Xəbər lenti
21/02/2020 [16:34]:
Erməni məhsulları hesabına gəlir qazanmaq istəyənlər: Onlarla nə etməli?
21/02/2020 [16:31]:
Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB
21/02/2020 [16:26]:
“Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də var” - MSK üzvü “ölüf-ölüf” videosundan danışdı
21/02/2020 [16:20]:
Qarsda Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə anım tədbiri keçirildi - FOTO
21/02/2020 [16:20]:
MSK-nın iclası başladı
21/02/2020 [16:10]:
FTX Anar Məmmədovu Stavropolda həbs etdi
21/02/2020 [16:05]:
YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO
21/02/2020 [15:59]:
Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi - FOTO
21/02/2020 [15:53]:
“Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI
21/02/2020 [15:49]:
DİM imtahanın nəticələrini açıqladı
21/02/2020 [15:47]:
I sinfə qəbul qaydaları açıqlanıb
21/02/2020 [15:33]:
"Türkiyə Suriyada başlatdığı qərarlı addımları daha da sərtləşdirməlidir"
21/02/2020 [15:29]:
Ruhani İran adı altında saxtakarlıq edir
21/02/2020 [15:26]:
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
21/02/2020 [15:20]:
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
21/02/2020 [15:20]:
““M-346” təyyarələri ilə bağlı əldə edilən razılığın həm hərbi, həm də siyasi önəmi var”
21/02/2020 [15:17]:
İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb
21/02/2020 [15:07]:
"Dedi ki, əgər rejissorla yaxınlıq etsən səni qabağa çəkəcək" - FOTO/ VİDEO
21/02/2020 [14:58]:
Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK Statistika
21/02/2020 [14:55]:
Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı
21/02/2020 [14:54]:
İcra başçısı necə olmalıdır? - SƏNƏD
21/02/2020 [14:53]:
Türkiyə Rusiyaya səmasını bağladı: Moskva İranı seçdi - FOTO
21/02/2020 [14:50]:
General Həftər Liviyada sülh şərtlərindən danışdı
21/02/2020 [14:46]:
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
21/02/2020 [14:31]:
Saleh Məmmədov və agentliyin kollektivi Heydər Əliyevin xatirəsini yad edib -FOTOLAR
21/02/2020 [14:24]:
Azərbaycanda bir ailənin üç üzvü qəzada öldü
21/02/2020 [14:23]:
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
21/02/2020 [14:22]:
Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi
21/02/2020 [14:10]:
"Arvad xəyanət edir, ər də qəhrəmanlıqmış kimi videoya çəkir"
21/02/2020 [14:08]:
100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX
21/02/2020 [14:04]:
"Qızlar düşünür ki, Həcinin pulu var"
21/02/2020 [14:02]:
“Keçmiş rəhbərlik xalqdan oğurladıqlarını əlində saxlamağa çalışıb”
21/02/2020 [13:58]:
Vladimir Putinin əlyazması hərracda satıldı
21/02/2020 [13:53]:
“Silahlı Qüvvələr Günündə bütün kişiləri yox, yalnız əsl kişiləri təbrik etmək lazımdır!”
21/02/2020 [13:37]:
Çində koronavirusun nə zaman dəf olunacağı tarix açıqlandı
21/02/2020 [13:29]:
Separatçı rejim Xankəndidə “istefa” avto-yürüşünün qarşısını zorakılıqla aldı...-FOTO
21/02/2020 [13:26]:
Aqrar Xidmətlər Agentliyinin Mərkəzi laboratoriyası akkreditasiya edilib
21/02/2020 [13:26]:
Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir
21/02/2020 [13:26]:
"Ermənistandakı hakimiyyət dəyişiklikləri heç vaxt bizim mövqeyimizi gücləndirməyəcək"
21/02/2020 [13:23]:
Nazirliyə dəvət olunan müəllim: “Bu problem aradan qaldırıldı”
21/02/2020 [13:19]:
“Ermənistan o zaman hərbi əməliyyatlara başlaya bilər ki...” – PROQNOZ!
21/02/2020 [13:15]:
“Həyatda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir..!”
21/02/2020 [13:13]:
DTX Neftçalada daha iki vəzifəli şəxsi SAXLADI - FOTO
21/02/2020 [13:07]:
“Gömrük Akademiyası ilə birgə layihələri həyata keçirməyə hazırıq”
21/02/2020 [12:57]:
Türkiyədə fahişəliklə məşğul olan qadınlarda HİV və Hepatit B virusu aşkarlandı
21/02/2020 [12:54]:
İran parlamentinə 2 erməni deputat seçiləcək
21/02/2020 [12:51]:
Energetika naziri: “Avropa Azərbaycan qazı üçün etalon bazarı olaraq qalmalıdır”
21/02/2020 [12:50]:
Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq
21/02/2020 [12:48]:
Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi
21/02/2020 [12:47]:
"Millikart"ın nizamnamə kapitalı artırılıb
21/02/2020 [12:40]:
Azərbaycanda kişi arvadını xəyanət üstündə yaxaladı - VİDEO
21/02/2020 [12:31]:
"Münhendən sonra Ermənistan ikinci ağır zərbəni M-346 müqaviləsi ilə İtaliyadan aldı"
21/02/2020 [12:31]:
Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu
21/02/2020 [12:29]:
Türkiyə ordusu İdlibdə hücuma hazırdır, amma ruslarla döyüşmək istəmir -FOTO/ VİDEO
21/02/2020 [12:25]:
“Münhen görüşü Azərbaycanın öz mövqeyində möhkəm dayanması təəssüratını yaratdı...”
21/02/2020 [12:20]:
Prezident bütün ölkə vətəndaşlarını 60 yaşına dəvət edir
21/02/2020 [12:16]:
Ceyhun Bayramov məktəb direktoruna tapşırıq verdi
21/02/2020 [12:09]:
İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu -FOTOLAR
21/02/2020 [12:07]:
Bakıdan Türkiyəyə uçan təyyarə məcburi eniş etdi
21/02/2020 [12:07]:
Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR
21/02/2020 [12:05]:
MTRŞ sədri Manaf Ağayevin qadınlar haqda dediklərini ATV-nin rəhbəri ilə müzakirə edib
21/02/2020 [12:05]:
Gədəbəydə əhaliyə göstərilən xidmətlər asanlaşdırıldı – “ASAN Xidmət” modeli yaradıldı (FOTO/VİDEO)
21/02/2020 [11:59]:
DTX Neftçalada nəyi araşdırır? - Tutulanların siyahısı və detallar
21/02/2020 [11:56]:
Gürcüstanda müsəlman din xadimləri maddi sıxıntı yaşayır, hökumətə müraciət olundu
21/02/2020 [11:56]:
BMT İdlibdəki vəziyyətlə bağlı çağırış etdi
21/02/2020 [11:53]:
"Koronavirus" Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb
21/02/2020 [11:49]:
Ermənilər Zəngəzurdan Cəbrayıla yeni yol çəkəcək
21/02/2020 [11:47]:
Putindən Merkel və Makrona İdlib mesajı...
21/02/2020 [11:46]:
“Ərazilərin qaytarılması? Bu haqda söhbət belə gedə bilməz...”
21/02/2020 [11:45]:
MSK seçkilərin nəticələrinin dairələrdə hansı halda ləğv oluna biləcəyinə aydınlıq gətirib
21/02/2020 [11:42]:
Tutulduğu deyilən baş həkim İsmayıl Vəliyevlə əlbir olub - İDDİALAR
21/02/2020 [11:39]:
Adımı sənə qoyum, səni də yana yana... - Bir medal şantajçısının sərgüzəşti...
21/02/2020 [11:37]:
Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
21/02/2020 [11:36]:
İtaliya Prezidenti 20 Yanvar faciəsindən danışdı
21/02/2020 [11:14]:
Putin 60 nəfərə general rütbəsi verib
21/02/2020 [11:08]:
İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı barədə rəsmi açıqlama
21/02/2020 [11:07]:
“170 dolarla siz yaşaya bilərsinizmi?” - Təqaüdünün məbləğilə Putini utandırdı...
21/02/2020 [11:06]:
Gizlicə qadının ətəyinin altını çəkən şəxs kameraya düşdü - VİDEO
21/02/2020 [10:58]:
"Torpağının altı da, üstü də sərvət olan bu vətəni niyə sevmirik...!?" - VİDEO
21/02/2020 [10:51]:
Bakıda yeni tunel çəkilə bilər
Bütün arxiv bir sırada
20/01/2020 [14:41] - Cəmiyyət - ( 5907 dəfə baxılıb)

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"



"30 il əvvəlki bu müdhiş gecədə bütün millətimiz kimi, bizim də ailə böyük bir faciə ilə üzləşmişdi. Təsadüf və maşınımızın sürücüsü qonşum Kamilin cəld hərəkəti olmasaydı, mən də, maşında olan Qərib Rəhimov da, Bəxtiyar da tankın altında qalasıydıq. Şəhərə hücum başlananda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə şığıyan tankların düz üstümüzə gəldiyini görən Kamil maşını indiki "avtoşlar" kimi, sürətlə binaların arasına sala bildi. Ara yollarla evə gəlib telefonla dost-tanışlardan halı olmağa başlamışdım ki, qapının zəngi çalındı. Açanda iki hərbçini gördüm və ani olaraq Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin sonuncu kursunda oxuyan sonbeşik qardaşım Mahiri düşündüm. Çünki hərbçilərdən biri həmin məktəbin kursantı idi. Əynindəki formadan tanıdım. Kapitan rütbəli hərbçi həyəcanlandığımı görüb: "ne bespokoytes, vaş brat jiv i zdorov. Prosto, nam vaş pomoş nujna, poedem s nami". 

Hərbi maşınla "Salyanski kazarma"da yerləşən hərbi məktəbə gəldik. Yolboyu tankların altında qalıb kağız vərəqinə dönmüş maşınlardan axan al qanları görəndə arxa oturacaqda yanımda oturan zabitə bağırdım: "qadı, çto vı natvorili?" Zabit yazıq-yazıq "eto ne mı, oni natvorili" - dedi və əlini yuxarı qaldırdı - yəni yuxarılar. Məktəbə çatanda eyni sualı məktəbin polkovnik rütbəli rəisi Rusakova da verdim və eyni cavabı aldım. Məlum oldu ki, Mahirgilin kursu etiraz olaraq silah anbarını zəbt edib qapılarını bağlayaraq ultimatum veriblər ki, ordu şəhərə girsə, özlərini də nəhəng silah-sursat anbarıyla birlikdə partladacaqlar. Komandir izahat verdi ki, əgər bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün ərazidəki binalar yerlə yeksan olacaq. Sizin bizə köməyiniz lazımdır. Bu əməliyyata qardaşınız Mahir Quliyev rəhbərlik edir. Sanki başıma dünyanın ən böyük daşını salmışdılar. Özümü itirmişdim, nə qərar verəcəyimi kəsdirə bilmirdim. 
