Xəbər lenti
29/03/2020 [18:43]:
Koronavirus hava yolu ilə yayılır?
29/03/2020 [18:42]:
Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb - RƏSMİ
29/03/2020 [18:40]:
Britaniyada koronavirus sıçrayışı oldu
29/03/2020 [17:38]:
Koronavirus Azərbaycanda ərzaq qıtlığı yaratmayacaq
29/03/2020 [17:35]:
Rokfeller Fondu dünyada koronavirusun yayılacağını 10 il əvvəl açıqlayıb
29/03/2020 [17:32]:
Bibiheybətdə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır
29/03/2020 [17:29]:
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxdu - RƏSMİ
29/03/2020 [17:27]:
Bakıda piyadanı vurub qaçan sürücü tutuldu
29/03/2020 [17:12]:
Aktyor 50 ailənin 2 aylıq qida ehtiyacını ödəyəcək
29/03/2020 [16:49]:
“Moskva təcrübəsi” koronavirusla bağlı yeni suallar doğurdu: Xəstələrin yarısı o insanlardır ki...
29/03/2020 [16:23]:
İdman arenaları, otellər, yataqxanalar xəstəxanaya çevriləcək: Hərbi mühəndislər qrupu iş başında...
29/03/2020 [16:22]:
"Azərnəşr"dən nümunəvi addım: Fonda 5 min köçürüldü və işçilərə 1 aylıq maaş məbləğində yardım edildi...
29/03/2020 [16:21]:
Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilir
29/03/2020 [16:17]:
Mərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin azalıb
29/03/2020 [16:14]:
Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı
29/03/2020 [16:13]:
Umayra Tağıyeva koronavirusun atmosfer havasına təsirindən danışdı
29/03/2020 [16:07]:
Koronavirussuz günlərdə deputatlar seçicilərlə ayda iki dəfə görüşəcək
29/03/2020 [16:05]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [16:03]:
Koronavirusun səthlərdə qalma müddəti açıqlandı - VİDEO
29/03/2020 [15:56]:
"Çin aprelin 8-dən karantin rejimindən çıxır, bu, bazara müsbət siqnal olacaq"
29/03/2020 [15:46]:
İspaniya şahzadəsi Mariya Tereza koronavirusdan öldü
29/03/2020 [15:43]:
Prezident Şəfiqə Məmmədovanı “Əmək” ordeni ilə təltif etdi
29/03/2020 [15:09]:
Koronavirus Naxçıvana yol tapa bilməyib - Rəsmi AÇIQLAMA
29/03/2020 [15:04]:
Səhiyyə Nazirliyi tibbi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb
29/03/2020 [14:39]:
Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi
29/03/2020 [14:35]:
Vergilərin ödənilməsi müddəti uzadıldı
29/03/2020 [14:26]:
Koronavirusdan  təlaşlanan yəhudi Qüdsdə namaz qıldı...Gözlənilən -FOTO
29/03/2020 [14:20]:
Növbəyə gedən və qayıdan dənizçilər karantinə alınır - Gəmi kapitanı
29/03/2020 [13:56]:
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı
29/03/2020 [13:54]:
İranda koronavirusa yoluxanların sayı 40 000-ə çatır
29/03/2020 [13:54]:
BŞBPİ rəsmisi sürücülərə müraciət etdi
29/03/2020 [13:49]:
Koronavirusla mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq
29/03/2020 [13:45]:
Norveç koronavirusa qarşı üç dərmanı sınaqdan keçirdiyini açıqladı
29/03/2020 [13:19]:
“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq uzadılır
29/03/2020 [13:17]:
Jurnalist Ekspert Mərkəzi "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşulur
29/03/2020 [13:17]:
"Məhbusların təhlükəsizliyi şəhərdə, küçədə, bayırda olan insanlardan daha yaxşı qorunur"
29/03/2020 [13:14]:
Koronavirus Qarabağ problemini arxa plana keçirməməlidir...
29/03/2020 [13:03]:
Karantin günlərində küçədə rəqs edən Səmra tənqid olundu - VİDEO
29/03/2020 [12:58]:
Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”
29/03/2020 [12:55]:
Norveç koronavirusa qarşı üç dərmanı sınaqdan keçirdiyini açıqladı
29/03/2020 [12:38]:
