Döyüş dinamikası və gələcək nəticələrin proqnozlaşdırılması... - ANALİTİKA
Oxunub: 3255
23 Jan 2020 | 14:53
Döyüş dinamikası və gələcək nəticələrin proqnozlaşdırılması...  - ANALİTİKA
“Müasir PUA-nın pilotları səhər tezdən öz “Toyota”sına minərək xidmətə gedir, kompüterinin önünündə əyləşir, okeanın o tayında yüzlərlə insanı məhv edir, iş vaxtı qurtaranda maşınına minərək evinə yollanır. “Müharibədən qayıdandan” yarım saat sonra o artıq evindədir və mətbəx stolunun arxasında uşağı ilə məktəb tapşırıqlarını müzakirə edir. Yəni, “müharibəyə getmə” anlamı kökündən dəyişmiş, insan həyatı isə təxminən videooyunlardakı personojların həyatı kimi qiymətləndirilməyə başlanmışdır. Kompüter və ya uzaq rabitə döyüşçünü nəinki  müharibə insanına xas olan fiziki və psixoloji ağrı-acılardan, həmçinin əxlaqi məsuliyyətdən tam uzaqlaşdırmışdır.”

Tarix boyu hər bir dövlət ordusunun  döyüş qabiliyyətinin yüksək olmasına, onların müasir silahlarla təchiz edilməsi və mükəmməl döyüşaparma üsullarına yiyələnməsinə böyük önəm vermişdir. Çünki baş vermiş müharibələr zamanı yeni silahlara, fərqli döyüş taktikasına, mükəmməl  strategiya və döyüş düzülüşünə malik olan ordular qarşı tərəf üzərində həmişə qələbə çalmışlar.  Bu qanunauygunluq qalmaqda, hətta yeni güc toplamaqdadır. Fərqli müharibə üsulları yaratmaq labüddür. Hər bir növbəti müharibə özündə köhnə elementləri qismən  əks etdirməklə, yenilərinin meydana gəlməsinə səbəb olmuşdur. Beləcə hərb elmi inkişaf dialektikasını daim qoruyub saxlamaqdadır.  Müasir müharibə keçmişdə olduğu kimi tapşırıqların ləng və ardıcıl deyil, sürətli, düşmən üçün gözlənilməz və müxtəlif döyüş komponentləri ilə zəngin şəkildə yerinə yetirilməsini tələb edir.   Müasir əməliyyatların tempi və gözlənilməzliyi düşmən qüvvələrinin birliyini pozur, onun əməliyyat strategiyasını sarsıdır, atəş və gözlənilməz hərəkətlərin təsirinə məruz qoyur. Əməliyyatda qoşunların və qüvvələrin tətbiqində əsas prinsiplər – öz qoşunlarının minimal itkilərinin olması və dinc əhali arasında itkilərə yol verilməməsindən ibarətdir. Beləliklə, insan resurslarının qorunması faktorunun daha cox önəm kəsb etməsi, onu qorumağın daha əhəmiyyətli olduğunu anlama, müharibə zamanı  və dinc dövrdə qabaqcıl texnologiyalardan hazırlanmış silah, sursat, texnika və avadanlıqlardan istifadəyə rəvac vermişdir. Hazırda  elmi nailiyyətlər və onların hərbi təyinatlı texnologiyada geniş tətbiq edilməsi müharibələrin xüsusiyyətlərinə mühüm dərəcədə təsir edir .  Praktiki olaraq ordu yeni silah və döyüş texnikaları ortaya çıxdıqca  təkmilləşir.  Bu zaman tətbiqetmə ehtiyatla aparılmalıdır ki, mövcud təcrübəni təkmilləşdirsin, alt-üst etməsin. Birinci növbədə bu yüksək dəqiqilikli silahlara, kəşfiyyat kosmik vasitələrə, informasiya silahlarına, yeni fiziki əsaslar üzrə yaradılmış silahlara, həmçinin texnikaların aşkarlanmasını çətinləşdirən vasitələrə şamildir. Buna görə də dünyada baş verən proseslərin davamlı dəyişməsi  hər bir sahəyə öz təsirini göstərdiyi kimi hərbi və təhlükəsizlik məsələlərinin həllində də dövlətləri məcbur edir ki,  vaxtilə təsdiq edilən hərbi proqramlara yenidən baxılsın və bu proqramlar günümüzün tələblərinə uyğunlaşdırılsın. Müasir orduların ümumqoşun birləşmələri kəşfiyyat məlumatlarının toplanması, analiz edilməsi və təkmilləşdirilməsi üçün yüksək effektli avtomatlaşdırılmış vasitələrə malikdir. Optik, radio və radiotexniki, radiolokasiya, istilik, radiokimyəvi, maqnitölçən və səsverici vasitələri göstərmək olar ki, onlardan: “sotos” tipli radiolokosiya sistemini; “pembass”tipli radiolokasiya sistemini;  “fayrfayder” tipli səhra artilleriyasının yerüstü    kəşfiyyat radiolokasiya sistemini; “akula” və digər pilotsuz uçuş aparatları yüksək nəticələrin əldə edilməsində mühüm rol oynayır. Bura kosmik kəşfiyyatı da əlavə etsək, belə alınır ki, müdafiənin təşkilinin gizlədilməsi hal-hazırda praktik olaraq mümkün deyil. Göründüyü kimi təkcə “hücum” deyil “müdafiə” də inkişaf etməkdədir, hücum vasitələrinin inkişafı müdafiənin qurulmasının “incəliklər”inin yaranmasına səbəb olmuş,  hücum və müdafiə arasında bir mütənasiblik yaranmışdır.

Zərərvurma vasitələrinin inkişafı, silahlı mübarizə xassələrinin köklü dəyisikliyi əməliyyatlara hazırlıq və onun aparılmasında , düşmənə atəşlə zərərvurmanın təşkilində və həyata keçirilməsində qoşunların idarə edilməsinin təkmilləşdirilməsi və onların hərtərəfli təminatında bir sıra poblemler yaradır. Belə ki, bütün bunlar döyüş fəaliyyəti zamanı  müxtəlif zərərvurma vasitələrinin , o cümlədən yeni fiziki prinsipli silahların tətbiqi ilə baş versə döyüş qabiliyyətinin itirilməsi, əhəmiyyətli dərəcədə itkilərin verilməsi, idarəetmə sistemlərinin işinin pozulması, atəşlə zərərvurma üzrə imkanların azaldılması, həmçinin şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin pisləşməsi ilə nəticələnə bilər.  Bu zaman qoşunların mühafizəsinin əhəmiyyəti də artır. Məhz buna görə də gələcək müharibələrin tədqiqatı hərb elminin əsas sualıdır. Belə ki, ancaq onun düzgün səciyyələndirilməsi əsasında elmi cəhətdən təyin etmək olar ki, qarşıda duran hansı müdafiə tapşırıqlarını yerinə yetirmək lazım olacaq və bunun üçün birinci növbədə hansı qoşun növünün inkişaf etdirilməsi vacibdir Bəs gələcək müharibəyə hazır olmaq üçün SQ-nin  məqsədi nədən ibarətdir?   Əksər orduların həyata keçirməyə can atdığı dəyişmə prosesi –trasformasiya labüddür. SQ-nin transformasiyası yaxın məqsəd yox, sonu olmayan, davamlı prosesdir. O gələcək  əməliyyat konsepsiyalarının, təşkilatlanmanın, proses və texnologiyanın birgə inkişafı nəticəsində yaradılmalıdır. Onun mərhələlərlə həyata keçirilməsi və tərkibi müəyyənləşdirilməlidir. Yaxın zaman  üçün həyata keçiriləcək tədricən proqres, təkamül strategiyası cox da böyük olmayan transformasiyanı nəzərdə tutur. SQ-nin strukturunda dəyişikliklər aparmağı diktə edir.  Bu strategiya konveyerdən yenicə buraxılmış silah növlərinin əldə edilməsi ilə həyata keçirilir.  Sıçrayışlı dəyişmə isə SQ-nin struktur və əməliyyat konsepsiyalarında radikal dəyişikliklər aparmağı tələb edir.  Gələcəyə cəld,  cürətlə və müəyyən risklə addımlamağı təlqin edir. 10 -20 il və daha irəli dövrə istiqamətlənən bu strategiya mövcud silahlardan imtina edərək  qabaqcıl texnologiyalara üstünlük verməyi hədəfləyir. 

Necə deyərlər, riyaziyyatdakı kimi,  komponentlərin birində baş verən dəyişiklik, digər komponentlərdəki dəyişikliyi zərurətə çevirir. Bu məntiqə əsasən yeni fiziki, kimyəvi, bioloji, informasiya, psixoloji və ekoloji prinsipli sistem silahlarının yaranması hərbi münaqişələrin həll edilməsində və hərb elminin inkişafında yeni formaların axtarışı , silahli mübarizənin aparılmasının yeni texnologiyasının sürətli inkişafının nəticəsi kimi baxıla bilər. Hazırda müştərək əməliyyatlar gələcəyin müdafiə strategiyasında həlledici olduğundan bu strategiyanın əsas hədəflərindəndir. Müasir döyüşdə hər bir qoşun növü öz tapşıırqlarını yerinə yetirərkən digər qoşun növünün yardımına ehtiyac duyur. Müştərək əməliyyatların imkanlarının artırılması yeni idarəetmə, nəzarət, kəşfiyyat və müşahidə sistemlərinin əldə olunması informasiya şəbəkələrinin inkişaf etdirilməsi və müştərək əməliyyat konsepsiyalarının tərtib edilməsi ilə mümkündür.  Məsələn, müştərək bir əməliyyatda, hava sahəsini istifadə edərkən uçan obyektlərin bir-birinə ola biləcək mənfi təsirlərini azaltmaq üçün uçuş vasitələrinin, havada və quruda tətbiq edilən silah sistemlərini koordinasiyalı təhlükəsiz və yönlü şəkildə istifadə etmələrini təmin etmək məqsədilə mərkəzi hava sahəsinin nəzarətinin birgə idarə və rəhbərlik sisteminin qurulması əsasdır.