Komandir əlindəki səsucaldanı mən verib dedi ki, panikaya düşməyə vaxtınız yoxdur, uşaqları və ən azından 15-20 binanın sakinlərini xilas etməliyik. Anbarın qapısına yaxınlaşıb səsucaldanla müraciət etdim: Mahir, mənəm, Əlövsətəm, Araz da yanımdadır (onda oğlumun 7 yaşı vardı və Mahir Arazı hamımızdan çox istəyirdi), əgər anbarı partlatsanız, biz də həlak olacağıq. Qoşun şəhərə girməyib, siz qapını açıb çıxın, sonra nə desəniz, əməl edəcəklər. İnanmadı və bircə cümlə dedi: rədd olub gedin burdan. Başa düşdüm ki, affekt vəziyyətindədir, hər şeyə hazırdır. Yalvarırdım, ata-anasını düşünməyi xahiş edirdim… dedim heç yana getməyəcəyik, son ana qədər qapının ağzında oturacağıq. Bir müddət səs gəlmədi. Öz ruhuna and olsun, hər saniyə anbarın partladılacağına inanıb donub quru yerdə oturmuşdum. İçəridən dolaşıq səslər gəlirdi. Vaxt udmaq üçün ən çox sevdiyi Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da tezliklə gələcəyini dedim. Həqiqətən də, hərbi peşəni Ziya Bünyadov haqqında oxuduğu kitablara görə seçmişdi. Bir azdan: Ziya müəllim gəlsin, qarant dursun, çıxarıq - dedi. Azacıq ümidləndim və rəisə dedim ki, maşın göndərin Ziya Bünyadovu dərhal gətirin. Maşın göndərdilər və səhərə yaxın rəhmətlik Ziya Bünyadovla o vaxtkı Ali sovetin sədri Elmira Qafarova və bir neçə deputat gəldi. Ziya Bünyadov rusca hərbçi tonunda dedi ki, mən sizə əmr edirəm, çıxın bayıra və narahat olmayın, şəhərdə sakitlikdir. Bir azdan qapı açıldı və zəhmli və ağarmış Mahirin sifətini görəndə özümü saxlaya bilmədim… bir tərəfdən uşağı aldatmışdıq, bir tərəfdən də, sonra nə deyəcəyimi bilmirdim. Onları Ziya müəllimin yanında qoyub aralandım. Mahiri ilk dəfə onda sarsılan və sınan gördüm… illər keçdi, ağır döyüşlər, əsgərlərinin şəhid olması, özünün dəfələrlə yaralanması, ən ağır döyüşdən sonrakı qələbə sevinci və s. Sonralar eşitdim ki, Kəlbəcərin işğalı zamanı Murovun başında kəlbəcərlilərlə görüşəndə hönkür-hönkür ağlayıb. Və bir həftə keçməmiş elə həmin yerdə də şəhid oldu.… məni indiyə kimi yandıran Mahirin şəhid olması deyil, qürurlu bir Azərbaycan zabitinin naəlaclıqdan ağlamasıdır… 
Ali Ümumqoşun Komandirləri məktəbini bitirəndə təyinatını o zamankı Kuybışev (Samara) Hərbi Dairəsinə verdilər. Qısa müddətdə rota komandiri vəzifəsini tapşırdılar. Rahat işi, sevdiyi hərbi xidmət, bütün polkun rəğbətini qazanmış zabit karyerasının yüksələn xətlə inkişafında Qarabağ savaşı başladı. Dayana bilməzdi və dayanmadı. Mənə zəng etdi ki, məzuniyyətə gəlirəm. Gəldi və bircə gecə evdə qaldı. Demə, bizi də, hərbi rəhbərliyi də aldadıb döyüşə gəlibmiş. Gecəni yatmadıq, hərləyib bütün söhbəti Qarabağdan, o vaxtlar təzəcə başlamış Goranboy döyüşlərindən salırdı. Ürəyimə damdı ki, bu, döyüşmək üçün gəlib və gizli sevincimi büruzə vermədən dedim ki, sabah səni Kəlbəcərə yola salım, get ata-anamızla, bacı-qardaşlarla görüş, bir həftədən sonra qayıt Bakıya. Belə də razılaşdıq, məni tezdən işə çağırdılar ki, nazirliyin kollegiya iclasında iştirak etməlisən. İşə gedəndə durub məni yola saldı, uşaqlarımı da durğuzdu ki, görüşsünlər və o, Kəlbəcərə getsin. Görüşüb ayrıldıq, günorta evə zəng etdim ki, Mahir getdi, dedilər yox, Müdafiə Nazirliyinə getdi. Axşam gəldim evə ki, təzə hərbi formada oğlumla oynayır. Uşaqlarım onu bəlkə də, hamıdan çox istəyirdilər. Soruşdum ki, bəs rayona nə vaxt gedirsən, dedi rayon qaçmır, amma Goranboyda artıq ağır döyüşlər gedir, səhər tezdən Goranboya gedirəm. Dedim heç olmasa, iki günlüyə get ata-ananla görüş, sonra yenə döyüşə get. Dedi dədəmi tanımırsan, mənə deyəcək ölkədə döyüş gedir, sən də gəlib burada başını girləyirsən. Heç nə demədim. Getdi Goranboya. Döyüşlər, ağır günlər, hər gün şəhidlər… qulağım səksəkədə, gözümüz cəbhədən verilən xəbərlərdə… bazar günüydü, 3-cü mikrorayondakı bazardan bazarlıq edib evə qayıdanda sürücüyə dedim saxla, köşkdən qəzet alaq. "Azərbaycan Ordusu" qəzetinin birinci səhifəsində başı sarıqlı şəklini görəndə dedim Rüstəm, tez bu şeyləri verək evə, gedirik Goranboya. Gəlib çətinliklə Qaraçinarda tapdım. Ağa Əkbərov o vaxtlar orduya çox kömək edirdi, aptek müdiri idi. Onun köməyilə tapa bildik. Təəccüblə üzümə baxıb nəyə gəldiyimi soruşdu. Dedim yaralı şəklini görüb dözmədim. Dedi İkinci dünya müharibəsində dədəm, iki əmim və dayımız yaralananda, itkin düşəndə, həlak olanda yanlarına gedən olmuşdu? Qayıt evinə, mənə mane olma, əsgərlərimi döyüşdə tək qoyub sənə vaxt ayıra bilmərəm. Naəlac qalıb boynunu qucaqladım, dedim ki, Mahir, ehtiyatlı ol, özünü qoru. Sərt formada (ilk dəfəydi ki, mənimlə belə davranırdı) qayıtdı ki, yazıq bizim millət, hamı deyir özünü qoru, özünü qoru, yaxşı biz özümüzü qoruduq, bəs bu torpağı kim qoruyacaq? And olsun Allaha, o qədər qürurlandım ki, bircə kəlmə deyib ayrıldıq: belə də yaşa!!! Elə belə də yaşadı və indi də mənim nəzərimdə yaşayır! İnsan sanki müharibə üçün doğulmuşdu. O zaman o döyüşlər haqqında yazılan "Goranboy əməliyyatı" kitabı başdan-başa Mahirin gündəlikləri əsasında yazılmışdı. Qısa bir komandir ömründə yazdığı o gündəlik uzun illər müharibədə iştirak edən generalların həyatından çox təsirli və nümunəvidir. İnşallah, yəqin ki, 1992-ci ildə kiril əlifbasıyla çap olunmuş o kitabı müəlliflərinin icazəsiylə latın əlifbasıyla çap edəcəm."

Əlövsət Ağalarov, "Azərnəşr"in baş redaktoru, keçmiş millət vəkili

Qəlb xəstəlikləri üçün İlahi dərman nədir?..
Bu meyvəni yeməklə 100 il yaşamaq olur - Qədim qəbilənin sirri + MARAQLI...
Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır?
“Şəklini göndər, kirayə puluna endirim edim...” - Ev sahibindən qadına əxlaqsız təklif...
Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
Cəmiyyət
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
Hadisə
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
Cəmiyyət
Devalvasiyanın yubileyi: "Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı"
Dünya
“Hamı bizim məhvimizi istəyir: İlk addımı yenə də çeçenlər və inquşlar atacaq”
Yazar
Seymur Əliyev
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Mübariz Əsgərov
Seçki dairəsi... və Milli Məclisin qarşısındakı dairə...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247