Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Avropa Birliyinin(AB) 6 milyard avro öhdəliyini ödəmədiyini deyib.
Almaniya Kansleri Angela Merkelin Türkiyəyə səfər öncəsi Xarici İşlər Naizir Mövlud Çavuşoğlu AB-nin Türkiyədə qaçqınlar üçün ödəməyi öhdəsinə götürdüyü 6 milyard avrodan heç 3 milyardını belə tam ödəmədiyini deyib.
Xarici İşlər Naziri Almaniya Kansleri ilə Türkiyə Prezidenti Ərdoğan arasında qaçqınlar barədə müqavilə haqqında müzakirələrin olması ilə bağlı suala isə belə cavab verib: “Biz Avropa Birliyinə üzv ölkələrlə bir araya gələndə həmişə bu məsələni müzakirə etməyə hazırıq. Lakin Avriopa Birliyi 2016-cı ilin sonunadək 3 milyon avro, 2018-ci ilin sonunadək isə geridə qalan 3 milyon avronu ödəməli idi. Lakin hələ də həmin məbləğin yarısı belə ödənməyib. Lakin buna baxmayaraq biz ölkəyə köç edən qaçqınlara problem yaratmırıq və hələ də qaçqınlarla bağlı Avropa Birliyi ölkələri ilə müqavilə bağlanmasının tərəfdarıyıq”.(Modern.az)