yaşından sonra ana olan azərbaycanlı MƏŞHURLAR - SİYAHI
26/01/2020 [11:42]:
Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür - FOTOLAR
26/01/2020 [11:35]:
Tehranda sərnişin təyyarəsi təcili eniş edib
26/01/2020 [11:25]:
Zəlzələnin qarşısını alacağını düşünüb 13 nəfəri qətlə yetirdi- Şizofreniya xəstəsindən dəhşətli addım+FOTOLAR
26/01/2020 [11:11]:
Peruda sisternin partlaması 14 nəfərin ölümünə səbəb oldu
26/01/2020 [11:03]:
Türkiyədə zəlzələ qurbanlarının sayı 31nəfərə çatıb
26/01/2020 [10:50]:
Xalq artisti qızına toy etdi - FOTOLAR
26/01/2020 [10:47]:
Xəzərdə zəlzələ oldu
26/01/2020 [10:46]:
Azərbaycanlıların Türkiyədəki zəlzələ zonasından təxliyyəsi gecə ərzində davam edib
26/01/2020 [10:10]:
“Zəlzələ bölgəsindən gələn həmyerlilərimiz İqdırda qarşılanıb Azərbaycana yola salındı...”-FOTOLAR
26/01/2020 [10:08]:
Bu gün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanları keçiriləcək
26/01/2020 [10:03]:
Çində dəhşətli virusdan ölənlərin sayı artır
26/01/2020 [10:02]:
ABŞ 2030-cu ilə qədər “uçan aviadaşıyıcı”dan istifadə edəcək - VİDEO
26/01/2020 [10:01]:
Obama Trampı “faşist” adlandırıb
26/01/2020 [09:51]:
Bütün arzuları reallaşdırmaq mümkündür: Təbii ki, orada Arzu varsa!
26/01/2020 [09:20]:
“Dükan sahibləri Elazığ –zəlzələ bölgəsi üçün  alınan malları pulsuz verirlər...”
26/01/2020 [08:45]:
Ölümdən dünyaya qayıtmaq istəyi: möminlər niyə istəyir, müşriklər niyə?..
26/01/2020 [02:21]:
Rəşad Mahmudov sərhəd kəndində: Seçicilər burada da namizədi coşqunluqla qarşıladı...
Bütün arxiv bir sırada
24/12/2019 [11:18] - Ədəbiyyat - ( 2590 dəfə baxılıb)

İtmiş zaman və ya itirilmiş həqiqət... - VI məqalə




(M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

 

Əvvəli burada:


I məqalə : 
https://www.moderator.az/news/282045.html?fbclid=IwAR1MqIpGcw-a7IVJdr-c-sezrWcvwLanAMzgWeaeZLjH04SIqQ6Wf0prVwU

 

II məqalə: https://moderator.az/news/282731.html

 

III məqalə: https://moderator.az/news/283730.html

 

IV məqalə: https://www.moderator.az/news/285330.html?fbclid=IwAR3-0PS1FYj_KKrASO6zftBz3iulVN7mhh06CfVBp9Of0oNlomi8V0wb48c

 

V məqalə: https://www.moderator.az/news/286820.html?fbclid=IwAR3pZ2lUVM88GLmO9GVhdTd-9Mcnq53_JADoYeRTP3T8J7B_nirtArfkZ9Y

 

 

Fransız yazıçısı və filosofu, Spinoza, Kant, Nitşe, Berqson fəlsəfəsi ilə bağlı ciddi fikirlər ortaya qoyan, yeni fəlsəfi ideyalar müəllifi Gilles Deleuzenin (1925-1995) 1964-cü ildə “Prust və işarələr” əsəri yayımlandı. Deleuze “zəruri (məcburi) yaddaş” və “qeyri-ixtiyari yaddaş” kontekstində Prustun mətnini təhlil edir, onun iki il sonra yazdığı (1966) “Berqsonizm” adlı əsərində isə “Purust və işarələr” kitabında ortaya çıxan suallar əsasən Berqsonun intuisiya metodu ilə əlaqələndirilir. 

“Prust və işarələr”  kitabında  göstərirdi ki, Prustun axtarışı bütün hallarda keçmişə deyil, gələcəyə aid olan bir istiqamət idi. Berqsonun zamanla bağlı irəli sürdüyü anlayışlar (Berqsonizm anlayışları) Deleuzenin intuisiyanı müzakirə etməsində mühüm rol oynayır. Yanlışlıq kateqoriyasını problemə tətbiq etməyi üstün tutan Berqsonizm üsulu sübut edir ki, illüziya, ehtimal olunan şeylərlə reallıq arasındakı mövcudluq ortaya yanlış, əslində mövcud olmayan problemlər çıxarır. Deleuze göstərirdi ki, Prust “fəlsəfi metod” fikrinin qarşısına “zəruri” və “təsadüfi” kəlmələrini qoyur. Həqiqət bizi düşünməyə və doğrunu axtarmağa məcbur edən əlamətlərlə  bağlıdır. Əslində itirilmiş vaxtın axtarışı həqiqət axtarışına ekvivalentdir.  İtmiş zamanı və həqiqəti isə yüzlərlə səhifə həsr olunmuş sevgidə, təbiət təsvirlərində, sənət əsərlərində (musiqi, rəssamlıq, tarixi abidələr, dini mərasim və rituallar və s.) axtarır. Qarşılaşmaların təsadüfliyi və zərurətin qaçılmazlığı Prustun iki əsas meyarı hesab olunur. Qarşılaşmanın təsadüfliyi özü zərurətlə  əlaqəlidir. “Gözlənilməz və qaçılmazdır!”- deyirdi Prust. Həqiqəti axtarmaq əslində onu  şərh etmək, deşifrə etmək, izah etməkdir. Lakin həqiqət çox zaman onu “izah” göstəricisi  ilə qarışdırılır. Buna görə axtarış həmişə ani olur, əsl həqiqət isə yalnız zamanla bağlıdır. Əslində itirilmiş zaman elə tapılan zamandır. İtirilmiş zaman özü ilə birlikdə çox şeyi məhv edib. G.Deleuze bildirir ki, tapılmış vaxt itirilmiş vaxtın mərkəz nöqtəsində qarşılaşdığımız, bizə əbədi görünən  vaxtdır. Bu isə sənətdə təsdiqlənmiş mütləq, əsas zamandır, əsl əbədiyyətdir. (G.Deleuze.  “Prust və işarələr”).

Gilles Deleuzenin də dəqiq ifadə etdiyi fikrə əsaslanaraq deyə bilərik ki, M.Prustun zaman axtarışı daha çox həqiqət axtarışı anlamında qəbul edilir. Prust zamanı sırf müddət kimi deyil, həm də itirilmiş həqiqət kimi geri fırladırdı... İtirilmiş həqiqət bütün zamanlarda eyni cür haqsızlığa, yanlışlığa düçar olur. Syasətdə, ictimai həyatda, məhəbbətdə və ailə münasibətləri fonunda, eləcə də ədəbiyyatda  hər şey eyni obyektivliklə sorğulanır.

 

Əvvəlki məqalələrdə də qeyd etmişdik ki, romanın başlanğıcında Marsel Berqotte obrazı vasitəsilə böyük fransız yazıçısı Anatol Fransa olan sonsuz heyranlığını  bildirmişdi. İkinci kitabda (“Çiçək açmış gənc qızların kölgəsində”)  Marsel öz idealı və əlçatmaz hesab etdiyi Berqotte (Anatol Frans) ilə Svanların evində görüşür. On altı qonaq dəvət olunmuşdu, onların arasında Berqottenin olmasından Marsel xəbərsiz idi.  Madam Svanın (Odettanın) Marseli Berqotteyə təqdimatı bəlkə də  məclisin ən dramatik situasiyası hesab oluna bilər. Madam Svan dəvətlilərdən bir çoxuna onu tanıtdıqdan sonra birdən-birə, onun adının ardından, eynən onun söylədiyi şəkildə (və sanki ikimiz, bir-birimizi tanımaqdan eyni dərəcədə məmnun olacaq  yeganə dəvətlilər idik) ağ saçlı müdrik qocanın adını söyləyirdi. “Berqotte adı, üstümə açılmış tapançanın səsi kimi məni yerimdən sıçratdı, amma tez özümü ələ alıb salam verdim. Qarşımda bir silahın partlamasının ardından bir göyərçinin uçuşuyla birlikdə, dumanın içində frakıyla sapsağlam görünən, salamıma hoqqabazlar kimi cavab verən cavan, kobud görünüşlü, qısa boylu, qırmızı burunlu, qara keçi saqqallı bir adam dayanmışdı”.

 Marselin Berqotte haqqındakı bütün idealizə olunmuş xəyalları bir anın içərisində yoxa çıxır və sonralar  o an üçün  “məhv oldum” ifadəsini necə ruhdan düşdüyü vəziyyətdə etiraf etməsini xatırlayır. Onun o andakı qənaətinə görə əsərlərini damla-damla bal kimi daddığı Berqotte indi qarşısında dayanan qırmızı, ilbizvari burunlu, qarasaqqal olan bu adam ola bilməzdi.  Düşünür ki, bəlkə də Berqottenin içindəki o böyük yazıçı məhz bu keçisaqqal, qırmızıburun adamın özünü bu şəkildə qurban verməsi hesabına yaranıb.

“Burun və keçi saqqal, qaçınılmaz və son dərəcə rahatsızedici əlamətlər idi. Mən Berqottenin şəxsiyyətini təpədən dırnağa yenidən qurmağa çalışdıqca, bu xüsusiyyətlər heç durmadan təsiredici gücə malik və özündən razı, məmnun bir şəxsiyyəti işarə edir,  sanki, bu da oyun qaydalarını pozurdu.  Çünki bu şəxsiyyətin, yumuşaq, ilahi bir müdrikliyin hâkim olduğu, çox yaxşı bildiyim kitablarına möhürünü vurmuş olan bir zəkayla heç bir əlaqəsi yox idi”.

Amma Marsel Berqottenin çox xoşuna gəlir. Növbəti gün Gilberte həyəcanla deyir: “Xoşbəxtlikdən uçuram, sevimli dostum Berqottenin könlünü fəth etdiniz. Anama  sizin çox istedadlı olduğunuzu söyləyib”.

Daha sonra balzak, Hüqo, Stendal haqqında mülahizələr söyləyir, müqayisələr aparır.

Bəzi əsərləri  oxuduqca adama elə gəlir ki, müəllifin bir əlində lupa, o biri əlində isə pensert var. Pensertlə insan düşüncələrinin, hisslərinin, xəyallarının ən xırda elementlərini, “hüceyrələrini” tərpədir, qıcıqlandırır və dilləndirir.  Bu pensertin (qələmin) ucunda hər şey maddidir, hətta xəyallar və təxəyyül, təsəvvür, arzu, nifrət, paxıllıq və sevginin də canı, əti, qanı, dərisi, sümüyü var. Prust qələmi Musa əsası kimi möcüzəvidir. Abstrakt olanlara belə ruh, can verir və onlara obraz yarada bilir.           

