Göstəriş verildi ki, İlham Rəhimovun təşəbbüsü ilə keçirilən bu konfransı işıqlandırmaq olmaz”
Oxunub: 8306
28 Dec 2019 | 14:18
Göstəriş verildi ki, İlham Rəhimovun təşəbbüsü ilə keçirilən bu konfransı işıqlandırmaq olmaz”
“O qənaətdə deyiləm ki, Rusiya ilə yüksək səviyyədə münasibətdəyiksə, Qərbdən üz döndərək”

“Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir”

“Azərbaycanın  Rusiyanın hansısa lazımsız zavoduna guya 3 milyard dollarlıq sərmayə qoyması barədə yanlış məlumatlarla cəmiyyəti çaşdırmaq lazım deyil”


Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moderator.az-a müsahibəsini təqdim edirik:

- İlham müəllim, dekabrın 12-də Moskvada Qara dəniz və Xəzər dənizi ölkələri Hüquqşünasları Assosiasiyası "Qlobal transformasiyalar çağında müasir dövlət" mövzusunda beynəlxalq elmi konfrans keçirdiniz. Həmin tədbir barədə təəssüratlarınızı bilmək istərdik. 

- Azərbaycan ictimaiyyətinin bu konfransla bağlı müəyyən qədər informasiyası var. Eyni zamanda həmin tədbiri Azərbaycan jurnalistlərindən başqa Rusiyanın ən nüfuzlu telekanalları, o cümlədən "Rossiya 24", RBK kanalları geniş işıqlandırdı. Həmin telekanalların müraciəti əsasında  mətbuat üçün xüsusi brifinq də təşkil edildi. Konfransda 15-dən çox xarici dövlətdən tanınmış hüquqşünaslar iştirak edirdi. Qeyd edim ki, mənim rəhbərlik etdiyim Qara dəniz və Xəzər dənizi ölkələri Hüquqşünasları Assosiasiyası mütəmadi olaraq bu cür tədbirlər keçirir. Yadınızdadırsa, ötən il Bakıda da “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirmişdik. Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət olduğuna görə həmin konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdim. Məqsəd də o idi ki, xarici ölkələrin nümayəndələri gəlib Azərbaycanın məhz erməni terrorizmindən necə əziyyət çəkdiyini görsünlər və işğal olunmuş torpaqlarımızdakı terror yuvaları ilə bağlı real vəziyyətlə tanış olsunlar. Ona da ümid edirdim ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəlib həmin konfransda terrorizmin Azərbaycana vurduğu zərbələrlə bağlı dolğun məruzələrlə çıxış edəcəklər və erməni terrorizmini faktlarla ifşa edəcəklər. Amma təəssüflər olsun ki, bu baş vermədi. Təsəvvür edin ki, hüquqşünas millət vəkillərinə də dəvətnamələr göndərmişdik, amma onların əksəriyyəti tədbirdə iştirak etmədi. Halbuki, dövlət başçısı hər dəfə rəsmilərə tapşırır ki, Azərbaycanın erməni terrorundan əziyyət çəkdiyini bütün platformalarda, bütün konfrans və tədbirlərdə dilə gətirmək və ifşa etmək lazımdır. İndi siz deyin, bu prezidentin siyasətinin əleyhinədir, yoxsa yox?

- Təbii ki, əleyhinədir.

- Söhbət burada İlham Rəhimovdan getmir. Əslində həmin tədbiri biz İstanbulda keçirməliydik. Çünki İdarə Heyətində fikir bildirildi ki, Türkiyə də uzun illərdir terrordan əziyyət çəkdiyindən konfrans İstanbulda keçirilsin. Mənsə israr etdim ki, Azərbaycan regionda ən çox terrordan əziyyət çəkən ölkə olduğundan həmin konfransın Bakıda keçirilməsi daha ədalətli olar. Amma bizim rəsmilər belə bir tarixi şansı əldən verdilər. Özləri tədbirə gəlməkdən imtina etmələri azmış kimi, mediaya və telekanalara da bəzi şəxslər tərəfindən göstəriş verildi ki, İlham Rəhimovun təşəbbüsü ilə keçirilən bu konfransı qətiyyən işıqlandırmaq olmaz.
Moskvada keçirilən konfransda isə Rusiyanın bütün hüquq-mühafizə orqanlarının yüksək çinli nümayəndələri, tanınmış hüquqşünaslar, akademiklər, o cümlədən baş prokurorluğun rəhbərliyi, Ali Məhkəmənin iki üzvü, Rusiya İstintaq Komitəsinin sədri konfransda iştirak və çıxış etdilər. 
 