Nazirlik məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirdi
29/03/2020 [12:09]:
Bakıda dezinfeksiyanın pullu olması iddiaları barədə rəsmi açıqlama
29/03/2020 [12:07]:
Ermənistanda koronavirusa yoluxanların sayı 424-ə çatdı
29/03/2020 [12:02]:
UNEC rektoru: “Distant ali təhsil: 3 addım”...
29/03/2020 [11:59]:
Seyid Camal Əzimbəyli çağırış etdi
29/03/2020 [11:57]:
Bakı Slavyan Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat yardım etdi
29/03/2020 [11:48]:
Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib
29/03/2020 [11:45]:
“Bakıda işləyib hazırda rayonda olan şəxslər də bu gündən buraxılmayacaq”
29/03/2020 [11:42]:
Fransa Baş naziri: "Aprelin ilk 15 günü çətin olacaq"
29/03/2020 [11:34]:
I siniflərə qəbul üzrə Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi
29/03/2020 [11:25]:
Bakıda restorandan 3400 manatı oğurlanan şəxs nazirdən kömək istədi...
29/03/2020 [11:23]:
Tanrının pıçıltısını SÖZə çevirən insan
29/03/2020 [11:12]:
İranın keçmiş prezidenti koronavirusa yoluxub
29/03/2020 [11:07]:
Koronavirusla mübarizənin Kanada təcrübəsi - MÖCÜZƏLƏR ÖLKƏSİ...
29/03/2020 [11:06]:
Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb
29/03/2020 [11:03]:
ABŞ-da körpə koronavirusdan öldü
29/03/2020 [11:02]:
Bakı metrosunda sıxlıq yaranması ilə bağlı RƏSMİ AÇIQLAMA
29/03/2020 [10:30]:
"Belə məsuliyyətsiz insanlarla koronavirusun sürətlə yayılmasının qarşısını almaq çətin olacaq"
29/03/2020 [10:27]:
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
29/03/2020 [10:13]:
“Heç kim bu həyatda onu yaşadan əlinə, qoluna, nə də gözünə sağ ol demir...”
29/03/2020 [09:03]:
ABŞ-da 2 mindən çox insan koronavirusdan ölüb
29/03/2020 [09:01]:
Bəzi xəstəxanalar koronavirusa görə diaqnostik laboratoriyalarla təchiz olunub
29/03/2020 [08:59]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
29/03/2020 [07:20]:
102 yaşlı daha bir müsəlman koronavirusa qalib gəldi!.. – Zəfər Allahındır…
29/03/2020 [06:37]:
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
29/03/2020 [06:19]:
Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi
29/03/2020 [06:18]:
Bakıda koronavirus xəstələri üçün açılan klinikanın direktoru: “Bizə ciddi tapşırıq verilib ki...”
29/03/2020 [00:36]:
"Koronavirusla bağlı vəziyyət kəskinləşməsə, gənclərimiz sağ-salamat evlərinə dönəcəklər"
29/03/2020 [00:13]:
"Koronavirusun regionlarda aşkarlanması çox ciddi həyəcan siqnalıdır" - TƏBİB sədri
29/03/2020 [00:12]:
Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırıldı
29/03/2020 [00:10]:
Məşhur jurnalist Malaxovdan azərbaycanlılara çağırış: “Evdə qalın!” - VİDEO
28/03/2020 [22:42]:
Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"
28/03/2020 [22:02]:
Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"
28/03/2020 [22:00]:
İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"
28/03/2020 [21:51]:
Bu, sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir..."
28/03/2020 [21:48]:
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatdı
28/03/2020 [21:42]:
İtaliyada koronavirus qurbanlarının sayı 10 min nəfəri ötdü
28/03/2020 [21:27]:
"Oğlum koronavirusdan öldü" deyən qadın həbs edildi - FOTO
28/03/2020 [21:06]:
DİN: Karantin rejimi qaydalarını pozanlar həbs edilib
28/03/2020 [21:01]:
ABŞ-lı müğənni "Ayətəl-kürsi" oxudu - MARAQLI... + VİDEO
Bütün arxiv bir sırada
27/12/2019 [08:02] - Cəmiyyət - ( 1000 dəfə baxılıb)

