Xəbər lenti
24/02/2020 [08:55]:
Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq
24/02/2020 [08:53]:
Çində koronavirusdan ölənlərin sayı 2,5 min nəfəri ötdü
24/02/2020 [08:51]:
Uğursuz partlayış şəhərə turizm möcüzəsi bəxş etdi - FOTO
24/02/2020 [08:02]:
Türk iş adamı Rusiyanın məşhur “Bilayn” mobil rabitə operatoruna  rəhbər təyin olundu...
24/02/2020 [07:09]:
"Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
24/02/2020 [00:15]:
Kiyevdə erməni nazirin istefasını tələb etdilər: Avakov "ölkəyə yoluxan virus" adlandırıldı...
23/02/2020 [23:47]:
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
23/02/2020 [23:39]:
Əzəli rəqiblər arasında 21 illik tilsim qırıldı: "Qalatasaray" "Fənərbağça"nı "bitirdi"...
23/02/2020 [23:36]:
Çinin dövlət başçısı koronavirusla bağlı durumu "qorxunc və qarışıq" adlandırdı...
23/02/2020 [23:32]:
Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu
23/02/2020 [23:22]:
Koronovirus barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ
23/02/2020 [23:21]:
Bütün əsrlərin ən dəhşətli soyqırımı: Xocalı!
23/02/2020 [22:05]:
Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı - FOTO
23/02/2020 [21:53]:
İsrail hərbçisi yaralı müsəlman uşağı buldozerlə əzib öldürdü...-QANSIZLIQ! + VİDEO
23/02/2020 [21:40]:
"Bunu Azərbaycan İtaliya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar"
23/02/2020 [21:10]:
Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİK...
23/02/2020 [20:49]:
Qurban Qurbanov: “Onlara Rəşad Sadıqovun uşaqları deyirəm”
23/02/2020 [20:31]:
XİN-dən Türkiyəyə başsağlığı
23/02/2020 [20:27]:
Lənkəranda zəlzələ oldu
23/02/2020 [19:39]:
MSK daha 2 seçki məntəqəsində nəticələri etibarsız saydı
23/02/2020 [19:38]:
Hərbçilərimiz qarlı havada təlim keçir - FOTOLAR
23/02/2020 [19:36]:
“Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm”
23/02/2020 [19:24]:
Azərbaycanlı avtoritet Ukraynada öldürüldü
23/02/2020 [18:59]:
MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ
23/02/2020 [18:56]:
İlham Əliyev türkiyəli həmkarına başsağlığı verdi
23/02/2020 [18:54]:
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
23/02/2020 [18:47]:
"Söhbət kurikulumun ləğvindən deyil, daha da təkmilləşdirilməsindən gedə bilər ki..."
23/02/2020 [18:32]:
Venesiya Karnavalı koronavirus səbəbiylə ləğv edildi
23/02/2020 [18:23]:
Məşhurlar çəhrayı xalıda - FOTOLAR
23/02/2020 [18:14]:
Koronavirusdan necə qorunaq?
23/02/2020 [18:11]:
Türkiyə Naxçıvanla sərhəd-keçid məntəqəsində gediş-gəlişi məhdudlaşdıracaq
23/02/2020 [17:54]:
26 yaşlı xanımın lider namizəd olduğu dairənin 11 məntəqəsinin nəticələri etibarsız sayıldı
23/02/2020 [17:49]:
MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı
23/02/2020 [17:47]:
Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU
23/02/2020 [17:44]:
Türkiyə də İranla sərhədi bağladı
23/02/2020 [17:43]:
Şəhid şəhər
23/02/2020 [17:23]:
Gömrük Komitəsindən İranla sərhədin bağlanması ilə bağlı AÇIQLAMA
23/02/2020 [17:22]:
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
23/02/2020 [17:17]:
Qaradağ seçki dairəsi ilə bağlı DSK-nın qərarı qüvvədə saxlanıldı
23/02/2020 [17:12]:
Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı
23/02/2020 [17:07]:
"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
23/02/2020 [16:54]:
Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar...
23/02/2020 [16:51]:
Şəhid xanımı, Milli Qəhrəman, Diaspor rəhbəri Ümumavropa Qarabağ mitinqi barədə...
23/02/2020 [16:50]:
Goranboyda 40 başdan çox iribuynuzlu mal-qara oğurlanıb - FOTO
23/02/2020 [16:47]:
İranda zəlzələ zamanı xəsarət alanların sayı artdı - YENİLƏNİB
23/02/2020 [16:44]:
MSK seçkilərlə bağlı şikayət və müraciətlərə baxır
23/02/2020 [16:42]:
“Kimlərsə şou-biznesə ər tapmağa gəlir...”
23/02/2020 [16:21]:
Yeni seçilən deputatdan məsləhət: “Şükür edin!”
23/02/2020 [16:17]:
ATƏT PA-nın qış sessiyasında Ermənistanın təxribatının qarşısı alınıb
23/02/2020 [16:16]:
Şəkidə it sakinlərə hücum edərək bir neçə nəfəri dişlədi
23/02/2020 [15:50]:
Həvəskar astronavt “Ağılsız Mayk”ın ölüm anı kamerlara belə düşdü - ANBAAN VİDEO
23/02/2020 [15:41]:
Əməliyyatdan çıxan aktyor danışdı: “Özümü yaxşı hiss edirəm”
23/02/2020 [15:24]:
Magistraturaya qəbul imtahanı keçirilib
23/02/2020 [15:08]:
Astara gömrük postunda keçid dayandırıldı
23/02/2020 [15:07]:
Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi bağlandı
23/02/2020 [15:05]:
Bakının mərkəzində maşın yandı - VİDEO
23/02/2020 [14:35]:
Hüsnü Mübarəkin oğulları bəraət aldı
23/02/2020 [14:32]:
Rus təyyarələri hərəkətə keçdi: Bu kənd vuruldu
23/02/2020 [14:29]:
XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI
23/02/2020 [14:06]:
Baş redaktor 29 yaşında həyatını itirdi
23/02/2020 [14:06]:
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 556 nəfərə çatıb
23/02/2020 [14:05]:
Koalisiya husilərin partlayıcı ilə dolu qayğını məhv etdi
23/02/2020 [14:03]:
İranın Qərbi Azərbaycan əyalətində zəlzələ nəticəsində 25 nəfər xəsarət alıb
23/02/2020 [13:26]:
Hitlerə görə 6 övladını öldürdükdən sonra əri ilə birlikdə intihar edən qadın... - FOTOLAR
23/02/2020 [13:24]:
Yeni doğulan körpə mimikası ilə hər kəsi şoka saldı - FOTOLAR
23/02/2020 [13:20]:
Sabah Bakıda hava çiskin olacaq, dağlıq rayonlara qar yağacaq
23/02/2020 [13:15]:
"Ölkəmizdə sovetlər dönəmində də, YAP hakmiyyəti zamanında da vəzifə yalnız biznes məqsədli olub"
23/02/2020 [13:02]:
Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş faciə
23/02/2020 [13:00]:
İvana Sərtdən xanımlara 3 önəmli məsələhət - VİDEO
23/02/2020 [12:37]:
İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: Yeddi ölü, beş yaralı - YENİLƏNİB -FOTO
23/02/2020 [12:31]:
İranda koronavirusa görə məktəb və universitetlər bağlandı...
23/02/2020 [12:28]:
Tutulan damarları açmaq, qan dövranını tənzimləmək üçün nə etmək lazımdır?
23/02/2020 [12:27]:
İsrail bomba yerləşdirən iki fələstinlini güllələdi
23/02/2020 [12:19]:
Sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər: Səhiyyəmizin günü + VİDEO
23/02/2020 [12:17]:
İtaliya A seriyasına koronavirus əngəli
23/02/2020 [12:06]:
"Bütün bunlar olmasaydı, cinayət işi Azadə Kərimovaya deyil, Jalə Bayramovaya qarşı açılardı"
23/02/2020 [12:05]:
Tramp Boltona mane olacaq: Gizli məlumatlar...
23/02/2020 [11:49]:
Yasamalda yol keçən 64 yaşlı kişini avtomobil vurdu
23/02/2020 [11:45]:
Ağılsız Mayk öldü
23/02/2020 [11:44]:
İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: Evlər yıxıldı, heyvanlar tələf oldu -FOTOLAR
Bütün arxiv bir sırada
21/01/2020 [22:16] - Gündəm - ( 3739 dəfə baxılıb)