- İlham müəllim, bir neçə gün öncə doğulduğunuz Tovuz rayonundan Sizin bu dəfəki seçki marafonuna qatılmağınız üçün çoxsaylı müraciətlər mediada işıq üzü gördü. Bəlkə Siz də bu dəfəki seçki marafonuna qoşulasınız.

- Doğrusu, həmin müraciəti mən Moskvada olanda eşitdim. Birincisi, Tovuzlular çox yaxşı bilir ki, mən imkan daxilində insanlara dəstək verməyə çalışmışam. Təbii ki, hamıya kömək etmək mümkün deyil. Ola bilsin ki, nə zamansa kimlərəsə əlimiz çatmayıb və bizdən inciyənlərin olması da təbiidir. Amma mən həmişə təkcə Tovuzlulara yox, çoxlarına kömək etmişəm və etməyə çalışmışam. O ki, qaldı həmin müraciətə, mən təkcə həmin müraciətə imza atanlara deyil, bütün Tovuzlulara minnətdarlığımı bildiriəm. Onlara çox səmimi sağ ol deyirəm. Namizəd olsam da, olmasam da, namizəd olub seçilsəm də, seçilməsəm də Tovuzlulara münasibətim necədir, o cür də qalacaq. Tam səmimi sözümdür, həmin müraciət mənim üçün deputat mandatından qat-qat üstündür. O cür ürəkdən gələn səmimi münasibət mənə bəsdir. 

- Prezident İlham Əliyevin bir neçə gün öncə ölkə televiziyasına müsahibəsində vacib məqamlardan biri də Azərbaycanın Qərbə, Avropa strukturlarına inteqrasiyası məsələsində ehtiyatlı mövqe sərgilənməsinin səbəbləri barədə ilk dəfə açıq danışması oldu. Onun bu açıqlamasından ən çox məmnun qalan rəsmi Moskva oldu təbii ki. Siz necə düşünürsünüz, doğrudanmı Qərb bizə qarşı ikiüzlülük edir?

- Doğrusu, prezidentin Qərblə bağlı açıqlamasından sonra Rusiyanın məmnun qalması barədə iddianızla bağlı bir şey deməkdə çətinlik çəkirəm. Həm də Azərbaycan dövlət başçısı hər hansı məsələ ilə bağlı fikirlərini bildirərkən ilk növbədə öz dövlət maraqlarını nəzərə almalıdır. Amma fakt faktlığında qalır ki, Rusiya-Azərbaycan münasibətləri olduqca yüksək səviyyədə olsa belə, görünür ki, bundan sonra daha da inkişaf edərək çox böyük zirvəyə qalxacaq. Ancaq mən o qənaətdə deyiləm ki, biz Rusiya ilə yüksıək səviyyədə münasibətdəyiksə, Qərbdən üz döndərək. Birincisi, bu heç mümkün də deyil və doğrusu, Azərbaycan rəsmilərindən də bu cür açıqlamalara rast gəlməmişəm. Heç kimə sirr deyil ki, Azərbaycanın çoxmilyardlı layihələrinin əksəriyyəti Qərblə, Qərbin strukturları ilə inteqrasiya olunmaqla reallaşdırılıb. Azərbaycanın dövlət baçısı da çıxışlarında  qeyd edib ki, Azərbaycan Qərblə əməkdaşlığa nəinki davam etdirəcək, hətta bu əməkdaşlığı ölkənin maraqları istiqamətində inkişf etdirməkdə maraqlıdı. Buna TANAP layihəsinin, Azərbaycandan Avropaya qaz nəqlinə dair marşurutun uğurlu icrasını misal göstərmək olar. Çox vaxt jurnalistlər və siyasətçilər Rusiya ilə Qərbi qarşı-qarşıya qoymaqdan sanki zövq alırlar. Sizcə, Rusiya Qərblə əməkdaşlıqda maraqlı deyil?! Sadəcə olaraq bu gün dünyada mövcud situasiya elədir ki, Krım və Donbas məsələsinə görə Rusiya ilə Qərb arasında münasibətlər soyuyub. Amma Rusiya həmişə, hətta I Pyotrun vaxtından Qərblə əlaqələr qurmağa can atıb. 

