"Müasir dünyamızın sağalmaz xəstəlikləri, hətta xərçəng də, Koreyada müalicə olunur"
Oxunub: 2807
30 Dec 2019 | 17:32
Moderator.az Cənubi Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tonq Op Kim Modern.az saytına müsahibəsini təqdim edir:.

- Cənab səfir, bilmək istərdik, Koreyada Azərbaycanı tanıyan insanlar çoxdurmu?

- Azərbaycan Cənubi Qafqazın üç ölkəsindən biri, Xəzər Dənizinin sahilində yerləşən bir dövlət kimi Koreyada yaxşı tanınır. Mənim özüm də  bura gəlməzdən öncə, Azərbaycanı tanıyır və ölkənizlə maraqlanırdım.

- Bir ildir ki,  Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirisiniz. Bu bir il ərzində hansı işlər görülüb və hansı işlərin  görülməyi planlaşdırılır?

- Cənubi Koreya və Azərbaycan biri-birinə coğrafi cəhətdən çox uzaq olan ölkələrdir. Mən bura gəldikdən sonra anladım ki, məsafənin uzaq olmasına baxmayaraq Azərbaycan tərəfi Koreya ilə əməkdaşlıq etməkdə maraqlıdır və buna səy göstərir. Mən Koreya Respublikasının Azərbaycandakı səfiri olaraq çalışıram ki, koreyalıların da Azərbaycana maraqları artsın, bura səfərləri intensiv və artan xətt üzrə sürətlənsin. Dekabrın 11-də öncə Koreya Respublikasının Statistika Komitəsinin Sədri cənab Kanq Şin Uok Azərbaycanda səfərdə oldu və dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edildi. Həmçinin bu ilin oktyabr ayında, Koreya Milli Assambleyasının sədri cənab Mun Hi Sanq Azərbaycana səfər edib. İyun ayında Koreyanın Mədəniyyət Fondunun sədri UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib. Bu kimi və başqa sahələrdə qurulmuş ikitərəfli əlaqələrimizdən mən əminliklə öz razılığımı ifadə edə bilərəm. Azərbaycan dövlət və hökumət nümayəndələrinin də ara-sıra Koreya Respublikasına səfərləri olub. Mən məmnuniyyətlə Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovun Koreyaya olan səfərini qeyd edə bilərəm. Hal-hazırda dövlət rəsmilərinin mübadiləsi artmaqdadır və mən əlimdən gələn qədər bu səfərlərin sayını artırmağa çalışacağam.

- Koreya Respublikası bu gün bütün sahələrdə dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Müstəqilliyinin yaşı 28 olan Azərbaycan, müxtəlif sahələrdə Cənubi Koreyanın illər boyunca qazandığı təcrübələri öyrənməkdə maraqlıdır. Bunu şərtləndirən əsas amillərdən biri də, məhz Koreyalı iş adamlarının Azərbaycana olan yatırımlarıdır. Ümumiyyətlə, koreyalı investorlar Azərbaycana yatırım etməkdə maraqlıdırlar?

- Düşünürəm ki, Koreyadan Azərbaycana qoyulan sərmayənin  həcmi ölkələrimiz arasında əlaqələrin inkişaf potensialını özündə əks etdirmir. Belə ki, 2018-ci ilədək bu rəqəm 48 milyon dollar təşkil edib. Onu da qeyd edim ki, Azərbaycandan da Koreyaya investisiyalar qoyulur. Məndə olan məlumata görə, dörd il bundan əvvəl  Dövlət Neft Fondu tərəfindən  Seulda  daşınmaz əmlak kompleksi satın alınıb. Təəssüf ki, bu Koreya statistikasında sərmayə kimi qeyd olunmur. Səbəb isə odur ki, Cənubi Koreyada bu sahədə olan qaydalar Azərbaycandandan bir az  fərqlidir. Koreya şirkətləri Azərbaycana qarşı xeyli maraqlıdırlar. Onların bir neçəsi Azərbaycanda uğurlu fəaliyyət göstərir. Lakin biz bu şirkətlərin Azərbaycana yatırdıqları məbləğləri sərmayə kimi deyil, hər iki dövlət arasında aparılan ümumi ticarət dövriyyəsinə daxil edirik.

- Cənab səfir, söhbət ticarət dövriyyəsindən düşmüşkən, məhz Cənubi Koreya və Azərbaycan arasında aparılan ticari dövriyyənin ümumi məbləğini sizdən eşitmək bizlər üçün də çox maraqlı olardı…

- Ölkələrimiz arasında keçən ilin yekunlarına görə ümumi ticarət dövriyyəsinin həcmi 178 milyon olub.  Qeyd etdiyim kimi, ölkələrimiz arasındakı əlaqələrin inkişafına nəzər salsaq görərik ki, ümumi ticarət  dövriyyəsinin həcmi bu inkişafı özündə əks etdirmir. Bunun da təbii ki, müəyyən səbəbləri vardır. Bunlardan ən əsas səbəb odur ki, Azərbaycan öz neftini Cənubi Koreyaya birbaşa olaraq ixrac edə bilmir. Düşünürəm ki, Azərbaycan-Cənubi Koreya əlaqələri ilbəil artıqca sərmayələrin və ümumi ticarət dövriyyəsinin həcmi də sayı  artacaqdır.

- Cənubi Koreya öz inkişafı ilə həm regionda, həm də bütün dünyada öz gücünü göstərə bilib. Bilmək istərdik ki, ölkənizdə yaşayan insanların orta aylıq əmək haqqları nə qədərdir? Həmçinin təqaüdə çıxan vətəndaşlarınıza dövlətiniz tərəfindən orta hesabla nə qədər pensiyalar verilir?

- Hazırda Koreyada insanların işlədikləri hər saat üçün 8 dollara yaxın pul alırlar. Təqaüdçülərə verilən pensiyanın məbləği isə hər insana görə xüsusi olaraq dəyişdiyi üçün o haqda dəqiq informasiya verə bilməyəcəyəm.

- Koreyanın dünyaca məşhur bir çox brend şirkətləri vardır ki, onların məhsulları bu gün Azərbaycanda kifayət qədər çox satılır. Bilmək istərdik ki, Koreya brend şirkətlərinin məhsulları Azərbaycana birbaşa olaraq Cənubi Koreyanın özündən, yoxsa dolayı yolla hər hansı bir vasitəçinin köməyi ilə gəlib çıxır?

- Biz bu gün sürətlə qloballaşan bir dünyada yaşayırıq. Qloballaşma şəraitində Koreyanın böyük  şirkətləri dünyanın bir çox ölkələrində öz istehsal müəssisələrini açırlar. Bu böyük şirkətlərin Azərbaycana qonşu olan Rusiya və Türkiyə və s. ölkələrdə də  öz filialları və istehsal müəssisələri var. Azərbaycana daxil olan məhsulları, adətən bu kimi ətraf ölkələrdən gəlir. Lakin həmin məhsulların hamısı  məhz  Koreya texnikası əsasında istehsal olunur. Qeyd etmək istərdim ki, onların keyfiyyətinə və  orijinallığına  da heç bir şübhə ola bilməz.

- Cənab səfir, bu gün dünyanın bir çox ölkələrindən olan gənclər, həmçinin, azərbaycanlı gənclər Koreya Respublikasında  təhsil almaq istəyirlər. Bunun üçün əsas tələblər nədir və hansı təhsil proqramları daha səmərəlidir?

- Xarici tələbələrin Cənubi Koreyada təhsil almaları üçün bir çox təqaüd proqramları vardır.  Bunlardan ən iri miqyaslı və siz qeyd etdiyiniz kimi səmərəlisi Koreya Dövlət Təqaüd Proqramıdır.  Hal-hazırda bu proqram üzrə Azərbaycana ayrılan yerlərin sayı azlıq təşkil edir. Gələcəkdə bu yerlərin artırılması üçün əlimdən gələni edirəm. Eyni zamanda Koreyadakı müxtəlif universitetlər bu və ya digər şəkildə təqaüd  proqramları  təşkil edirlər. Təqaüd proqramlarının  ilkin şərtlərdən biri xarici dil biliyinin olmasıdır. Tələbələrə ölkə tərəfindən  verilən təqaüdlərin məbləğinə gəlincə,  bu proqrama görə dəyişir. Eyni zamanda xarici tələbələr öz şəxsi hesabları ilə də, Koreyaya yollanıb orada təhsil ala bilərlər. Bu halda dövlət və ya təhsil müəssisəsi onlar üçün xüsusi endirimlər də edir. Bizim ən böyük sərvətimiz məhz insanımızdır...

- Bu gün Cənubi Koreyanın dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasının əsas səbəbi elə məhz təhsildirmi?

Bəli,  çox düz vurğuladınız. Ölkəmizin bugünkü inkişafının əsasında məhz uğurlu təhsil sistemimiz dayanır. Əgər bir insan istəməzsə, heç kim o insana nəyisə öyrədə bilməz. Bunun üçün insanın özündə xüsusi istək və həvəs olmalıdır. Bizim atalarımız da, babalarımız da, bizlərə məhz bu ideyanı təbliğ ediblər. Bizim inkişafımızın birinci səbəbi vətəndaşlarımızın təhsilə olan xüsusi maraqlarıdır. İkinci əsas səbəb isə bizim mental dəyərlərimizdir. Siz asanlıqla görə bilərsiniz ki, bizim Azərbaycanda olan neft və qaz kimi təbii sərvətimiz yoxdur. Bizim ən böyük sərvətimiz məhz insanımızdır. İnsan kapitalına inanırıq və ona sərmayə qoyuruq. Eyni zamanda təhsil sistemimizə yatırımlar edərək, rəqabətə və bunun da nəticəsində inkişafa nail oluruq.

- Bu yaxınlarda uzun illər sonra Şimali və Cənubi Koreya prezidentlərinin görüşü baş tutdu. Uzun ayrılıqlardan sonra bu görüşün baş tutması iki ölkə arasında sərhədlərin açılmasına səbəb ola bilər?

- Sərhədlərinin açılması Şimali və Cənubi Koreyanın birləşməsi deməkdir. Yaxın gələcəkdə isə bunun həyata keçməsi real görsənmir. Biz qarşı tərəflə dialoqlara girməklə bölgədə sülhü bərpa etmək niyyətindəyik. Bu gün yarımadada sülhün bərqərar olması üçün həqiqətən də, çox böyük işlər aparılır.

- Cənab səfir, söhbətimizdən belə məlum oldu ki, Azərbaycanla yaxından tanışsınız. Yəqin  bunu da bilirsiniz ki, Azərbaycan Respublikasının 20 % torpaqları qonşu Ermənistan tərəfindən işğal olunmuşdur və bir milyondan artıq qaçqın və məcburi köçkünü var. Cənubi Koreya Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi nədən ibarətdir?

- Dağlıq Qarabağ münaqişəsi bizi çox təəssüfləndirir. Cənubi Koreyanın Azərbaycandakı Səfirliyi olaraq biz azərbaycanlı qaçqın və məcburi köçkünlərin dərdlərin bölüşməyə, onlara bir azda olsun kömək olmağa çalışırıq.  Azərbaycan və Ermənistan dövlətləri arasında aparılan dialoqları həmişə dəstəkləyirik. Münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunmasının tərəfdarıyıq.

- Söylədiniz ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərə səfirliyiniz tərəfindən yardımlar olunur. Yardımların ildə neçə dəfə aparılır və yardım proqramınıza hansı səpkidə olan ailələr daxil edilir?

- Biz dövlət səviyyəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərə maraq göstəririk və xüsusi olaraq, 2014-cü ildən həmin məcburi köçkünlər üçün dəstək proqramları həyata keçiririk.  Proqram çərçivəsində  ildə bir dəfə bir və ya iki gün olmaqla məcburi köçkünlərin yaşadığı hər hansı bir qəsəbədə müxtəlif tədbirlər həyata keçirilir. Bunlara  könüllü tibbi müayinə və müalicə xidməti, məktəblərə müxtəlif texniki avadanlıqların hədiyyə edilməsi, məktəb şagirdlərinə məktəb ləvazimatlarının təqdimi və məcburi köçkün ailələrinə ziyarət daxildir. Keçən il qaçqın və məcburi köçkün ailələrinə etdiyimiz yardımların məbləği 20 min dollar təşkil edib. İndiyədək proqrama təxminən 100 min dollar məbləğində xərc çəkilib.

- Koreya Respublikasının prezidentinin yaxın zamanlarda Azərbaycana səfəri gözlənilirmi?

- Dövlət başçıları səviyyəsində qarşılıqlı səfər mübadilələrini haqqında qısaca məlumat verim ki, 2006-cı ilin mayında Koreya Respublikasının Prezidenti Roh Mu Hyun Azərbaycana rəsmi səfər etmiş, 2007-ci ildə cənab prezident  İlham Əliyev Koreya Respublikasına rəsmi  səfəri edib. İkinci dəfə isə cənab prezident İlham Əliyev 2012-ci ildə Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün Koreyaya səfər edib. Dövlət başçıları və digər dövlət rəsmiləri arasında səfərlərin sayının bizdə çox olmasını istəyərik, çünki əlaqələrin inkişafı və sıxlığı həm də bu faktordan asılıdır. Sualınıza gəldikdə isə. Koreya Prezidentinin Azərbaycana səfəri hələ ki gözlənilmir lakin  bizdə çox yaxın zamanda belə səfərin həyata keçirilməsini istəyərdik.

- Bir çox Azərbaycan vətəndaşları səyahət ,təhsil, iş imkanlarını genişləndirmək  və s. səbəblərdən dolayı Koreya Respublikasına yollanmaq istəyirlər. Onları maraqlandıran əsas suallardan biri də, məhz vizaların alınmasıdır...

- Bəli, bildiyiniz  kimi, Koreya dövləti tərəfindən Azərbaycan vətəndaşlarına viza sistemi tətbiq olunur. Vizalar Bakıdakı Koreya Səfirliyi tərəfindən ən gec 3 gün müddətinə verilir. İlk dəfə Koreya vizası alan vətəndaşların ikinci dəfə viza alması xeyli asandır.

- Cənab səfir, çıxışınızda əlaqələrimizin güclənməsi üçün haqlı olaraq xalqlarımızın yaxınlaşması məsələsinə toxundunuz. Bu yaxınlaşmanın daha tez baş verməsi üçün Koreya Respublikasının Azərbaycan vətəndaşları üçün viza sistemini aradan qaldırmasına necə baxırsınız?

- Düzdür son vaxtlar Azərbaycandan Koreyaya gedən turistlərin sayında artım müşahidə olunur, lakin  bu rəqəm hələlik viza sisteminin aradan qaldırılması üçün tələb olunan səviyyədə deyil. Buna görə Azərbaycan vətəndaşlarına hələki viza sistemi tətbiq olunur.

- Hazırda Azərbaycanda fəaliyyət göstərən hansı Koreya şirkətlərinin adlarını çəkə bilərsiniz?

- İlk növbədə “Samsunq və LG Elektroniks” şirkətləri yəqin ki, hamınız yaxşı tanıyırsınız. Eləcə də bu yaxınlarda böyük bir layihəni tamamlayan “Samsung Engineering”-i misal çəkə bilərəm. "Herim İnşaat” şirkətini də qeyd etmək istəyərdim. Son vaxtlar çəkilmiş yolların giriş və çıxış hissəsində quraşdırılan ödəniş turniketləri isə Koreyanın “S-Trafik” şirkəti tərəfinə məxsus olub.

- Azərbaycan Qafqazın yeganə ölkəsidir ki, burada Şərq və Qərb Mədəniyyəti bir birinə qovuşur. Şərq ölkəsinin təmsilçisi kimi mədəniyyətlərimiz arasında hansı yaxınlıqları hiss etmisiniz?

- Koreya və Azərbaycan dilləri Ural-Altay dil ailəsinə aid olduğundan, ilk növbədə dilimizin qrammatik quruluşundakı yaxınlıqları qeyd etmək istərdim.  Azərbaycana gəldikdən sonra hiss etdim ki, bizim gündəlik həyat tərzimizdə də oxşarlıqlar çoxdur. Bizim adətlərimiz arasında böyüklərə və yaşlılara olunan hörmət və ehtiram xüsusilə oxşardır. Həmçinin, təvazökarlıq və sadəlik sizdə də, bizdə də çox yaxşı bir xüsusiyyət kimi tanınır. Hiss etdiyim bu ortaq dəyərlər məncə ortaq mədəniyyətə sahib olmağımızdan irəli gəlir.

- Cənab səfir,  necə bilirsiniz, Koreya əhalisinin uzunömürlü olması və ahıl yaşlarda belə, cavan görsənmələrinə səbəb nədir?

- İlk növbədə, qeyd edim ki, bizim mətbəximiz, yeməklərimiz sağlamlıq üçün çox xeyirlidir, bir sözlə sağlam qidalardan istifadə edirik. Uzunömürlülük ölkəmizin coğrafi mövqeyindən də, irəli gələ bilər. Əgər siz Koreyaya qonşu ölkələrə məsələn, Yaponiyaya nəzər salsanız, oradakı insanların da uzunömürlü olduğunu görərsiniz. Həmçinin, bizim ölkənin suyu və havası da çox təmizdir. Ölkəmizdə əsasən dağ suyundan istifadə olunur. Lakin son zamanda Çindən ölkəmizə gələn sarı toz dalğası  nəticəsində ölkəmizin havasında müəyyən qədər çirklənmə yaranıb. Mən məmnuniyyətlə qeyd edərdim ki,  uzunömürlü olmağımızın sirrlərindən biri də yüksək səviyyədə inkişaf etmiş kompleks xəstəxanalarımız, tibbi avadanlıqlarımız və güclü həkim heyətimizdir. Koreyalılar tez-tez müayinə olunaraq öncədən onlarda hansı xəstəliklərin olduğunu və s. tez bilərək vaxtında qarşısını alırlar. Bu gün müasir dünyamızın ən güclü və sağalmaz xəstəlikləri, hətta xərçəng də, Koreyada müalicə olunur. Sağlam olmağımızın bir sirri də tibbi sığortadır ki, bu ölkəmizdə çox güclü sistem şəklində qurulub. Ölkədə kasıb insanlar ola bilər ki, onların bahalı dərman və tibbi aparatlardan istifadə etməyə imkanı olmasın. Tibbi sığorta sistemi vasitəsilə isə onlar bundan asanlıqla yararlana bilirlər. Dövlətimiz çalışır ki, bütün vətəndaşlarımız tibbi sığortadan istifadə etsin.

- Cənubi Koreya istehsalı olan tibbi avadanlıqlardan söhbət açdınız. Bu gün biz Azərbaycanın bəzi dövlət və özəl xəstəxanalarında Koreya istehsalı olan tibb avadanlıqları ilə qarşılaşırıq. Tibbi avadanlıqların Azərbaycana satışı dövlətlər arası müqaviləyə əsasən, yoxsa hər hansı özəl şəxslər tərəfindən həyata keçirilir?

- Məndə olan məlumatlara əsasən dövlət səviyyəsində Koreyadan Azərbaycana tibbi avadanlıqların ixracı hələ ki, baş verməyib. Yəqin ki, Koreya tibbi məhsulları bütün dünyada məşhur olduqları üçün  özəl xəstəxana və şəxslər vasitəsilə müxtəlif ölkələrdən alınaraq Azərbaycana gətirilir. 

- Bəs, Koreya Respublikasında Tibb üzrə təhsil alan azərbaycanlı tələbələr varmı ? Bunun üçün Səfirliyə müraciət olunub?

- Xeyir, məndə olan məlumata görə yoxdur. Yaxşı olardı ki, Azərbaycan Tibb Universiteti, Koreyanın inkişaf etmiş Tibb Universitetləri ilə əlaqə saxlasın, onların bu sahədəki təcrübəsindən yararlanaraq, tələbə mübadiləsi proqramları həyata keçirsin.

- Bildiyimiz kimi Azərbaycanda Cənubi Koreyanın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu Mərkəz bir çox yarışmalar, festivallar həyata keçirməklə Koreya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğuldur. Bu Mərkəzin maliyyələşməsi səfirlik tərəfindən aparılır?

- Düz qeyd edirsiniz. Mərkəz  eləcədə Səfirlik müxtəlif tədbirlərin təşkili ilə Koreya mədəniyyətinin Azərbaycanda təbliğ edilməsinə çalışır və Mərkəz Koreya Beynəlxalq Mübadilə Fondu  tərəfindən ayrılan vəsaitlə, Səfirlik vasitəsilə maliyyələşdirilir.

- Hörmətli səfir, sonda sizin diplomatik fəaliyyətiniz haqqında Azərbaycan oxucularına məlumat verməyinizi rica edərdik.

- Səfir olaraq ilk təyinatım Azərbaycana olub.  Bura gəlməzdən öncə isə Almaniyada müşavir vəzifəsində işləyirdim. Ondan öncə isə Amerika, Avropa ölkələri və Rusiyada fəaliyyət göstərmişəm. 

- Azərbaycan mətbəxi ilə də tanışsınız. Azərbaycan yeməkləri ilə ölkənizin mətbəxi arasında oxşarlıq hiss edirsiniz?

- İlk növbədə qeyd edim ki, Koreya mətbəxində sarımsaqdan çox istifadə olunur, elə sizin mətbəxdə də sarımsaqdan çox istifadə edildiyinin şahidi olmuşam. Oxşar yeməklərimizdən misal göstərə bilərəm. “Kalquqsu”  adlanan  xəmirdən hazırlanan  Koreya yeməyi vardır ki, Azərbaycan “əriştə”-sinə xeyli oxşardır. Həmçinin Koreyada “mandu” deyilən  yemək növü vardır ki, dad formaca və hardasa sizin “düşbərə”-nizə çox oxşayır. Sadəcə  mandular əsasən böyük olur, və quru yeyilir, düşbərə isə kiçik-kiçik hazırlanır və sulu yemək kimi yeyilir.

-Bildiyiniz kimi dünya xalqlarının bir çoxu yeni 2020-ci ili hazırlamağa qarşılaşır. Biz də sizi, ailənizi və xalqınızın Yeni ilini təbrik edirik. Necə düşünürsünüz, yeni 2020-ci il  Koreya və Azərbaycan əlaqələri  üçün düşərli olacaq?

- İlk növbədə, təbrikiniz və diqqətiniz üçün  təşəkkür edirəm. Mən də, fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Yeni İl münasibətilə təbrik edirəm. Ümid edirəm ki, Yeni 2020-ci il həm Koreya, həm də Azərbaycan Respublikalarına  uğur gətirəcək, qurduğumuz əlaqələr və əməkdaşlıq potensialımız daha da genişlənəcəkdir...
Oxşar xəbərlər
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
28 Mar 2024 | 11:08
Nazirliyin şöbə rəisi vəfat edib
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
28 Mar 2024 | 11:08
Nazirliyin şöbə rəisi vəfat edib