“Sabah Şuşa qayıtsa, sağ qalsam, gedəcəyəm Şuşaya və görsəm ki, ora dağılıb...”
Oxunub: 6108
17 Jan 2020 | 10:34
“Sabah Şuşa qayıtsa, sağ qalsam, gedəcəyəm Şuşaya və görsəm ki, ora dağılıb...”
Moderator.az saytının bu dəfəki qonağı Xalq Şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. 
 
- Sabir bəy, belə bir söz var: “Ədəbiyyata gəlmək...” Sizcə, bu deyim nə dərəcədə doğrudur? Ədəbiyyat seçimdir, yoxsa tale?

- Taledir. Amma, tale səxavətlidir. O, insanlara bir neçə yol verir, bir neçə variant təklif edir. Seçim etmək insanın özünə qalır.  
 
- İlk şeiriniz necə “doğulmuşdu”?

- Onu mən dəfələrlə demişəm, yazmışam. Təkrarlamaq istəmirəm. Hər halda, həmin şeir orta məktəbdə, təxminən, dördüncü, beşinci sinifdə doğulmuşdu. Ailədəki faciəylə bağlıydı.  Anam öz qardaşını itirmişdi və ona ağı deyirdi. Mən də ona təsəlli verməkçün bir şeir yazmışdım. Yadıma gəlir ki, ilk yazım onda doğulmuşdu. 

- Şeir sizə doğmadı, yoxsa nəsr?

- Gənclik illərində daha çox şeir doğma idi, indi daha çox nəsr doğmadı.
 
- “Ömür kitabı”  ömrünüzə necə yazıldı? Kitabın bu qədər oxunacağını, seviləcəyini gözləyirdinizmi?

- Xeyr, gözləmirdim. Sadəcə olaraq, mən öz sevgimdən yazmışdım: Torpaq sevgimdən, Vətən, Yurd sevgimdən… Və öz duyğularımı başqaları ilə bölüşmək istəyirdim. Mən bütün ömrüm boyu çox gəzmişəm, çox oxumuşam. Düşünürdüm ki, ola bilər, mənim oğlum, yaxud bizdən sonra gələn nəsil vaxt tapıb o yolları keçə bilməyəcəklər, mən oxuduğumu oxuya bilməyəcəklər. Bəlkə də, tarixlə o qədər də maraqlanmayacaqlar. Ona görə də düşündüm ki, öz tariximiz və ədəbiyyatımız, xalqımızın keçdiyi yollar, bu gün üzləşdiyimiz problemlər haqqında düşüncələrimi onlarla bölüşməliyəm. O kitab ona görə yazıldı. Düzü, kitabın o qədər geniş yayılacağını və sevgi qazanacağını düşünmürdüm. Əslində, bütün kitablar eyni taleyi yaşamır… “Ömür kitabı”ndan əvvəlki şeir kitabları da:  “Gəncə qapısı”, “Qan yaddaşı”, “Sağ ol, Ana dilim” kifayət qədər əks-səda doğurmuşdu, universitetlərdə, zavod və yataqxanalarda görüşlər keçirilirdi, müzakirələr olurdu. Xüsusən də, “Qan yaddaşı” kitabındakı tarix ruhu, genetik yaddaşın bərpası və milli hafizənin, milli şüurun güclənməsinə xidmət duyğusu çox böyük əks-səda doğurmuşdu. “Ömür kitabı”, bir növ, o şeirlərlərin davamı idi. Ona görə normal qarşılanacağını bilirdim.  “Ömür kitabı” 30 min tirajla çap olunmuşdu. Nəsr üçün normal tiraj sayılırdı. Bir həftədən sonra nəşriyyata məlumat gəldi ki, 30 min nüsxədən bir dənə də qalmayıb, kitab tapılmır. Nəşriyyat əvvəl 50 min, daha sonra 100 min tirajla kitabı çap elədi.  Rəhman Bədəlov adlı filosof dostum qısa müddət ərzində kitabı rus dilinə tərcümə etdi. Beləcə, kitab rus dilində də nəşr olundu. Daha sonra “Ömür kitabı” Türkiyədə  çap edildi. Kitabın rus variantı o vaxt SSRİ-nin türkdilli respublikalarında yayıldı. Məni tanıyan dostlarım, yoldaşlarım, xüsusən də, o müttəfiq respublikalarda, Volqaboyu respublikalarda yaşayan dostlarım kitab barədə yazılar yazmışdılar. Mənə çoxlu məktublar gəlirdi… “Ömür kitabı”ndan sonra aldığım məktubların sayı-hesabı yox idi… Bəzən yer tapmırdım bu məktubları qoymağa, kisələrə yığırdım səliqəylə. Bu məktublar əsasında daha bir gözəl kitab yazmaq olardı, amma, vaxtım olmadı. 1988-ci il hadisələri başladı. Və bu dəfə o məktublara ermənilərin yaratdığı iğtişaş da əlavə olundu. Xalqın narazılıq məktubları, o vaxt meydanı idarə etdiyim günlərdə meydana gələn məktublar… İnsanların faciələri, köçürülən kəndlərin, qovulan insanların, evsiz-eşiksiz qalan ailələrin dərdləri də məktuba çevrilib ünvanıma tələsirdi… “Ömür kitabı” ilə bağlı aldığım və məni sevindirən oxucu məktublarına göz yaşlarıyla islanmış taleyüklü məktublar da qarışdı… Bu, duyğuların bir-birinə qarışmasıydı, əslində. Bir ara düşünmüşdüm ki, “Ömür kitabı”nın ikinci hissəsi Güney Azərbaycan haqqında olsun.  Duyğuların qarışıqlığında, təəssüf ki, bu, alınmadı. Düzdü, sonra Güney Azərbaycanla bağlı çox yazdım, amma, o yazdıqlarım “Ömür kitabı”ndan fərqli oldu. 

- Şair kimdir?

- Məncə, şair Allahın sevimli bəndəsidir. Allah onu seçib, ona söz demək səlahiyyəti və ilham verib. İlhamsız yazmaq mümkün deyil. Bu, işin bir tərəfidir. İkinci tərəfisə şairin özünü cəmiyyətdən təcrid etməməsidi. Bəzən görürsən ki, bir şairin on kitabı çıxıb, amma, hamı ondan uzaqdadı. Fikrimcə, şair təpədən dırnağa kimi Vətən eşqilə yoğrulmuş,  Vətəninə xidmət etməkdən zövq alan, sözün əsl mənasında, gözəl insan və vətəndaş olmalıdı. Özünü sıravi insandan və vətəndaşdan fərqli sayan şair heç vaxt səmimi ola bilməz… Bir də Nizaminin dediyi kimi, şairlər Allahın seçilmiş bəndələridi, peyğəmbərdən sonra gəlirlər. Nizami peyğəmbərlə yanaşı qoyur şairləri. Bütün bunların vəhdətini düşünəndə, görürsən ki, qəribə bir obrazdı şair. Şeirlər şairin hisslərinin tərcüməsidir. Hər misrasıyla öz duyğularının şəklini çəkir şair. O, ömür boyu ruh abidəsini yaratmağa, başqalarının duya bilmədiyi hissləri sözə çevirməyə çalışır. Cəmiyyətin bir parçası olduğuna görə, şairlərin yaratdığı ruh abidəsi bütün insanların daxili aləminin tərcüməçisinə çevrilir. Minilliklər, yüzilliklər keçsə də şeirin sevildiyini, insanların dilindən düşmədiyini görəndə anlayırsan ki, şeir həm də bütün insanlığın sərvətidir. Min il əvvəl şeiri necə sevirdilərsə, indi də elə sevirlər. Zamanın hansı dönəmində olursa-olsun, sevgisini sözə çevirən şairlər bu duyğuları əsrdə-əsrə, minillikdən-minilliyə ötürməyi bacarıb. Elə ona görə də, əminliklə deyə bilərəm ki, şairlər sevgi, duyğu, hissiyyat ötürücüləridi… 

- “Anama məktub” şeirində son misralar mənim diqqətimi çəkdi: “Eh, görünür, əzəl gündən Analarda bəxt olmayır”...  Nədən bu cür düşünürsünüz ki, anaların bəxti olmur? Axı, analar ana olmağı ən böyük xoşbəxtlikləri sanır...

- Şübhəsiz ki, elədi. Mən ana haqqında çox yazmışam, bəlkə Azərbaycanda ən çox ana haqqında şeir yazan mənəm. Anamın həm əziyyətli, həm xoşbəxt günlərini çox görmüşəm. Bu, mənim ana haqqında düşüncəmdir. Hərdən özümə sual verirəm ki,  bəlkə heç anam belə düşünmürdü? Amma sonra, anam artıq həyatda olmayanda onun mənə göndərdiyi məktub keçdi əlimə. Onu da deyim ki, atam da, anam da latın qrafikası ilə yazırdı, lakin yazı-pozudan uzaq adamlar idi. Onlar ömür boyu çalışırdılar. Atam o vaxt əsgərlikdən yaralanaraq qayıdanda ona təklif ediblər ki, məktəbdə rus dilində hərbi hazırlıq müəllimi olsun. O isə baxıb ki, qardaşları hamısı müharibəyə gedib, böyük ailə köməksiz qalıb və müəllimliklə bu böyük ailəni dolandırmaq mümkün deyil. Odur ki, müəllimliyi yox, təsərrüfatla məşğul olmağı seçib. Atam da, anam da nadir hallarda yazırdılar. Anam ancaq mənə məktub yazmaqçün əlinə qələm götürürdü. Kitabları da biz oxuyurduq, onlar qulaq asırdılar. Bayaq haqqında danışdığım məktubda anamın qınağı, incikliyi vardı. Bunu sonralar, özüm valideyn olandan sonra anladım. O məktubda anamın “Hardasan?”,  “Niyə yazmırsan?”, “Niyə gəlmirsən?” gileyi də vardı. Ömrünün sonuna yaxın ona bir telefon aldım ki, tez-tez danışa bilək. Əvvəllər, telefon olmayan vaxtlarda əlaqə saxlamaq da çətin idi. Kəndə zəng etməkçün bir-iki saat vaxt itirirdim. Ona görə də valideynlərimlə tez-tez danışa bilmirdim. Düşünürəm ki, indi ikicə gün övladımızla danışmayanda narahat oluruq, gör, indi onlar necə nigaran qalıblar... “Ömür kitabı” çıxanda atamla anam zəng edib məni danlamışdılar. Kitabda tariximizi saxtalaşdıranlara qarşı sərt cavablar vardı. Atam deyirdi ki: “30-cu illərdə şairlərin başına nə gəldiyini unutmusanmı?” Cavabım qısa idi: “Bu, mənim taleyimdi...” Onda atam mənə bir məktub yazmışdı: “Mən sənin meydanda qabağa düşməyini, hökumətlə baş-başa gəlməyini istəməzdim. Amma, başlamısansa axıra kimi get!” Valideynlərim on dörd övlad böyüdüblər, hamısının uğurlu həyatını görüblər. Övlad sarıdan xoşbəxt idilər, amma, yenə də ömür boyu nigaran yaşadılar... İndi anlayıram onları, özüm valideyn olandan sonra anlamaq çətin deyil o nigarançılığı... Bütün övladları yerbəyer edəndən sonra atamla anam ata ocağımızda tək qaldılar... Bəzən düşünürdüm ki, bəxt yoxdur, olsaydı, biz onları daima gözümüzün önündə saxlayardıq... 

- Əminəm ki, valideynləriniz sizinlə bir övlad kimi fəxr edib... 

- Əlbəttə! Fəxr edirdilər, bütün kitablarımı oxuyurdular. Onların ədəbiyyata sevgisi var idi. “Ədəbiyyat” qəzetində şöbə müdiri işləyəndə bizim kəndə onlarla “Ədəbiyyat” qəzeti gedirdi. Kənddə hamı bilirdi ki, mən o qəzetdə işləyirəm,  qəzeti oxuyurdular. Kiçik məqaləm çıxanda əldən-ələ gəzirdi. Valideynlərim, şübhəsiz ki, bu sevinci yaşayırdılar... Amma, bir məqamı qeyd edim, valideyn övladının şan-şöhrətinə nə qədər sevinsə də, balasının yanında, yaxınında  olmağı daha çox arzulayır. 

- İnsanın keçmişi onun həyatının xatirə dəftəridir. Əgər sizin keçmişə qayıtmaq şansınız olsaydı, nəyi dəyişdirmək və nəyi geri qaytarmaq istəyərdiniz?

