Xəbər lenti
11/08/2020 [07:29]:
Şahzadə Harri Meqan Markla görə ən yaxın dostundan üz döndərdi
11/08/2020 [07:24]:
"Bütün şərab, araq satılan dükanlar işləyir,  amma Allah evləri bağlıdır?.."
11/08/2020 [07:11]:
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
11/08/2020 [07:10]:
ÜST COVID-19 əleyhinə peyvəndi əldə etmək üçün lazım olan məbləği açıqladı
11/08/2020 [00:16]:
Buraxılış imtahanlarının nəticələri elan olunub
10/08/2020 [23:38]:
Nə qəribə təsadüfdir ki, Vətən həsrətli sənətkar Milli Ordu Günündə haqqın rəhmətinə qovuşub...
10/08/2020 [23:22]:
"Müxalifət liderinə qarşı sui-qəsd hazırlanmışdı..."
10/08/2020 [23:16]:
Livan prezidenti hökumətin istefasını qəbul edib
10/08/2020 [22:43]:
"Distant təhsilin həyata keçirilməsində xeyli problem var" - Etibar Əliyev
10/08/2020 [22:41]:
Prezident daha bir qanunda dəyişikliyi təsdiqlədi
10/08/2020 [22:38]:
Livan parlamentinin qarşısında yenidən iğtişaşlar başlayıb
10/08/2020 [22:34]:
Qızılın qiyməti bu vaxt aşağı düşəcək - Ekspert
10/08/2020 [22:11]:
Bu ölkələr qulaq asmır, gələcəyini qaraldır - Ərdoğan
10/08/2020 [22:10]:
Rusiya millisinin sabiq futbolçusu hakimi döydü
10/08/2020 [21:55]:
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı -FOTOLAR
10/08/2020 [21:41]:
Slovakiya Rusiya diplomatlarını ölkədən çıxardı
10/08/2020 [21:40]:
Anası ölən danaya it sahib çıxdı - VİDEO
10/08/2020 [21:39]:
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
10/08/2020 [21:35]:
Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı
10/08/2020 [21:34]:
Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu
10/08/2020 [21:32]:
Tovuzda baş verən qəzada bir nəfər xəsarət alıb
10/08/2020 [21:32]:
"Andaman və Nikobar adaları beynəlxalq dəniz ticarətində əsas liman mərkəzi olacaq"
10/08/2020 [21:30]:
Azərbaycan məhsulları Çində bu il ilk beynəlxalq sərgidə nümayiş olundu
10/08/2020 [21:29]:
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
10/08/2020 [21:29]:
BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır
10/08/2020 [21:10]:
Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin işçilərinin sosial müdafiəsi gücləndirilir
10/08/2020 [21:02]:
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiq olunub
10/08/2020 [20:38]:
DMX-nın vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edilib
10/08/2020 [20:36]:
İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin vəzifələri artırılıb
10/08/2020 [20:28]:
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
10/08/2020 [20:26]:
QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin qeydiyyatı qaydası müəyyən edilib
10/08/2020 [20:09]:
Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır? - İNANILMAZ İDDİA...
10/08/2020 [19:57]:
Elektron qolbaq daşıyacaq şəxslərin siyahısı artırılıb
10/08/2020 [19:54]:
Britaniyada son sutkada 816 nəfər koronavirusa yoluxub
10/08/2020 [19:30]:
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
10/08/2020 [19:22]:
Bakı-Kiyev çarter reysinin tarixləri açıqlandı
10/08/2020 [19:16]:
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
10/08/2020 [19:12]:
“Qrant haqqında” qanuna dəyişik edildi
10/08/2020 [18:59]:
Livan hökuməti tam tərkibdə istefa verir
10/08/2020 [18:53]:
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir
10/08/2020 [18:52]:
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
10/08/2020 [18:51]:
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
10/08/2020 [18:48]:
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb- FOTO
10/08/2020 [18:43]:
Bakıda ağacları zədələyən şəxs cəzalandırılıb
10/08/2020 [18:42]:
Özündən iki dəfə yaşlı qadını zorladı
10/08/2020 [18:40]:
Sahil Babayev: "Bu il rekord göstərici qeydə alınıb"
10/08/2020 [18:39]:
Antonio Banderas ad günündə koronavirusa yoluxduğunu açıqladı
10/08/2020 [18:35]:
"Bu təlimlər işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq deyildi, həm də..."
10/08/2020 [18:33]:
Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub
10/08/2020 [18:29]:
Sərkisyanın xaç oğlu da həbs edildi
10/08/2020 [18:20]:
Azad Rəhimovdan qeyri-olimpiya idmançılarına təklif: “Gəlin, nazirlikdə məşq edin”
10/08/2020 [18:17]:
Damla koronavirusa yoluxubmuş: "İy, qoxu bilmirdim..."
10/08/2020 [17:54]:
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO
10/08/2020 [17:51]:
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
10/08/2020 [17:45]:
I və IV qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlandı
10/08/2020 [17:41]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO
10/08/2020 [16:55]:
“Dedi ki, nəvələrim mənə siqaret pulu saxlayıb, təqaüdümü aparırlar...”
10/08/2020 [16:53]:
Kadırov Lukaşenkodan yazdı
10/08/2020 [16:44]:
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
10/08/2020 [16:38]:
Ermənilər Rusiya torpağına da göz dikdilər
10/08/2020 [16:37]:
"Toyların keçirilməsinə icazə veriləcək? - Deputatdan AÇIQLAMA
10/08/2020 [16:36]:
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - YENİLƏNİB
10/08/2020 [16:33]:
“İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10/08/2020 [16:25]:
Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxslər işdən çıxarıldı
10/08/2020 [16:21]:
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
10/08/2020 [16:21]:
Livanda daha bir nazir istefa verdi
10/08/2020 [16:15]:
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
10/08/2020 [16:04]:
Prezident: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq”
10/08/2020 [15:58]:
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər -BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır
10/08/2020 [15:40]:
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
10/08/2020 [15:22]:
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
10/08/2020 [15:20]:
Köpəklər koronavirusu saniyələr içində müəyyənləşdirə bilirmiş
10/08/2020 [15:20]:
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi
10/08/2020 [15:18]:
Koronavirusa qarşı peyvənd istehsal olunacaq
10/08/2020 [15:15]:
“Aprel döyüşü”nün müzəffər əsgəri... - Koronavirusla mübarizə aparır
10/08/2020 [15:04]:
İranda virusdan ölənlərin sayı 19 minə çatır
10/08/2020 [14:59]:
Dənizdə neftçi itkin düşüb
10/08/2020 [14:58]:
“Apple”a qarşı “Armudu almadan qoruyun” petisiyası başladıldı
10/08/2020 [14:57]:
Dünya İqtisadiyyat Forumu həyəcan təbili çaldı - Milyonlarla şagirdin təhsil həyatı daha da pisləşə bilər
10/08/2020 [14:56]:
“Rusiya Belarus daxilindəki qarşıdurmaların genişlənməsində maraqlı deyil, çünki...”
Bütün arxiv bir sırada
13/01/2020 [11:44] - Araşdırma - ( 2069 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)



1.Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu siyasi-ideoloji “İslam millətçiliyi” ideyasına uyğun olaraq, əsasən İslam tarixini, İslam fəlsəfəsini, bir sözlə İslam mədəniyyətini tədqiq etdiyi halda, Azərbaycan Türk filosofu Əli bəy Hüseynzadə islamçılıqla müqayisədə türkçülüyün tarixinə, fəlsəfəsinə nisbətən çox önəm vermiş, siyasi türkçülüyə meyil göstərmişdir. Əslində bu mütəfəkkir-lərin əsas məqsədi bəllidir: İslam-Türk dünyasının qurtuluşu. Bu qurtuluş yolunda isə bir qədər fərqli taktikaların seçilməsi, fərqli mülahizələrin səslənməsi təbiidir. Hüseynzadənin təbrincə desək, eyni ideya uğrunda mübarizə aparan insanlar arasındakı fikir ixtilaflarının, ziddiyyətlərinin olması milli birliyin pozulmasına dəlalət edə bilməz. Əksinə fikir ixtilafları nəticəsində həqiqət meydana çıxar və millət də əsil həqiqətin arxasınca gedər. Digər tərəfdən bütün türklər, o cümlədən müsəlman türkləri üçün din və millət anlayışları demək olar ki, həmişə mühüm əhəmiyyət mahiyyət daşımışdır. Bu anlamda, həmin dövrdə milli-demokratik cəbhəni təmsil edən ziyalılarımızdan bir qisminin, Türk dünyasının nicatı üçün islamla çulğalaşmış siyasi türklüyə (Y.Akçura, Ə.Hüseynzadə və b.), digərlərinin türklüklə çulğalaşmış siyasi islamçılığa (Ə.Ağaoğlu, Q.Qarabəyov və b.) üstünlük verməsi təbiidir. 
Onun ictimai-siyasi görüşlərində islamla çulğalaşmış türkçülükdə iki yönü: 1) islamçılıq və türkçülüyün vəhdəti, yaxud da “islamlaşmaq, türkləşmək və avropalaşmaq” kimi qeyd edilən “üçlü” düsturu; 2) və “Osmanlı türkçülüyü” ideyasını fərqləndirmək lazım gəlir.
İslamçılıqla türkçülüyün vəhdəti məsələsinin özündə də iki: 1) onları mühafizəkarlıq (gerilikçi islamçılardan) və ifratçılıqdan (radikal qərbçilərdən) uzaq tutaraq mütərəqqi, çağdaş ruhunu ifadə etmək, 2) islamçılıq və türkçülüyün vəhdətini qoruyub saxlamaqla bir-birinə qarşı qoyulmasına yol verməmək kimi, vacib məqam var idi.
Birincisi, yəni islamçılıq və türkçülüyün vəhdəti ideyası ilə yanaşı ifrat mühafizəkarlara və ifrat tərəqqiçilərə qarşı olan Hüseynzadə  mötədil tərəqqipərvər kimi, islam dininin və türklüyün ruhunda daima yeniliyin, çağdaşlığın olmasını rəhbər tutmuşdur. Ona görə, bu gün müsəlman xalqları digər inkişaf etmiş millətlərdən geri qalmışdır ki, Türk və İslam dünyasının qrutuluşu məsələsində üç qüvvə, firqə: 1) mühafizəkarlar; 2) ifrat tərəqqipərvərlər; 3) mötədil tərrəqqipərvərlər, mövcuddur. İslamçılığa və türkçülüyə əngəl kimi gördüyü ifrat mühafizəkarları və solçuları kəskin şəkildə tənqid edərək o, yazırdı ki, mühafizəkarlar hər növ təzə və yeni şeylərdən və işlərdən həzər edib insanları davamlı şəkildə bir nöqtədə saxlamaq xəyalındadırlar. Bunlar daima xalqın irəliləməsinə sədd çəkirlər. Onun fikrincə, 4-5 yüz ildən bəri avropalılar gözlərini gələcəyə doğru dikdiyi halda, İslam-Türk dünyası hələ də keçmişdən ayrıla bilmir. Halbuki keçmişi görmək, bilmək, yalnız istiqbalı, tərəqqiyi təyin üçün lazımdır, orada ilişib qalmaq üçün deyil. Onun fikrincə, bu keçmişpərəstliyin mötədil şəkli mühafizə-karlıq (köhnəpərvərlik), ifrat forması geriyəpərəstlikdir; məhz geriyəpərəstlərin üzündən müsəlmanlar 4-5 yüz il ərzində dünyada baş verən yeniliklərdən, dünyəvi elmlərdən xəbərsiz, nəsibsiz qalıblar. O, yazırdı: “Bu mazipərəstlik, bu ricətpəsəndlik üzündən bizlər, biz şərqlilər, biz müsəlmanlar şu son dörd-beş yüz il zərfində cərəyan edən vüqati-əzimeyi-cahandan bixəbər, binəsib qaldıq. Binəsəb və bixəbər qaldığımız üçün külliyyətli  zərrər və ziyanlara düçar olduq. Öylə şiddətlə düçar olduq ki, bütün aləmi-islam, bütün məmaliki-vasiteyi-islamiyan Fasdan Cavayə qədər, Kazandan Zəngi¬barə qədər fələcə uğramış kimi əzim bir cismi-atilə oxşayır!”.
Bizcə, geriyəpərəstliyin ziyanlılığını çox yaxşı dərk edən Hüseynzadənin “Həyat” qəzetində dünyəvi, yoxsa dini elmlərlə bağlı “Bizə hansı elmlər lazımdır?” mövzusunda disskusiya təşkil etməsi təsadüfi olmamışdı. O, mühafizəkarlara (Ə.Axundoğlu və b.) üzünü tutaraq yazırdı ki, “elmi-əbdanla” (dünyəvi elmlərlə) “elmi-ədyanı” (dini elmləri) bir-birindən ayırmaq, dini elmlərlə yanaşı, riyaziyyat və təbiətşünaslıq kimi dünyəvi elmləri də öyrənmək lazımdır: “Axund həzrətləri, biz böylə zənn ediriz ki, bizə ülumun kaffəsi eyni dərəcədə lazımdır: həm ülumi-diniyyə, şəriyyə və ruhaniyyə, həm də riyaziyyat və təbiiyyat kimi ülumi-mücərrədə və cismaniyyə”.
O, “Məcnun və Leylayi-islam” məqaləsində də İslam dininin olmasa da, ancaq İslam dünyasında yaşayan müsəlman xalqlarının, xüsusilə də onun beyni-başı hesab edib “Türk təxti” adlandırdığı Osmanlının, onun ürəyi saydığı “İran”ın “xəstə”liyinin səbəblərini və müalicəsini göstərməyə çalışmışdır. Onun fikrincə, hazırda siyasi-islamın beyni-başı olan “Türk təxti”ndə sultan II Əbdülhəmidin bütün  əməklərinə baxmayaraq, İslam coğrafiyasının yalnız bədəni deyil, onun ruhu da xəstəlikdən əziyyət çəkir. Buna səbəb bir tərəfdən İslam dünyasının öz beyin-ruh sisteminin tənəzzülə doğru gedərək Qərb dünyasından gələn “zəhərli yellərə” yoluxmasıdırsa, digər tərəfdən Qərb missiyonerlərinin qeyri-müsəlman, ya da qeyri-türklər arasında apardığı təbliğatlardır. Xüsusilə də, “ingilis mikrob¬ları”nın apardıqları antiislam siyasəti nəticəsində İslam dünyasının ruhu hesab olunan Ərəbistanda da “tıq” və “taq” səslərini duymayan Hüseynzadə yazırdı: “Dəvəran və cövlani-dəmlə tərəfdən gələn hücum axın-axın bətinlərə daxil olaraq Kəbə və rövzeyi-mütəhhəreyi-dəli təvaf etdik-dən sonra yenə yerlərinə övdət ediyorlardı. Əcəba bunlar zülali-zəmzəmə ilə qidai-ruh və bədən olan məarifi-islamiyyəni buradan hər tərəfə isal ediyorlarmı idi?.. Qahirədə, Nəcəfdə, Kərbəlada pərişan bir halda olsa da heç olmazsa mövcud olan mədaris və darülfünunun islamiyyədən buralarda, həkimi-dilgah Murad bəyin vaxtı ilə etdiyi dadü-fəryadlara rəğmən, nə bir nişanə, nə də bir əsər var idi...”. 
Hüseynzadəyə görə yalnız Osmanlıda deyil Qacarlarda da müsəlman xalqları cəhalət, xurafat içindədirlər. Sadəcə, Osmanlıda bir müstəbid olub (II Əbdülhəmid) əsas hakimiyyət İstanbulun əlində cəmləşdiyi halda, Qacarlarda onlarla müstəbid vardır və Tehran hökumətinin əli çox vaxt digər yerlərə çatmır. İstanbul hökuməti din məsələsinə əsasən nəzarət etdiyi halda, Tehran hökuməti mollalar, müctəhidlər və seyidlərlə bacara bilmir. O, yazırdı: “Bu növ hökuməti-taliyyənin İran üçün ən təhlükəlisi seyid və molla hökumətidir. Osmanlı türkləri ələlümum qədimdən bəri tutduqları din və məzhəbdən ayrılmadıqları halda, İran mollaları iki də, bir də yeni məzhəblər ixtiraına qalxışaraq molla hökumətinin dəxi təəddüdünə çalışırlar”. Böyük bilgəmizin vaxtilə uzaqgörənliklə ifadə etdiyi bir durum olmalıdır ki, seyid və molla qılığına bürünmüşlərin “molla hökuməti” artıq “İran”da rəsmi şəkildə 40 ildən çoxdur öz varlığını sürdürməkdədir.
Hüseynzadəyə görə, İslam coğrafiyasında ən ağrılı yerin “İran”ın olması təsadüfi ola bilməz. Belə ki, “İran”da hind məzhəbləri buddizmlə brəhmənizm zərdüştliyə, xristianlıq maniliyə çevrilmiş, Yunan və Roma cümhuriyyətçiliyi də icmaya əsaslanan İslam Xilafətçiliyi diktaturasına dönüşmüşdür. Onun fikrincə, bütün bunlara əsas səbəb hind məzhəblərindən qaynaqlanan zərdüştlüyün, onun “xeyir və şər” nəzəriyyəsinin bu və ya digər formada xristianlığı, cümhuriyyətçiliyi, xilafətçiliyi-islamçılığı yavaş-yavaş içdən öz təsiri altına salmasıdır. O, yazırdı: “Əsasən, İrandan məzhəb iqtizası olaraq heç bir fərdin Avropada və sair biladi-mütəmədinədə təhsili-elmə  getməyə haqqı yoxdur. Çünki Zərdüştün “pak və napak” nəzəriyyəsi bu gün mübaliğəyə uğrayaraq, bu nəzəriyyəyə görə bir qaç milyon müsəlmandan başqa məxluqüllah olan bir milyard yarım bəşəriyyətin qaffəsi əhli-kitabda daxil olduğu halda murdardır. Bakterologiya elminin “asepsi və antisepsi” nəzəriyyələrindən bixəbər olan İranın “pak və napak” fərziyyəsi şayani heyrətdir: Bu fərziyyəyə görə qırx-əlli kəlin, qoturun, keçəlin girib çıxdığı hovuzun suyu pak ədd olunduğu halda, təqdirxananın o mikrobsuz, rüsubsuz bərraq suları napak və murdar hesab olunuyor”. 
Hüseynzadənin burada ifadə etdiyi əsas məsələ zərdüştlüyün İslam dini, xüsusilə də onun şiə məzhəbçiliyi daxilində yeni bir forma alaraq yaşamağa davam etməsi idi. Hesab edirik ki, irandilli xalqlar zərdüştlüyün şiəlik daxilində bu formada “İran”da davam etməsinə əsasən qarşı olmasalar da, ancaq eyni sözləri türklər və ərəblərlə bağlı demək doğru olmazdı. Bu da ondan irəli gəlir ki, zərdüştlüyün şiəlik daxilində bu cür təzahürü irandilli xalqların milli adət-ənənələrinə uyğundur, nəinki ərəblər və türklərin milli törələrinə. Bunu, o zaman yaxşı dərk edən Hüseynzadə hər kəsin anlayacağı bir şəkildə yazırdı: “Biz zatən şübhə etmiyorduq ki, bəzi iranilərdə islama, islamiyyət nəzərilə baxmağa istedad yoxdur. Çünki “Atavizm”ə (irsiyyəti-bəidə) icabatı ilə əfkar və mənəviyyatları ərəbin, türkün zərbeyi-islahlarına rəğmən fürsi qədim mədəniyyətindən xilas olmamışdır”.
Hüseynzadə hesab edirdi ki, hazırda islam aləmində diri, canlı, mətin, nicatverici, ümidverici tək dövləti olan Osmanlı hətta, “İran”ın ən azı yüz illik qəflət yuxusunda olduğu bir dövrdə belə xaricdən gələn bütün bəlalara təkbaşına cavab vermişdir: “Zatən İslamın bu üçüncü dövrü Türk dövrüdür. İslam türklüklə payidar oluyor, aləmi-İslamda Hinddən Misirə qədər İran da daxil olduğu halda nə qədər müstəqil və nimmüstəqil hökmdar varsa, həman cümləsi türk nəslindəndir, içlərində bir fars yoxdur. Çünki hökm və idarə edə bilmək bir müddətdən bəri türklərə vergi olmuşdur”. 
Bu baxımdan İslam aləmində yenilik və köhnəlik məsələsinin, eyni zamanda hürriyyət, azadlıq, məşrutiyyət anlayışlarının bütün müsəlman xalqları, onların ziyalıları üçün eyni mahiyyət daşıdığını iddia etmək doğru deyildir. Çünki Hüseynzadənin təbrincə desək, müsəlman xalqları olmasına baxmayaraq milli adət-ənənələrə, inqilabi yeniliklərə, dində islahatlara və digər məsələlərə farslarla türklər və ərəblərin, yaxud da ərəblərlə farslar və türklərin baxışları fərqlidirlər.

loading...
Anası ölən danaya it sahib çıxdı - VİDEO
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
“Serbiyanın daxili işlər nazirinin ölkəmizə səfəri Azərbaycanın diplomatik uğurudur”
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
Separatçı rejim Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
Cəmiyyət
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
Şou-biznes
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
Siyasət
Ağ Rusiyanın qara taleyi...
Cəmiyyət
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247