Azərbaycanın işğal edimiş torpaqlarında yaradılan qurama “respublika”da “ermənilərin Bakı qətliamı ilə bağlı dinləmələr keçiriləcək.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, 1990-cı ilin Bakı qırğını”na həsr edilən dinləmələrdə iştirak etmək üçün sadəcə Ermənistandan deyil, ABŞ və Avropada yaşayan çoxlu sayda erməni Xankəndinə axışmaqdadır. Əldəqayırma dövlətin “parlamentindəki” çıxışlar zamanı Azərbaycanın ünvanına yersiz və əsassız ittihamların, cəfəng fikirlərin irəli sürüləcəyi təxmin edilir.
Azərbaycanlıları qırıb 30 ilə yaxındır ki, onların toprpaqlarında özlərinə ikinci erməni dövləti yaratmağa çalışan düşmən, bu dinləmələr haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına da xüsusi diqqətlə yanaşır. Artıq sosial şəbəkə və bəzi media orqanlarında “Qarabağ parlamenti”ndə keçiriləcək dinləmələrlə bağlı ilkin informasiyalar yayılmaqdadır. Dinləmələrdə xarici qonaqların da iştirak edəcəyi ehtimal edilir.
Seymur ƏLİYEV