- Bu da ənənəvi bir haldı. Hər kəs öz gəncliyinə qayıtmaq istəyir, təbii ki. Mənim gəncliyim ucqar bir dağ rayonunda, onun ucqar bir kəndində, çox çətin şəraitdə keçib. O rayon, o kənd addım-addım, ilbəil dəyişilib. Yəni, az qala dağların arasında unudulmuş vəziyyətdən, patriarxal, köhnə həyat tərzindən gəlib bugünkü günə çıxıb. Bu gün, bəlkə də o gənclik günlərimə qayıtmaq istəyərdim. Amma, elin, obanın, yurdun, rayonun yenidən o günlərə qayıtmağını istəməzdim. 
 
- Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Gənc yazarlardan kimləri oxuyursunuz? 

- “Ədəbiyyat” qəzetində çap olunan və digər jurnallarda çap olunan yazar və şairlərin yazılarını, şeirlərini oxuyuram. Bəzən də sosial mediada izləyirəm gənc yazarların yazılarını. Mənə gənc yazarlar kitablarını da gətirirlər, oxuyuram. Onların bir çoxları barəsində yazı da yazmışam. “Gənclərə biganə yanaşmaq olmaz” adlı bir yazım da vardı. Onların bir neçəsinin yazılarını gözdən keçirdim və gördüm ki, istedadlı nəsil gəlir. Aralarında mənanı qoyub forma dalınca qaçan, məzmun olmadan üslub haqqında düşünənlər də var. Bu da, təbii ki, müvəqqətidir. Keçib gedəcək. Əsl istedadlı adamlar bu mərhələləri keçir, öz yolunu tapır. Mən ədəbiyyatın bugünkü vəziyyətindən narazı deyiləm. Bəzən deyirlər, bu adamın 35 yaşı var, 40 yaşı var, o artıq gənc deyil. Mənə elə gəlir ki, gənclər bir az gec formalaşır, öz yolunu gec tapır. Buna görə üzülmək lazım deyil. Mən çox ümidlə baxıram ədəbiyyatımızın gələcəyinə.  Üslub axtarışları,  dünyaya açılma həvəsi gəncləri irəliyə aparır. Gənclər çox oxuyur, daha çox imkanları var dünya ədəbiyyatı ilə tanış olsun. Bütün bunlar çox gözəldir. Ümumiyyətlə, Azərbaycan gəncliyini sevirəm. Gəncləri necə sevməmək olar?! Onlar mənim övladlarımdı. Ola bilər ki, hərdən səhv hərəkət edirlər. Bu vaxt onlara səbrlə yanaşmalısan. Hər şeyi kəsib atmaq olmaz. 

- Yeri gələndə tənqid də edirsiniz?

- Bəli, lazım gələndə tənqid də edirəm, amma sevərəkdən edirəm. Mən gənclərin tərəfindən özümə qarşı sayğısızlıq görməmişəm. İmkanım olsa, çoxusundan yazı da yazaram. Açıq deyim, bir dəfə mənə kitab gətiriblər, açmışam, oxumuşam, demişəm get bir az da işlə. Daha sonra gördüm ki, bir neçə kitab çap edib gətirib, baxdım və dedim ki, bu şeir deyil, sən bir az başqa cür yanaş bu məsələyə, belə olmaz. Mən bunu onu sındırmaq üçün yox, düz yol göstərmək üçün deyirəm. 
 
- Bu gün böyük və görkəmli şair və yazıçılarımız tənqid olunur, hətta onları lağa qoyub yaradıcılığını bəyənməyənlər də var. Buna münasibətiniz necədi? O insanlara haqq qazandırmaq olarmı?

- Köhnə nəsil yeni nəsli bəyənmir, yeni nəsil köhnə nəsli bəyənmir. Bu, təbiətin qanunauyğunluğudur. Köhnə nəsil o gəncin böyükləridi. Atası, babası yaşda olan adama dil uzatmaq qəbuledilməzdir. Məsələn, bəzən gənc nəsil öz doğma ata-anası ilə də yola getmir. Valideynləri onun həyat tərzini, geyim tərzini bəyənmir. Amma, bu gün dil uzatmaq məsələsi o qədər də ənənə halını almayıb. Tək-tək adamlar bu hərəkəti edirlər. Gəlin sizə bir misal çəkim; torpağa soğan toxumu və ya balqabaq toxumu düşür, bir azdan o göyərir, göyərib qalxanda öz qabığını başında qaldırır. Sonra qabıq quruyub düşür ordan. Fikir verin, qabığını torpaqda qoymur, qaldırır başına, göy işığına, günəş onu qurudur. Allahın otu belə öz qabığını, ona həyat verən qabığı başında qaldırır. Cavan nəsil gərək öz kökünü başında qaldırsın. Başında qaldırmasa,  torpaqdan qalxıb çıxa bilməz üzə, elə orda çürüyər. Və o qabıq da görəndə ki, onun içindəki maya cücərib çıxdı torpağın üzünə, o vaxt xoşbəxt olur. Yaşlı nəsil özündən sonra gələn cavan nəslin göyərməsini, onu əvəz edə biləcəyini görüb sevinir. Başqa cür olanda bu artıq xəstə təffəkkürdü. Sənətdə irəli getmək üçün öz yolunu axtarmalısan, köhnə yola iradın ola bilər, amma bu, heç vaxt inkar ola bilməz. Və o yol olmasa, sən olmazsan. O pillə olmasa, sən bu pilləyə qalxa bilməzsən. 
 
- “Yarımçıq ürəklə sevgimiz haram, Mən belə səadət arzulamaram. Şəhidəm, itkinəm halımı sorma, Qisas gününəcən halımı sorma!” Sizcə, qisas günü yaxındırmı?

- Hər halda, qisas günü olacaq. Biz heç kimə borclu qalmayacağıq. Əgər Azərbaycan dünyanın ən böyük imperiyalarından biri olan Çar Rusiyasından, daha sonra onu əvəzləyən SSRİ-dən ayrılıb öz müstəqil dövlətini qurubsa, deməli torpaqlarımız da qayıdacaq, hökmən! Qisas da alınacaq! Buna inanıram. Etiraf edim ki, gücümü, ilhamımı, görə biləcəyim işlərimin, planlarımın, arzularımın bir hissəsini Qarabağ savaşı əlimdən alıb. Və halı da sorulacaq vəziyyətdə deyiləm. Çox planlarımız bu savaşa qurban gedib. Və əgər insan ildə bir dəfə Şuşanı, Kəlbəcəri görmürsə, necə yaşaya bilər? Qisas günü də öz-özünə gəlməyəcək, bunu heç kim sənə hədiyyə etməyəcək. Biz dövlət olaraq, millət olaraq çalışmalıyıq. Yəni dövlət güclənməlidi, ordu güclənməlidi. Psixoloji sarsıntılar aradan qaldırılmalıdı. Bizim içimizdə məğlubiyyət duyğusunun təbliğatını aparırlar. Avropadan gələnlər məsələnin sülh yolu ilə həllini istəyirlər. Sülh sonda olur, indi danışıqlar gedir, danışıqlar da fayda vermirsə, daha qətiyyətli xarici siyasətlə, diplomatik addımlarla irəli getməliyik. Hər bir Azərbaycan vətəndaşında bu yolda şəhid olmaq iradəsi və hazırlıq gücü olmalıdır. 

- “Qaçqın”, “köçkün” adlandırılmaqdan yorulan, nisgilləri ürəklərinə yük olan insanların öz dədə-baba yurdlarına dönmək ümidləri heç vaxt köhnəlmir. Amma, bəzən deyirlər ki, torpaqlarımız işğaldan azad olsa, onlar Bakıdakı evlərini, rahat şəraitlərini qoyub kəndlərinə dönməzlər. Sizcə, bu düşüncə nə dərəcədə reallığı əks etdirir? Yəni, illərlə öz yurd-yuvasının həsrətini çəkən insanlar haqqında bu cür düşünmək etikdirmi?

- Bu, bəzi insanların sözü ilə, atmacası ilə həll olunan məsələ deyil ki... 1948-ci ildə azərbaycanlıları Ermənistandan çıxartmışdılar. Kütləvi proses gedirdi, Ermənistanı azərbaycanlılardan təmizləmək istəyirdilər. Böyük bir dalğa da köçüb gəldi, amma sonra ilk imkan yaranan kimi o adamların bir hissəsi Ermənistana-öz yurd-yuvasına qayıtdı. Baxmayaraq ki, orda bizə münasibət yaxşı deyildi, amma ora bizim torpaqdır. Torpaq da çox doğma və şirindir. Qarabağlılar da qayıtmasa, başqaları gedəcək. Sabah Şuşa qayıtsa, Allah qoysa sağ qalsam, imkanım olsa, gedəcəyəm Şuşaya. Və görsəm ora dağılıb, o dağılmış yerdən böyük həvəslə ev tikərəm ki, Şuşa abadlaşsın. İndi beş-altı nəfər gəlib burda ev tikib, bu, o demək deyil ki, onlar qayıtmayacaq, bu təbliğat kökündən səhvdir. 
 
- “SAĞ OL, ANA DİLİM” adlı şeiriniz var. Bu gün ana dilimizə əcnəbi sözlər daxil olur və bəzən dilimizdəki sözlər təhrif edilir. Dilimizi qorumaq üçün nə etmək lazımdır?

- Birincisi, onu deyim ki, türk dilindən dilimizə gələn təmiz türk sözlərindən narahat olmağa dəyməz. Yox, əgər türk sözləri vasitəsilə əcnəbi sözlər gəlirsə, narahat olmalıyıq. Dil canlı prosesdir, insan kimidir. Dil yaşayır və yaşadıqca zənginləşir. Müasir texnologiya ilə bağlı adlar da, terminlər də gəlir. Məsələn, telefon xaricdə icad olunub, adı da Avropadan gəlib. Mümkün qədər dilimizə gələn gəlmə sözləri uyğunlaşdırmalıyıq. Və dilimizin buna imkanı var. Bundan əlavə, dili özbaşına buraxmaq olmaz. Gedən prosesə nəzarət olunmalıdı. Arxaik sözlərimizi yenidən dilimizə qaytarmağa çalışmalıyıq. Türk dillərində müştərək sözlər var, onları axtarıb tapmalıyıq. Və bundan sonra dilimizə gələn terminləri də türk sözləri ilə koordinasiya etməliyik. Qoy eynilik olsun. Məsələn, kompyuter sözü, türklər ona bilgisayar deyir, biz isə kompyuter. Bilgisayar sözünün nəyi pisdir ki? Biz də o sözdən istifadə edə bilərik. Niyə də yox? Amma, bəziləri o dəqiqə deyəcək ki, dilimizi türkləşdirirsiniz. 50-60 il dilimizi ruslaşdırıblar, heç kim bu məsələylə bağlı danışmır. 2-3 türk sözü işlədən kimi deyirlər ki, dilimizi türkləşdirirsiniz. Mən dil qurumunun sədriyəm, biz bunu ictimai qurum kimi yaratmışıq, dildəki prosesləri müzakirə edirik, təkliflərimizi veririk, etirazlarımızı bildiririk. Son vaxtlar işimiz bir az zəifləyib. Xalqın arasında dildə gedən proseslərdən narazılıqlar var. Xüsusən də, televiziya, radio dilindən narazılıqlar çoxdur. Jarqonlarla danışmaq yolverilməzdi. Hərdən efirdə yarıtürk, yarırus dilində danışırlar, bu,  yolverilməzdir. Evində nə qədər danışırsa-danışsın, efirə çıxırsa olmaz. Bu proses nəzarətdə saxlanılmalıdı. Bəzi ölkələrdə dil polisi var. Bizdə də lövhələrdə sözlər Azərbaycan dilində yazılmalıdı, özü də böyük hərflərlə. Daha sonra əcnəbi dildə. Amma, hərdən bunun əksini görürük. Deyir: “Bu, brend dükanıdı da!” Olsun brend, amma, nəyin brendidir? Bu məlumat Azərbaycan dilində yazılmalıdı.  Bütün dükanların adında da Azərbaycan dilində nə satıldığına dair məlumat yazılmalıdı. Məsələn; paltar dükanı, avtomobil hissələri və s. Almaniyada “Dil gömrüyü” var. Azərbaycan da günü-gündən inkişaf edən, dünya ilə əlaqələri genişlənən ölkədi, hər tərəfdən yeni sözlər və məhsullar gəlir. Dilimizə əlavə olunan hər yeni sözü nəzarətsiz buraxa bilmərik. 
 
