1915-ci il olayları zamanı Osmanlı dövlətində ermənilərə qarşı soyqırım həyata keçirildiyini iddia edən, Türkiyə Böyük Millət Məclisində təmsil olunmasına baxmayaraq, daha çox Ermənistanın və ermənilərin maraqlarını qoruyan Garo Paylanın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, bu təşəbbüslə «HAMSHENUHI» Beynəlxalq Həmşən Ermənilər Birliyi çıxış edib. Erməni təşkilatı öz açıqlamasında bildirib ki, G.Paylan hər zaman ermənilərin hüquqlarını qoruyan, tarixi “erməni soyqırımı”nı təbliğ edən bir insan kimi bu mükafata layiqdir.
Bəyanatda G.Paylanın özünün də “ermənilərə qarşı törədilən qırğınlardan” sağ çıxan ermənilərdən biri olduğu vurğulanıb. Açıqlamada G.Paylanın Türkiyənin İraq və Suriyada terror təşkilatlarına qarşı aparılan anti-terror əməliyyatlarını qınadığı da erməni milət vəkilinin sülhpərvərliyinə dəlalət edən bir amil kimi vurğulanıb.
P.S.Şübhəsiz, hansısa bir erməni təşkilatının təşəbbüsü ilə G.Paylanın Nobel sülh makafatı alacağı inandırıcı deyil. Baxmayaraq ki, bu mükafatın bəzən siaysi məqsədlərlə verildiyi ilə bağlı mediada çoxsaylı iddialar mövcuddur. Sadəcə olaraq, G.Paylanın e namizdəliyinin irəli sürülməsi, ermənilərin qardaş ölkənin parlamentində təmsil olunan erməni millət vəkili, bütövlükdə bu ölkədəki ermənilərlə bağlı strateji məqsədlərindən xəbər verir. Görünən odur ki, Ermənistan və erməni toplumu onların yalanlarını müdafiə edən G.Paylana daha geniş fəaliyyət meydanı qazandırmaqla bu yalanların daha geniş çevrədə tanınmasına çalışır.
Seymur ƏLİYEV