Bir şəklin tarixçəsi...



Evimizin mənə ən məhrəm əşyası nənəmin Nikolaydanqalma şifoneriydi. Şifoner deməzdin, deyərdin bəs, muzey hücrəsidi, sehrli aləmdi. Köhnə pal-paltarları, qədim şey-şüyləri orda saxlayardıq.

Şifonerdə eşələnməkdən xoşum gəlirdi. Nələr yox idi: nənəmgilin 1920-30-cu illər iri Tiflis şəkilləri, babamın hər iki qapağının içinə o dövr model qızların yarıçılpaq fotoları keçirilmiş gümüş portsiqarı, sümük müştüyü, qədim düymələr, gümüş piləklər, anamın gəlinlik paltarı, şpilkadaban ayaqqabısı, atamın cavanlıqda geyindiyi “Makintoş” plaşı, aşağı siyirmədəki qara çemodanda üst-üstə yığılmış ilk sovet “zayom”ları, “Mockviç-400” avtomobilinin, “Temp-22” televizorunun, cürbəcür cihazların sənədləri, qırx ilin xəstəlik kağızları, analiz cavabları, atamgilin toy dəvətnamələri, anamın cehiz gətirdiyi əşyaların siyahısınadək daha nələr, nələr.

Bizə qonaq gələnlərin uşaqlarıyla gizlənqaç oynayanda burda gizlənərdim, tapan olmazdı.

Zindan kimi ağırıydı, yerindən dəbərdə bilməzdin. Elə bil, taxtadan yox, dəmirdəniydi. Ona görəydi yəqin, gözümü açandan harda görmüşdümsə, şəhərimiz işğal olanadək də elə orada qaldı.

Ağdamın başını işğal təhlükəsi alanda evdən ilk çıxardığımız ailə arxivi, albomlar, bir də anamın nişan üzüyü sayaq bir-iki qır-qızılı oldu. Köhnə şəkillərin saxlandığı qalın ailə albomumuz şifonerin üst gözündə saxlanırdı. Onu evin ən qiymətli əşyası kimi köhnə bir odeyala büküb götürdük.

Tale küləyi dinc dövrün adamlarına sərin meh kimi əsər. Müharibə adamının gördüyü isə tale fırtınasıdır!

O fırtınanın uçurub əldən apardıqları çox oldu, məndə qalanlardan biri haqda – özümlə körpəlik xatirəsi kimi Ağdamdan Bakıya, Bakıdakı köçhaköçlərdə neçə ünvana daşıdığım bir şəkildən danışmaq istəyirəm sizə. İndi İsveçdə göz qabağında saxladığım bir fotodan.

İntim söhbəti məhrəm adamlara danışarlar. Oxucu da yazı-pozu adamın məhrəmidir. Sizə deməyib, kimlə bölüşəcəm ki.

Bu fotonun sovet vaxtı Ağdamda nəşr olunan “Lenin yolu” qəzetində çıxdığını anam danışmışdı bizə. Amma hansı səbəbdən dərc olunduğunu deməmişdi. Onu bu yay bizə qonaq gələn dayım danışdı. Çərçivəyə salıb yazı masamın üstünə qoyduğum bu fotonu görəndə üzünə qəribə bir təbəssüm qondu.

O vaxt dayım on iki-on üç yaşlarında imiş.

***

Bazar günləri Qarabağın dörd bir tərəfindən camaat Ağdama axışardı. Kimi satmağa nəsə gətirər, kimi başqa yerlərdə tapmadığını burada axtarardı. Bir sözlə, təkcə bazar yox, bütün şəhər qaynaşardı.

Anam Bakıda Sovet Ticarəti Texnikumunu bitirib el dilində “Qorpo” deyilən ticarət idarəsində işə başlayacaqdı. Hələlik məscidin yanındakı sıra dükanlarından birində – Tavad xalanın parça mağazasında işləyirdi.

Qələbəlik günlərdən biriymiş. Tavad xalanın da dükanı alıcılarla doluymuş. Anam da hər alıcının istəyinə uyğun parçalardan biçib kəsirmiş. Birdən gözü piştaxtanın üstündəki parça topların arasında bir düyünçəyə sataşır. Kimsə unudubmuş. Anam düyünçəni açır, dəsmala bükülmüş pulları sayır, sonra piştaxtanın altına qoyur. O dövr üçün (dayımın dediyinə görə hadisə 1960-cı illərin ortalarında olub) xeyli böyük məbləğ imiş – 769 manat.

Axşama doğru yaşlı bir kimi hövlnak dükana girir. Təlaşdan səsi titrəyə-titrəyə:

– Bala, səhər səndən xeyli parça aldım, qəstumluq “kişi atrezi”, gəlinlik neçə parça. Pul düyünçəmi itirmişəm, bəlkə burda qalıb?

– Nə rəngdəydi dəsmalın, dayı, nə qədər pul vardı içində?

– Uşağın toyudu, iki dana, beş qoyun gətirmişdim satdığa. Satdım, toya bəzi şey-şüy aldım, hardasa bir yeddi yüs əlli manat qalardı.

Bundan sonra pul yiyəsinin bu nurani kişi olmasına şübhə eləməyən anam çıxarıb pulu qaytarır. Sevincdən az qala gözü yaşaran kişi nə illah eləsə də, anam onun verdiyi “şirinliyi” götürmür. Kişi alqış eləyə-eləyə gedir.

İki gün keçir. Dükana “Lenin yolu” qəzetinin müxbirləri gəlib, anamı soraqlayırlar. Sən demə, pulunu tapan kişi tənbəllik eləməz, səhəri gün şəhərə qayıdıb birbaş qəzetə gedər, hadisəni redaktora danışar. Redaktor da sovet ticarətində dürüstlük nümunəsi kimi müxbirlərə anamdan bir oçerk yazmağı tapşırar.

***

Bilirəm, balaların gözündə bütün analar mələk kimidilər. Mənim də gözümdə anam elədir.

Qış səhəri yenə obaşdan durmuşam, evdə hamı yatıb, bircə anam oyaqdı.

Bir gözüm çərçivədən mənə baxan anamda, o biri kompüterin monitorunda – bu yazını qaralayıram. Qəribədi, bu sabah anamı uzun illər gördüyüm üzündən çox məndən əvvəlki, fotolardakı qız vaxtının simasıyla xatırlayıram. Elə bilirəm, onu tələbəliyindən, gəncliyindən tanıyıram. Sanki əlindən tutub atamla tanış olmağa da mən aparmışam. Səhər-səhər ağla gələnə bax…

Anam çoxdan o biri dünyaya köçüb. Bir dəfə yazmışdım ki, analar ölmürlər, yan otağa uşaqlarına yer açmağa keçirlər. Döşək salıb balalarının yorğun-ağrın gəlişini gözləyirlər. Bilirsiniz, cənnət dini kitabların təsvir elədiyi kimi deyil! Nə bilim, “bakirə hurilər”, “şərab çayları”. O kitabları kişilər yazıblar, şirnikləndirici təsvirlərlə. Mənim təsəvvürümdə cənnət ana qucağıdır! Analar o dünyada huri-mələk surətində balaları qoynuna almağa, bu dünyanın ağrı-acısını çıxarmağa, ovutmağa hazır dururlar.

Köçmək hələ ayrılmaq deyil. Analar köçsələr də, balalardan ayrılmırlar. Bax, bu sabah da mənimlədir!

Analar hər üç dünyada balalarıyla qalan tək varlıqdılar!

***

80 yaşını təbrik edirəm, ana! Hər gün gözümün önündə parça biçən qadın! Sevgilərimin ən böyüyü!

Bu şaxtalı qış səhəri ilıq Novruz sabahı kimi açılır – Sənlə açılır deyə!

Vahid Qazi

Helsinqborq, İsveç

Dekabr, 2019

"Məhbusların təhlükəsizliyi şəhərdə, küçədə, bayırda olan insanlardan daha yaxşı qorunur"
"Oğlum koronavirusdan öldü" deyən qadın həbs edildi - FOTO
"Mən bir nümayəndə heyətinin rəhbəri kimi utanc hissini keçirirəm ki..."
İranda koronavirusdan bir gündə 139 nəfər dünyasını dəyişdi...
"Qəbul imtahanlarının tamamilə ləğv olunmasının tərəfdarı deyiləm, baxmayaraq ki..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Koronavirusun səthlərdə qalma müddəti açıqlandı - VİDEO
Cəmiyyət
“Bakıda işləyib hazırda rayonda olan şəxslər də bu gündən buraxılmayacaq”
Cəmiyyət
“Heç kim bu həyatda onu yaşadan əlinə, qoluna, nə də gözünə sağ ol demir...”
Dünya
ABŞ-lı müğənni "Ayətəl-kürsi" oxudu - MARAQLI... + VİDEO
Gündəm
Pentaqon ordudan tərxis edilən həkimlərə yalvarır: “Geri dönün, sizsiz bacarmayacağıq!”
Yazar
İlham İsmayıl
Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası...
Şahin Quliyev
Qaz və işıq limitinin ləğvinə ehtiyac var
Taleh Şahməmmədli
Bunu Qarabağ üçün də etsək...
Sultan Laçın
“Pulunu al – evdə qal!."
Həftənin ən çox oxunanları
Koronavirus əsasən Azərbaycanın bu bölgəsində yayılıb - RƏSMİ
Rus yazıçıdan sensasion iddia - virus yoxdur, bu, xüsusi əməliyyatdır, məqsəd…
"Mübariz zindanlara layiq oğul deyil, onun haqqının öz yerini tapacağı gün uzaqda deyil"
"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."
Azərbaycanda şok hadisə: yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - VİDEO
Koronavirusdan ölən Diləyin sosial media paylaşımı təhlükəni gözlər önünə sərdi - FOTOLAR
Orqazm koronavirusun qarşısını alan bir vasitə adlandırıldı - "SEKSİN ANTİVİRUS EFFEKTİ..."
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Türk professor: “Virusa hamı yoluxacaq”
Cazibədar aparıcı: "Bəzi məmurlar mənə seks hədəfi kimi baxır"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247