“Şayiə yayıldı ki, rus əsgərləri Mehman Mehmanovu güllələyib...”

“Məzahir Süleymanzadə də riskə gedərək “Sovet əsgəri Bakıda oğurluq edir” başlıqlı məqaləmi "Səhər" qəzetində dərc etdi...
“SSRİ DİN-in 5 polkovniki məni ciddi sorğu-sual etməyə başladı...”


20 Yanvar faciəsi ərəfəsində  baş leytenant rütbəsində Daxili İşlər Nazirliyinin orqanı olan  “Mübariz keşikdə” qəzetinin əməkdaşı kimi çalışmış istefada olan polkovnik Mehman Mehmanov  Moderator.az əməkdaşına növbəti açıqlamasında faciədən sonrakı günlərdə sovet hərbi komendantlığı və hərbi senzuranın Azərbaycan mətbuatına, jurnalistlərinə təzyiqlərindən bəhs edib:

“...1990-cı il Qara Yanvar olaylarından sonrakı günlər  Bakıda hüznlü olmaqla yanaşı, həm də çox dəhşətli bir abı-hava yaşanırdı. Fövqəladə vəziyyət, komendant saatı... Küçələrdə xalqımızın onlarla övladını qanına qəltan edərək vəhşicəsinə qətlə yetirmiş,  yüzlərlə insanımızı yaralamış, şikəst etmiş, itkin düşürmüş işğalçı sovet əsgərləri gəzir, onları görən sakinlər gərgin nifrət, əsəb və həyəcan hissləri keçirirdi... 

Məlum olduğu kimi, hətta 20 Yanvardan ötən günlərdə də Bakıda və digər şəhər, rayon mərkəzlərimizdə vətəndaşlarımız bu azğınlaşmış əsgərlər tərəfindən güllələnərək qətlə yetirilmiş və yaralanmışdı... Yadımdadır ki, Dövlət Universitetinin jurnalistika fakültəsinin tanınmış, çox vicdanlı, təmiz qəlbli və qeyrətli müəllimi Əliş Musayevi də indiki Prezident Administrasiyası binasının yanında yaralamışdılar... Hətta rəhmətlik Qulu Xəlilov ona zarafatla demişdi ki, Əliş, sənin bircə güllən çatmırdı...  

Əhali ilə hədə-qorxu, zorakılıqla rəftar etməkdən əlavə,  sovet əsgərləri istədikləri obyekti, dükanı, səyyar satışla məşğul olan yük avtomobillərini talayır, oğurluq edirdilər...

Mətbuatda isə birbaşa Moskvadan idarə olunan rus-sovet zabitlərinin nəzarət etdiyi hərbi senzura hökm sürürdü.  Qanlı Yanvar qətliamından, insan, ailə faciələrindən ətraflı yazmağa icazə verilmir, sovet  ordusu haqqında mənfi fikirlər qəti qadağan edilirdi... Hətta Daxili İşlər Nazirliyinin orqanı olan “Mübariz keşikdə” qəzetinin işinə də kəskin müdaxilə edirdilər. 20 Yanvar haqda bir kəlmə görən kimi, dərhal rus zabitlər “bəsdir ağladınız!” deyərək əsəblərimizlə oynayır, bu faciə haqqında qəzetdə bir sətir belə görmək istəmirdilər...

Bir gün DİN-in növbətçi hissəsində  gündəlik hadisələr barədə daxil olan məxfi xronikanı vərəqləyərkən gördüm ki, sovet hərbçilərinin Bakıda, Sumqayıtda və s. talançılıq, oğurluq və s. hərəkətlərinə dair saatı, dəqiqəsi ilə qeydə alınmış konkret faktlar var... Həmin faktları dəqiq şəkildə yazıb götürdüm və bu haqda geniş bir məqalə işlədim. Milis zabiti formasını da geyinib hərbi senzura otağına gəldim və həmin yazını oradakı növbətçi, səhv etmirəmsə, praporşik rütbəsində olan rus hərbçiyə göstərdim. Ona dedim ki, sən məndən aşağı rütbədə ola-ola mənim yazımın senzurasıyla məşğul olacaqsan. Bir az da onu sıxışdırdım ki, siz hələ aradabir faciəyə uğramış xalqın nümayəndələrinə qarşı ironik ifadələr işlədərək əsəblərimizlə oynayırsız... Biz olan faktları yazmışıq. Bu minvalla senzoru məqaləmin bir sözünə belə toxunmadan möhürləyib çapına icazə verməsinə vadar etdim. Amma həmin vaxt DİN-in orqanı olan “Mübariz keşikdə” qəzetində belə bir yazını çap etmək qeyri-mümkün idi. Ona görə də bir az düşünəndən sonra o dövrün ən populyar, obyektiv, rəngarəng nəşrlərindən olan “Səhər” qəzetinin redaksiyasına üz tutdum.   Baş redaktor Məzahir Süleymanzadə də çəkinmədən, riskə gedərək həmin məqaləni qəzetində çap elədi. Başlığı təxminən belə idi: “Sovet əsgəri Bakıda oğurluq edir”... 

Səhər tezdən “Səhər” qəzeti köşklərə, idarələrə yayıldıqdan sonra məqalə bomba kimi partladı. Hərbi komendatura da sovet ordusunun əməllərini ifşa edən bu yazıdan xəbər tutan kimi DİN-i, Mərkəzi Komitəni səfərbər etdi. SSRİ DİN-in Bakıda olan 5 polkovniki “Mübariz keşikdə” qəzetinin baş redaktoru rəhmətlik Əlisaab Məmmədovla birgə məni sorğu-suala çağırdı. Üzərimdə, nəinki xidməti araşdırma, az qala, istintaq aparmağa başladılar. Mən də heç çəkinmədən cavab verdim ki, burada başqa heç bir məqsəd olmayıb, sadəcə, DİN-in rəsmi xronikası əsasında sovet ordusu əsgərlərinin Bakıda törətdiyi bəzi cinayət faktları qeydə alınıb və obyektiv bir jurnalist yazısı yazılıb... 

Ruslar həmin “Səhər” qəzetini rus dilinə  tərcümə edərək ciddi təhlil elədilər.... O vaxt Mərkəzi Komitənin şöbə müdirinin müavini Rafiq Zeynalova təzyiq etdilər ki, məni kommunist kimi cəzalandırsın, partiya sıralarından azad etsin. Lakin rəhmətlik Rafiq müəllim də buna o qədər əhəmiyyət vermədi, əksinə, dolayısıyla məni himayə etdi... Bilirsiz, həmin günlər hansı vəzifədə işləməsindən asılı olmayaraq Azərbaycanı sevən hər kəsdə sovet ordusuna, rəhbərliyinə qarşı dərin nifrət yaranmışdı... Mən də rus polkovniklərinə kəskin cavab verdim ki, mən hər şeyə hazıram, heç nədən çəkinmirəm.  Artıq xalqın onlara nifrətini, partiya orqanlarının  da mənə himayədarlığını gördükdən və mənim işdən çıxarılmağımın və ya həbsimin əks-reaksiya verəcəyini dərk etdikdən sonra sovet polkovniklərindən biri başladı ki, bu cavan oğlan ağıllı oğlandır, yazısını faktlara əsasən yazıb, məsələni şişirtməyə dəyməz və s.

Bu minvalla təhlükə sovuşdu. Və biz az da olsa, Azərbaycan xalqının qatilinə çevrilmiş sovet ordusunun Bakıdakı daha bir seriya iyrənc əməllərinin ifşasına nail olduq... Mən Məzahir Süleymanzadəyə də dərin təşəkkürümü bildirdim. Baxmayaraq ki, hərbi senzura materialın dərcinə icazə vermişdi, o zaman ona da bir redaktor kimi hərbi komendatura-filan tərəfindən müəyyən təzyiqlər ola bilərdi... 

Təsəvvür edirsiz, bu yazıdan sonra komendaturanın qaldırdığı hay-küy  o dərəcəyə çatmışdı ki, jurnalist həmkarlarımız arasında  Mehman Mehmanovun rus əsgərləri tərəfindən güllələnməsi haqda şayiələr yayılmışdı. Bir dəfə də küçədə tanış jurnalistlərdən biri məni bağrına basaraq dedi ki, şükür Allaha, qardaş, sağsan, xəbər yayıldı ki, səni də güllələyiblər...

Allah bir daha xalqımıza belə günlər göstərməsin...”

Sultan Laçın

Tutulan damarları açmaq, qan dövranını tənzimləmək üçün nə etmək lazımdır?
Seks zamanı ölən məşhurlar - FOTO
"Sözümüz Akademiyanın və digər əlaqədar qurumların rəhbərlərinədir" - Professor iradı...
"Jaləyə təcavüz edən Azadə Kərimova seçki məntəqəsinə xüsusi təyinatla gətirilib"
"Onların yardımından imtina etdik, yalnız 2-3 nəfər siyasətçi gəlib atamla maraqlanıb" - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Venesiya Karnavalı koronavirus səbəbiylə ləğv edildi
Köşə
Şəhid şəhər
Hadisə
"Bütün bunlar olmasaydı, cinayət işi Azadə Kərimovaya deyil, Jalə Bayramovaya qarşı açılardı"
Cəmiyyət
Elimdar adına salınan park bu gün hamı tərəfindən ziyarət olunur - FOTOLAR
Maraqlı
Bir-birilərini öldü bilirdilər, ancaq 47 il sonra qovuşdular... - FOTOLAR
Yazar
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Seymur Əliyev
Şəhid şəhər
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247