- Problem ondadır ki, biz Qərbdən uzaqlaşmırıq, Qərb bizdən uzaqlaşmaq siyasəti aparır. Qərb Qarabağ məsələsində işğalçıya birmənalı dəstək verməklə gerçək simasını ortaya qoyur.

- İnteqrasiya etmək heç də o demək deyil ki, Qərbin nə dəyərləri varsa, hamısını olduğu kimi kopyalayıb Azərbaycana da tətbiq etməliyik. Özünüz də yaxşı bilirsiniz ki, bu gün Qərbdə elə dəyərlər var ki, bizim üçün birmənalı olaraq qəbuledilməzdir. Lakin, müxtəlif sahələrdə  əməkdaşlıq Azərbaycana fayda verirsə, biz niyə bundan faydalanmyaq?!

- Bayaq bir ifadə işlətdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bundan sonra daha böyük zirvəyə qalxacaq. Amma o zirvədən baxanda nə Qarabağ görsənir, nə səmimi strateji müttəfiqlik...

- Qarabağ elə bir mövzudur ki, nə jurnalistlər, nə siyasətçilər, nə hüquqşünaslar ondan qaça bilmirlər və dəfələrlə fikir bildirilsə də, yenə nələrisə yenidən demək zərurəti yaranır. İndiyədək Qarabağla bağlı çox fikirlər bildirmişəm. Bilirsiniz, qəbul edin ki, öz bildiklərimin bir çoxunu mətbuat vasitəsilə ictimaiyyətə çatdıra bilmirəm. Ən azından bizi düşmən də izləyir.  Mən lap əvvəldən də demişdim ki, "5 rayon üstəgəl Dağlıq Qarabağın statusu və ən sonda 2 rayon" həll planı tələdir. Mən bu gün də həmin mövqeyimdə qalıram. Biz beynəlxalq hüquqa dayanaraq ərazi bütövlüyümüzün təmin olunmasını və işğala son qoyulmasını tələb edirik. Yəni konkret olaraq 7 rayonumuzun geri qaytarılmasını istəyirik və Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək status verməyə hazır olduğumuzu bəyan edirik. Ermənilərsə 5 rayonu geri qaytarmaq qarşılığında Dağlıq Qarabağa müstəqillik istəyirlər, bununla da kifayətlənməyib Kəlbəcər və Laçından Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olmasında israr edirlər. İndi gəlin görək Rusiya nə istəyir? Ona görə ki, burada əsas fiqur Rusiyadır.  Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir.
Fikrimcə, Rusiyanın mövqeyi belədir ki, o münaqişə tərəflərinə müraciət edərək deyir ki, siz öz aranızda razılığa gəlsəniz, sizə qarant olacam. Qarant variantlarından biri olaraq özünün sülhməramlı qoşunlarının münaqişə zonasına yeridilməsi ola bilər. Rusiyanı əsas düşündürən məsələ məhz münaqişənin həlli prosesində onun geopolitik maraqlarının ziyan görməməsidir.

- Bəs yerdə qalan 2 rayonumuz?

- İlk əvvəl onu qeyd edim ki, danışıqların dəqiq detallarını təbii ki rəsmi şəxslər daha dəqiq bilir. Lakin müxtəlif vaxtlarda Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması və həmin dəhlizə də sülhməramlı qoşun yeridilməsi ilə bağlı təkliflər səsləndirilib, müxtəlif  informasiyalar yayılıb.Yaxşı, tutaq ki, belə bir təklif səslənsin və Azərbaycan da lap buna razılıq versin. Amma soruşuruq ki, yaxşı, bəs Dağlıq Qarabağın statusu necə olacaq? Buna görə də bu planın uğurlu gələcəyinə inanmıram.

- Necə olur ki, Azərbaycanın strateji müttəfiqi olan bir ölkənin xarici işlər naziri bizə qarşı bu cür tələ qurmağa cəsarət edir?

- Nəinki Lavrov, digər həmsədrlər də zaman-zaman Lavrovdan betər anti-Azərbaycan təkliflər veriblər. Fikrimcə, Azərbaycanın beynəlxalq hüquqa görə öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququ var. Amma yaddan çıxarmayaq ki, hərbi əməliyyatlar Dağlıq Qarabağın sərhəddinə çatanda təkcə Rusiya yox, bütün dünya səsini ucaldacaq ki, mülki əhalinin həyatı təhlükədədədir. Hərbi əməliyyatlar yolu ilə isə biz əgər bütün Qarabağı azad edə bilməsək bu ümumiyyətlə həmin əməliyyatların nə qədər effeketiv olacağına dair suallar yaradacaq. Çünki bir neçə rayonu azad edəndən sonra ehtimal var ki, münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilsin. Bu isə ümumilikdə problemin həllinin gələcəkdə də onilliklərlə dondurulmuş vəziyyətdə qalması demək olacaq. Yaranacaq durum bizi indiki vəziyyətdən də çətin vəziyyətə sala bilər.

- Bəs çıxış yolu nədir?

- Biz ilk növbədə mudafiə imkanlarımızı daha da gücləndirməliyik. İqtisadi potensialımızı yüksəltməliyik. Eyni zamanda, diplomatik fəaliyyətimizi aktivləşdirməliyik. Biz indiki durumdan maksimum yararlanmalıyıq. Məhz kompleks tədbirlər bizə münaqişənin ərazi bütövlüyümüzun təmin edilməsi şərtilə həllinə imkan verə bilər. Bu istiqamətdə də imkanı olan hər bir şəxs var gücü ilə çalışmalıdır. 
Biz mövcud vəziyyətdən də istifadə etməliyik. Elə bir şərait yaradılmalıdır ki, ermənilər Azərbaycanın maraqları təmin olunmadan onların normal yaşayış və təhlükəsizliyinin mümkün olmadığını başa düşsünlər.

- Bir müddət öncə Rusiyada yaşayan iş adamı Fərhad Əhmədov Azərbaycanda birmənalı qarşılanmayan açıqlamalarla, təkliflərlə çıxış etdi. Xəbəriniz varmı onun fikirlərindən? Nədən Rusiyaya bu və ya digər formada bağlı olan adamların hətta xoşniyyətli təlif və açıqlamaları Bakıda nizə ilə qarşılanır?

- Fərhad Əhmədovun təkliflərini mən də oxumuşam. Onu yaxşı tanıyıram, bilirəm ki, onun heç bir iddiası yoxdur. Azərbaycan üçün canını yandıran və xeyirxah adamdır. Fərhad Əhmədov istəyir ki, Azərbaycanda insanlar yaxşı yaşasın, ədalətli cəmiyyət olsun və xalqımız firəvan dolansın. O ki, qaldı onun təkliflərinə, mən orada dövlətin və xalqın əleyhinə heç nə görmədim. Ona görə də açığı, onun fikirlərinin top-tüfənglə qarşılanmasını başa düşmədim. Siz doğru deyirsiniz, nədənsə Azərbaycanda müəyyən dairələrdə Rusiyada yaşayan tanınmış adamlara qarşı bir qısqanclıq mövcud olub. 

- Yəqin fikirləşirlər ki, Rusiya həmin adamların əli ilə Azərbaycanda hansısa siyasi oyunlar oynaya bilər.

- Mən və Rusiyada yaşayan azərbaycanlılar heç vaxt elə bir əsas verməmişik ki, bizim haqqımızda nəsə belə düşünülüsün. 

- "Milyarderlər İttifaqı" söz-söhbətindən sonra bu qısqanclıq yaranmağa başladı və bu günədək davam edir...

- Bu barədə fikrimi mən o zaman da bildirmişdim. Əvvəla, orda nə Bakıda deyildiyi kimi ittifaq var idi, nə də hanısa milyarder. Bircə milyarder vardı onların içərisində. Sadəcə Bakıda mətbuat sensasiya xatirinə o adı qoymuşdular. Axırı nə oldu? Həmin o adamları Azərbaycanla düşmən etdilər, hərəsinin dalınca olmayan bir şey danışdılar. Azərbaycana lazım idi bu? Bir tərəfdən deyirik ki, Ruisyada diaspora yaradaq, o biri tərəfdən Rusiyadakı tanınmış azərbaycanlıların əleyhinə Bakıda bu cür mənasız və ziyanlı təbliğat aparırıq. O zaman biz o diasporu necə yaradacağıq?

- Elə diaspora yarada bilmədiyimizlə bağlı da sual verəcəkdim...

- Ona görə ki, Rusiyada yaşayan Azərbaycan elitasını bir qismi incik düşdü. Bunun da əsas səbəblərindən biri o vaxt bu sahə ilə məşğul olan bəzi rəsmilərimizin günahı idi ki, onların bir çoxu artıq vəzifələrindən uzaqlaşdıırlıb. Ümid etmək istəyirəm ki, yeni kadrlar bu məsələ ilə bağlı da daha uzaqgörən və faydalı siyasət yürüdəcəklər.

- Deyəsən təkcə Bakıdan deyil, elə özləri də biri-birindən küsdülər...

- Bir-birindən küsdülər söhbəti yoxdur. Biz burdan onlara o cür münasibət göstərməklə Vətəndən küsdürdük. Hələ mənim haqqımda da nə qədər mənasız şeylər yazdılar? Eləcə də  başqaları barəsində ağılagəlməz yazılar yazdılar. Hərənin adına bir şey qoşub könül bulandırdılar. Halbuki biz çox güclü diaspora yaratmaq istəyirdik, çünki bu işlə hələ 2000-ci illərin əvvəllərindən məşğul olanlardan biri də mən idim. 

- İndi Siz çəkilib oturmusunuz kənarda?

- Bu cür münasibətlər bizi incitsə də, Rusiyada güclü diaspora yaratmaq hamının, o cümlədən də mənim borcumdur. 

- Dilqəm Əsgərovun ailəsi br neçə ay öncə şəxsən Vladimir Putinə və ya rəsmi Moskvanın hər hansı ali təmsilçisinə çatdırmaq üçün Sizə rus dilində yazılmış məktub vermişdi. Həmin məktubun taleyi ilə maraqlanırlar.

- Mən həmin məktubu şəxsən Moskvada kimə lazımdırsa ona çatdırdım. Sadəcə, gumanlarıma görə bu gün Rusiya ilə Ermənistanın hakim komandası arasında münasibətlərin səviyyəsi problemin həllini ləngidir.

- Doğrudanmı Rusiyanın Paşinyana təsir etmək imkanı yoxdur?

-  Rusiya ilə Ermənistanın tarixi strateji münasibətləri və iki ölkənin rəhbərliyi arasındakı münasibətlərin səviyyəsi tam fərqli şeylərdir.
Bir məsələni də qeyd edim. Bizdə təbii ki işğalçı dövlətin rəhbəri kimi Paşinyanı tənqid edirlər və bu təbiidir, dediyim kimi düşmən dövlətin faktiki rəhbəridir. Tutaq ki, sabah Paşinyan getdi, onun yerinə kim gələcək? Koçaryan kimi birisi gəlib yenə də Ermənistanla Rusiyanın münasibətini daha yaxşı səviyyəyə qaldıracaq. Ona görə müsahibənin əvvəlində qeyd etdim ki, indiki vəziyyətdə Azərbaycan bundan istifadə etməlidir.

- Bəlkə bu gün bizə görsənən soyuq münasibətlər əslində aldadıcıdır və aysberqin görünməyən tərəfində hətta Koçaryan və Sarkisyan dönəmindəkindən daha isti münasibətlər var.

- Elə deyil, sadəcə Ermənistanla Rusiyanı o qədər sıx tellər bağlayır ki, bir-birindən sanki asılı durumdadırlar. 

- Ermənistan bu qədər işğaldan doymayıb indi də torpaqları geri qaytarmaq əvəzinə Rusiyadan kredit adı altında peşkəş kimi əldə etdiyi müasr silahlarla Azərbaycanı hədələyir. Bunun günahı Rusiyada deyilmi?

- Bunun çox sadə bir izahı var. Azərbaycandan fərqli olaraq Ermənistanla Rusiyanı iki hərbi müqavilə bağlayır. Onlardan biri KTMT üzvlüyü çərçivəsində, digəri də iki ölkə arasında bağlanmış 49 illik hərbi müqavilədir. Eyni zamanda, Rusiyanın Ermənistanda çox böyük hərbi bazası var. Həmin müqaviləyə əsasən Rusiya digər ölkələrdən, tutaq ki, Azərbaycandan fərqli olaraq Ermənistana çox ucuz qiymətə silah satır. Sizə bir vacib məqamı da deyim: həmin müqaviləyə əsasən elə silahlar var ki, onların KTMT üzvü olmayan ölkələrə satılması ümumiyyətlə qadağan edilib. Amma son illər bizim Rusiya ilə yüksək səviyyəli münasibətlərimiz KTMT üzvü olmasaq belə müasir silahlar, tutaq ki, SU-57 tipli müasir döyüş təyyarələri almağa imkan verir. 

- Sonda belə bir sadəlöhv sualla söhbətimizə yekun vurmaq istərdik. Azərbaycanın KTMT-yə üzvlüyünün qarşılığında Rusiya Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edə bilərmi?

- Belə fikirlər müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı siyasi ekspertlər tərəfindən səsləndirilib. Lakin mən bununla bağlı Rusiya tərəfindən hər hansı təklif eşitməmişəm ki, Azərbaycan KTMT-nin üzvü olsun və bununla da Qarabağ problemi həll ediləcək. Guman etmirəm ki, Qarabağ məsələsinin həlli Azərbaycanın KTMT-üzvü olmadığından dalana dirənib. Unutmaq lazım deyil ki, Ermənistan uzun illərdir bu təşkilatın üzvüdür.

- Bu günlərdə "Kommersant" qəzeti Rusiyanın Tümen vilayətindəki Antipinsk neft emalı zavodu ilə bağlı maraqlı yazı ilə çıxış edib və Sizin də həmin zavodla bağlı olduğunuzu iddia edib…

- Yadımdadır, bir neçə ay bundan qabaq mətbuatda belə bir xəbər getmişdi ki, guya Rusiya SOCAR-ı Tümendəki heç kimə lazım olmayan həmin neftayırma zavodunu 3 milyard dollara almağa təhrik edib. Əslində, Antipinsk neft email zavodu ən son müasir texnologiyalar əsasında tikilən müəssisədir. Sadəcə olaraq zavodun maliyyə və idarə olunması ilə bağlı problemləri var idi. Rusiyanın SBERBANK-ı müəssisənin əsas maliyyə problemlərini həll edib. SOCAR isə bu sahədə təcrübəli şirkət olaraq müəssisənin operatorluğunu öz üzərinə götürüb.
Amma "Kommersant" qəzetində bu haqda geniş şəkildə yazıldığından qısaca bildirim ki, SOCAR-ın da, mənim də həmin zavoda aidiyyatımız var. Mənim, SOCAR-ın və Rusiyanın bu zavoda nə dərəcədə aidiyyatı var, bunun hamısını "Kommersant" qəzeti təfsilatı ilə yazıb. Yəni artıq zavod işə düşüb və mən də orada iştirak edirəm. Əsl həqiqət budur. SOCAR bu gün həmin zavoddan pul qazanır,  zavodu faktiki olaraq işlədən SOCAR-dır. Bunu ona görə deyirəm ki, ictimaiyyət həqiqəti bilməlidir. Azərbaycanın  Rusiyanın hansısa lazımsız zavoduna guya 3 milyard dollarlıq sərmayə qoyması barədə yanlış məlumatlarla cəmiyyəti çaşdırmaq lazım deyil.
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO