Moderator.az
13:02
Bu dəqiqələrdə intihar etmək istəyən şəxs özünü eyvandan aşağı atsa da onun həyatını xilas etmək mümkün olub.
Moderator.az
-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, FHN-nin xüsusi risqli xilasedicisi Haşımov Yusif havadaykən intihar etmək istəyən adamı tutub və onun həyatını xilas edib. Hələlik, bu şəxsin hansı səbəbdən özünü öldürmək istədiyi bəlli deyil. Məsələylə bağlı araşdırma aparılır.
Əməkdaşımız xəbər verir ki, intihara cəhd edən şəxs yaxalandıqdan sonra "məni öldürməyin", "döyməyin məni" kimi sözlərlə FHN xilasedicilərinə yalvarırdı.
12:46
İntihar etmək istəyən şəxs gah sürahidən yapışaraq aşağı sallanır, gah da eyvana enir. Onun yanında daha bir nəfərin olduğu müşahidə edilir. Ətrafda böyük gərginlik var, polislərin mane olmaq cəhdlərinə baxmayaraq əraziyə böyük izdiham toplaşıb.
12:20
Eyvanın sürahisindən yapışaraq özünü aşağı atacağını israrla bildirən şəxsi zərərsizləşdirmək hələ ki, mümkün olmayıb. Onun həmin mənzildə kirayə yaşadığını və milliyətcə tacik olduğu bildirilir.
12:17
Hazırda xilasedicilər intihar etmək istəyən şəxsin özünü atacağı əraziyə xilasedici döşək gətiriblər. Ətradfa kifayət qədər insan toplaşıb və hər kəs intizarla qorxu filminə bəzəyən bu olayın nəylə nəticələnəcəyini gözləyir.
11.38
Bu dəqiqəyə olan məlumata görə, hadisə yerinə FHN əməkdaşları və psixoloq cəlb olunub. Onlar intihar etmək istəyən şəxslə danışmağa və onu fikrindən daşındırmağa cəhd göstərirlər.
****
Paytaxtın Yasamal rayonu ərazisində, “Üç Tac” yaşayış binaları kimi tanınan binaların birində şok anlar yaşanır. Bir nəfər 2-ci korpusundakı binanın 9-cu mərtəbəsindəki eyvanın kənarında oturaraq özünü aşağı atacağını bildirir.
Moderator.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hazırda hadisə yerinə çoxli insan toplaşıb. O cümlədən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını da cəlb edilib. Öyrəndiyimizə görə, həmin mənzildə əcnəbi vətəndaşlar məskunlaşıb.
Hadisələrin gedişatı ilə bağlı əlavə məlumat verəcəyik.
- YENİLƏNDİ" src="//old.moderator.az/fotobaza/original/225.jpg">- YENİLƏNDİ" src="//old.moderator.az/fotobaza/original/227.jpg">- YENİLƏNDİ" src="//old.moderator.az/fotobaza/original/228.jpg">