Hazırda atəşlə məhvetmə əsas həlledici operativ-strateji faktor olduğundan HHQ müasir səviyyədə geniş hava əməliyyatları keçirməyə qadir olan, silahlı quvvələrin daha çox tələb olunan qoşun növünə çevrilmişdir. Bu onunla əsaslandırılır ki, silahlı konfliktlərdə onların tətbiqi ən az itkilərlə öz məqsədlərinə nail olmağa gətirib çıxarır 

Onunla taktiki və operativ tapşırıqları həll etməklə yanaşı, həm də strateji tapşırıqlar yerinə yetirilir: dövlət və hərbi idarəçiliyin pozulması, HHM sisteminin susdurulması, aviasiyanın əsas qüvvələrinin məhv edilməsi, iqtisadiyyatın və hərbi infrastrukturun mühüm sahələrinin dağıdılması, qoşunlarda və əhali arasında ruh düşkünlüyünün yaradılması, ehtiyatların irəliyə çəkilməsinin qarşısının alınması və s. Dünyanın istənilən yerində istənilən obyektlərə intensiv zərbələr endirilməsi imkanı,  qısa bir zamanda qoşunların və qüvvələrin istənilən hərbi fəaliyyət teatrına  daşınması - bütün bu prinsiplər aviasiya ekspedisiya hissələrinin  tətbiq edilməsi ilə həyata keçirilir. 

Lakin dünyanın hər hansı bir yerində aviasiyanin tətbiq edilməsinin operativliyi siyasi qərarların qəbul olunması operativliyindən asılıdır. Ancaq bu məsələlər həmişə tez və müsbət həll olunmur. Bir çox ölkələr öz bazalarını və uçuş koridorlarını bunun üçün verməyə hazır deyillər. Bundan əlavə aviasiya və yüksək dəqiqlikli silahların (YDS) effektiv tətbiqi ancaq düşmən üzərində məlumat üstünlüyünə malikolma şəraitində mümkündür. Lakin bu şəraitlərdə də, NATO ekspertlərinin qiymətləndirmələrinə görə, məhv edilmiş hədəflərin sayı, məsələn, Yuqoslaviyada planlaşdırılandan 50-60%-dən artığı keçməmişdir, qanadlı raketlər isə 10% hədəflərdən yan keçmişdir.

Mobil hədəflərə zərbələrin vurulmasında aviasiya fəaliyyətinin effektivliyi gözləniləndən də xeyli aşağı olmuşdur. Təhlillər göstərir ki, aviasiya, zəmanətlə o hədəfləri aşkar etmək və vurmaq ımkanına malik olur ki, birincisi –hədəf açıq ərazidə yerləşsin; ikincisi – hədəf hərəkətsiz vəziyyətdə olsun. 
Baxmayaraq ki, təyyarələr bütün hava şəraitlində istifadəyə imkan verən bort nişangah-naviqasiya komplektləri ilə təchiz edilmlşdir, müdafiə olunan tərəfin xüsusi maskalanma tədbirlərini həyata keçirməsi, aldadıcı hədəflərdən, tüstü və aerozollardan, ərazinin coğrafi üstünlüklərindən xüsusiyyətləırindən istifadə etməsi, qoşunların geniş ərazilərdə açılması, obyektlərin yerin dərinliklərində yerləşdirilməsi aviasiyanın və YDS-nin tətbiqinin effektivliyini xeyli aşağı salır.
  
Lokal müharibələrdə yerüstü düşmənin gecə, çətin meteoroloji şəraitlərdə, dağlıq ərazılərdə və sıx yarpaqlı meşələrdə fəaliyyətləri zamanı aviasiya çox zaman nailiyyətlər əldə edə bilmir. 
Lokal konfliktlərdə və müharibələrdə HHM qüvvə və vasitələrinin döyüş tətbiqinin təcrübəsi göstərdi ki, düşmənin hava-kosmik hücumu vasitələrinə öz döyüş imkanlari ilə adekvat olan HHM sistemi qarşı dura bilər.  Bundan əlavə aviasiya, taktiki dərinlikdə atəşlə zərərvurma vasitələri üçün vacib olan qəfillik amilinə malik deyil. Belə ki, aviasiya mühərriklərinin səsi on kilometrlərlə məsafədən eşidildiyinə görə, düşmənin canlı qüvvəsinə gizlənməyə və hava hücumunun dəf edilməsinə imkan yaradır. Məhz buna görə də gələcəkdə düşmənin müdafiəsinin  strateji dərinliyində fəaliyyət göstərən  birləşmiş silahlı qüvvələri  taktiki qruplaşmalarına lazımi  kömək göstərmək məqsədilə pilotsuz aviasiya geniş şəkildə tətbiq olunacaq ki, məqaləmizin mövzusu olan bu məsələ haqqında,yəni gələcək müharibələrin silah və texnikası haqqında  sonrakı gedişatda geniş bəhs edəcəyik.
  
İndi biz artilleriya  ilə aviasiya arasında  qarşılaşdırma aparacağıq və iki məsələ aydınlaşmış olacaq: birncisi, aviasiyanın zəif cəhətləri fonunda artilleriyanın üstünlükləri qabaracaq; ikincisi, həm aviasiyaya, həm də artilleriyaya nəzərən   kosmik silahların, iqlim silahlarının, avtonom silahların, uçmayan silahların (söhbət xüsusi kimyəvi və digər vasitələrdən gedir ki, onların tətbiqi zamanı avtomobillərin və hərəkət vasitələrinin rezin məmulatları dağılmaya məruz qalır, benzin, dizel yanacağı qatılaşır və gelə çevrilir, şəxsi heyət müvəqqəti iflic olur, texnikanın alüminium və digər xəlitəli hissələri dağılır, yağlama sürtküləri xarab edilməklə mühərriklər sıradan çıxır və s.), öldürməyən silahların (bu qurğular millimetrlik dalğa diapazonunda, dəqiq olaraq 94 qiqahers tezliyi ətrafında elektromaqnit rəqsləri yaradır. ADS tərəfindən generasiya edilən bu şüalar dəri üzərinə düşərkən 83 faizədək udulur, nəticədə göynəmə, ağrı hissləri keçirən şəxsdə reflektor olaraq həmin zonanı tərk etmək istəyi yaranır.

Öldürməyən silahların başqa bir növünə isə düşməni kor və kar edən səsli-işıqlı qumbaralar, termik tapançalar, xüsusi tez bərkiyən köpuklər, qatı və sürüşkən polimerlər aiddir. Belə silahların kütləvi tətbiq edilməsi qoşunların fəaliyyətini ciddi şəkildə mürəkkəbləşdirməklə yanaşı, həm də onları hərəkətli olmaqdan məhrum edərək iş bacarığının itirilməsinə gətirib çıxarır), elektromaqnit, bioloji, lazer və infrasəs xassəli döyüş vasitələrinin, optik, radio və radiotexniki, radiolokasiya, istilik, radiokimyəvi, maqnitölçən və səsverici vasitələri və s. üstünlüyü ortaya çıxacaq. Gen mühəndisliyi sayəsində, fiziki prinsiplərə əsaslanaraq yaradılmış (akustik top) silahları da bura əlavə etməklə siyahını böyüdə bilərik.

İndi biz aviasiyanın zəif cəhətləri fonunda artilleriyadan bəhs edək. Belə ki, müasir düşüncəyə görə, qəfilliyə nail olunması məqsədilə  müharibənin ilk mərhələsində  kütləvi raket-aviasiya zərbələrinin  (məhdud  məkanda  yüzlərlə uçan aparatın fəaliyyəti məqbul deyil) endirilməyəcəyi göstərilənlərdən qaynaqlanır:  birincisi, müdafiə olunan tərəfin güclü HHM sistemi olmadığı halda belə zərbələrə ehtiyac yoxdur; ikincisi, çoxlu miqdarda hava –hücum vasitələri tətbiq edilmədən yüksək dəqiqlikli döyüş sursatlarının tətbiqi ilə təyin olunmuş obyektlərin məhv edilməsinə  nail olunması mümkündür; üçüncüsü, müharibə sürəkli xarakteri almayınca, “İldırımsürətli müharibə”-nin aparılmasının effektivliyinə  birbaşa təsir etməyən iqtisadi obyektlərin kütləvi şəkildə dağıdılmasına gərək  qalmır. 
Düşmənə uzaq məsafədən təsir göstərmək üçün atəş vasitələri ona taktiki və yaxın əməliyyat dərinliyində zərər vurulması zamanı tətbiq olunur. Bu zaman üstünlük raket qoşunları və artilleriyaya verilir, taktiki zonada əsas hava komponenti kimi üzərində kəşfiyyat və silah tuşlama, həmçinin qismən zərərvurma vasitələri (o cümlədən radioelektron) yerləşdirilən məsafədən idarə olunan pilotsuz uçan aparatlardan istifadə edilməsi məqsədəuyğundur. . 

Biz aviasiya və raket-artilleriya əməliyyatlarını qarşılaşdıraraq diqqəti gələcək silahların, yeni tipli silah sistemlərinin daha effektli olacağına yönəltmək istəyirik. Bununla da görünür ki, müasir əməliyyatlarda artilleriya düşmənin yüksək manevrli obyektlərinə vaxtlı-vaxtında zərərvurma üzrə əhəmiyyətli üstünlüyə malikdir. Onu da qeyd etmək lazımdır ki, ordu aviasiyası yerüstü hədəflərə zərərvurma effektivliyinə görə idarə olunan döyüş sursatlarını tətbiq etdiyi halda, örtülü atəş mövqelərindən qəlpəli-fuqas mərmiləri ilə atəş aparan artilleriya ilə müqayisədə üstünlük əldə edir, artilleriya yüksək dəqiqlikli mərmilərdən istifadə etdiyi halda isə üstünlük onun tərəfində olur.  Bundan əlavə, zərərvurma obyektinin seçilməsində mümkün olan səhvlərə və bombaların qeyri-dəqiq atılmasına görə taktiki dərinlikdə aviasiyanın tətbiqi zamanı öz qoşunlarının təhlükəsizliyinin təmin edilməsində bir çox problemlər yaranır. 

Bununla da görünür ki, birləşmiş qüvvələrin döyüş fəaliyyətlərinin əsasını aviasiya və raket qoşunlarının zərbələri, artilleriyanın atəşi, yəni uzaq məsafədən atəşlə zərərvurma qüvvələrinin döyüş fəaliyyətləri təşkil edir. Nəticədə birləşmiş qoşun qruplaşmasının əməliyyatda düşmənin qoşun qruplaşmalarının məhv edilməsi tapşırıqlarının şəxsi heyət arasında az itkilərlə yerinə yetirilməsi təmin olunur. Beləliklə, yuxarıda deyildiyi kimi gələcək müharibələrdə qələbə onun tərəfində olacaq ki, kim yeni silahlarla, hərbi texnika ilə əhəmiyyətli dərəcədə və kifayət qədər təchiz olunub və onları istifadə etmək imkanına mükəmməl dərəcədə malikdir. Amma gəlin unutmayaq və yuxarıda deyilənlərdən nəticə çıxararaq deyək ki, artıq aviasiyanı da, artilleriyanı da ötüb keçən yeni texnoloji silahlar mövcuddur və gələcəyin silahı onlar olacaqdır. 
Lokal konfliktlərdə bu silahların nəzərə çarpan dərəcədə canlı qüvvə ilə əvəzlənməsi, hissə və bölmələrdə olan mühəndis-texniki heyətin , kiçik mütəxəssislərin  yüksək texniki hazırlıq səviyyəsinin proqresini daima təmin etmək,  şəxsi heyətin komanda heyəti tərəfindən effektiv idarə olunması müasir döyüşün aparılması hərbi qulluqçuların mənəvi –psixoloji vəziyyətinin idarə olunmasına yeni yanaşma  həmin silahların yaradacağı effekti kompensasiya edə bilməyəcəkdir. 
Bu gün elm-- nanotexnologiya, hipersürətlər, yüksək enerjili maddələrin sintezi, yeni konustriktiv və mühafizə materiallarının, həmçinin informasiya texnologiyaları və gen mühəndisliyi sahələrində nailiyyətlərin hərbdə tətbiq olunması ilə məşğuldur. Hamıya məlumdur ki, müxtəlif texnologiyalarda əksər irəliləyişlər, hərbi sahədə gedən tədqiqat və hazırlıq işlərinin hesabına baş verir. Müşahidə olunan gələcək dünya siyasətində müharibələrin bir vasitə kimi çətin ki öz əhəmiyyətini itirəcəyini nəzərə alaraq ən perspektivli hərbi texnologiyaların sistemə salınacağını və bununla da gələcək müharibə ssenarilərini proqnozlaşdırmaq olar. Bu zaman birləşmiş qüvvələrin fəaliyyət taktikasının dəyişdirilməsi və düşmənin qoşun qruplaşmalarına yaşayış məntəqələrində aviasiya və artilleriya zərbələrinin məhdudlaşdırılması ilə nail olunur. Bir halda ki müharibə prinsipcə  təhlükəni təcəssüm etdirir, deməli  gələcəkdə, bir  çox  alimlərin qənaətincə,  ancaq robotlar döyüşəcək. Nəhayətdə, bu  texnologiyaların tənqidçilərinin dediyi  kimi, maşınlar  üsyan qaldırır və bəşəriyyəti məhv edir. Beləliklə, gələcəyin müharibələrinə hazır olmaq üçün nə etməli sualı bir daha aktuallıq qazanmış olur. 
 Hərbi təhsil Azərbaycan Respubliksının təhlükəsizliyini və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət sahəsi olmaqla sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir. Kompüter oyunlarının modernləşdirilməsi üzrə mütəxəssislər əsas mövzusu müharibə və döyüş olan və “ciddi oyunlar” adlandırdıqları  oyunları hərbi tədrisə tətbiq etməyi  dünya texnoloji inqilabında daha bir iştirak adlandırırlar.  Dünyanın bir cox hərbi akademiyaları özünün döyüş hazırlığı proqramına kompüter oyunlarını da əlavə etmişdir. Süni mühit və hərbi simulyasiyadan istifadə bir sıra üstünlüklərə malikdir. Müasir oyunlarda müxtəlif təcrübələr, konkret şərtlər, proseslər və mühitlər yamsılana bilər. Hətta orduda belə oyunların təsiredici potensialının böyük olduğu məlumdur. Bütün bunları gələcək müharibələrə hazırlıq adlandıra bilərik. Çünki qarşıda da görəcəyimiz kimi yeni silahlar innovativ əsaslar üzərində yaradılmışdır, o cümlədən idarəetmənin tamını kibernetika, elektronikaya əsaslanma təşkil edir və edəcəkdir. Hərbçilərin də bu qurğulardan istifadə edə bilən və belə sistemlərdə işləmə təcrübəsinə malik tam bir nəsli öz sırasına qoşması da heç təəccüblü deyil.   Göründüyü kimi belə oyunlarda  əsas tapşırıq təchizatın, hücumun müəyyən ardıcıllıqla həyata keşirilməsi, effektli rabitə taktikası, əmr vermənin və əmrləri yerinə yetirmənin öyrədilməsidir. Təxribat  və döyüş maşınlarını idarə etmək də daxil olmaqla geniş miqyaslı hərbi əməliyyatların ayrıca götürülmüş bir ölkə və planetdə keçirilmə ssenarisi kompüter oyunlarının yaradılması ilə məşğul olan mütəxəssislər tərəfindən istifadə edilmişdir. Buna görə də hərbçilərə uyğunlaşdırılmış döyüş fəaliyyətinin öyrədilməsi üçün bütün “ciddi oyunlar” ın böyük tədris potensialı olduğunu xüsusi vurğulamaq lazımdır. Bu gün bizdə də tədris prosesində oyunları tətbiq etmənin effektli metodologiyasının effektli varlığına inam var. Əvvəllər hərb işini təlimlərdə mənimsəyən hərbçilər indi taktikanı “oyun” oynamaqla öyrənirlər.   Bəs dəyişmə həyata keçirərkən hansı strategiya rəhbər tutulmalıdır.  Adətən müasir kompüterlərin,  hərbi və beynəlxalq informasiya sistemlərinin imkanlarını, yeni texnologiyalardan istifadə zamanı onun ayrı-ayrı elementlərinin və ümumi döyüş gücünün döyüş növü müəyyən edilməsinə əsaslanan metodikanın işlənib hazırlanmasını, hər bir silah kateqoriyasının əhəmiyyət əmsalı və silah sistemi üçün onun təsir indeksi əmsalları nəzərə alınan bir strategiya həyata keçirilməlidir.  Silah sistemlərinin effektivlik əmsalları ayrı -ayrı silah sistemlərinin döyüş effektivliyi əmsallarının onların texniki taktiki xüsusiyyətləri əsasında müəyyən edilir.  Silahlı qüvvələrimizin gələcək müharibəyə hazırlığı üç istiqamətdə aparılmalıdır: nəzəri, təşkilati və material-texniki. 
Bu gün dünyada raket əleyhinə coxmərhələli müdafiə aktual olsa da, məsələn, konssiyental müharibə daha cəlbedici görünür, çünki o, zədələmə və məhvetmə predmeti kimi şüuru seçir. Yeni silahlarla insan şüuruna təsir etmək, onu idarə etmək, hətta dəyişmək, öz əksinə yönəltmək, milli mentallığını sıradan çıxarmaq kimi təsirlər artıq tətbiq olunmaqdadır. İnformasiya –psixoloji  silahlar insanlara psixoloji təsir göstərir və onların əxlaqını dəyişir. Göründüyü kimi gələcək müharibələrdə elektronikanın, kibernetikanın gücündən maksimum istifadə   ediləcəkdir.  Məsələn, ABŞ haqqında deyirlər ki, öz müttəfiqini mühafizə etmək üçün o, təcavüzkara qarşı informasiya müharibəsinə belə bir üsula rəvac verəcəkdir. Qabaqcadan “təcavüzkar” ölkənin EH-nin sistemlərinin açarına qoyulmuş kompüter viruslarının və məntiqi bombaların dirildilməsini həyata keçirəcəkdir. Həmin vasitə ilə o bütün sistemi çökdürəcək və az vaxtda bütün qoruyucu obyektlərin beyni pozulacaq, işi iflic olacaq və müdafiəsiz qalacaqdır. Bu yerdə biz kibermüharibədən danışmaya bilmərik. İndiki vaxtda dünyada informasiya və kibermüharibəyə hazırlaşmaq işində geniş kompleks tədbirlər həyata keçirilir. Hətta hazırda kiberkomandanlıq belə yaradılan dünyamızda  informasiya texnologiyaları sahəsində taktiki olaraq başlanmış irimiqyaslı qabaqlayıcı kibercasusluq “naməlum”  kibermüharibənin birinci fazası kimi  qəbul edilmişdir və bu kimi kiberəməliyyatlar  sırasına daxil edilir: idarəetmənin ələ keçirilməsi, əməliyyatların pozulması, gizli  informasiyaların, rabitə sistemlərinin, kompüterlərin və onların şəbəkələrinin,  həmçinin fiziki və ya virtual infrastruktur obyektlərin kompüterlə idarə olunmasının fiziki məhv edilməsi.   Gələcəkdə düşmən tərəfindən infrasəs silahların, dərinliyə dəlib keçən sursatların və digər yeni məhvetmə vasitələrinin tətbiq edilməsini gözləmək lazımdır.    Xüsusilə, hava-yer əməliyyatlarının aparılması zamanı idarəetmə məntəqələrini və digər yaxşı örtülmüş obyektləri sıradan çıxarmağa qadir olan, kasetli başlıq hissəsi və betondeşən altsursatlarla təchiz edilmiş qanadlı raketlərin tətbiqi gündəmdədir. Belə məhvedici silahların inkişaf etməsi istehkam qurğularının da quruluşunun təkmilləşdirilməsini tələb edir.  Gələcəyin üfüqlərində görsənən xüsusi kompüter texologiyası ilə işlənən, analiz edilən nümayiş olunan məlumatlar hərb elminə də öz təsirini göstərmişdir. Kompüter texnologiyasının imkanlarından istifadə edilərək yaradılmış GİS texnologiyasının hərbi sahədə tətbiq olunması cox böyük əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların planlaşdırılması zamanı Coğrafi İnformasiya Sistemləri texnologiyalarından istifadə etməklə relyefin rəqəmsal (xəritə rastr)modelinin hazırlanması  müşahidə şəraiti ilə bağlı mühüm irəliləyişlərin əldə edilməsi, döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, silah və döyüş texnikasının tətbiqinə təsir göstərən müşahidənin düzgün təşkili nəticəsində əldə olunan məlumatlar komandirə əməliyyat meydanını hərtərəfli qiymətləndirmək və əsaslandırılmış qərar qəbul etmək imkanı verir. Ərazinin rəqəmsal yüksəklik modelini hazırlamaq üçün peyk texnologiyasından istifadə edilir ki, bununla əraziyə aid meyillilik və ekspozisiya xəritələrini və üşölçülü modelini hazırlamaq, ərazinin profilini çıxarmaq zəruri analizləri aparmaq mümkündür. Ənənəvi üsulla ərazinin müşahidə şəraitinin öyrənilməsi müasir üsulla müqayisədə həm zaman itkisi həm də dəqiqlik baxımından geri qalır.  Yəqin bu yerdə gələcəyin silahı olan kosmik sialahları xatırlatmaq yerinə düşər. 
Gələcək müharibələrə hazırlıq istiqamətləri barədə yuxarıda danışmışdıq. Yəqin ki, tam olmasa da onun nəzəri və təşkilati istiqamətləri haqqında bura qədər məlumat verdik. Əlbəttə, gələcək müharibələrə hazırlığın  maddi-texniki istiqaməti barədə də danışmaq istərdik və hətta bundan cox geniş  danışmaq olar. Göründüyü kimi bir məqalədə bütün təfrrüatdan bəhs etmək mümkün deyil. Qısaca onu deyə bilərik ki, materialşünaslıqda nanodan istifadə,   nanomaterialların hərbi texnikada tətbiqi onların möhkəmliyi və dözümlülüyünün artırılmasına gətirirb çıxaracaqdır. Nanokeramik materiallar, nanoboya, nanohissəciklərin suspenziya yaratdığı maye əsaslı zirehli jiletlərdən tutumuş,  mikrodalğalı speektrdə görünməzlik yaradan zirehli texnikanın üzərinə yaxdıqda görünməz edən   örtüklərə qədər hamısı gələcək müharibələrin xarakterini dəyişəcəkdir.  Məsələn, düşməni hərəkət etməyə imkan verməyən yapışqanlı və tezbərkiyən xüsusi maddə atan qurğu, ağrı hissiyatı yaradan mikrodalğalı şüalandırıcı və s. bu qəbildəndir. Çox güman ki, altıncı nəsil qırıcılar həm beşinci nəsildən bir çox texnoloji yenilikləri götürəcək, həm də pilotsuz olacaqlar. Ən yayılmış proqnoz isə təbii ki, həm pilotlu, həm də yeni versiyalı qırıcıların mövcud olacağıdır. Gələcəyin aviasiyası- pilotsuz uçan aparatlar əhəmiyyətli dərəcədə uzaqlıqda yerləşən kəşfiyyat obyektlərinə çıxmağa, kiçik zamanda böyük bir ərazini müşahidə etməyə, dəqiq kəşfiyyat məlumatlarını yuxarı komandanlığa çatdırmağa qadirdirlər. PUA-nın indi kəşfiyyat aparmaq üçün radar, yüksək imkanlara malik elektron-optik və infraqırmızı kamera ilə təchiz edilməsi onun bütün bu cihazları eyni anda tətbiqinin  inkanlaşdırılması mütəxəssisləri düşündürən vəzifədir. Gələcək müharibələrdə PUA-dan retranslayator (ötürücü), yüksəklik elmi-tədqiqat laboratoriyası və ya ballistik raketlərlə mübarizə üçün raket əleyhinə silahların daşıyıcısı kimi istifadə ediləcək, onlar bombardmançı rolunu  üstlənəcəklər. Göründüyü kimi gələcəyin silahları haqqında tam məlumat vermək üçün səhifələrlə yazmaq olar. Ancaq biz təkcə iqlim silahları barəsində qısa məlumat verməklə aydın mənzərənin yaranmasına çalışacağıq.
İqlim silahları Yer  qabığında gedən proseslərə birbaşa təsiretmə vasitə¬lərin¬dən  istifadəyə əsaslanır.  Onu  meteoroloji, iqlim, ozon, maqnitosfera silahı kimi növlərə bö¬lürlər. 
Meteoroloji silah daha çox öyrənilən və praktikada  tətbiq edilən silahdır. Digər iqlim silahlarından fər¬qli olaraq meteoroloji silahın tətbiqi lokal və qısamüddətlidir. Leysan, ağır texnikanın hə¬rə¬kə¬ti¬ni çətinləşdirmək üçün daşqın və geniş ərazilərin su altında qalması, habelə döyüş meydanında sərrast nişanalmanı asanlaşdırmaq üçün həmin bölgənin üzərində olan buludların dağıdılması tipik meteoroloji silahın tətbiq olunmasının bariz nümunəsidir.  
 Ozon silahı – bu, düşmən ərazilərində seçilən rayon üzərində ozon qatını dağıdan vasitələr dəstidir.  
Maqnitosfer silahı -Yerin maqnit sahəsinin mövcudluğu yer və yerətrafı məkandakı qaynaqlarla şərtlənir. 
Hemoakustik dalğalar-Yerin yuxarı atmosferində on yüz kilometrlərə çatan böyük amplitudalı dalğalar var. Onların interferensiyası (səs, işıq və sairə dalğalarının bir-biri üzərinə düşdükdə qarşılıqlı təsir göstərməsi) məkan dövrü daha az olan mürəkkəb kvaziperiodik tərkib yaradır. Ehtimal edilir ki, onlar fotodissosiasiya reaksiyası nəticəsində  atmosferdəki akustik-cazibə dalğalarını “yellətməsi” nəticəsində yaranır. Belə ki, atomlu  oksigenin yaranmasının qayıdan  silsiləsi nəticəsində atmosfer ultrabənövşəyi kvant enerjisinə bərabər enerji alınır. Bu silsilə təxminən 100 km yüksəklikdə atmosferin  isinməsini təmin edir.  Bu da anomal vəziyyətlərin yaradılmasına imkan verir. Biz strategiya, taktika, silah və texnika, dəyişmələr haqqında danışdıq. Ancaq bütün- həm indi, həm gələcək müharibələrin əsas qəhrəmanı -əsgər yaddan çıxmış deyil. Gələcəyin əsgəri bir “ekzoskeletdir” desək yanılmarıq.  
Dünya səviyyəsində "gələcəyin əsgəri” üçün nəzərdə tutulan ən müasir ləvazimatların sayı 8-dən çox deyil. Bu, döyüş sistemləri dəstidir desək daha düzgün olar. Dəstin əsas elementləri kimi, zirehli jilet, şlem, gecəgörmə sistemi, radiostansiya və digər rabitə növləri, naviqator, qidalandırıcı blok və çoxfunksiyalı atıcı silah götürülür.  Bu müasir ləvazimat dəstləri yüksək texnologiyalarla – lazer uzaqlıqölçəni, kiçik kompüter, dəbilqədə və ya sinədə ekran, lazımi məlumatlar bazası, elektron xəritələr yerləşdirmə sistemi, əməliyyatlarda qrup üzvləri arasında dialoqu və real zaman kəsimində informasiya almanı dəstəkləyən  proqramlarla təchiz ediləcəkdir..
                                              
Zakir Huseynov
Oxşar xəbərlər
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistanın azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 09:22
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 09:22
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”