Xəbər lenti
26/02/2020 [01:22]:
"Ərdoğanın Bakıya səfəri bunu müzakirə etmək və ondan zərərsiz çıxmaq ehtiyacından doğub"
26/02/2020 [01:09]:
Xocalı soyqırımı qurbanlarının xatirəsi İstanbulda anıldı, yürüş keçirildi... - FOTOLAR
26/02/2020 [01:02]:
28 ildir "Ana harayı" Azərbaycan ordusunu köməyə haraylayır...
26/02/2020 [00:56]:
"Allah millətimə heç səbr verməsin..."
26/02/2020 [00:36]:
Şanlıurfa vilayətində Xocalı Soyqırımı anıldı - FOTOLAR
25/02/2020 [23:02]:
Eynulla Fətullayev "Lotu Quli" ilə foto paylaşdı: "Çoxdandır "brat"ımla görüşmürdük"
25/02/2020 [22:56]:
"Abidəni Bakıda deyil, Xocalıda ucaltmaqdan söhbət getməlidir..."
25/02/2020 [22:51]:
“İnstagram”da 14 milyon izləyicisi olan gözəlçə biabırçı geyimi ilə gündəmə gəldi...
25/02/2020 [22:26]:
“Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq” - Tramp
25/02/2020 [22:24]:
Elza Seyidcahan təkzib etdi: "O şeiri mən yazmamışam"
25/02/2020 [22:01]:
Lavrovdan gürcü jurnalistlərə: "Siz xəstəsiniz, qızlar"- VİDEO
25/02/2020 [21:58]:
Azərbaycanda açılan ilk eşşək fermaları... - Bu südün qiyməti niyə bahadır?
25/02/2020 [21:50]:
Daha bir ölkədə koronavirusa rast gəlindi
25/02/2020 [21:39]:
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”
25/02/2020 [21:32]:
"Mənə heç vaxt heç kəs deyə bilməz ki, sən mütləq ailə qurmalısan..." - VİDEO
25/02/2020 [21:30]:
Azərbaycanda dəhşətli qətl: Kişini güllələyib basdırdılar
25/02/2020 [21:29]:
İlham Əliyev və Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB+FOTO
25/02/2020 [21:23]:
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR
25/02/2020 [20:26]:
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
25/02/2020 [20:22]:
Bakıda özünü dənizə atan qızın atası: “Münasibətindən xəbərdar idik”
25/02/2020 [20:17]:
Hansı vərdişlər xərçəng riskini artırır?..  - İsrail mediası
25/02/2020 [20:11]:
MSK “son sözü” Konstitusiya Məhkəməsinə verdi
25/02/2020 [20:09]:
Azərbaycanda 87 seçki məntəqəsi buraxılıb
25/02/2020 [19:49]:
Allahşükür Paşazadə “Facebook”da Xocalı ilə bağlı hansı paylaşımları etdi?
25/02/2020 [19:46]:
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verdi - FOTO
25/02/2020 [19:35]:
MSK 10 məntəqənin “üstündən xətt çəkdi”
25/02/2020 [19:32]:
Xırdalanda 10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb
25/02/2020 [19:28]:
Erkin Qədirlinin şikayəti təmin edilmədi
25/02/2020 [19:25]:
"Gücümüzün birləşdirilməsi bizi daha da güclü edir"
25/02/2020 [19:11]:
Şəbnəm Tovuzlu: "Evdəki deyir ki, kökəl"
25/02/2020 [19:01]:
Ərdoğan şəhid əsgərimiz İbrahim Vəliyevdən danışdı - VİDEO
25/02/2020 [19:00]:
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi - YENİLƏNİB
25/02/2020 [18:52]:
İrandan qayıdan 23 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirildi
25/02/2020 [18:51]:
Ərdoğan Türkiyə futbol yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir
25/02/2020 [18:34]:
İlham Əliyev: “Azərbaycan Türkiyədən müasir silahlar almağa davam edəcək”
25/02/2020 [18:20]:
İlham Əliyevdən Xocalı soyqırımı paylaşımı: “Ədalət zəfər çalacaq!” - VİDEO
25/02/2020 [18:19]:
Xaçmaz və ətraf rayonların əhalisinin diqqətinə: Vəkillər Kollegiyasından pulsuz hüquqi yardım
25/02/2020 [18:16]:
Azərbaycan-Türkiyə sənədləri imzalanıb - FOTOLAR
25/02/2020 [18:14]:
“Azərbaycanla həmrəyliyimiz terrorla mübarizədə də davam edir”
25/02/2020 [18:08]:
“İtaliya Azərbaycanın həm Aİ, həm də NATO Alyansı ilə yaxınlaşmasına dəstək verəcək” - VİDEO
25/02/2020 [17:54]:
Namizəd MSK-nın iclasında Məzahir Pənahovu hədələdi
25/02/2020 [17:53]:
Dalğanın hündürlüyü 3,8 metrə çatdı
25/02/2020 [17:51]:
Çin lideri Azərbaycan Prezidentinə məktub yazdı
25/02/2020 [17:49]:
Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu - VİDEO
25/02/2020 [17:39]:
Türkiyə parlamentindən Xocalı faciəsi ilə bağlı ÇAĞIRIŞ
25/02/2020 [17:28]:
AzTV-nin yeni sədr müavini kimdir? - FOTOLAR
25/02/2020 [17:25]:
MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI
25/02/2020 [17:21]:
Ceki Çan koronavirusa görə karantinə alındı
25/02/2020 [17:19]:
"Azərbaycan Dəmir Yolları" QSC koronavirusa qarşı profilaktik dezinfeksiya işləri aparır - FOTOLAR
25/02/2020 [17:16]:
MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı
25/02/2020 [17:13]:
Xocalı soyqırımı abidəsini ziyarət edən qazilərdən Prezidentə MÜRACİƏT -FOTOLAR
25/02/2020 [17:08]:
Kürdəmirdə ana övladını boğduqdan sonra intihar edib? - İstintaqda ehtimal olunan dəhşətli variantlar
25/02/2020 [17:06]:
Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO
25/02/2020 [16:59]:
MSK-nın iclasında seçkilərlə bağlı müraciət və şikayətlərə baxılır
25/02/2020 [16:58]:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
25/02/2020 [16:55]:
“Xocalıda ağır yaralandım, infarkt keçirdim, indi də yataq xəstəsiyəm...” - FOTOLAR
25/02/2020 [16:52]:
Hulusi Kılıç canlı yayında “Azərbaycan bayrağını Qarabağda asacağıq!” şüarı ilə çıxış etdi
25/02/2020 [16:51]:
"Onlar nəinki radikallıqdan imtina etməyə, hətta Prezidentin iti olmağa razı idilər, amma..."
25/02/2020 [16:33]:
Astaranın baş həkimi işdən çıxarıldı
25/02/2020 [16:29]:
Ağcabədidə toy çadırını külək uçurub, məclis dayandırılıb - FOTO
25/02/2020 [16:27]:
Ərdoğan Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbçimizdən danışdı - VİDEO
25/02/2020 [16:25]:
Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi
25/02/2020 [16:23]:
Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi
25/02/2020 [16:21]:
İran səhiyyə nazirinin müavini koronavirusa yoluxdu - VİDEO
25/02/2020 [16:19]:
Elza Seyidcahan koronavirusdan bəhs edən şeir yazdı: "Gəl Milli Məclisə, icra hakimiyyətinə!"
25/02/2020 [16:16]:
“Şəhid xəbərlərindən yaman kövrəlirəm, analar qovrulur...”
25/02/2020 [16:15]:
ABŞ Rusiyanı nüvə raketləri ilə “vurdu”: Kalininqrad “zəbt edildi”, Rostov “xəritədən silindi”
25/02/2020 [16:09]:
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25/02/2020 [16:05]:
Ərdoğan İlham Əliyevə təsbeh hədiyyə etdi -FOTOLAR
25/02/2020 [15:57]:
Azərbaycanda polisi təhqir edən gənclər küçə süpürdülər (VİDEO)
25/02/2020 [15:50]:
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
25/02/2020 [15:50]:
Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir”
25/02/2020 [15:46]:
“Türk hərbi jurnalistlərinin təcrübəsinin öyrənilməsi vacibdir, çünki...”
25/02/2020 [15:29]:
“Azərsu” sədri daha bir qəbul keçirdi - FOTOLAR
25/02/2020 [15:27]:
Güclü külək Gəncədə fəsadlar törətdi - FOTOLAR
25/02/2020 [15:27]:
Minə yaxın turistin qaldığı otel karantinə alındı
25/02/2020 [15:17]:
Suğra Bağırzadə: “Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb” - FOTOLAR/VİDEO
25/02/2020 [15:15]:
Xocalı faciəsindən bəhs edən “Ağrı” romanı Monteneqro dilində çap olunub
25/02/2020 [15:10]:
Damla oğlunu ilk dəfə canlı efirə çıxardı - FOTO/VİDEO
25/02/2020 [15:09]:
Mübariz Əsgərovdan Xocalı "dərs"i... - VİDEO
Bütün arxiv bir sırada
24/01/2020 [21:33] - Cəmiyyət - ( 1308 dəfə baxılıb)

Zabit qızından bir generala məktub və ya “Al, bu da sənə Yuryev günü...”



Hər dəfə atamla birgə yolumuz o yana, üzü Sanqacala tərəf düşəndə qəsəbənin yaxınlığındakı karvansaraya baxıb köks ötürdüyünün şahidi oluram. 16-cı əsrdə Şah Abbas tərəfindən Böyük İpək yolunun üzərində tikilmiş bu tarixi abidənin atılmış vəziyyətdə qalması ilə barışa bilmir. Atamın dediklərindən bilirəm ki, belə karvansaranın biri də Bakı - Ələt yoluna paralel daha içərilərdədir: elə o tərəfdən gedəndə Qaraheybət yolunun üzərində, Şahqaya adlanan yerə yaxın səhranın ortasında, o dövrün  gözəl memarlıq üslubunda tikilmiş, amma uculub-dağılmış vəziyyətdə olan, buz kimi kəhriz də yanında.  

Hərbçi olduğu üçün (polkovnik-leytenant Zakir Hüseynov) hərbi xəritələr ona yəqin daha geniş məlumat verib. Sonra dəmiryolları  əvəzlədi bu yolları, hətta razyezdlər, stansiyalar əvəzlədi bu karvansaraları, dayanacaqları. Bir məşhur kitabda kiçicik bir dəmiryol stansiyası haqqında yazılıb: buradan qatarlar şərqdən qərbə, qərbdən şərqə hərəkət edirlər. Sanqaçaldakı karvansaralara isə dəvə karvanları şərqdən, yəni Cənubi Azərbaycandan keçib gəlirdilər. Azərbaycan adlı diyarın hər daşını, torpağını canından əziz bilən atam Məmməd Arazın hələ Sovet dövründə bütöv Azərbaycan həsrəti ilə yazdığı şeirni sanki dilndə bir nəğmə edib:

Dəvə gedir yorğalana- yorğalana,
Araz axır yırğalana-yırğalana,...
Yükünü cək, dəvə qardaş, yükünü cək,
Dəmir tikan qırpmaq öyrən, dəmir tikan.

Yəni biz dəmir tikan qırpmalıyıq, Azərbaycanın hər qarış torpağını canımız-qanımız bahasına qorumalıyıq, bütöv Azərbaycan uğruna  sərhədləri yox etməliyik. Bütün bu söhbətlərlə diqqətə çatdıracağım isə budur-atamın bir Azərbaycan sevdalısı olması. Bəs bu yazıda karvansara ilə bizi bağlayan nədir.Əsil vətəndaş üçün, bir zabit və ziyalıya görə maddi-mənəvi irs, milli abidələrimiz, dini ocaqlarımız da bir Vətəndir. Ağdam alınandan sonra bu karvansara olan yerə yaxın köcürüldüklərindən atam vətəndaşlıq borcu bilib öz komandirindən – əsil insan haqqında povestin layiqli qəhrəmanı ola biləcək böyük insan, şəhid polkovnik Rahim Əliyevdən xahiş etmişdi ki, o tikilinin, ən azından, səliqəyə salınması üçün köməklik etsin. Döyüşlər zamanı həm  jurnalist, həm də  döyüşçü kimi özünü yaxşı tanıtması, tərbiyə işləri üzrə komandir müavininə yaraşan bir təşəbbüslə çıxış etməsi səbəbindən dəstək də qazanmışdı. Əfsus ki, sonralar o abidələr indiyə qədər məchulluğa tərk olunmuşdur.  Ilk növbədə əxlaqlı vətəndaş olmağı seçən atam-hazırda “N” saylı hərbi hissədə xidmət edən Hüseynov Zakir Məhəmməd oğlu universitetdə oxuyarkən öz ərizəsi ilə Ağdamın müdafiəsinə yollananda da, rahat bölmədən çıxıb israr edib kəşfiyyat bölməsinə yerini dəyişəndə də, ilk döyüşündə Yeddi Xırman yüksəkliyi uğrunda mühasirəyə düşənləri xilas üçün taqımı qaldırib güllə altında  irəli atılanda da  ( o vaxtkı səngər yoldaşı, hazırda ehtiyatda olan zabit  Midhət Əsədov  bu situasiyanı dəfələrlə danışıb), bir tərbiyəçi zabit kimi göstərdiyi fəaliyyətdə də, ən əsası da həm müharibə zamanı, həm də ordu quruculuğu dövründə bir jurnalist kimi yazdığı məqalələrlə cəmiyyəti səfərbər edəndə də Vətəni canından əziz bilib. “Ağdam niyə alındı, nədən şəhid olmadım”- deyə özünü bağışlaya bilmir atam. Ona görə Agdam haqqında yazdığı  məşhur məqalədə belə yazırdı; “...Ağdamı çarpışıb-vuruşub aldıqdan sonra, yəqin ki, göyə qalxan tüstüyə, hisə, bəlkə də bədənimdən axan qandan qalxan buğa, fərqi yoxdur, ayaq üstə, oturaraq və ya böyrü üstə nəzər yetirərək bir bucaqda isti göz yaşları tökmək, doyunca ağlamaq, ağlamaq istəyirəm.” Bu onun elini-obasını sevən, bir vətənpərvər, bir döyüşçü kimi həyat həqiqətidir. Bu isə onun bir ziyalı, jurnalist, ictimaiyyəti səfərbər edən bir şəxs kimi baxışlarıdır:   “Ağdamlılar tərk edilmiş evlərdə Seyid Lazım Ağanın şəklinin üstünə nəzir qoyaraq onun müqəddəsliyinə necə tapınmışdılarsa, bunu hansı hisslə etmişdilərsə, o cür də ən böyük həqiqəti –Heydər Əliyevi ilahi qüvvə kimi görür onun qüdrətinə inanırdılar. Bütün zaman , məkan və şəraitlərdə böyük həqiqəti inkar etmək olmur, əksinə, ona hədsiz ehtiyac duyulur. Əlbəttə,  bunları anlamaq üçün Ağdamdakıların yerində olmaq, o məkan, zaman və sonu görünməyən, bilinməyən çətinliklər, xaos içərisində yaşamaq lazımdı. Bu qeyri-adi qüvvənin ortaya çıxması ilə nə baş verir versin, axırın, sonun bizim olacağına əmin idilər. Nə yazıq ki, Heydər Əliyevin gəlişinə qədər təkçə Ağdam yox, Azərbaycan dizə çökdürülmüşdü. Özümüzünkülər və düşmənlərimiz tərəfindən”. 
    
O dövrkü  hakimiyyətin yaratdığı xaosun ölkəmizə vurduğu zərbəni sərt tənqid edərək Vətən müdafiəçisi kimi qələmi və silahı ilə iki cəbhədə: səngərdə və mətbuatda - “Biz müharibənin çətinliklərinin içində olan, qarlı səngərlərdə çimir çəkməyən əsgərlər isə Bakıdan nicat  gözləyirdik”- o dövrün məchul əsgərinin dərdlərini deyib arxa cəbhəni və ön cəbhəni sıx birliyə çağıraraq  “Aydınlıq” qəzetində  “Yalançı demokratlardan, boşboğaz siyasətbazlardan... bir də hay-küyçü qəzetlərdən iyrənirdik” adlı məqalə ilə çıxış edərək  “o anlarda xalqı aldadaraq özləri üçün “xoş xatirələr” yaradan” ayrı-ayrı dövlət adamlarının izlədiyi siyasəti qorxmadan tənqid etmişdi.  Birinci Qarabağ müharibəsinin sonlarında o yazırdı ki, “aşırı haqq müharibənin verdiyi haqqdır; başqa hec bir sınaq... müharibədəki qədər insanın yaşam-ölüm ikilisində bir seçimlə qarşı-qarşıya buraxaraq özünü özünün qarşısına qoya bilməz. Tarix boyu biz vuruşanların alnına qara xətlə yazılmaqla, həm də ax! edə bilmədiyimiz “gizli mən”imizdə - “qara qutu”da  yer almışdır. Yəni o dövrlərdə düşmənin qarşısında dayana bimədiyimiz acısı nə vaxtsa davranışımızda, xüsusiyyətimizdə, genimizdə, “gizli mənimizdə” üzə çıxacaqdır”.
Atamın eyni adlı məqaləsində   “Öz-özünü vurmuş əsgərin məzarı önündə güllə atılmır” dilemması doqması,   adını nə qoyuruq qoyaq, qarabağlı, zəngəzurlu, göyçəli, irəvanlı və s.qısaca  “öz-özünü vurmuş” azərbaycanlı   taleyinə tuş gətirilmişdi. Antimilli cərəyanların qarşısında durmamaq, məndən ötdü özgəsinə dəydi süstlüyünü, biganəliyini paramparça edib məhv etməmək, millətə gərək olan cox böyük ideyaları xırda ambisiyalara qurban verənlərlə mübarizə aparmamaq nəinki “güllə atışı”na, hətta  böyük topların qalibiyyət  gurultusunun qopmasına imkan vermir. Necə ki deyirlər   savadlı  adamar dinə yiyə durmalıdır, məhz qaragüruhla, “beşinci kalon”la mübarizə aparmaq iqtidarında olanlar seçilən mövqedə  yer tutmalıdır. Bu yaxınlarda onun  baməzə dostu  soruşdu, sənin sağlamlığın, yaşın əl vermir sıravi xidmətə, amma nədənsə  “çərpələng olub göylərə ucalan, sağa-sola ulduz kimi(yəqin astroidi nəzərdə tutur)  uçuşan, yeri dəyişilən kadrların içərisində sənə yer  yoxdu? Deyəsən atları qocalanda güllələyirlər prinsipi dəbə düşüb. Səninsə sağlamlığınla bağlı yerini dəyişmək müraciətinə “tərxis ol get” cavabını verirlər.  Yadına gəlirmi o vaxt döyüşlər zamanı handan bir deyirdilər “gün gələcək bizi erməniyə güllə atdığımıza görə ittiham edəcəklər”.  

Əlbəttə bu yanıqlı bir deyim olub. “Tərxis ol get” də təxminən yuxarıda deyilən kimi bir şeydi. “Çarpaz atəş altında: fərarilikdən qəhrəmanlığa” (“525-ci qəzet”) məqaləsində atam yazırdı ki, “ Özləri heç də doğru və yaxşı olmayanlar pis bir məqsəd güdüb fayda əldə etdikdən sonra rahatca, arxayın ürəklə işə bir az doğruluq, yaxşılıq dozası qarışdırmaqdan xoşlanırlar; sanki bir qarşılıq ödəyirmişlər, vicdanlarını təmizləyirmişlər kimi.” Sonra mövzu belə davam edir; hər dövrdə öz moizələri ilə hardansa peyda olan, yalnız kəndirə, baltaya və pula sahiblik edən, “bir barmağın kəssən dönüb həqdən qaçan” biabırçı vaizlər və  bədnam zahidlər  indi belə hökmlər cox  verir. “Dövrün aynasında”  tam   həqiqəti deyib yaza bilməyən bir jurnalist kimi özü haqqında və yüksək tribunalardan xalqı aldadan hər kəs üçün deyirdi: “Biz bir sürü vicdansız sizin əziz şikəst balanızı da döyürük, əlil arabalarını da başımızın üstünə qaldırıb yerə çırpırıq, qoltuq ağaclarını da təpiklə vururuq.” (“Aydınlıq” qəzeti) Onun baxışlarında  vuruşa yollanmaq, səngərdə dayanmaq, “carpaz atəş altına düşmək” haqqın yeyilməyini sevmir. Axı o yazırdı ki,  kimin haqqını kəsirsizsə kəsin müharibədəkilərin haqqına dəyməyin. Təlatümlü dövrlərdə əxlaqlı vətəndaş kimi qalmağa, bu gün də aktual olan azərbaycançılıq məfkurəsinin məhvərində dayanan dürüstlüyü, həqiqətpərəstliyi, ədaləti “kollamağa” ordu icması  hazırda daha cox susayıb. Çünki ölkəmizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir.  Heç kim ordumuzu  dayaz, laubali hisslərə qurban verib sərsəm fikirlərə qapılmamalıdır.
 
Elmi işlə bağlı hərbi jurnalistika mövzusunda araşdırma apardığımdan, ordudan hərbdən yazan jurnalistlərin , o cümlədən atamın yaradıcılığını az-cox incələmişəm. Orduyla bağlı ayrı-ayrı adamların və ya təşkilatların keçirdiyi mətbuat konfranslarının keçirilməsi, beynəlxalq tədbirlərdə silahlı qüvvələrin əleyhinə çıxışların olması, “orduya nəzarət”ə imkan vermədiyinə görə müdafiə nazirliyinin məhkəməyə verilməsi, generalların  barəsində məqsədli yazılar yazdırılması cox da uzaq olmayan zamanlarda baş verib.  Bir vaxtlar məşhur “Monitor”culardan biri Müdafiə nazirinə ünvanladığı “raportu” “hörmətlə” sözü ilə deyil, “sizə hörmət etməyən” ifadəsiylə bitirirdi, qəzetlər  “əbiyevşinadan” yazırdılar, Baş qərargah rəisi haqqında yazdırılan yazıların birində hətta o pamabıq maqnatı kimi təqdim olunurdu, hətta onun haqqında Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetində məqalə belə cap edilmişdi. Bu məsələ mənə maraqlı gəldiyindən kənar adamlardan öyrənmişəm ki, bu addıma yeganə etiraz edən atam olub. Öz etirazını idarə rəisinə belə bildirib: Bizim vəzifəmizin təkbaşçılığı qorumaq olduğunu vurğulayaraq indi də vəzifə yiyəsi olan bəzi şəxslərin marjinallığının ordu qayəsi ilə düz gəlmədiyini söyləyib. Amma kənar mətbuat susmurdu, tənqidlərdən ibarət “atəş torbası” kimi əzirsə əzsin nəticədə ordunun imici zədələnirdi. Atamsa onlara cavab olaraq yazırdı ki, “ordunun cövhərindən yaza bilmirsiniz”, “qoy heç olmasa qələmin gücü ilə hiss etdirsinlər ki, ordu şərəfinin nə olduğunu başa düşüblər”,  yazdıqlarından “Azərbaycan əsgərinin ruhunu, hərbi həyatın fəlsəfəsini, qürurla xidmət edən oğullarımızın gücünü hiss edək.” Bakı Mətbuat Klubu  məmurların yaratdığı intriqa konsentrantlarının cəmiyyətə  yayılma yeri kimi çıxış edirdi. Eşitdiyimə görə ixtisasca jurnalist olmasına, xeyli vaxt jurnalist işləməsinə baxmayaraq, dilimiz haqqında elmi araşdırmalar etməsini nəzərə almayaraq onun “Hərbi bilik” jurnalından yerini dəyişilməsinə əsas kimi götürülən raportun havası o dövrlərin havasını xatırladırmış. Rus dilini biləndən rus dilini bilib-bilməməsi haqqında sənəd istənməsi kimi, kibernetika fakültəsini bitirəndən komputer kursununun bitirilməsi haqqında sertifikat tələb olunması təki, işə qəbul üçün orta təhsil bəs edən, cəmi 167 manat məvacibi olan   texniki  vəzifəyə   ali təhsilli götürülsə də ixtisaslı jurnalistin götürülmədiyi qeyd olunan raport kimi. “Sayğac” roman-essesində “böyük yaradıcılıq mən sənin qarşında baş əyirəm” deyən atam qələmin müqəddəsliyinə heç vaxt xələl gətirməmişdir. Bu gün demək olar ki yox olub gedən, yeganə hərbi jurnal olan, Şıxlınskinin yadigarı “Hərbi Bilik”  jurnalı onun baş redaktorluğu dövründə ən yüksək səviyyədə nəşr olunurdu, üstəlik ikinci bir jurnal- “Azimut” da ərsəyə gəlmişdi, açıb hərbi saytı baxanda sadəcə qəhər boğur adamı, dilimizin, hərbi elmimizin inkişafına, ideoloji iş sahəsində təbliğat-təşviqata ehtiyac olduğu halda “atın qabağına ət qoyub”, müqəddəs seyləri xırda hisslərə qurban verib atamın yerini dəyişdirməklə jurnalı məhv etmək nəyə və kimə lazımdı ki, bu gün sadəcə hər iki jurnal arxiv olaraq görünsün. 2017-ci ilin avqustundan sonra orada jurnalların heç bir nömrəsinin elektron variantını görə bilmərik.  Kimsə bunu soruşa bilmirmi, mətbuatımızla niyə belə davranırlar. Bu gün ideologiyamızın güclü olmasınının vacibliyini qeyd edirik, düşmənlərimizə informasiya müharibəsində qalib gəlməyi  özümüzə vəzifə bilirik. O həmişə bu işə canyanıqla yanaşıb. Necə ailəmizdə düşmənə nifrət, Vətənə məhəbbət hissi aşılayıb, eləcə də, “Hərbi Bilik” jurnalının hər nömrəsində erməni siyasətinin, erməniliyin iç-üzünun acılıb-tökülməsi üçün məqalələr mütləq cap edilib. Ədəbi dilimizi cilalamalıyıq-baş redaktor-Zakir Hüseynovun tələbi beləydi. Ancaq  bunun əksini  edənlər barmaq boyda yazı yazmağa qadirdirlərmi? Bu Vətəni biz də sevirik, özü də başqalarından cox kiminsə “bacıoğlusundan”, kiminsə “əmioğlusundan”,“qardaşoğlusundan” qat-qat artıq. Cünki atamın döyüşlərdən yadigarı bir sualı var- Siz ermənilərlə vuruşmaq istəmirsiz? Bunu o dostlara da veririrdi ki, o dostlar xidmət illəri 20 ilə çatan kimi ordudan öz arzuları ilə tərxis olunub. Bizim ailədə məhz belə dostlar stol ətrafında  tənqidə məruz qalırlar. Cünki atam kimilər 90-cı illəri yaşayıblar. O dövrdə ölkəni qoyub xaricə gedən ziyalıların timsalında yazıçı Anara Qulu Xəlilov bir məktub yazmışdı. Oradan bir cümləni atam öz məqaləsində, özü də Yeddi Xırman yüksəkliyində erməni ilə üzbəüz dayananda, yandırılmış Ağdamın Cinni kəndinin duman kimi göyə qalxan tüstüsünə iztirab icində baxaraq, sitat olaraq yazmışdı: “Hara gedirsən Anar, Vətənin bu ağır günündə niyə ölkəni tərk edirsən.” Stol ətrafında olanlardan kimsə əsas gətirir ki, biz buna məcbur edilmişik. Mətbuatda, sosial şəbəkələrdə izlədiyim və insan mənzərəsinə yeni bir acı kimi daxil edilmiş  zabit üçün pensiya hüququ əldə edər-etməz  cıxıb getməyə vadar edilmək. İnternetdə bir ehtiyatda olan zabit yazırdı ki, əvvəllər bütün əsgərlərin  hələ xidmətə gəlməmiş hərbi hissəsi, hansı taqımda belə xidmət edəcəkləri belə təsbit olunurdu. Və o yazırdı ki, xidmət müddəti zamanı yoxlamalara gedəndə bir faktın şahidi oldum. Ön xəttdə ancaq ya hər iki, ya da bir valideynini itirmişlərin xidmət etdiyini görürdüm. Ən cox bu haqsızlığa dözməyərək pensiya hüququm tamam olan kimi tərxis olundum.   O yerdə atamın “Siz niyə fərarisiz fərarilər” məqaləsindən bir yer yadıma düşür: “Kim deyə bilər ki, əsgərlər Vətən naminə vuruşmaq istəmir. Generallarmı? Qətiyyən. Bununla özlərini tərkisilah etmiş olarlar...” Zakir Hüseyn qələmindən çıxmış “Carpaz atəş altında: fərarilikdən qəhrəmanlığa” məqaləsində bir yerdə qeyd olunur: “Görəsən, torpaqları işğal  olunan bir xalqın, müqəddəs müharibə edənlərin fərarisi necə yaranmışdı”. Cavab da məhz həmin yerdə verilmişdi: “Fərarilik vardı- rüşvətxorluğun, haqq ədalətin tapdanmasının, qanunsuzluğun, insan heysiyyat və əxlaqındakı qanitirmənin nəticəsi kimi”   Bəs 24 il sonra  “xainlər” necə meydana cıxdı. Bu işin dəhşətli sonluğu necə alındı. Bu gün yarqılanmadan xain adı ilə öldürülən ən azından leytenantın anasının dərdlərini ifadə edə biləcək heykəl necə olmalıdı. Bəlkə bunu edənlərin etdiklərinin simgəsini yaradaq tariximizdə  ibrət dərsi kimi. Ya öz anasının qızıllarını lombarda qoyub pul götürüb leytenant olduğunu yazan zabitin tragikomik dramınımı tamaşaya qoyaq. Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev Sovet cəmiyyətindən fərqli olan digər cəmiyyətlərdə qəddarlığı, yoxsulluq səviyyəsini göstərdiyi  “Bir gəncin manifesti” əsərində yazırdı ki, onun, yəni Baharın(əsərin qəhrəmanının)  sahibsiz papağı qar üstündə  qaralırdı, o da sahibi kimi heç kəsə lazım deyildi. Atam da 2013-cü ildə yazdığı “Bir gəncin manifesti”  məqaləsində  Naxçıvanskini əla qiymətlərlə bitirsə də istədiyi hərbi məktəbə qəbul edilmədiyindən hərbi peşəni seçməkdən imtina edən bir gəncin taleyinə acıyaraq  qeyd edirdi ki, sanki onun üstü nişanlı kursant papağı bahalı  bəzəkli daşlarla bəzədilmiş Nizami kücəsndə (Tarqovı) ayaqlar altına atılmışdı. Onun papağı da, özü də heç kimə lazım deyildi.  Hər halda cənab generallar qələmin gücünə inanaq,  bu Vətənə həm süngüylə, həm qələmlə xidmətin məqbul olduğuna tapınaq.  Biz doğrudanmı ermənilərlə vuruşmaq istəmirik. Bəs onda bu qədər kin, kudurət, intriqa, ədalətsizlik, bizi bizdən alan sevgisizlik, ən xırda bir məsələdən istifadə edib bir-birimizi sıradan cıxarmaq nəyə lazım.  Cənab general bir zamanlar bir cox ictiami təşkilatlar erməni dəyirmanına su tökərək mətbuatda orduyla bağlı kampaniyalar aparanda onlara layiqli cavab verən Zakir Hüseynov   ictimaiyyətlə əlaqə işinə layiqli töhfələr verərək qəzətlərdə, saytlarda, radioda cəmiyyətin səfərbər olmasına ikiqat calışırdı. Mənə görə o bir kombatanddır. Əlbəttə bu ruhi bir secimdir. Onu yaxşı tanıdığımdan bilirəm ki, bu “tüfəngli adamı” (kombatant- o hələ heç xidmətə getməmiş Xanlar rayonunun Caykənd, Azad, