Bu günlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110–cu ildönümü qeyd edilməkdədir.
Maraqlıdır, istər sovet, istərsə də müstəqil dönəmindəki qəhrəmanlarımızın təbliği, tanıdılmasıda istiqamətində yetərincə iş aparılırmı? Bu sahədəki nöqsan və çatışmazlıqlar nədən ibarətdir?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə, ümumilikdə vəziyyətin qənaətbəxş olduğunu vurğulasa da, bəzi problemlərin mövcudluğuna da diqqət çəkdi:
“Sözüsüz ki, bu sahədə vəziyyət qənəatbəxşdir. Lakin buna “yaxşı” demək olmaz.
Sözsüz ki, şəhdilərimiz və qəhrəmanlarımız yaddan çıxarılmır. Lakin onların təbliğatı sahəsində yetərincə iş getmir. Bu, özünü televiziyalarda daha çox hiss etdirir. Bu mövzuda biz televizyalarda çox şey görmürük. Görəndə isə bu, ancaq hansısa bayrama, yaxud əlamətdar günərə təsadüf edir. Təbliğat azdır. İnsanlar çox az adamı tanıyır. Real qəhrəmanlar haqqında kitablarımız çox azdır. Verilişlər yox səviyyəsindədir. Lakin xalq arasında qəhrəmanlar, şəhidlər unudulmur. Ancaq təbii ki, onların təbliğatı daha yüksək olsaydı, bu, daha yaxşı olardı”.
Seymur ƏLİYEV