Xəbər lenti
21/02/2020 [17:06]:
Oksana ilk dəfə oğlu ilə foto paylaşdı, üzünü gizlətdi
21/02/2020 [17:01]:
Daha iki məntəqənin nəticələri etibarsız sayıldı
21/02/2020 [17:00]:
Əməkdar artistin vəziyyəti ağırdır
21/02/2020 [16:55]:
İstirahət günlərində gözlənilən hava proqnozu
21/02/2020 [16:34]:
Erməni məhsulları hesabına gəlir qazanmaq istəyənlər: Onlarla nə etməli?
21/02/2020 [16:31]:
Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB
21/02/2020 [16:26]:
“Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də var” - MSK üzvü “ölüf-ölüf” videosundan danışdı
21/02/2020 [16:20]:
Qarsda Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə anım tədbiri keçirildi - FOTO
21/02/2020 [16:20]:
MSK-nın iclası başladı
21/02/2020 [16:10]:
FTX Anar Məmmədovu Stavropolda həbs etdi
21/02/2020 [16:05]:
YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO
21/02/2020 [15:59]:
Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi - FOTO
21/02/2020 [15:53]:
“Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI
21/02/2020 [15:49]:
DİM imtahanın nəticələrini açıqladı
21/02/2020 [15:47]:
I sinfə qəbul qaydaları açıqlanıb
21/02/2020 [15:33]:
"Türkiyə Suriyada başlatdığı qərarlı addımları daha da sərtləşdirməlidir"
21/02/2020 [15:29]:
Ruhani İran adı altında saxtakarlıq edir
21/02/2020 [15:26]:
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
21/02/2020 [15:20]:
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
21/02/2020 [15:20]:
““M-346” təyyarələri ilə bağlı əldə edilən razılığın həm hərbi, həm də siyasi önəmi var”
21/02/2020 [15:17]:
İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb
21/02/2020 [15:07]:
"Dedi ki, əgər rejissorla yaxınlıq etsən səni qabağa çəkəcək" - FOTO/ VİDEO
21/02/2020 [14:58]:
Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK Statistika
21/02/2020 [14:55]:
Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı
21/02/2020 [14:54]:
İcra başçısı necə olmalıdır? - SƏNƏD
21/02/2020 [14:53]:
Türkiyə Rusiyaya səmasını bağladı: Moskva İranı seçdi - FOTO
21/02/2020 [14:50]:
General Həftər Liviyada sülh şərtlərindən danışdı
21/02/2020 [14:46]:
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
21/02/2020 [14:31]:
Saleh Məmmədov və agentliyin kollektivi Heydər Əliyevin xatirəsini yad edib -FOTOLAR
21/02/2020 [14:24]:
Azərbaycanda bir ailənin üç üzvü qəzada öldü
21/02/2020 [14:23]:
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
21/02/2020 [14:22]:
Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi
21/02/2020 [14:10]:
"Arvad xəyanət edir, ər də qəhrəmanlıqmış kimi videoya çəkir"
21/02/2020 [14:08]:
100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX
21/02/2020 [14:04]:
"Qızlar düşünür ki, Həcinin pulu var"
21/02/2020 [14:02]:
“Keçmiş rəhbərlik xalqdan oğurladıqlarını əlində saxlamağa çalışıb”
21/02/2020 [13:58]:
Vladimir Putinin əlyazması hərracda satıldı
21/02/2020 [13:53]:
“Silahlı Qüvvələr Günündə bütün kişiləri yox, yalnız əsl kişiləri təbrik etmək lazımdır!”
21/02/2020 [13:37]:
Çində koronavirusun nə zaman dəf olunacağı tarix açıqlandı
21/02/2020 [13:29]:
Separatçı rejim Xankəndidə “istefa” avto-yürüşünün qarşısını zorakılıqla aldı...-FOTO
21/02/2020 [13:26]:
Aqrar Xidmətlər Agentliyinin Mərkəzi laboratoriyası akkreditasiya edilib
21/02/2020 [13:26]:
Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir
21/02/2020 [13:26]:
"Ermənistandakı hakimiyyət dəyişiklikləri heç vaxt bizim mövqeyimizi gücləndirməyəcək"
21/02/2020 [13:23]:
Nazirliyə dəvət olunan müəllim: “Bu problem aradan qaldırıldı”
21/02/2020 [13:19]:
“Ermənistan o zaman hərbi əməliyyatlara başlaya bilər ki...” – PROQNOZ!
21/02/2020 [13:15]:
“Həyatda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir..!”
21/02/2020 [13:13]:
DTX Neftçalada daha iki vəzifəli şəxsi SAXLADI - FOTO
21/02/2020 [13:07]:
“Gömrük Akademiyası ilə birgə layihələri həyata keçirməyə hazırıq”
21/02/2020 [12:57]:
Türkiyədə fahişəliklə məşğul olan qadınlarda HİV və Hepatit B virusu aşkarlandı
21/02/2020 [12:54]:
İran parlamentinə 2 erməni deputat seçiləcək
21/02/2020 [12:51]:
Energetika naziri: “Avropa Azərbaycan qazı üçün etalon bazarı olaraq qalmalıdır”
21/02/2020 [12:50]:
Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq
21/02/2020 [12:48]:
Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi
21/02/2020 [12:47]:
"Millikart"ın nizamnamə kapitalı artırılıb
21/02/2020 [12:40]:
Azərbaycanda kişi arvadını xəyanət üstündə yaxaladı - VİDEO
21/02/2020 [12:31]:
"Münhendən sonra Ermənistan ikinci ağır zərbəni M-346 müqaviləsi ilə İtaliyadan aldı"
21/02/2020 [12:31]:
Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu
21/02/2020 [12:29]:
Türkiyə ordusu İdlibdə hücuma hazırdır, amma ruslarla döyüşmək istəmir -FOTO/ VİDEO
21/02/2020 [12:25]:
“Münhen görüşü Azərbaycanın öz mövqeyində möhkəm dayanması təəssüratını yaratdı...”
21/02/2020 [12:20]:
Prezident bütün ölkə vətəndaşlarını 60 yaşına dəvət edir
21/02/2020 [12:16]:
Ceyhun Bayramov məktəb direktoruna tapşırıq verdi
21/02/2020 [12:09]:
İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu -FOTOLAR
21/02/2020 [12:07]:
Bakıdan Türkiyəyə uçan təyyarə məcburi eniş etdi
21/02/2020 [12:07]:
Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR
21/02/2020 [12:05]:
MTRŞ sədri Manaf Ağayevin qadınlar haqda dediklərini ATV-nin rəhbəri ilə müzakirə edib
21/02/2020 [12:05]:
Gədəbəydə əhaliyə göstərilən xidmətlər asanlaşdırıldı – “ASAN Xidmət” modeli yaradıldı (FOTO/VİDEO)
21/02/2020 [11:59]:
DTX Neftçalada nəyi araşdırır? - Tutulanların siyahısı və detallar
21/02/2020 [11:56]:
Gürcüstanda müsəlman din xadimləri maddi sıxıntı yaşayır, hökumətə müraciət olundu
21/02/2020 [11:56]:
BMT İdlibdəki vəziyyətlə bağlı çağırış etdi
21/02/2020 [11:53]:
"Koronavirus" Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb
21/02/2020 [11:49]:
Ermənilər Zəngəzurdan Cəbrayıla yeni yol çəkəcək
21/02/2020 [11:47]:
Putindən Merkel və Makrona İdlib mesajı...
21/02/2020 [11:46]:
“Ərazilərin qaytarılması? Bu haqda söhbət belə gedə bilməz...”
21/02/2020 [11:45]:
MSK seçkilərin nəticələrinin dairələrdə hansı halda ləğv oluna biləcəyinə aydınlıq gətirib
21/02/2020 [11:42]:
Tutulduğu deyilən baş həkim İsmayıl Vəliyevlə əlbir olub - İDDİALAR
21/02/2020 [11:39]:
Adımı sənə qoyum, səni də yana yana... - Bir medal şantajçısının sərgüzəşti...
21/02/2020 [11:37]:
Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
21/02/2020 [11:36]:
İtaliya Prezidenti 20 Yanvar faciəsindən danışdı
21/02/2020 [11:14]:
Putin 60 nəfərə general rütbəsi verib
21/02/2020 [11:08]:
İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı barədə rəsmi açıqlama
Bütün arxiv bir sırada
20/01/2020 [10:33] - Hadisə - ( 3654 dəfə baxılıb)

Şəhidlərin dəfni necə baş tutub? - Şeyxulislam “ailənizlə halallaşın”sözünü kimlərə deyib?



Bakı 1990-cı ilin 20 Yanvar səhərini al-qan içində açdı. Sovet ordusunun şəhərə vəhşicəsinə xəbərsiz hucumu yüzlərlə dinc sakininin qətli ilə nəticələnmişdi. Şəhər küçələrində yerə sərilmiş insan meyitləri, hövüllü  yürüyən hərbi texnikanın tırtılları altında əzilmiş yük maşınları bir zamanlar dostluq və günəşli şəhər sayılan paytaxtın səhər tablosuna çevrilmişdi.

Düşmənin ilk baxışdan zəfər çaldığı təəssüratı yaranırdı.  “Qarabağa ədalət” deyə hayqıran, azadlıq uğrunda ayağa qalxmış xalq gülləbaran edilmiş, barrikadalar dağıdılmış, millət sarsılmışdı. Bakıya təyin edilmiş sovet komendantı Dubinyakın əmrini əlindəki meqafonla əcaib ləhcə ilə Azərbaycan dilində oxuya-oxuya küçə ilə keçən hərbi texnikanın arxasınca yüz minlərlə nifrətdən səyirən insan simaları baxırdı…

Düşmən elə bilirdi qalib gəlib.

Həmin günlər dünya Azərbaycan xalqının gücünü və düşmənə nifrətini ifadə edən nəhəng bir aksiyasının şahidi oldu. Bakının ən uca yerində Şəhidlərin dəfni baş tutdu.

Bəs bu necə baş verib?

Həmin gün qanlı  gecənin intiqamı ilə alışan yüz minlərlə insan Mərkəzi Komitənin qarşısına toplaşmışdı. Belə bir gərgin şəraitdə digər mühüm məsələ açıq qalırdı: Sovet hərbçilərinin qətlə yetirdiyi azərbaycanlıları harada dəfn etməli?

Sovet hərbi komendantlığı, general Dubinyak  və Azərbaycan rəhbərliyinin bir sıra “milli” məmurları meyitləri tez bir zamanda doğulduqları rayonlara göndərib dəfn olunmasını istəyirdilər. Buna ilkn cəhdlər edilirdi.

Meyitlər isə Təzəpir məscidinə gətirilməyə başlanmışdı…

Mərkəzi Komitənin qarşısında xalq intiqam çağırışları ilə hayqırırdı.  Silahlı sovet əsgərləri hər tərəfdən soyuq avtomat lülələrini izdihamın üzərinə tuşlamışdılar.

“Qardaşlıq məzarı”

Məhz həmin gün ölkənin milli yaddaşına, gələcək nəslin and yerinə çevriləcək bir addımla bağlı qərar verildi. Şəhidləri bir yerdə, qardaşlıq məzarlığında dəfn etmək!

Bu işi təşkil etməli olan rəsmi qurumlar isə pərən-pərən düşmüşdü. Amma çıxış yolu tapıldı. Xalq etibar etdiyi şəxslərini qabağa verərək onlara bu müqəddəs işi yerinə yetirməyi həvalə etdi.

Mitinqdə Şəhidlərin harada və necə dəfn olunması barədə müxtəlif  fikirlər səsləndirilir. Bəziləri şəhidlərin indiki Sahil bağında (keçmiş 26-lar bağı) bir qrup “Bakı” mehmanxanasının qarşısındakı bağda  (keçmiş İliç bağı) dəfn olunmasını təklif etdilər. Müzakirədən sonra dəfn yeri olaraq  Dağüstü Parkın üstündə dayanırlar.

Mərkəzi Komitənin qarşısındakı mitinqdə İctimai Dəfn Komissiyasının yarandığı elan olunur.  Sədr və üzvlər xalqın səsi ilə təyin edilir.

Dünənə qədər televiziyada beynəlxalq problemlərdən, insanlara siyasi böhranın yaşatdığı faciələrdən danışan professor Qüdrət Əbdülsəlimzadənin  qismətinə həmin gün öz xalqının başına gətirilmiş faciənin qurbanlarını son mənzilə salmaq düşür. Xalq onu İctimai Dəfn Komissiyasının sədri seçir.

Təzəpir Məscidinə isə meyitlər gətirilməyə başlanmışdı.  Yanvarın əvvəlindən bəri siyasi böhranın qansız həll olunmasına ölkə ziyalıları ilə birgə var-gücü ilə çalışan Şeyxulislam Allahşükür Paşazadə üçün ömrünün ən ağır günü idi.

“General Dubinyak meyitlərin dərhal buradan çıxarılmasını və müvafiq qaydada yaşayış yeri üzrə dəfn olunmasını tələb edir”. Sovet hərbçisinin boğuq səsi məscidin divarlarına dəyib qayıdırdı:  “Eşidirsiz, dərhal əmri yerinə yetirin”…

Mərkəzi Komitənin qarşısında isə İctimai Dəfn Komissiyasının üzvləri elan olunur:

  1. Hacı Allahşükür Paşazadə
  2. Azər Nəbiyev
  3. Xəliyəddin Xəlilov
  4. Xalid Muxtarov
  5. Nəriman Əliyev
  6. İsmayıl İncəli
  7. Malik Mehdiyev
  8. İbrahim Əliyev
  9. Rəhim Qasımov
  10. Bağır Bağırov

Mikrofona yaxınlaşan Q.Əbdülsəlimzadə ağır-ağır ilk müraciətini edir: “Sizin qəzəbiniz, nifrətiniz, intiqam hissiniz, göz yaşlarınız, lənət səsləriniz ümummilli kədərimizin necə ağır olduğunu sübut edir… Lakin xalq və millət sarsılsa da, əyilməməlidir. Biz ilk növbədə şəhidlərimizin adlarına, əməllərinə görə layiqincə dəfni, uğrunda canlarından keçdikləri Vətən torpağına tapşırılması barədə düşünüb hərəkət etməliyik. Bu bizim milli, dini, insani vətəndaşlıq borcumuzdur. Bütün şəhidlərin bir məkanda, qardaşlıq qəbirstanlığında dəfn olunması məsləhət bilinir… Şəhidlərimizin vaxtilə 1918-ci ildə mart qırğını qurbanlarının dəfn olunduğu Dağüstü ərazidə torpağa tapşırılması razılaşdırılmışdır. Vaxtı itirmək olmaz! Kim könüllü surətdə bu savab və müqəddəs işdə iştirak etmək istəyirsə, sizdən sol tərəfdəki saatın yanına toplaşsın…”

Mitinq davam edir. Mitinq iştirakçılarından bir neçə yüz nəfərlə aralıq kəsmə yolla Dağüstü parka qalxmağa başlayır. Orada “Bərpaçı” Tikinti İdarəsinin rəisi Malik Mehdiyevlə birgə uyğun yer seçilməsini onunla, sonra isə hamılıqla razılaşıb işə başlanır.

Xalq qəbirlərin traktorla qazılmasının qəti əleyhinə çıxır.  “Biz şəhidlərimizin qəbirlərini əllərimizlə qazacağıq” deyirlər. Hərbçilərin hədə-qorxuları altında könüllülər  sükut içində bir-birini əvəz edərək, yanvarın 21-də axşama yaxın şəhidlər üçün 120 qəbir hazırlaya bildilər.

Yanvarın 21-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşühükr Paşazadənin SSRİ rəhbəri Mixail Qorbaçovu lənətləyən bəyanatı bütün ölkəyə yayılır.  Şeyxulislam Təzəpirdə bütün  din xadimlərini yığır, Şəhidlərin dəfninə hazırlıq başlanır.  “Evinizlə, ailənizlə hallalaşıb gəlin, hər şey ola bilər!”-deyə A.Paşazadə məscidə toplaşmış dindarlara müraciət edir.

Dəfn üçün rəsmi  icazəni necə almalı?

Şəhidlərin nəşinin müsəlman qaydalarına uyğun hazırlanması üçün iş başlanır.  Tikə-parça olmuş, güllələrin parçaladığı meyitləri göz yaşları içində cənazə törəninə hazırlayan ruhanilər üçün mənzərə dəhşətli idi.

A.Paşazadə müsahibələrinin birində demişdi ki, “kəfən çatdırmaq olmurdu, dəfn olunmaq üçün gətirilmiş tək insan qolunu indi də unuda bilmirəm”.

Dağüstü Parkda isə Şəhid qəbirləri qazılırdı. Lakin Komissiyanın qarşısında bir məsələ dururdu: Dəfn üçün rəsmi  icazəni necə almalı?

Fövqəladə vəziyyət elan olunduğu üçün bütün idarə, təşkilat, qurumların səlahiyyətləri Bakı şəhər komendantlığına keçmişdi. İş otaqları, seyfləri bağlanıb möhürlənmişdi. Dəfn üçün rəsmi orqanlardan icazə məsələsini həll etmək Komissiya üzvü Azər Nəbiyevə həvalə olunur.  O zaman 26-lar rayonunun (indiki Səbail) birinci katibi  olan mərhum Vəli Məmmədov və İcraiyyə Komitəsinin sədri Əli Məmmədov riskə getməli olurlar. Kabinetdən gizli yolla əldə etdikləri  rəsmi blankda şəhidlərin Dağüstü parkın ərazisində dəfn olunmasına icazə verilməsi barədə sərəncam imzalayırlar.

Dəfn Komissiyasının üzvlərinə təzyiqlər də səngimirdi. Onlar hədələnir, izahat verilməsi üçün orqanlara çağrılır, şantajlara məruz qalırdılar. Lakin onlar heç nədən qorxmayaraq sona qədər  öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirə bildilər.

Yanvarın 22-də Bakıda Şəhidlərin dəfni başlanır. Milyonlarla insan küçələrə, meydanlara çıxaraq öz azadlıq uğrunda həlak olan qəhrəmanlarına son borclarını verməyə gəldilər.  Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrilir. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Onlar matəm mərasimində çıxış edərək sovet rəhbərliyini, və ordusunun bu cinayətini açıq mətnlə pislədilər. Kremlin arzu etdiyi dini təfriqə baş tutmadı.

İctimai Komissiya  və informasiya blokadası

İctimai Dəfn Komissiyasının fəaliyyəti təkcə şəhidlərin son mənzilə yola salınmasının təşkili ilə məhdudlaşmayıb. Onun üzvləri eyni zamanda həlak olanların siyahısının dəqiqləşdirilməsi, şəhid ailələrinə maddi-mənəvi kömək göstərilməsi, xəstəxanalarda yaralılara baş çəkilməsi, həbs olunanlar haqqında məlumat toplanması və onların azad edilməsi üçün imzalar toplanmasını təşkil edib.

İtkin düşənlərin taleyinin araşdırılması ilə bağlı müxtəlif orqanlara müraciət olunması, “Şəhidlər Xiyabanı” ətrafındakı hərbçilərlə mürəkkəb münasibətlərin çətinliklə də olsa, nizamlanması, müxtəlif səpkili fitnəkarlıq hərəkətlərinin qarşısının alınması bu cəsur insanların üzərində idi.

İctimai Komissiya dünyanın müxtəlif  ölkələrindən Bakıya leqal və bəzən də qeyri-leqal yollarla gəlmiş KİV nümayəndələrinin real vəziyyətlə məlumatlandırılmasında mühüm fəaliyyət göstəriblər.

Komissiya Kremlin  Azərbaycanda “islam təməlçiliyi” ilə bağlı əsassız iddiaları ilə bağlı “Nyu-york tayms” (ABŞ) qəzetinin müxbirinin sualın cavabı birmənalı olmuşdu:  “Şəhidlər Xiyabanı”nda azərbaycanlılarla bir məkanda, yan-yana rus, tatar, yəhudi, ləzgi millətindən olanlar da dəfn olunub. Bizi islam təməlçiliyində günahlandırırlar. Biz fundamentalist olsaydıq, yəhudiləri və rusları burada dəfn edərdikmi?”

Qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro çətinliklə Dəfn Komisisyasının üzvü olan Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaradaraq  Bakıda baş verənlərlə bağlı ətraflı mlumat ala bilir. Şeyxülislamla 40 dəqiqə davam edən telefon danışığı əsasında hazırladığı müsahibəni «Reppublika» qəzetində çap etdirir. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur. Ölkədə bütün informasiya agentliklərinin ciddi  nəzarətdə olduğu bir vaxtda QMİ sədri “Vətən” cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova etiraz bəyanatını göndərə bilir.

Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsi  milyonlarla vətəndaşın yeganə ümid yerinə çevrilmişdi. QMİ hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilatı rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili – bunlar QMİ-nin  fəaliyyətinin  yalnız görünən tərəfiydi.

Yanvarın 22-də milyonluq izdihama başçılıq edən A.Paşazadə  dəfn prosesində bir nəfər belə hərbçinin görünməməsini tələb edir və izdihamdan qorxan hərbçilər bunu yerinə yetirməyə məcbur qalırlar.  Bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olunur.

İctimai Komissiyanın məlumatları əsasında İngiltərədə nəşr olunan “Qardian” qəzeti 22 yanvar 1990-cı il sayında yazmışdı: “Bu hərbi əməliyyatı əsassız bir qorxu və səksəkənin nəticəsi kimi yozmaq olar. Ordunun hücumu zamanı günahsız adamların (cavanların, qadınların, uşaqların) vəhşicəsinə güllələnməsi, tankların özlərini onların altına atan cavanları basıb keçməsi, tonqallar ətrafında qızınan azərbaycanlıların üzərinə hücuma keçərək, cəsədlərin tanınmaz hala salınması bütün dünya ictimaiyyəti tərəfindən pislənməlidir”.

“Los Angeles Times” qəzeti 23 yanvar 1990 -cı ildə yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.

Böyük Britaniyanın “The Times” qəzeti 29 yanvar 1990-cı ildə qırğın barədə bunlar yazıb:  “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir”.

42 gün – yanvarın 20-dən martın 2-dək fəaliyyət göstərən İctimai Dəfn Komissiyası bu müddət şəhidlərin haqqında məlumatlar toplayıb Bakı Şəhər  İcraiyyə Komitəsinin Dəfn Bürosuna təqdim edib.  Q.Əbdülsəlimzadə yazır ki, snayperlərin hədəfində olan, hərbçilərin hədə və təhqirlərinə məruz qalan, dövlət məmurlarının istehzaları ilə qarşılaşan, “sapı özümüzdən olan baltaların” ləyaqətsiz hərəkətləri və qərəzli böhtanları ilə rastlaşan “qayğıkeş” məsləhətləri, “Şəhidlər Xiyabanı”nın tez-gec “dağıdılacağı”, görülən işin “faydasız olduğu” barədə öyüd-nəsihətləri eşidən lakin xalqın inamına, gücünə arxalanmış, tarix qarşısındakı məsuliyyətini dərk etmiş İctimai Dəfn Komissiyası, onun fədakar köməkçilər dəstəsi öz vətəndaşlıq və övladlıq borclarını layiqincə yerinə yetirə bildilər.

20 Yanvar şəhidlərinin dəfninin təşkili və “Şəhidlər Xiyabanı”nın xalqımızın müqəddəs and yeri, habelə uca ziyarət məkanına çevrilməsində İctimai Dəfn Komissiyası müstəsna bir rol oynayıb. (Azpost.info)

Qəlb xəstəlikləri üçün İlahi dərman nədir?..
Bu meyvəni yeməklə 100 il yaşamaq olur - Qədim qəbilənin sirri + MARAQLI...
Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır?
“Şəklini göndər, kirayə puluna endirim edim...” - Ev sahibindən qadına əxlaqsız təklif...
Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
Cəmiyyət
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
Hadisə
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
Cəmiyyət
Devalvasiyanın yubileyi: "Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı"
Dünya
“Hamı bizim məhvimizi istəyir: İlk addımı yenə də çeçenlər və inquşlar atacaq”
Yazar
Seymur Əliyev
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Mübariz Əsgərov
Seçki dairəsi... və Milli Məclisin qarşısındakı dairə...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247