"Rəsmi Bakı mütləq "Qarabağ seçimi" ilə məşğul olmalıdır..."
Oxunub: 3858
23 Jan 2020 | 21:22
Azərbaycanın illərdir ki yoluxduğu "erməni virusu" indi dünyanı qorxuya salan korona virusundan daha dəhşətlidir...

Bu gün Azərbaycan cəmiyyətinin başı fevralın 9-da ölkədə keçiriləcək parlament seçkilərinə elə qarışıb ki, ermənilərin Qarabağda özləri üçün hansı "seçim" etdikləri sanki heç bir azərbaycanlını maraqlandırıb narahat etmir. Qarabağın taleyini ATƏT-in "3 muşketyorunun" ümidinə qoyan rəsmi Bakı, elə bil işğalda qalan Azərbaycan ərazilərində baş verən erməni ozbaşınalıqlarını görmür. Maraqlıdır, düşmən bu xalqın heysiyyatına bundan artıq hansı şəkildə təcavüz etməlidir ki, xalq baş verənlərdən hiddətlənib ayağa qalxsın və öz haqqı olan torpağını tələb etsin? 
Qarabağ erməniləri bu il qondarma da olsa öz "prezident" və "parlament" seçkilərinə Azərbaycan xalqının ən faiciəvi günlərində - 26 fevral Xocalı soyqırım günü start verib, 31 mart Azərbaycanlıların soyqırım günü isə yekunlaşdırmağa qərar veriblər. Diqqət edin, adətən bütün dünyada keçirilən bu kimi seçkilər həftənin istirahət günlərinə salındığı halda, ermənilər Azərbaycanlıların heysiyyatını bilərəkdən ayaq altına salıb öz "seçimlərini" həftənin 3-cü və 2-ci günlərində keçirməyi qərara alaraq Azərbaycan xalqının hüzn günlərində özləri üçün toy-bayram edəcəklər. Bu yerdə  - sən seçdiyini seç, gör ermənilər nə seçir desək yerinə düşər...
Bu "seçki" ilə bağlı erməni mediasına nəzər salanda isə bir məqam - Xankəndi-Şuşa yolunda inşa edilmiş və ermənilər üçün Qarabağın rəmzi hesab olunan "baba-nənə" abidəsinin fonunda bir neçə yumruğun havada oynadıldığı təsvir xüsusi diqqət çəkir. Heç şübhəsiz ki, bu, Qarabağ ermənilərinin öz "seçimlərindən" xoşluqla heç vaxt geri dönməyəcəklərinin nümyişidir. 
Yeri gəlmişkən, Qarabağda keçiriləcək "seçkilərdə" iştirak edən əsas namizədlərlə bağlı fikir bildirən "Sosiometr" sosial araşdırmalar mərkəzinin rəhbəri sosioloq Aqaron Adibekyan sözarası - "Əlbəttə, heç bir Artsax sakini öz gələcəyini Azərbaycanın tərkibində görmür və Azərbaycan qaçqınlarının geri dönmələrinə də razı deyil. Ancaq Ermənistanla birləşmələri məsələsində vəziyyət fərqlidir" - deyir. 
Bu yerdə istər-istəməz sual yaranır, ermənilər Qarabağı sülhlə, danışıqla qaytarmayacaqlarını bundan artıq hansı dildə və necə ifadə etməlidirlər ki, rəsmi Bakı anlasın müharibədən başqa çıxış yolu yoxdur?
Çünki Azərbaycan tərəfi ATƏT-lə vaxt öldürdükcə ermənilər Qarabağa məskunlaşıb elə bağlanırlar ki, hətta indi onlar özlərini bu yerin əsl sahibləri hesab edirlər. Məgər 2000-ci ildən Gürcüstandan Kəlbəcər rayon mərkəzinə köçmüş politoloq Aleksandr Kananyan Tərtər çayının üstündə Su elektrik stansiyası tikilməsinin əleyhinə çıxaraq yanvarın 21-də aclıq elan etmədimi? Qeyd edək ki, bundan sonra Kəlbəcərdə yeni SES-in tikntisinin dayandırılması barədə qərar verilib. Maraqlıdır, əgər sabah Qarabağdan olan hansısa bir azərbaycanlı öz doğma kəndinə, rayonuna dönmək istəyi ilə bağlı aclıq aksiyası keçirsə nə baş verər, ona nə deyib bu aksiyasını dayandırmasını istəyərlər? 
Bu arada onu da deyək ki, ermənilər Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan əlavə Ermənistanla Qarabağı birləşdirəcək Kəlbəcər rayon  mərkəzindən Ermənistanın Qeqarkunik vilayətində yerləşən Zod kəndinə qədər olan 26 kilometrlik yeni 3-cü alternativ yol çəkirlər. Bu ilin sonunadək çəkilişi başa çatdırılacaq yol ona işarə edir ki, ermənilər öz tutduqları "yoldan" bu gedişlə heç yana dönməyəcəklər. Ancaq təəssüf ki, Qarabağ məsələsində Azərbaycan tərəfinin yolu yalnız ATƏT "yoludur". O ATƏT ki, Qarabağın həllinə təhkim olunmuş ABŞ, Rusiya və Fransa kimi dövlətlərin vətəndaşları ötən ilin statistikasına görə Azərbaycanın dövlət sərhəddini ən çox pozaraq Qarabağa qanunsuz səfər etmişlər. Məgər belə pozğunçu dövlətin başbilənlərindən Qarabağın ədalətli həllini gözləmək olarmı? 
Bir neçə gün bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı yeni açıqlamasında qeyd etdi ki, ötən il Qarabağla bağlı danışıqlarda əsas məsələlər üzrə irəliləyişə nail olunmayıb. Hərçənd Azərbaycan cəmiyyəti bu irəliləyişi heç bundan sonra da gözləmir. Erməni rəsmiləri artıq açıqaşkar Qarabağla bağlı öz mövqelərini gizlətmirlər. Amma bu qədər açıqlamaların qarşısında rəsmi Bakının susqunluğu bu yerdə heç anlaşılan deyil. Sanki həm xalqın, həm də dövlətin dili ermənilərin hansısa mifik qüvvəsi tərəfindən bağladılıb. Ermənilər gün-gündən yeni-yeni iddialar irəli sürür, Azərbaycanı hər bir halda borclu çıxarmağa çalışır.

Baxın, Ermənistan Xarici işlər idarəsinin sözçüsü Anna Naqdalyan - "30 il əvvəl Bakıda baş vermiş "erməni qırğını" ilə bağlı Ermənistanda keçirilən tədbirlər Azərbaycan rəhbərliyində əsəbi reaksiya yaradır. Bu, bir daha onu göstərir ki, erməni xalqının hər hansı bir hissəsinin təhlükəsizliyini Azərbaycan hakimiyyətinə heç cür etibar etmək olmaz. Bu üzdən də Artsax və Artsax xalqı heç bir halda Azərbaycanın tərkibində ola bilməz" - deyir. 
Bütün bunlar azmış kimi artıq Ermənistan 30 ildən sonra qaçqın təşkilatı yaradır və bu yaradılan təşkilat 1988-1990-cı illərdə güya Azərbaycanda - əsasən, Bakı, Sumqayıt, Gəncədə "öldürülmüş" və Azərbaycandan yarım milyona qədər qovulduğu iddia edilən ermənilərlə bağlı "həqiqətləri" dünya ictimaiyyətinə çatdırmağa xidmət edəcək.
O zaman sual yaranır Ermənistandan didərgin salınan 250 min azərbaycanlının və öldürülənlərin hesabını niyə aparmırsınız? Bundan başqa bəs necə olur ki, bu gün  Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamadığı halda, ancaq Azərbaycanda - Bakıda 30 min erməni yaşayır?
Əslində onlar özləri də yaxşı bilirlər ki, Azərbaycan ərazisində heç vaxt yarım milyon erməni yaşamayıb və onların min-bir oyunu yalnız Qarabağın üstündədir. Ermənilər bu kimi yalanlarla dünyanı aldadıb beynəlxalq aləmin diqqətini Qarabağdan yayındırmağa çalışırlar. Ancaq məsələ burasındadır ki, Azərbaycandan fərqli olaraq nədənsə erməni yalanı bütün dünyaya həqiqət kimi və inandırıcı görünür. 

Əlbəttə Azərbaycanın illərdir ki yoluxduğu "erməni virusu" indi dünyanı qorxuya salan korona virusundan daha dəhşətlidir. Çin mütəxəssilərinin fikrincə virus ölkədə insanlar tərəfindən ən çox qəbul edilən yarasa şorbasından keçə bilər. Əgər müqayisə etsək elə ermənilər də yarasa kimidir. Çünki onlar da bütün işlərini "qaranlıqda", yəni kimlərinsə kölgəsində həyata keçirirlər.

Diqqət edin, ermənilər Şuşada Gövhər ağa məscidini farsların "kölgəsinə" salaraq "bərpa" etdikdən sonra indi də Qarabağ xanlığının tarixi mirası olan Şuşa qalasını "bərpa" etməyi planlaşdırırlar. Dəhşət burasındadır ki, "acından ölən" ermənilərin törətdikləri bu əməllər "toxluğundan" yerə-göyə sığmağan Azərbaycanın gözü qarşısında baş verir.    

Bu arada onu da qeyd edək ki, hələ ötən il Ermənistan "paşasının" təxribatçı halda "Qarabağ bu, Ermənistandır, nöqtə" deyimindən sonra beynəlxalq aləmdə yaranmış münasibətə öz fikrini bildirən bu ölkənin Müdafiə naziri David Tonoyan jurnalistlərə bildirmişdi ki, "Qarabağ münaqişəsinin həllini yalnız və yalnız qələbə kimi təsəvvür edirəm. Qarabağ məsələsi artıq həll olunub". Tonoyanın, həmçinin digər yanların başından qələbə stereotipini qırmaq üçün bu ilin aprelini gözləmək lazım deyil.
Ona görə də Azərbaycan xalqı, həmçinin hökuməti fevralın 9-da parlament seçkisini başa vurduqdan sonra mütləq "Qarabağ seçimi" ilə məşğul olmalıdır. Hansı tankla, hansı topla, hansı raketlə, hansı qüvvə ilə döyüşə girəcəyini seçim-seçim incələməli və Qarabağın öz sahibi olduğunu dünyaya sübut etməlidir! 

Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Oxşar xəbərlər
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi