Xəbər lenti
21/02/2020 [15:17]:
İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb
21/02/2020 [15:07]:
"Dedi ki, əgər rejissorla yaxınlıq etsən səni qabağa çəkəcək" - FOTO/ VİDEO
21/02/2020 [14:58]:
Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK Statistika
21/02/2020 [14:55]:
Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı
21/02/2020 [14:54]:
İcra başçısı necə olmalıdır? - SƏNƏD
21/02/2020 [14:53]:
Türkiyə Rusiyaya səmasını bağladı: Moskva İranı seçdi - FOTO
21/02/2020 [14:50]:
General Həftər Liviyada sülh şərtlərindən danışdı
21/02/2020 [14:46]:
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
21/02/2020 [14:31]:
Saleh Məmmədov və agentliyin kollektivi Heydər Əliyevin xatirəsini yad edib -FOTOLAR
21/02/2020 [14:24]:
Azərbaycanda bir ailənin üç üzvü qəzada öldü
21/02/2020 [14:23]:
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
21/02/2020 [14:22]:
Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi
21/02/2020 [14:10]:
"Arvad xəyanət edir, ər də qəhrəmanlıqmış kimi videoya çəkir"
21/02/2020 [14:08]:
100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX
21/02/2020 [14:04]:
"Qızlar düşünür ki, Həcinin pulu var"
21/02/2020 [14:02]:
“Keçmiş rəhbərlik xalqdan oğurladıqlarını əlində saxlamağa çalışıb”
21/02/2020 [13:58]:
Vladimir Putinin əlyazması hərracda satıldı
21/02/2020 [13:53]:
“Silahlı Qüvvələr Günündə bütün kişiləri yox, yalnız əsl kişiləri təbrik etmək lazımdır!”
21/02/2020 [13:37]:
Çində koronavirusun nə zaman dəf olunacağı tarix açıqlandı
21/02/2020 [13:29]:
Separatçı rejim Xankəndidə “istefa” avto-yürüşünün qarşısını zorakılıqla aldı...-FOTO
21/02/2020 [13:26]:
Aqrar Xidmətlər Agentliyinin Mərkəzi laboratoriyası akkreditasiya edilib
21/02/2020 [13:26]:
Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir
21/02/2020 [13:26]:
"Ermənistandakı hakimiyyət dəyişiklikləri heç vaxt bizim mövqeyimizi gücləndirməyəcək"
21/02/2020 [13:23]:
Nazirliyə dəvət olunan müəllim: “Bu problem aradan qaldırıldı”
21/02/2020 [13:19]:
“Ermənistan o zaman hərbi əməliyyatlara başlaya bilər ki...” – PROQNOZ!
21/02/2020 [13:15]:
“Həyatda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir..!”
21/02/2020 [13:13]:
DTX Neftçalada daha iki vəzifəli şəxsi SAXLADI - FOTO
21/02/2020 [13:07]:
“Gömrük Akademiyası ilə birgə layihələri həyata keçirməyə hazırıq”
21/02/2020 [12:57]:
Türkiyədə fahişəliklə məşğul olan qadınlarda HİV və Hepatit B virusu aşkarlandı
21/02/2020 [12:54]:
İran parlamentinə 2 erməni deputat seçiləcək
21/02/2020 [12:51]:
Energetika naziri: “Avropa Azərbaycan qazı üçün etalon bazarı olaraq qalmalıdır”
21/02/2020 [12:50]:
Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq
21/02/2020 [12:48]:
Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi
21/02/2020 [12:47]:
"Millikart"ın nizamnamə kapitalı artırılıb
21/02/2020 [12:40]:
Azərbaycanda kişi arvadını xəyanət üstündə yaxaladı - VİDEO
21/02/2020 [12:31]:
"Münhendən sonra Ermənistan ikinci ağır zərbəni M-346 müqaviləsi ilə İtaliyadan aldı"
21/02/2020 [12:31]:
Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu
21/02/2020 [12:29]:
Türkiyə ordusu İdlibdə hücuma hazırdır, amma ruslarla döyüşmək istəmir -FOTO/ VİDEO
21/02/2020 [12:25]:
“Münhen görüşü Azərbaycanın öz mövqeyində möhkəm dayanması təəssüratını yaratdı...”
21/02/2020 [12:20]:
Prezident bütün ölkə vətəndaşlarını 60 yaşına dəvət edir
21/02/2020 [12:16]:
Ceyhun Bayramov məktəb direktoruna tapşırıq verdi
21/02/2020 [12:09]:
İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu -FOTOLAR
21/02/2020 [12:07]:
Bakıdan Türkiyəyə uçan təyyarə məcburi eniş etdi
21/02/2020 [12:07]:
Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR
21/02/2020 [12:05]:
MTRŞ sədri Manaf Ağayevin qadınlar haqda dediklərini ATV-nin rəhbəri ilə müzakirə edib
21/02/2020 [12:05]:
Gədəbəydə əhaliyə göstərilən xidmətlər asanlaşdırıldı – “ASAN Xidmət” modeli yaradıldı (FOTO/VİDEO)
21/02/2020 [11:59]:
DTX Neftçalada nəyi araşdırır? - Tutulanların siyahısı və detallar
21/02/2020 [11:56]:
Gürcüstanda müsəlman din xadimləri maddi sıxıntı yaşayır, hökumətə müraciət olundu
21/02/2020 [11:56]:
BMT İdlibdəki vəziyyətlə bağlı çağırış etdi
21/02/2020 [11:53]:
"Koronavirus" Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb
21/02/2020 [11:49]:
Ermənilər Zəngəzurdan Cəbrayıla yeni yol çəkəcək
21/02/2020 [11:47]:
Putindən Merkel və Makrona İdlib mesajı...
21/02/2020 [11:46]:
“Ərazilərin qaytarılması? Bu haqda söhbət belə gedə bilməz...”
21/02/2020 [11:45]:
MSK seçkilərin nəticələrinin dairələrdə hansı halda ləğv oluna biləcəyinə aydınlıq gətirib
21/02/2020 [11:42]:
Tutulduğu deyilən baş həkim İsmayıl Vəliyevlə əlbir olub - İDDİALAR
21/02/2020 [11:39]:
Adımı sənə qoyum, səni də yana yana... - Bir medal şantajçısının sərgüzəşti...
21/02/2020 [11:37]:
Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
21/02/2020 [11:36]:
İtaliya Prezidenti 20 Yanvar faciəsindən danışdı
21/02/2020 [11:14]:
Putin 60 nəfərə general rütbəsi verib
21/02/2020 [11:08]:
İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı barədə rəsmi açıqlama
21/02/2020 [11:07]:
“170 dolarla siz yaşaya bilərsinizmi?” - Təqaüdünün məbləğilə Putini utandırdı...
21/02/2020 [11:06]:
Gizlicə qadının ətəyinin altını çəkən şəxs kameraya düşdü - VİDEO
21/02/2020 [10:58]:
"Torpağının altı da, üstü də sərvət olan bu vətəni niyə sevmirik...!?" - VİDEO
21/02/2020 [10:51]:
Bakıda yeni tunel çəkilə bilər
21/02/2020 [10:50]:
Koronavirus əlehinə peyvənd test olunamağa başlayır
21/02/2020 [10:40]:
DTX Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimini saxladı - FOTO
21/02/2020 [10:40]:
Devalvasiyanın yubileyi: "Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı"
21/02/2020 [10:36]:
Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib - FOTOLAR
21/02/2020 [10:35]:
İranda parlament seçkiləri keçirilir
21/02/2020 [10:34]:
Kolleclərə tələbə qəbulu elan edildi
21/02/2020 [10:32]:
Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı
21/02/2020 [10:26]:
Çindən gələn tələbələrdə koronavirus aşkarlanmayıb- RƏSMİ
21/02/2020 [10:25]:
ABŞ-dan Çinə tələb: "Irandan idxalı sıfra endir!"
21/02/2020 [10:24]:
Ərdoğanın Bakı səfərində nələr müzakirə ediləcək?
21/02/2020 [10:23]:
Deputatı olmaq siyasi partiyalara nə qədər qazandıracaq?
21/02/2020 [10:18]:
Məşhur iqtisadçının qızını döyən qadını məsuliyyətdən kənar qoymaq istəyirlər
21/02/2020 [10:17]:
Türkiyənin İdlibdə insanlıq adına səyləri...
21/02/2020 [10:11]:
“Tələbiniz, şikayətiniz ən qısa zamanda araşdırılacaq və mütləq öz ədalətli həllini tapacaq”
21/02/2020 [10:11]:
Dünya möcüzəsinə baxmağa gedən turist həyatını itirdi
21/02/2020 [10:00]:
Neymar ən yaxşıları seçdi: Siyahıda Ronaldu yoxdu
Bütün arxiv bir sırada
20/01/2020 [11:42] - Cəmiyyət - ( 2577 dəfə baxılıb)

"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"



 Azərbaycan xalqının unudulmaz faciəsi olan 20 Yanvar hadisəsindən 30 il vaxt keçir.Bu hadisə milli müstəqilliyik mübarizəmizdə ciddi  hadisə olsa da lakin məzmunu  faciədir-günahsız insanların qətlə yetirilməsidir.Bu hadisədən sonra Sovetlər Birliyinin dağılması prosesi sürətlənsə də, lakin itirdiyimiz insanların ağrısını bu gün də unuda bilmirik və hər zaman onları yad edirik.Həmin hadisə ilə bağlı yazımı oxuculara təqdim edirəm.


20 YANVAR FACİƏSİ

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
 Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda –  yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli-azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.


20 YANVAR  ŞƏHİDLƏRİNƏ  GÖRƏ  İNTİHAR  EDƏN  TƏLƏBƏ
(AĞABƏY  NOVRUZOV)

20 Yanvar hadisələri ona pis təsir etmişdi. Nəşr edilən dövlət qəzetlərində xalqın üzərinə böhtan atırdılar. Bununla yanaşı 20 Yanvar hadisələri ilə bağlı fövqəladə sessiyanın da qərarları yerinə yetirilmirdi. Ağabəy iki dəfə Ali Sovetə bu haqda məktub yazmışdı. Teymurbəyov familiyalı birisi onu yanına çağırıb: “Fövqəladə sessiyanın belə bir qərarı olmayıb” – demişdi.
Azərbaycan Neft və Kimya İnstitutunun tələbəsi Ağabəy Novruzovun özünə qəsd ərəfəsində yazdığı vida bəyanatında səbəblər göstərilmiş, sadəcə xalqdan üzr istəmişdi. Bu üzr istəməyin səbəbləri isə aydın idi: Azərbaycan xalqının son illərdə məruz qaldığı təcavüzkarlıq, respublikanın iqtisadi-siyasi suverenlikdən məhrum edilib ağır vəziyyətə salınması, Bakıda 20 Yanvar faciəsi, qeyri-qanuni fövqəladə vəziyyətin davam etməsi, Mərkəzin açıq-aşkar münasibəti və yaranmış vəziyyətdə yerli rəhbərliyin deputat korpusunun acizliyi. Bu tələblərdən yaranmış milli tənhalığın onu əhatə etməsi.
Ağabəy gənc qəlbinin hökmü ilə Azərbaycanın həqiqi suverenliyi, müstəqilliyi, azadlığı yolunda ölümə də hazır olub. 20 Yanvar şəhidlərinin qanının batmasına, həbsxanalara atılan məslək yoldaşlarının iztirabına, fövqəladə vəziyyətin təhqiramiz qayda-qanunlarına, Ermənistandan qovulan xalqımızın müsibətlərinə də tab gətirə bilmədi.


20 Yanvar gecəsinin 20 yaşlı şəhid şairi kimi tanıdığımız
Ülvi Bünyadzadənin şeri

VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK
(Sinif yoldaşlarıma)
Biz öz ömür sazımızda
"Dilqəmi"ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.
Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982

QEYD: Sovet ordusu 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada belə cinayətlər törətmişdi. Bu ordu 1962-ci ildə Novorossiyskdə də dinc insanlara atəş açıb çoxlu sayda insanı qətl etmişdi.Sovet ordusunun törətdiyi ən dəhşətli qətliam 1986-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində olmuşdu.

ALMA-ATA  HADİSƏLƏRİ – 1986; 20 YANVAR – 1990.
HƏR  İKİ  QİYAMIN  İŞTİRAKÇISI  OLAN 
RUS  GENERALLARI: DUBİNYAK,  BOBKOV

Sovet Respublikalarında baş verən hadisələrdən (Tbilisi, yanvar – Bakı) öncə Alma-Ata qətliamı baş vermişdi. Sovet dövləti 1956-cı ildə Macarıstanda, 1968-ci ildı Çexoslovakiyada, 1962-ci ildə Novorossiyskdə törətdiyi cinayətləri 1986-cı ildə Qazaxıstanda təkrarladı.  Alma-Ata hadisələri sovet rejimində yaşayan insanların necə hüquqsuz və qorxu altında mövcudluğunu ortaya qoydu, bu quruluşa qarşı böyük nifrət hissi oyatdı. Gənclərdə, tələbələrdə bu hadisə ciddi narazılıq yaratdı.
Alma-Ata hadisələrinin acı göstəriciləri belə idi: 168 şəhid olmuş, 1722 nəfər müxtəlif dərəcəli xəsarət almış, 97 nəfər həbs cəzasına məhkum olunmuş, 2 nəfərə ölüm cəzası kəsilmiş, 5224 nəfər prokurorluqda, 850 nəfər DTK-da istintaqa məruz qalmış, 319 nəfər işdən qovulmuş, 309 tələbə təhsil ocaqlarından xaric edilmiş, 53 nəfər SOV.İKP sıralarından, 758 nəfər komsomol sıralarından qovulmuşdu.
1986-cı il Alma-Ata çıxışlarının başlanmasına Qazaxıstan KP MK-nın 16 dekabr 1986-cı il tarixli plenumunda qəbul edilən qərar olmuşdu. Həmin qərara görə, Qazaxıstan KP MK-nın Birinci katibi D. A. Kunayev vəzifəsindən öz xshişi ilə azad edilmiş və onun yerinə milliyyətcə rus olan Kolbin seçilmişdi. Qeyd edək ki, sovet dövründə Qazaxıstana rəhbərlik etmiş iyirmi şəxsdən yalmız ikisi qazax millətindən olmuşdu.
Dekabrın 17-də, səhər ertədən kənardan rəhbər gətirilməsinə etiraz edən yüzlərlə gənc Alma-Atanın Brejnev (indiki Respublika)  meydanına axışır. Onların əllərində bu şüarlar var idi: “Hər respublikaya – öz rəhbəri”, “Heç bir millətə üstünlük verilməməlidir”.
Dekabrın 17-də Kolbinin şəxsi göstərişi ilə Alma-Ata şəhərində fövqəladə vəziyyət elan edildi. SSRİ Daxili İşlər Naziri A.A.Vlasovun əmri ilə daxili qoşunların xüsusi hissələri şəhərə yeridildi. Saat 18:00-da  dinc nümayişi dağıtmaq haqqında qərar verildi. Beləliklə “Metel-86” adı altında Alma-Atada söyqırım əməliyyatı həyata keçirildi.
Bu soyqırım əməliyyatında iştirak edən iki general – V. S. Dubinyak və K. D. Bobkov sonradan Bakıya gəlib, 20 Yanvar qətliamında da iştirak etdilər.


MİRZƏ XƏZƏR

Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda  vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

 "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri (1985-1987) və "Azadlıq" radiosunun (Radio Free Europe/Radio Liberty) Azərbaycan redaksiyasının direktoru (1987-2003) vəzifələrində işləmişdir. İsveçin paytaxtı Stokholmdakı Bibliya Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı – "Əhd-i Ətiq" (Tövrat) və "Əhd-i Cədid"i (İncil) Azərbaycan dilinə tərcümə etmişdir (1975-1984). "Əhd-i Cədid" (İncil) Mirzə Xəzərin tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr edilmişdir.

1990-cı ildə SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı, mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub  əhaliyə divan tutmağa başladı. Məhz bu faciəli anlarda uzaqlardan  gələn "Azadlıq" radiosunun səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. 
 "Azadlığ"ın  20 yanvardakı ilk verilişi faciə haqqında həm Azərbaycan, həm də dünya ictimaiyyətini məlumatlandırdı. Etirazlar başladı, Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi. Yanvar verilişlərinə görə Mirzə Xəzər işlədiyi radioda güclü təzyiqlərə məruz qaldı. Onun 1990-cı ilin yanvarındakı fəaliyyətini araşdırmaq üçün Vaşinqtonda xüsusi komissiya yaradıldı. Təzyiqlər 2003-cü ilədək, Mirzə Xəzər "Azadlıq" radiosundan ayrılmağa məcbur olan günədək davam etdi. 

Mirzə Xəzər 20 Yanvar haqqında:

 Mirzə Xəzər  o  dövrü belə xatırlayır: “O günlərdə Azərbaycanda müxbirimiz yox idi. 1989-cu ilin yanvar ayından başlayaraq bütün məlumatları Mehdi Məmmədovdan telefonla alırdıq. Bütün müsahibələri də bu telefon vasitəsilə aparırdıq. 1989-cu ilin sonu və 1990-cı ilin əvvəlində Azərbaycan Rabitə Nazirliyinin məsul işçisi olan Oruc Şirinov bizə Azərbaycanın hər yerində istədiyimiz şəxslə telefon əlaqəsi saxlamaq üçün şərait yaratdı. SSRİ silahlı qüvvələrinin xüsusi hissələri artıq Bakının qapılarında idi. 1990-cı il yanvarın 19-da axşam Mehdi Məmmədov, mərhum Yusif Səmədoğlu və Oruc Şirinovla danışıb evə getdim. Vəziyyət gərgin olduğundan adətən gecələr iş yerinə qayıdıb Bakı ilə əlaqə saxlayırdım. Həmin gecə, yanvarın 19-u Münhen vaxtı ilə saat 22.00-da, Bakı vaxtı ilə saat 01.00-da otağıma gəlib “sekreteri” yoxladım. Bakıdan həyəcanlı səsləri eşidib zəng elədim. Sovet qoşunları artıq Bakının küçələrində irəliləyirdilər.
Dərhal redaksiyanın əməkdaşlarını çağırdım və radiostansiyanın rəhbərliyinə xəbər verdim. Avropanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizə xəbər verdim. Heç kimin heç bir şeydən xəbəri yox idi. İki Gün ərzində beş dəfə yayıma çıxırdıq. Fürsətdən istifadə edib əlavə efir saatı tələbilə rəhbərliyə müraciət etdim. Rumın redaksiyasından iki saat kəsib bizə verdilər. Avropanın hər yerindən, hətta ABŞ-dan belə Azərbaycandakı vəziyyət barədə məlumat almaq üçün bizə zəng edirdilər...
1990-cı il yanvarın 20-də ilk dəfə efirə ötürdüyüm və ən çox qalmaqala, şiddətli etiraz və tənqidlərə məruz qalan o məşhur verilişi nəzərdə tutur. Bu ilk veriliş Azərbaycan Xalq Cəbhəsinin bəyanatını oxuyan Yusif Səmədoğlunun səsini, Mixail Qorbaçovun, sovet rəhbərliyinin ünvanına son dərəcə sərt ittihamlar irəli sürən Bəxtiyar Vahabzadənin qısa müsahibəsini, Cəfər Cabbarlının mənim səsləndirdiyim “Məhkum Şərq” və “Şərqə” şerlərini ( “Qalx, qalx, qalx düşgün dünya”), Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə bitən gəncliyə müraciətinin mətnini və nəhayət, Xəlil Rzanın mənim səsləndirdiyim “Davam edir 37" poemasını əhatə edirdi. Çox təsirli veriliş idi...”


Nəsiman Yaqublu, 
tarix elmləri doktoru, professor

Qəlb xəstəlikləri üçün İlahi dərman nədir?..
Bu meyvəni yeməklə 100 il yaşamaq olur - Qədim qəbilənin sirri + MARAQLI...
Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır?
“Şəklini göndər, kirayə puluna endirim edim...” - Ev sahibindən qadına əxlaqsız təklif...
Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Hadisə
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
Cəmiyyət
Devalvasiyanın yubileyi: "Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı"
Dünya
“Hamı bizim məhvimizi istəyir: İlk addımı yenə də çeçenlər və inquşlar atacaq”
Cəmiyyət
“Bu da televiziyanın son on ildə apardığı təbliğatın acınacaqlı nəticəsidir...”
Dünya
İranda üç nəfərdə koronavirus aşkar edildi - Təhlükə yaxındadır...
Yazar
Seymur Əliyev
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Mübariz Əsgərov
Seçki dairəsi... və Milli Məclisin qarşısındakı dairə...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247