Xəbər lenti
17/02/2020 [14:32]:
Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
17/02/2020 [14:29]:
“Oğlumun şəhid olmasından sonra əlsiz-ayaqsız adam kimiyəm…”
17/02/2020 [14:28]:
Putinin tərcüməçiləri Kreml sahibinin bəzi deyimlərindən şoka düşdülər...
17/02/2020 [14:11]:
Demokratik seçki keçirmək istəyiriksə...
17/02/2020 [14:07]:
Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı
17/02/2020 [14:01]:
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
17/02/2020 [13:48]:
Vaqif Əsədov: "Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib" - VİDEO
17/02/2020 [13:46]:
Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi
17/02/2020 [13:45]:
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çap ediləcəyi vaxt açıqlanıb
17/02/2020 [13:44]:
Şahmat dühası – onun fransız xanımla ailə qurması üçün Fransa prezidenti Pompidu Brejnevə elçi düşüb
17/02/2020 [13:42]:
Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? - Nikol Paşinyan üçün tarixi arayış
17/02/2020 [13:41]:
Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib
17/02/2020 [13:40]:
Xocalı haqqında Zori Balayandan – Dəhşətli etiraf
17/02/2020 [13:39]:
Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırıb
17/02/2020 [13:35]:
ABŞ-da üç qadın Trampın rəqibinə çılpaq etiraz etdi - FOTOLAR
17/02/2020 [13:31]:
AAYDA: Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq
17/02/2020 [13:29]:
"Survivor 2020"də azərbaycanlı idmançı dava saldı -VİDEO
17/02/2020 [13:27]:
Amerikalı ekspert: “Paşinyan özünü çaşqın və zəif lider kimi göstərdi”
17/02/2020 [13:25]:
"Seçki saxtakarlığına yol verənlərin işi prokurorluğa göndəriləcək" - MSK katibi
17/02/2020 [13:23]:
MSK toplanır - Bəzi dairələr üzrə şikayətlərə BAXILACAQ
17/02/2020 [13:23]:
“Ermənilər Naxçıvanda heç bir zaman aborigen olmayıb: Bura Azərbaycan torpağı, türk yurdudur!”
17/02/2020 [13:18]:
Polis Qusarda əməliyyat keçirdi: Saxlanılanlar var
17/02/2020 [13:17]:
Cəmilin intihar xəbərini eşidən babası aeroportda infarktdan öldü
17/02/2020 [13:16]:
Azərbaycanda zorlamalar ABŞ-dan 95, Ermənistandan 2 dəfə azdır – STATİSTİKA
17/02/2020 [13:04]:
8 yaşında qocalıqdan öldü -FOTOLAR
17/02/2020 [13:02]:
Sabah hava necə olacaq?
17/02/2020 [12:54]:
“Borçalı aşıqları” adlı yeni kitab nəşr olunub
17/02/2020 [12:36]:
Fevralda dəm qazı zəhərlənməsindən 248 müraciət - XƏSTƏXANADA ÖLƏN DƏ OLUB
17/02/2020 [12:19]:
Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər
17/02/2020 [12:11]:
“Ermənilər provakasiyanı sevən millətdir və bu səbəbdən də hərbçimizin şəhid edilməsini təsadüfi saymaq olmaz...”
17/02/2020 [12:09]:
“Avropada “Tar” adında mərkəzlərin yaradılması təklifi təqdirəlayiqdir”
17/02/2020 [12:07]:
Bakıda məktəbli qız qəzadan son anda xilas oldu - VİDEO
17/02/2020 [12:06]:
Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub
17/02/2020 [12:01]:
“Azərsu” rəhbərliyi vətəndaş qəbulu keçirəcək
17/02/2020 [11:59]:
“Qalib əvvəlcədən bilinirdisə, bizi niyə bu işə cəlb etdiniz?!” - Qalmaqal
17/02/2020 [11:58]:
Xocalı haqqında Zori Balayandan – Dəhşətli etiraf
17/02/2020 [11:52]:
"Prezident İlham Əliyev millətimizin qürür yeridir"
17/02/2020 [11:52]:
Muradı saxlayıb Hadisəni sildi...
17/02/2020 [11:41]:
Məcburi Köçkünlər üçün Hüquqi yardım və Hüquqi maarifləndirmə işi aparıldı
17/02/2020 [11:35]:
46 uşaq sığınacaqlara yerləşdirildi
17/02/2020 [11:29]:
Sivil qaydalarla balıq ovlayın - İdarə rəisindən ÇAĞIRIŞ
17/02/2020 [11:22]:
Südün tərkibində olan kazein maddəsi xərçəng yaradır?- Ekspertlər müzakirə etdi...
17/02/2020 [11:04]:
BDU-ya yeni sözçü təyin edildi
17/02/2020 [10:59]:
Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı
17/02/2020 [10:57]:
AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başladı
17/02/2020 [10:56]:
Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı
17/02/2020 [10:52]:
Balakəndə 40 km-lik yol yenidən qurulur
17/02/2020 [10:51]:
Bir gündə 4 nəfəri it dişlədi
17/02/2020 [10:46]:
"Rusiya qanunsuz SSRİ-nin varisi olmamalıdır " - Aranovski
17/02/2020 [10:44]:
Amerikalı professordan Nikolu darmadağın edən - Sual
17/02/2020 [10:44]:
“Bu gün gənclərimiz üçün hərbi xidmətdə olmaq şərəf sayılır” – SHXÇDX-nin fəaliyyəti təqdir olundu...
17/02/2020 [10:38]:
Trampla Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu
17/02/2020 [10:38]:
Gözlərin iti görməsi üçün ən yaxşı içkinin yaşıl çay olduğu  bilindi...
17/02/2020 [10:34]:
Azərbaycan millisinə 22 futbolçu çağırıldı - SİYAHI
17/02/2020 [10:33]:
Bakıda iki maşın toqquşdu - Xəsarət alan var
17/02/2020 [10:32]:
“Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ”
17/02/2020 [10:24]:
Messi La Liqada yenə liderdir -Qol və asist sayı
17/02/2020 [10:22]:
Çindən təxliyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi
17/02/2020 [10:20]:
"Hitlerə və onun faşist ideologiyasına olan münasibətini M.Ə.Rəsulzadə belə bildirirdi..."
17/02/2020 [10:10]:
Azərbaycan torpağında daha bir Ermənistan hərbçisinin özünü öldürdüyü bəlli oldu...
17/02/2020 [10:08]:
Suriya ordusu Hələbin qərbində bir neçə məntəqəni nəzarətə götürdü...
17/02/2020 [09:53]:
MSK bu gün yenə toplanır
17/02/2020 [09:43]:
Hubeydə koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı
17/02/2020 [08:31]:
Zinanın xərçəng xəstəliyi törətdiyi təsdiqləndi – Avropa alimləri...
17/02/2020 [07:42]:
Bakıda Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr olunmuş möhtəşəm mövlud törəni keçirildi
17/02/2020 [00:34]:
Daha bir komandamız Avropa ikincisi oldu
17/02/2020 [00:30]:
Sabunçuda ər həyat yoldaşını döydü, vəziyyəti ağırdır
17/02/2020 [00:22]:
Güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək medal qazandı
17/02/2020 [00:12]:
“Zəlzələlərə görə təşvişə ehtiyac yoxdur” - RSXM
17/02/2020 [00:10]:
“Ekologiya postu” söküləcək...
17/02/2020 [00:10]:
İllər sonra Ayaz Mütəllibov AzTV-yə danışdı: "Paşinyan yalan deyir..." + VİDEO
17/02/2020 [00:09]:
Erməni mətbuatı Əliyevi şahinə, Paşinyanı göyərçinə bənzətdi...
17/02/2020 [00:07]:
Mətbuat Şurası MSK-nın qarşısındakı icazəsiz aksiyada monitorinq aparıb
17/02/2020 [00:04]:
Paşinyana istər zurna çal, istərsə də qaval, xeyri olmayacaq...
16/02/2020 [23:53]:
"Hərə bazarın bir hissəsindən yapışıb, hökumət də elə zənn edir ki, bazar iqtisdiyyatı qurub"
16/02/2020 [23:16]:
Milyarder qızı özünə sevgili axtarır - FOTO
16/02/2020 [23:14]:
Məşhur model dincəlmək üçün getdiyi Meksikada fanatlarını heyran etdi - FOTOLAR
16/02/2020 [23:09]:
Nəzakət Teymurova qızını nişanladı - FOTO + VİDEO
16/02/2020 [22:45]:
Seysmoloji Xidmət Mərkəzi: Təşviş yaratmağa ehtiyac yoxdur
16/02/2020 [22:44]:
Azərbaycanda yenə zəlzələ oldu - YENİLƏNİB
Bütün arxiv bir sırada
16/01/2020 [12:07] - Cəmiyyət - ( 13552 dəfə baxılıb)