- “Sən elə bilirdin ölərəm sənsiz, diz çöküb sədəqə dilərəm sənsiz”… Güclü olub həyata “onsuz” davam etmək lazımdı, yoxsa “sevgi sədəqəsi diləyib” qürurunu alçaltmaq?

- Sədəqə verilən sevinc insana xoşbəxtlik gətirməz. Pay verilən sevinc də xoşbəxtlik gətirməz. Məsələn, qonşudan gələn pay bir axşamlıqdır. İnsanın xoşbəxtliyi onun boyuna biçilməlidi. Sevgi də sənin həyatının yoldaşı olmalıdı, etibarlı yoldaşı. Bəlkə də əyninə geyindiyin paltar kimi bir az köhnələ bilər, amma, o, sənindir və heç vaxt onu tərk etmək istəmirsən. Borc, icarəyə götürülmüş paltar isə sənin deyil, nə qədər yaraşıqlı olsa da o, sənə aid deyil. Ona görə də insan öz halal sevgisini yaşamalıdı. 
 
- Partiyanız seçkilərə hazırdımı? Və bu il partiyanızdan namizədliyini kimlər verib?

- Çoxdur. Dairələrin az qala yarısından namizədliyimizi vermişdik. Amma, təəssüf ki, qeydiyyat məsələsində bir az problem oldu və hamısı keçə bilmədi. Düşünürəm və ümid edirəm ki, 10-a yaxın namizədimiz qeydiyyatdan keçəcək. Mən özüm də 61 saylı Neftçala seçki dairəsindən namizədliyimi vermişəm. 

- Niyə məhz bu dəfə Neftçala, doğma Yardımlı yox? 

- Azərbaycanın hər bölgəsi mənə doğmadır. Elə səbəblər var ki, onu deyə bilmərəm. Çünki, Yardımlının rəhbərliyilə mənim problemlərim var. Salamlaşmadığım adamlarla gedib görüşə bilmərəm. Baxdım, düşündüm və Neftçalanı seçdim. Sevdiyim rayonlardan biridi. Orda dostlarım, qohumlarım, ziyalılarımız çoxdur. Rayon camaatı məni tanıyır, fəaliyyətim haqqında da məlumatları var və bu da seçkinin nəticəsinə təsir göstərər. Vaxtilə məni çox rayonlardan dəvət ediblər. Bəzilərində gedib görüşlər keçirmişəm. Məsələn, Göyçaya, Gəncəyə, Naxçıvana getmişəm. Bu, 1990-1995-ci illər idi. Xətai rayonundan da seçilmişəm. Düşündüm ki, bu dəfə başqa ünvana gəlim.  

- Siz parlamentdə hər zaman maraqlı fikirlər səsləndirirdiniz, maraqlı təkliflər irəli sürürdünüz. Seçicilərinizin hüquqlarını qoruyurdunuz. Onlarla daima görüşürdünüz, problemlərini həll edirdiniz. Gələcəkdə Neftçala sakinlərinin problemlərini parlamentdə qaldıracaqsınız? 

- Təbii ki. Mən parlamentdə təkcə Yardımlının deputatı kimi çıxış etməmişəm. Mən bütün ölkənin problemləri haqqında danışıram. Amma, Neftçalanın da, başqa rayonlarımız kimi, öz problemləri var. Həm yerli, həm rayon miqyasında, həm də respublika idarələrilə bağlı problemləri var. Onların həlli istiqamətində əlimdən gələni edəcəyəm. Artıq başlamışıq da. Mənim komandam artıq ordadı, işləyirlər. Qərargah yaratmışam. Mənim nümayəndə vəkillərimin, müşahidəçilərin hamısının siyahısı tərtib olunub. Təbliğatın planı hazırlanır. Yanvarın 17-də təbliğata start veriləndə biz artıq hazır olacağıq. Böyük rayondur Neftçala, 41 məntəqəsi var. Kəndlərinin də sayı çoxdur. Bütün kəndlərinə gedəcəyəm və mümkün qədər  insanlarla çox görüşəcəyəm. 

Leyla Namazova
Oxşar xəbərlər
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO