“Deputat olan şəxs “bəli, baş üstə” sözlərindən istifadə etməməlidir...”
Oxunub: 8198
13 Jan 2020 | 12:30
“Deputat olan şəxs “bəli, baş üstə” sözlərindən istifadə etməməlidir...”
“Vəzifə xatirinə Azərbaycan vətəndaşlığından imtina etmərəm” 
 
 Onu nəinki Azərbaycanda, hətta respublikamızın hüdudlarından kənarda da çox yaxşı tanıyırlar. Elmi fəaliyyətdəki uğurları, müəllifi olduğu çoxsaylı kitabları, iş adamı kimi qazandığı nüfuzu… Onu həm də dünyanın ən böyük ölkələrindən birinin prezidenti olan Putinin 50 illik dostu kimi də tanıyırlar. 

O, Azərbaycanın ən imkanlı insanlarından biridir həm də. Amma buna rəğmən,  nə cah-cəlallı kabineti var, nə də dəbdəbəli ofisi. Çünki göstərişlərdən uzaq, sadəliyi daha üstün tutan Azərbaycan milyarderidir professor İlham Rəhimov. 
 
Həm Yeni il, həm də yeni yaşı ərəfəsində görüşdük onunla. Müsahibədə də hər kəsin bildiyi tərəfləri deyil, həyatının bu zamana kimi bilinməyən məqamlarından danışdıq. 

Beləliklə, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun News24.az-a eksklüziv müsahibəsini təqdim edirik. 
 
- Sizinlə görüşümüz Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il bayramı və ad gününüz ərəfəsinə təsadüf edir. Hər ilin sonu özünüzə hesabat verirsinizmi? Və 2019-cu ili necə qiymətləndirirsiniz?  

- Təbii, hər bir insan hesabat verməlidir. O cümlədən də, mən. Belə düşünürəm ki, keçmişdə baş verənləri yada salıb düşünmək lazım deyil. Ümumiyyətlə, keçmişdə “bu oldu”, “belə olmamalıydı” və ya “belə olsa yaxşı olar”, “görəsən, belə olacaqmı?” kimi düşünənlər ağılsız insanlardır. Ən ağıllı insanlar bu gün reallıqla yaşayanlardı. Təbiidir ki, insanın mütləq məqsədi olmalıdır. İnsan hansısa bir fəaliyyətlə məşğuldursa, deməli, o, bu işlərə yekun vurmalıdır ki, gələcəkdə bu işlə bağlı başqa planlar da qursun.  

- Ötən il həyata keçirmək istədiyiniz, amma reallaşmayan planınız oldumu? 

- Ötən il haqda  “çox yaxşıydı” və ya “narazıyam” deyə bilmərəm. Normal qəbul edirəm. Təbii, reallaşmayan bəzi planlarım oldu. Amma 2019-cu ildə həm elm, həm biznes sahəsində planımda nə var idisə, demək olar, 90 faiz həyata keçdi.  

- 90 faiz çox gözəl göstəricidir. Bu planların reallaşmasını məhz İlham Rəhimov olduğunuz üçün bacarmısınız?  

- Söhbət mənim elmi fəaliyyətimdən gedirsə, bəli. Yox, əgər biznesdən söhbət gedirsə, o zaman özümü və tərəfdaşlarımı deyə bilərəm.  

- Bəs, 2020-ci ildə qarşınızda dayanan prioritet məsələ nədir?  

- Hazırda mənim həyat tərzim iki istiqamətdə davam edir – elm və biznes. Elmlə bağlı 2020-ci ildə planımda yeni bir kitabı yazıb yekunlaşdırmaq var. Bunu çox arzulayıram. Həyatımda ən sevindiyim an kitabım çapdan çıxdığı andır. Yeni çap olunmuş kitabımı əlimə alanda özümü çox xoşbəxt hiss edirəm. Bu il yeni kitabımın yekununu gözləyirəm və onu bitirəcəm. İşlə bağlı Moskvada bir neçə layihələrimiz olacaq.  Bunlarla yanaşı ayrıca çox böyük bir layihəmiz də var ki, onu reallaşdırmağı planlaşdırırıq.   