10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO



Moderator.az BBC News Azərbaycancanın vəhşicəsinə qətlə yetirildiyi 10 yaşlı Nərminin kəndindən hazırladığı reportajı təqdim edir:

Tovuzun Dondar Quşçu kəndindəyik - Nərminin cəmi 10 il sürmüş ömrünün keçdiyi və bitdiyi kənddə. Günortadır. Kimisi artıq rayon mərkəzində bazarlığını edib içi dolu zənbillərlə evinə qayıdır, digərləri isə örüşdəki mal-heyvanını qabağına qatıb günorta dincəlmək üçün evə aparır.

Bəziləri də, xüsusən yaşlı adamlar qapıların ağzındakı oturacaqlarda oturaraq yaddaşlarını qurdalayıb keçmişdə olub-bitəndən danışırlar.

Kənddə bir neçə yerdə yas mərasimi var; yas çadırlarından biri də 7 gündür ki, əmisiqızının toyundan sonra itkin düşmüş 10 yaşlı Nərmin üçün qurulub. Kənd camaatı deyir ki, yas çadırı düz 7 gün qurulu qalmalıdır. Qayda belədir...

Yanvarın 6-da iki ay əvvəl itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın cəsədi yaşadığı Dondar Quşçu kəndinin küçələrindən birində yanarkən tapılıb. Yanan cəsədi görüb polisə xəbər vermiş İlkin Süleymanov adlı 47 yaşlı kənd sakini qızın ölümündə günahlandırılaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bildirib ki, İlkin Süleymanov törətdiyi əməli tam etiraf edib. Nərmin Quliyevanın atası Şərif Quliyev polisin fəaliyyətindən razılığını ifadə edib.

Yerli media yazır ki, Baş prokuror Zakir Qaralov keçirdiyi müşavirədə dövlət başçısının bu məsələni şəxsən nəzarətə götürdüyünü bildirib.

"Gerçəkdən o öldürübsə..." - bu, BBC News Azərbaycancanın söhbətləşdiyi uşağın ölümü haqda danışarkən kənd sakinlərinin bir nəfər kimi sözə başladığı ifadədir. Onlardan bəziləri azyaşlının itkin düşməsindən sonra aparılmış axtarışlardan razı qalmadıqlarını bildiriblər. Onlar hesab edirlər ki, azyaşlının itkin düşməsindən sonra evlərin hamısı yaxşı axtarılmayıb.

İlkin Süleymanovun ailəsi nə deyir?


İlkin Süleymanovun bacısı İlhamə Süleymanova iddia edir ki, polis əvvəlcə onların evini yaxşı axtarmayıb. Daha sonra isə gecəyarısı, onlar yuxuda olarkən evlərinə girilib. İlhamə Süleymanova sual edir ki, həmin vaxt kənddə polis ola-ola kimsə oğurluq etmək fikrinə düşərdimi? Və oğurluğa gəlmiş şəxs niyə evdən heç nə aparmayıb?

Ailə bu məsələ ilə bağlı polisə və ya 102 xidmətinə nə üçün şikayət etmədiklərini izah edərkən ağlımıza gəlmədi deyir.

"Anam tezdən durdu ki, ay bala, durun qapı-baca açıqdır, evə giriblər. Baxdıq ki, hər yer açıqdır. Darvazanı gecə mən bağlayıb yatmışdım. Evə arxa tərəfdən giriblər. Ondan sonra da gəldilər ki, bəs, evdə izlər var".

İlhamə Süleymanova BBC News Azərbaycancaya açıqlamasında iddia edir ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.

"Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən qardaşının xəttini bilirsən? Baxan kimi dedim, bu onun xətti deyil. Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram," cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib.

"Nərminin sırğası hanı?"


İtkin düşərkən Nərminin qulağında sırğa olub. Üstəlik, o, əmisinin evindən çıxarkən əlində atasının gödəkçisi olub.

Lakin bütün axtarışlar zamanı nə sırğalar, nə də gödəkçə tapılıb.

İndi ailəni də, kənd camaatını da, elə İlkin Süleymanovun ailəsini də bu suallar maraqlandırır: "Sırğa və gödəkçə hanı? Niyə tapılmır?"

"Bu, bizim hamımızın müsibətidir"


Dondar Quşçu kəndinin əhalisi bir-birinə qohumdur. Kəndə sonradan köçənlər kəndin ayağında yeni salınmış məhəllələrdə yaşayırlar. Nərminin ailəsinin qonşuluğunda isə ancaq bir-birinə yaxın-uzaq qohumluğu olan şəxslər məskunlaşıb.

Hadisə ilə bağlı söhbət etməyə çalışdığımız kənd camaatı sanki danışmağa çəkinir. Bizə danışanlar isə "şokda olduqlarını" və "kimin müsibətinə ağlayacaqlarını bilmədiklərini" deyirlər.

Əksəriyyət "iki ailə də qohumumuzdur. Biri sakit, başıaşağı, öz tükünün üstündə dolanan kasıb bir ailə, digəri isə ziyalı ailəsidir. Bu bizim hamımızın müsibətidir" deyirlər.

"İlham Əliyev nəzarətə götürdü, qatil tapıldı"

"45 gün idi ortada heç nə yox idi. Niyə gətirib bir kamera quraşdırmadılar? Niyə yaxşı nəzarət etmədilər? İlham Əliyev nəzarətə götürdü və o nəzarətə götürən kimi də qatil tapıldı", İlkin Süleymanovun bacısı deyir ki, bu cür saysız suallar içində "aciz qalıb".

Yerli medianın verdiyi xəbərə görə, yanvarın 9-da Baş prokuror Zakir Qaralov keçirdiyi müşavirədə "dövlət başçısının məsələni şəxsən nəzarətə götürdüyünü" deyib.

Qətlə yetirilmiş azyaşlının ailəsi də deyir ki, 45 gün polis şöbəsinin qarşısında "yatıb-durublar".

Quliyevlər ailəsinin sözlərinə görə, əslində bir televiziya verilişində günahın əminin üstünə atılmasından sonra başlayıb "ailənin müsibəti".

Nərminin itkin düşməsində öncə onun yaxın qohumları - Nərminin atasının gödəkçəsini götürmək üçün evinə getdiyi əmisi günahlandırılıb. Uşağın meyiti tapılandan sonra isə diqqət İlkin Süleymanova yönəlib.

Nərminin yas mərasiminə toplaşan qohum qadınlar deyirlər ki, bütün kənd "Nərminin əmilərinin yoxlanıldığı kimi yoxlanılıb, araşdırılmalı idi".

"Uşaqlar qorxur"

Kənd əhlinin bəzisi deyir ki, evi yoxlanıb, digərləri isə əksini iddia edir. Anası rəhmətə getdiyi üçün bir müddətdir kəndə qayıtmış bir sakin bildirir ki, onların da evi yoxlanmayıb:

"İtkin xəbərindən sonra polis gəldi, icazə aldı, keçdi bağı yoxladı, sonra çıxıb getdi. Halbuki axtarış kağızı ilə gəlib, evlərimizi, bütün dəlmə-deşiyi yaxşıca axtarmalı idilər". Digər bir sakin də deyir ki, polis onların evini də bağını də yoxlayıb, amma zirzəmiyə baxan olmayıb.

Ailənin bəzi qohumları isə "polisin uşaq itən gündən "iş başında" olduğunu bildirir. "Az qalsın 50 gündür polis də, polisin rəisi də buralardadırlar, işləyirlər," - kənd sakini Yunis Abdiyev söyləyir. O hesab edir ki, "polis işini görüb".


Yunis Abdıyev deyir ki, indi bu hadisədən sonra bircə qalıb kənd uşaqları ilə psixoloji iş görmək. "Uşaqlar təşviş içindədirlər. Onlar qorxurlar. İndi polis də, İcra Hakimiyyəti də, məktəb də bu işdə birgə fəaliyyət göstərməlidir. Onlarla iş aparılmalıdır".
İlkin Süleymanovun ata-anası ilə birgə yaşadığı evin nə üçün yoxlanmamasına gəlincə, Şərif Quliyev deyir ki, "hörmətli qonşudur, ziyalı ailədir, ayıbdır deyə yoxlanılmadı o ev".

Baş Prokurorluq İlkin Süleymanova qarşı işgəncə iddialarına cavab verib: "Heç bir işgəncədən söhbət gedə bilməz".

Lakin qurum hadisə ilə bağlı səsləndirilmiş digər bütün iddialara şərh verməyib.

"Lazımi söhbətlər aparmışıq"

Kənddə azyaşlı övladları olan valideynlər bu hadisədən sonra narahatdırlar. Onlar bildirirlər ki, uşaqlar bu hadisədən çox qorxublar. "Axşam bayıra çıxmağa qorxurlar. Tək harasa göndərmək istəyəndə getmək istəmirlər. Məktəbə özümüz aparıb-gətiririk", - valideynlər bildirir.


Kənd orta məktəbinin direktoru Mətanət Vəliyeva isə deyir ki, "təhlükəsizliklə bağlı profilaktik söhbət uşaqlarla tək indi yox, həmişə aparılıb".

"Tək uşaqlarla yox, ildə iki dəfə valideynlərin özləri ilə iclas keçiririk. Valideynlərlə ildə iki dəfə mən özüm söhbət aparıram. Ayda bir dəfə də sinif rəhbərləri onları yığıb danışır ki, uşağa nəyi necə başa salmaq lazımdır. Biz uşaqlara izah edirik ki, tanımadığınız adama yaxınlaşmayın. Küçədə açıq naqil görəndə ona toxunmayın. Mümkün təhlükələrdən onları xəbərdar etmişik, bundan sonra da edəcəyik. Nərminin özü isə ağıllı, dilli-dilavər qız idi. Ancaq belə də olur".

Hazırda qətllə bağlı istintaq gedir. İstintaqın nəticəsini isə çoxları gözləyir.

Amma artıq istənilən nəticə qıpqırmızı güllərə bələnmiş balaca məzarında həmişə yaşı 10 qalacaq Nərminin taleyini dəyişməyəcək, o, artıq yoxdur.

Müəllimini məğlub edən 3 yaşlı qız gündəmə çevrildi - MARAQLI... + VİDEO
Elm dünyası şokda - Hava temperaturu ilk dəfə bu qədər artdı...
Azyaşlı qıza təcavüz edən şəxsi bu cür cəzalandırdılar - MARAQLI... + VİDEO
Məşhur repçi tamaşaçılara hücum etdi - RƏZALƏT... + VİDEO
Ağcabədidə deputatlığa namizədi ölümlə hədələdilər - ŞOK SƏS YAZISI + VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Oğlumun şəhid olmasından sonra əlsiz-ayaqsız adam kimiyəm…”
Cəmiyyət
“Ermənilər provakasiyanı sevən millətdir və bu səbəbdən də hərbçimizin şəhid edilməsini təsadüfi saymaq olmaz...”
Siyasət
"Hitlerə və onun faşist ideologiyasına olan münasibətini M.Ə.Rəsulzadə belə bildirirdi..."
Siyasət
Paşinyana istər zurna çal, istərsə də qaval, xeyri olmayacaq...
Dünya
"Amerikalıların Türkiyəni dinləyə bilməsi üçün şifrələmə cihazını dəyişdirdik!" - ŞOK İDDİA
Həftənin ən çox oxunanları
Qalmaqal: Müəllimin şagirdi ilə sevgi münasibəti lentə alındı -VİDEO
“Türklər müttəfiqlərimizi qırır: Biz olmadan Əsədin davam gətirməsi mümkünsüzdür”
Türkiyənin təyyarələrlə bağlı xəbərdarlığı Rusiyanı qoxuya saldı: Yada düşər xatirələr...
Hədəfi 640 km uzaqlıqda haqlayan ölümcül güc: Ən qüdrətlilər belə onun qarşısında acizdir!
"İllərlə xalqdan nə çaldınız, FETÖ-ya nə qədər para yedirdiniz, hamısı deşifrə olacaq..."
Ərdoğandan dünyanı SİLKƏLƏYƏCƏK SÖZLƏR - "Əsədi darmadağın edəcəyik"
“Türkiyə bizim qərargahımızdır: Moskvanı bu qərargahla hesablaşmağa məcbur etməliyik!”
Seçildiyi dairənin nəticələri ləğv edilən Hadi Rəcəbli: “Qurtardı”
“Rusiya türk ordusu ilə üz-üzə gəlməyəcək: Buna cürəti yoxdur!”
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247