“Alışqanlıq hər şeyi zəiflətdiyi üçün, bir insanı bizə ən yaxşı xatırladan şey, əslində  unutduğumuz şeydir. Önəmsiz olduğu üçün unudulmuş və buna görə də bütün gücünü qoruya bilmişdir.  Bax ona görə də hafizəmizin ən güclü hissəsi bizim xaricimizdə, çisginli bir küləkdə, bir otağın rütubət qoxusunda və ya yanmağa başlayan bir atəşin ilk andakı qoxusundadır, öz mənəviyyatımıza aid, zəkamızın işə yaramaz-deyə küsümsədiyi şeyi, keçmişin son və ən gückü qalıqlarını, bütün göz yaşlarımız dinmiş kimi görünürkən hələ bizi ağlada bilən şeyi tapdığımız hər yerdədir. Bizim çölümüzdədirmi? Daha doğrusu, içimizdədir, amma bizim öz baxışlarımızdan gizlənmiş, yaxşı-pis davam edən bir unudulmuşa düçar olmuşdur. Ancaq bu unutqanlıq sayəsindədir ki, ara-sıra köhnə mənimizi tapır, hadisələr qarşısında o köhnə “mən” kimi tövr alır, artıq özümüz deyil, o insan olduğumuz üçün və indi bizim əlaqəsiz qaldığımız şeyi o insan sevdiyi üçün yenidən acı çəkərik. Gündəlik yaddaşın parlaq aydınlığında, keçmişin xəyalları yavaş-yavaş solar, silinər, sonda geriyə bir şey qalmaz, onları bir daha tapmağımız mümkün deyildir artıq. Daha doğrusu,  bəzi kəlimələr (məsələn, “Nəqliyyat nazirliyi xüsusi qələm müdiri”) unutqanlığa düçar olmuş olmasaydı, bu xəyalları tapmağımız mümkün olmazdı, eynən bir nüsxəsi Milli Kitabxanaya təqdim olunmayan bir kitabın tapılmasının mümkünsüzlüyü kimi...”

Balbec qəsəbəsinin bir qatar stansiyasında mavi bir tabloda ağ hərflərlə İran üslubunda yazılmış adı da yaddaş fraqmentidir və onun bütün yaddaşını qatar stansiyasına sürgün edən bir təzyiqdir sanki...

M.Prustun yaddaş fəlsəfəsində bütün xatirələr təzyiq vasitəsidir. Məsələn, Balbec qəsəbəsinin bir qatar stansiyasında mavi bir tabloda ağ hərflərlə İran üslubunda yazılmış ad onun keçmiş "məni"ni yerlə yeksan edib içini silkələyir. Rənglər, qoxular, kədər, həyəcan, nəmişlik soyuğunun süstlük gətirən ovqatı - hər şey onu o zamankı halına kökləyib obrazını dəyişir. O indi artıq özü deyil, çox uzaqdakı bir adamdır... Bəlkə də lap yad bir adam... Görün bizim keçmişimizdə "özüm"üz bildiyimiz nə qədər qərib, yad adamlar varmış... "Uşaqlığımız"."Gəncliyimiz"-deyirik. Onlar kimdir? Bütün hallarda biz deyilik... Və ən kədərlisi odur ki, bu yad adamları içimizdə gəzdirmək zorundayıq...

Marsel Balbecdə ona ayrılmış yeni  otağı “mənim otağım” – deyə ifadə edir. Amma bu otağın sözlə çəkilmiş fotosunda onun üçün çoxlu qəribliklər var. Yalnız ad etibarilə “mənim otağım”dır – deyir. İllərlə yaşadığı otağından fərqli bir mühitə düşməsi onu kədərləndirir.

“Balbecdəki otağımda (yalnız ad etibarilə mənim idi) mənə yer yox idi, məni tanımayan əşyalarla dolu idi,  mənə inamsız bir görünüşdə idilər. Məndən asılı olmayaraq, onların gündəlik qaydalarını pozduğumu göstərirdilər”.

Bircə divar saatının açıq-aydın etiraz etdiyini, sanki bu yad adama qarşı üsyan səsləri çıxardığını yazır. Bənövşəyi pərdələr və digər əşyalar isə sanki sadəcə çiyin silkələyib yeni və yad adama maddım-maddım baxırdılar.

Prustun qəhrəmanları sırf siyasətçilər, hansısa ictimai hərəkatın nümayəndələri deyil. Amma onların replikaları,  söhbət əsnasında cəmiyyət və sosial həyat, böyük siyasi mübarizələr və s. haqqında fikirləri ümumi Fransa mənzərələri üçün etüdlər kimi görünür.  Bir bar sahibi deyir: “Həqiqətən də bir bəla içərisindəyik,  Fransadan qaçmaq lazımdır, artıq!” Və ya romanın bütün cildlərində yəhudilərdən sistemli şəkildə bəhs olunur. “Yəhudi düşmənliyi” probleminin sirləri ara-sıra da olsa, açılır...”Yəhudi qanı”, “Mənim yəhudi tərəfim”, “Yəhudi düşüncəm” və s. bu  kimi ifadələrin məğzi həm də siyasi nöqteyi-nəzərdən çözülür.  (“Bir         gün Sen-Lu ilə mən qumun üstündə oturduğumuz zaman   yaxınlığımızdakı bir çadırdan Balbeci istila edən yəhudi dəstəsinə lənətlər yağdırıldığını eşitdik. “Bir yəhudiyə rast gəlmədən iki addım atmağa imkan yoxdur”- deyirdi bir səs. “Prinsip etibarilə yəhudilərə qarşı qətiyyətli bir düşmənliyim yoxdur. Amma buralar qaynayır”.)

Marsel öz dostu Blokun xarakteri haqqında elə ştrixləri təhlil edir, elə incə nüansları çözür ki, bu obrazın xarakteristikası vasitəsilə istənilən insanın xislətində rüşeym kimi mövcud olan cəhətlərlə tanış oluruq. Situasiyadan asılı olaraq bəzən mənfəətpərəsət, şöhrət düşkünü, aravuran, ikiüzlü, qorxaq kimi görünən Blok həm də təəssübkeş, istiqanlı, bəzən xeyirxah və mərhəmətlidir.

M.Prust özü ilə ən doğma adamları və uşaqlığı, ən xoş xatirələri arasında uçurum yaradan, dağıdıcı vasitə hesab etdiyi zamana qarşı bütün ömrü boyu həssaslıq və qorxu hissi ilə  yanaşıb. “Bu gün bizə ən çox xoşbəxtlik bəxş edən şey – sevdiklərimizlə görüşüb danışmaq imkanı əlimizdən alınacağı bir gələcək qorxusu var” – düşüncəsiylə  zamanı günahlandırır. Zaman insanı  bir ömür boyu ölümə qarşı mübarizə girdabına salır. O çox hallarda zamanı deyil, yaddaşını mərhələlərə bölür, bu yaddaş parçaları ilə dünyanın, kainatın insan beynində inikasını ifadə edir. “Marsel Prust son dərəcə incə və əsaslı bir üsulla fərdin nə qədər çoxmənalı olduğunu sübut etmiş və bir qədər də obrazlı ifadə etmək arzusu ilə demişdir ki, ümumiyyətlə insan çoxlu müxtəlif “mən”lərdən ibarətdir. Təbiidir ki, o hər hansı bir patoloji halı, fikir və hisslərin, lunatiklərdə olduğu kimi təzahürünü nəzərdə tutmurdu, o sözün ən ciddi mənasında insanla məşğul idi və onun çoxmənalılığını kəşf etmişdi. Onu personajları şəxsiyyətləşdirməkdə günahlandırırlar, ancaq belə qənaət yalnız Prustu və yeni psixologiyanı başa düşməməkdən irəli gələ bilərdi. Əgər biz zahiri bir baxışla insanda monolit fərdilik aşkara çıxarırıqsa, bir başqası insanda şəxsiyyət əvəzinə ancaq paltarını və maskasını görürsə, Prust xarakterin ardıcıllığı ilə bağlı cəfəngiyyatla əylənməyi özünə rəva bilməyərək, ətrafında insan “mən”i kristallaşmış saysız-hesabsız maqnetik mərkəzlər tapdı. (V.Nezval)

 Zamanla məkanın əlaqəsi fəlsəfəsi Prustun düşüncəsində yeni ideyalarla izah edilir.  Məlum olur ki, eyni məkana müxtəlif zamanlarda səfər edəriksə, məkanın obrazı zamana görə dəyişə bilər. Bir detalı, əşyası belə dəyişməyən otaq zamandan asılı olaraq eyni adamın nəzərində tam fərqli görünüşdə canlana bilər. Məkan belə  çoxvariantlı həqiqət modelinə çevrilir. “Keçmiş” və “köhnə yaddaş” kimi ad qoyduğumuz məfhumlar əslində ölü zamana aid deyil, yaşayan, daima var olan, bizi müşayət edən,  indiki və gələcək zamanın bətnində təkrar-təkrar doğulan “diri yaddaş”dır. Yaddaş - şüur aktıdır, unutqanlıq insanın yox olması səbəbidir. M.Prustda səsin, rəngin, qoxunun yaddaş vasitəsilə və  müxtəlif assosasiyalarla yenidən doğulması prosesi zamanlar arasındakı sərhəddi itirir.

“Yaddaşın iki ölçüsü var, bu da redaktə, kodlaşdırma və saxlama kimi xidmət edir. Birincisi bioloji yaşamanın və ətraf mühitə uyğunlaşmanın həyati funksiyasıdır. Digəri, hisslərimizdən gələn məlumatları və təəssüratları ehtiyaclarımıza, gözləntilərimizə və məqsədlərimizə uyğun olaraq dəyişdirən psixoloji bir həyatdır. Yaddaş, anbar deyil, aktiv və dinamik bir prosesdir”. (B.Selcuk, C.Banu)

Prust da Berqson kimi sübut etməyə çalışırdı ki, isanın xatırlamadıqları, unutduqları şeylər yaddaşda ölmür. Ümumiyyətlə, yaddaşda heç bir təhrf və itki olmur, sadəcə insanlar yaddaş bazasından tam istifadə etmir və bunun adı “unutqanlıq” olur. Onlar hesab edirdi ki, məsələn, biz son 30 ili xatırlamaqla kifayətlənirik, halbuki doğulduğumuz zamandan da əvvələ gedib çıxa bilən yaddaşımız var. Yəqin ki genetik yaddaş fenomeni...

M.Prust da C.Coys kimi insan şüuru və yaddaşı kontekstində bütün kainatı və bəşəriyyəti təhlilə və təsvirə çəkir. Bu yaddaşın milyon illərlə yaşı ola bilər, amma bu qorunub nəsildən-nəsilə ötürülən yaddaşın bütün zamanlarda itirdiyi və elə həmin zaman hüdudunda və ya hüdudsuzluğunda böyük həyəcanla axtardığı bir həqiqət də var: itmiş zaman və itirilmiş həqiqət!


İradə Musayeva

"Qocaların əlini öpməkdənsə bir kəndin mağazaya olan borclarını sildirəydiniz..."
Qüdrət Həsənquliyev qəzalı binanın sakinləri ilə görüşüb - FOTOLAR
Bunu əsla etməyin -XƏBƏRDARLIQ...
Zəlzələdən sonra etdikləri şok yaratdı - AĞLASIĞMAZ... + VİDEO
Dağıntılar altından çıxarılan ananın fəryadı ürəkləri parçaladı - DƏHŞƏT...+ VIDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Trampın gizli videosu yayıldı, işlər lap dolaşdı -FOTO/VİDEO
Cəmiyyət
Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirilib - FOTOLAR
Cəmiyyət
Zəlzələnin qarşısını alacağını düşünüb 13 nəfəri qətlə yetirdi- Şizofreniya xəstəsindən dəhşətli addım+FOTOLAR
Maraqlı
Müəllim şagirdin çəkdiyi rəsmə müdaxilə etdi: Ölkə ayağa qalxdı!
Gündəm
Ermənistan Xarici İşlər naziri deputatlarla qapalı görüş keçirdi -  Qarabağdakı 31 mart “seçkiləri” ilə bağlı...
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Gürcülər Ermənistana gedən  dövlət yolunu bağladı...-FOTO
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247