- Yeni il Rusiyada daha təmtəraqlı qeyd olunur, deyirlər. Nə əcəb Yeni ili Moskvada qarşılamadınız?  

- Açığı, təntənəli, təmtəraqlı bayram keçirməyi sevmirəm. Əlbəttə, buna imkanım var. Hətta çoxları məndən nəsə istəyirlər, qalmağa hotel xahiş edirlər, ailələriylə gedirlər. Hələ indiyə kimi kimsə deyə bilməz ki, mən yeni ildə harasa gedib təntənəli və təmtəraqlı qeyd etmişəm. Sakitlik sevirəm. 

- Yanvarın 14-də, yəni sabah doğum gününüzdür həm də. Ad günü Sizin üçün nədir və necə qeyd etməyi xoşlayırsınız?  

- Təmtəraqlı ad günü keçirməyi sevmirəm, ona görə də həmin günü sıradan bir gün kimi yaşayıram. Yəni, həmişəki kimi səhər idmanı, yüngül səhər yeməyi... İdman mənim gündəlik həyatımın çox mühüm bir hissəsidir. Bunun ardınca bir neçə saatımı elmə sərf edirəm. Əgər hansısa görüşlərim varsa, ofisə gəlirəm. Axşam da evdə oluram. Zəng vurub təbrik edənlər çox olur. Kimlərsə canlı təbrik etmək istəyəndə bağa gəlirlər. Ancaq təntənəli mərasim təşkil etmək, kimlərisə dəvət etmək... Bunları heç zaman etməmişəm.   

“Hər şeyi qurban verməyə hazıram, təki həmin vaxta qayıdım”
 

- Azərbaycanın gözəl guşələrindən olan Tovuzda dünyaya gəlmisiniz. Tovuz Sizin üçün nə anlam daşıyır?  

- Tovuz mənim üçün yurd-yuvadır. 7 yaşıma qədər orda yaşamışam. Uşaqlığımsa Qarabağda keçib, Bərdədə yaşamışıq, orta məktəbə də orda getmişəm. Çox vaxt o illər yadıma düşür... O illər çox gözəl idi. Tam səmimi deyirəm, hər şeyi qurban verməyə hazıram, təki o vaxta qayıda biləydim... Məktəb illərim, uşaqlıq dostlarım...  İndi o dostlarımın əksəriyyətini işə götürmüşəm, yanımdadılar. Həmin dövr həyatımın ən xoşbəxt illəridir.   

- O günləri niyə yenidən yaşamaq istəyirsiniz, hansı səbəbdən?  

- Çünki o illərdə səmimi uşaqlıq dostlarım vardı.  Düzdür, indi onların hamısı burdadı,  amma təəəssüf ki, vaxt, zaman, məkan o deyil.  

- İlham Rəhimov necə ailədə böyüyüb? 

- Birincisi, heç kim heç bir yerdə nə eşidə, nə də oxuya bilməz ki, mən hardasa özümü “milyarder” adlandırım. Deyəm ki, “milyarderəm”, “varlı insanam”. Milyarder olmağı heç arzulamamışam da. Nə hüquq fakültəsində oxuduğum vaxtlarda bunu arzulamışam, nə də oranı bitirəndə gedib hansısa böyük vəzifədə işləyəndə. Sadəcə, tələbə vaxtımdan elmə çox meyilli olmuşam. Tale elə gətirdi ki, ən çox elə elmlə məşğul oldum. O ki qaldı ailəmə,  mən imkanlı ailədə böyümüşəm. Heç zaman çətinliyimiz olmayıb. Kasıblığın nə olduğunu hiss etməmişəm. Ailədə bizə verilən tərbiyənin əsası isə təhsil idi. Bizə yalnız bir yol görünürdü – o da elm. Evdə bizə yalnız “oxuyun” deyilib. Uşaqlıqdan ən çox tarixi əsərlər və fəlsəfə ilə bağlı kitabları oxuyardım. Bunlar da hüquqa bağlıdır. Çoxları dedektiv sevir, amma mən bu janrdakı əsərləri heç zaman xoşlamamıışam. Tarixi əsərləri isə çox sevirəm. Niyə? Məsələn, Aleksandr Makedonskidən kitab oxuyuram. Özümü həmin dövrdə və o tarixin bir parçası hiss edirəm. Əgər insan özünü bu tarixdə yaşamış kimi hiss edirsə, gör, o zaman neçə əsrdir yaşadığını zənn edir?... Söhbət təkcə Aleksandr  Makedonskidən getmir, ayrı-ayrı tarixi dövrləri oxuyanda da eyni hissləri keçirirsən.  

- Hansısa tarixi dəyişmək istəyiniz olubmu?  

- Əlbəttə olub. İstənilən tarixi kitabda hansısa bir qəhrəman olur və bütün hadisələr onun ətrafında cərəyan edir. Və sözsüz düşünürsən ki, mən olsaydım bunu elə yox, belə edərdim. Amma sonradan daha dərin analiz edirsən və bu qənəatə gəlirsən ki, belə etsəydi, tarix olmazdı. Çünki o artıq tarixdə elə qalıb.  

- Sizcə tarixi saxtalaşdırmaq mümkünsüzdür?  

- Mümkündür və saxtalaşdırırlar da. Alimlərdən biri deyirdi ki, tarix divar saatındakı ox kimidir – istəsən sağa, istəsən sola çəkə bilərsən. Amma zamanı çatanda o ox yenə öz yerini tutur.  

“Məcburiyyət qarşısında qalıb Azərbaycandan getmişdim”
 
- Bizdə hüquq fakültəsində oxuyanların ailəsinin istəyi, təzyiqi ilə bu peşəni seçirlər. Bə siz necə? Bu, öz istəyiniz idi, yoxsa... 

- Hüquqşünas olmaq mənim öz seçimim olub. Məktəbdə oxuduğum illərdə humanitar fənnlərə daha çox həvəsim vardı. Amma Leninqradda təhsil almaq valideynlərimin istəyi idi. Mən öz seçimimi açıqlayanda bilmişəm ki, elə valideynlərimin də niyyəti bu olub, daha doğrusu, ögey anamın.  Ögey anam rus idi, Leninqraddan. Bu qərarla bağlı çox fikirləşdim və sonra gördüm ki, düz eləmişəm. Birinci kursda oxuyanda anladım ki, Leninqrad Universitetinin hüquq fakültəsi Sovetlər dövrünün ən məşhur fakültəsi idi. Həmin fakültədə Lenin oxumuşdu, ona görə də burada oxumaq çox böyük uğur və prestij idi.  

- Və İlham Rəhimov da orada oxuyub...  

- Niyə Putini demirsiz? (Gülür – Ü.Q) Sonralar mənə aydın oldu ki, ordakı müəllimlər, alimlər, professorlar dünyanın ən tanınmış alimləri, professorlarıdır. Mənim üçün o dövrdə fərqi yox idi, çünki o qədər də müqayisə edə bilmirdim. Qərarım o idi ki, hüquqşünas olmalıyam. Lap Azərbaycanda da ola bilərdim, amma o dövrdə vəzifəli şəxslərin uşaqlarının hüquq fakültəsində oxuması mümkünsüz idi, heç sənədlərini belə götürmürdülər. 1970-ci ildən danışıram. Məcburiyyət qarşısında qalıb Azərbaycandan getdim. Seçim də məhz bu səbəbdən olundu. Evdəkilər dedi ki,  “Leninqrada gedəcəksən”. Təsəvvür edin ki, məktəbi təzəcə qurtarmış yeniyetmə gəncin valieynləri burda qalır, özü isə Leninqrada gedir... İndi kimi görsən, soruşursan harda oxuyursan? Deyir hüquqda. Amma 70-ci ildə Leninqrad Dövlət Universtetinin hüquq fakültəsində təhsil alan yeganə azərbaycanlı mən idim. Qafqaz millətindən ayrı nümayəndə yox idi. Bu faktın özü üzərimə ikiqat məsuliyyət qoyurdu. İndi heç Tovuzda kənddə bilmirlər ki, kim harda oxuyur. O dövrdə isə bütün kənd, rayon, qəhum-əqrəba bilirdi ki, filankəsin uşağı gedib Leninqradda hüquq fakültəsində oxuyur. Bu həm prestij, həm də çox böyük məsuliyyət idi. Ona görə də düşünürdüm ki, yaxşı oxumaqdan başqa çıxış yolum yoxdur. Pis oxusam, universitetdən qovulub Azərbaycana qayıdacam və bununla da hər şey bitəcək... 
Məktəbdə, eləcə də universitetdə oxuyan vaxtdan bir şeyi fikirləşirdim – özümü təsdiq etmək. Məqsədim bu idi. Bugünə qədərki həyatımda özümü təsdiq etmək istəyim hər zaman uğurlu olub.  Hesab edirəm ki, özünü təsdiq etməyi qarşısına məqsəd qoyan insan mütləq nailiyyət qazanacaq. 
 
- Hüquqşünas kimi indiyədək bir çox insanların haqqını qorumusunuz. Nə zamansa kiminsə hüquqlarını müdafiə etməkdə çətinlik çəkmisinizmi?  

- Əlbəttə, olub. Mən hüquq-mühafizə orqanlarında, Ədliyyə Nazirliyində 16 ildən çox müxtəlif vəzifələrdə işləmişəm. Elə olub ki, öz tabeliyimdə olanların hüquqlarını müdafiə eləmişəm. Ədliyyə Nazirliyinin 9 il “partkom”u olmuşam. “Partkom” da insanların hüquqlarını kimdən qorumalıdır? Nazirliyin rəhbərliyindən. Mən həmişə onları müdafiə etmişəm, indi də onlar arasında yaşayanlar var və onlar bunu bilir. Onlara qarşı ədalətsiliyi heç zaman qəbul etməmişəm və məhz bu səbəbdən də mübarizə aparmışam.  

- Ədalətsizliyi sevmirsiniz?  

- Qətiyyən. İnsan anadan olandan o ədalətli yaranır. Sonra isə həyat, cəmiyyət, ətraf o insanın daxilindəki ədalət hissini, prinsiplərini dəyişə bilər. Amma prinsip etibarı ilə bütün insanlar ədalətlidir.  

“Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub”
 
- Siz fəaliyyətinizə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutundan elmi işçi kimi başlamısınız. Və sonradan fəaliyyətinizdəki pillələrin sayı artıb. Bu pillələri qalxmaqda İlham Rəhimova kimlərsə və ya nələrsə yardımçı olubmu?  

- Hər şeydən əvvəl Allaha minnətdaram, ikincisi xasiyyətimə. Mən uşaqlıqdan psixoloji çətinliklər görmüşəm. 7 yaşından ögey anayla böyümüşəm.  Bu, istənilən insana təsir edir, o ki qaldı 7 yaşında uşaq ola. O vaxtdan artıq başa düşmüşəm ki, mən öz-özümü təsdiq etməsəm, güclü xarakterim olmasa heç nəyə nail ola bilmərəm. Mən həm də çox dözümlü və səbirli insanam. Bir işi başladımsa, mütləq axıra çatdırmalıyam. Heç bir işi yarı yolda qoymuram. Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub. Bəli, düşmənlərim də. Onlar məni möhkəmləndirib.  

- Ananızı 7 yaşında itirmisiniz?  

- Xeyr, anam sağ idi, amma atam ikinci dəfə ailə qurmuşdu. Anam 91 yaşında rəhmətə gedib. Atam belə qərar qəbul elədi ki, mən ögey ana yanında böyüməliyəm. Onda uşaq idim və qərarları mən vermirdim. Həyat belə gətirib. 7 yaşından Tovuzdan Bərdəyə köçmüşəm və orda yaşamışam. Həmin yaşda belə şeyləri bir o qədər anlamırsan, amma sonradan xatırlayırsan. Anamı tez-tez gedib görürdüm. Uşaqlığımın əsas illəri atamın ailəsiylə keçib. Amma bu o demək deyil ki, anamla əlaqəm olmayıb.  

- Bildiyimizə görə, atanız, mərhum Məmmədhəsən müəllim insanlara çox xeyirxahlıq edib.  

- Atamın  xeyirxahlığını çox görmüşəm və yaxşı xatırlayıram. Bizi də elə tərbiyələndirib. Amma mən onun qədər ola bilmərəm.   

- Siz də bu gün Tovuzda bir çox ailələrə dəstək olursunuz.  

- Təkcə Tovuzda yox, məktəbə getdiyim, böyüdüyüm, çoxlu uşaqlıq dostlarımın olduğu Bərdədəki bir çox insanlara indi də köməklik edirəm.  

“Azərbaycanda insanlara yararlı bir layihə olsa, məmnuniyyətlə razılaşaram”
 
- Bu gün Rusiyada çox böyük bir iş adamısınız. Niyə bu işin analogiyasını Azərbaycanda həyata keçirmirsiniz? Sizə Azərbaycanda iş qurmağa nə mane olur?  

- Azərbaycanda iş görənlər çoxdur. Onların çörəyinə şərik olmaq düz çıxmaz axı... Bu da var, ayrı səbəblər də. İnsan hansı sahədə pul qazanırsa, çalışmalıdır yatırımı da ora qoysun. Amma onun qazancını, pulunu öz vətənində xərcləyə bilər. İnvestisiyanı artırmaq məqsədi ilə bu belə olmalıdır. Harda sən pul qazanırsan, harda iş yerin var, ora öyrəşirsən, oranın atmosferini bilirsən. Amma buna baxmayaraq, Azərbaycanda, Bakıda elə bir layihə olsa, bilsəm ki, onun insanlara, soydaşlarıma xeyri olacaq, təbii ki, orda iştirak edərəm.  Belə təkliflərə, əlbəttə ki, açığam. Elə bir şey olsa, məmnuniyyətlə razılaşaram.  

- Siz Azərbaycan, ya Rusiya vətəndaşısınız?  

- Rusiya vətəndaşı olmaq imkanlarım çoxdur. Amma Azərbaycanı çox sevirəm və ona görə də buranın vətəndaşıyam. Yeri gəlmişkən, bir çox insanların Rusiya vətəndaşlığı almasına mən kömək etmişəm.  

- Sizə Rusiyada vəzifə təklif olunub?  

- Bəli, təklif olunub. Amma vətəndaşlığa görə qəbul eləməmişəm. Bu faktdır!  

- Amma çoxları bu təkliflə düşünmədən razılaşardı...     

- Düzdür, razılaşardı, bu sözünüzlə razıyam. Mənə belə təkliflər 2000-ci ildə olub. Daha doğrusu, 1999-cu ildə. O vaxt buna razılıq vermək olardı. Həm də çox böyük vəzifələr idi, amma bir fakta görə etiraz elədim. Mənə təklif olunan dövlət məmurluğu görəvi üçün Rusiya vətəndaşlığı şərt idi.  
Bəziləri buna belə don geyindirirdilər ki, guya mənim  Azərbaycanla bağlı siyasi planlarım və iddialarım olduğu üçün Rusiya vətəndaşlığını qəbul etmirəm. Amma həyat və zaman bunun belə olmadığını göstərdi. Azərbaycanda da mənə vəzifələr təklif olundu, amma mən ona da razı olmadım. 
 
- Bəs, Azərbaycanda təklifləri dəyələndirməmənizin səbəbi nə idi?  

- Bayaq dediyim kimi, uzun illər dövlət işində çalışmışam və onun nə demək olduğunu bilirəm. Sonra bir müddət ki, heç bir vəzifədə işləmədim, bax, onda həyatın gözəlliyinin, sərbəstliyinin, azadlığın nə olduğunu anladım. Sərbəstlik, azadlıq, heç kimə tabe olmamaq necə də qiymətlidir. Hansı vəzifədə olursan ol, azadlığını itirirsən. Deyirik, qulluq, dövlət qulluğu. Bu nə deməkdir? Bu o deməkdir ki, sən kiməsə tabesən,  azadlığını itirirsən.  

- Azadlığınızı vəzifəyə qurban verməmisiniz.  

- Heç bir vaxt. Heç bundan sonra da vermərəm. O özgürlüyün nə demək olduğunu bilmək üçün gərək uzun müddət vəzifədə işləyəsən, məmur olasan, sonra isə bu məsuliyyətdən, yükdən azad olasan. Məhz o zaman azadlığın qiymətini anlayırsan. Mən bunu yaşadım və gördüm. Siz bilirsiniz, bizdə bir müddət vəzifədə işləyib sonra işdən çıxanlar ruhdan düşürlər, xəstələnirlər, nəylə məşğul olacaqlarını bilmirlər. Mən vəzifədən öz istəyimlə çıxmamışdım, çıxarılmışam. Ekspertiza İnstitutunun direktoru işləyirdim, o zaman məni  qanunsuz olaraq işdən çıxarmışdılar. Həmin vaxt elə bildim, dünyanın axırıdır. O vaxt artıq professor idim. Onda anladım ki, dövlət işində olmasam da, professor kimi gedib hardasa dərs deyəcəm. Elə də oldu. Bir müddətdən sonra heç heyfslənmədim. Hər şeyi necə var, elə də qəbul elədim. Ümumiyyətlə, insan taleyində baş verən hadisələri çox soyuqqanlı qəbul etməlidir. Artıq bir hadisə oldusa oldu və sən onu geri qaytara bilmərsən. Onun üçün də heyfslənmək, dərd eləmək, ağlamaq, özünü öldürmək, bunlar hamısı boş şeylərdir. Heç bir vaxt gedib kiməsə ağız açmamışam ki, məni bu vəzifədən başqa vəzifəyə keçirin. Ümumiyyətlə, o dövrdə belə şeylər az olurdu. Biz nə qədər istməsək də, tənqidi yanaşsaq da, o dövrdə fəaliyyətini görüb səninlə bağlı müəyyən qərarı verirdilər. Əvvəllər elə idi, indi elə deyil. Ədliyyə Nazirliyinin ən böyük idarəsinin rəisi idim. Təbiidir ki, özüm də anlayırdım ki, ömürlük burda otura bilmərəm və nə zamansa işim dəyişəcək. O zaman “partkom” idim, məni Mərkəzi Komitəyə işə dəvət edə bilərdilər. Ora aparmasalar da, Ədliyyə nazirinin müavini ola bilərdim. Bunlar hamısı təbiidir. Açığı, Allah məni işdən çıxaran Ədliyyə nazirini əvəz edən Südabə Həsənovadan razı olsun. Yaxşı ki, o vaxt elə edib. Əgər məni işdən çıxarmasaydı, yəqin ki, hələ də orda idim. Məndən sonra, 1996-cı ildə ora gələn hələ də orada işləyir. İşdən çıxarılmasaydım, mən hələ də elə o kabinetdə və o işdə idim. İndi düşünürəm ki, nə yaxşı hər şey belə oldu. Rusların bir sözü var: “net xuda, bez dobra”, yəni şər deməsən, xeyir gəlməz. O sözə qüvvət.  

- Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deyirlər, tovuzlular sizin millət vəkili olmağınızı istəyirlər. Siz necə, deputat olmağı düşünürsünüz?  

- Onların müraciətindən əvvəl “Deputat olmaq istəyirsinizmi?” sualına “belə bir fikrim yoxdur” deyə cavab vermişdim. Bir də demişdim, bunun üçün iki şərt var. Görsəm ki, o şərtlərin ikisi də var, o zaman  razı olaram. Hələ vaxt var və mənim hansı qərarı verəcəyimi bilmək üçün o iki şərtlə tanış olmalısınız...  

“Deputat olan şəxs “bəli, baş üstə” sözlərindən istifadə etməməlidir” 
 
- O şərtlər nədir? Ümumiyyətlə, sizcə, deputat nəyi bacarmalıdır və necə insan olmalıdır?  

- Birincisi, dünya təcrübəsində də belədir ki, deputatlar əksər hallarda hüquqşünaslar olur. Ona görə ki, parlament qanunvericilik orqanıdır. Deməli, hüquqünaslar çox olsa, daha yaxşı olar. İkincisi, parlamentin əsas funksiyalarından biri də büdcəyə nəzarət edib, onu təsdiqləməkdir. Deməli, orda iqtisadçılar da olmalıdır. Əgər effektli parlament istəyiriksə, bu iki kateqoriyaya aid şəxslər parlamentdə daha çox olmalıdır. Bu o demək deyil ki, hər hüquqşünas və ya iqtisadçı elə deputat ola bilər. Təbiidir ki, deputat intellektli, çox sərbəst, öz sözünü deməyi bacaran şəxslər olmalıdır. Həmişə “baş üstə”, “bəli” sözlərindən zəhləm gedib. Və çox gözəl olardı ki, deputat olan şəxs “baş üstə” sözünü ümumiyyətlə istifadə etməsin. Heç kim deyə bilməz ki, indiyədək mən kiməsə “baş üstə” demişəm. Mən Ədliyyə Nazirliyində -  işləyən dövrdə keçmiş Ədliyyə naziri var idi, Nəriman Yusifov,  bu yaxınlarda rəhmətə getdi, yaşı 90-ı keçmişdi. O məni nazirliyə dəvət edib şöbə müdiri qoydu. Artıq bir neçə gün idi işləyirdim, Nəriman Yusifov da uzun müddət Moksvada Kremldə işləmişdi. Nazirlə birbaşa telefon əlaqəsi vardı. Bir dəfə zəng gəldi, dedim bəli. Sonra mənə bir neçə tapşırıq verdi, mən də dedim “baş üstə”. Dərhal dedi, “dur, gəl bura”. Mən 3-cü, o isə 2-ci mərtəbədə otururdu. Düşdüm otağına, gənc oğlan idim. Dedi, bir müddətdir işləyirik, sənin işindən razıyam, xasiyyətin də xoşuma gəlir, amma bir də səndən “baş üstə” sözünü eşitsəm, daha səninlə işləməyəcəm. Təkcə mən yox, sənə birinci katib belə zəng etsə, ona da “baş üstə” desən, səninlə qurtardıq. Mən o zamandan “baş üstə” sözüylə qurtarmışam. Sonra müxtəlif nazirlərlə işlədim, o sözü bir daha işlətmədim. Nəsə tapşırıq verilirdi, deyirdim bir saata hazırdı... 

Qeyd: Müsahibənin II hissəsi sabah, yanvarın 14-də məhz professorun doğum günündə yayımlanacaq. Bir çox maraqlı sualların cavabı növbəti hissədə dərc olunacaq.
Oxşar xəbərlər
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
GÜNLÜK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:48
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
24 Apr 2024 | 08:44
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:48
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
24 Apr 2024 | 08:44
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO