Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində
1096
30 Dec 2019 | 10:12

Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində

ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universiteti - Sumqayıt Dünya məktəbindəxa0 keçirilən "Elm Şənliyi" adlıxa0 sərgidə iştirak edib.

Moderator.az xəbər verir ki, sərgi şagirdlərin elmi potensialı və yaradıcılıq qabiliyyətlərini əks etdirmək məqsədi ilə təşkil olunub.

ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın rəhbərliyi iləxa0 Sumqayıt Dünya məktəbində tədris olunan Çin dili kurslarının şagirdləri Çin dili və mədəniyyətini əks etdirən nümayişlər təqdim ediblər.xa0

Sərgidə iştirak edən Xəzər Universitetinin təsisçisixa0 Hamlet İsaxanlı və digərləri ənənəvi Çinxa0 çay dəmləməxa0 mərasimini izləyərəkxa0 Çin çayını dadıblar. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə əsaslanaraq, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Çin dilində nəşr edilən, Prezident İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər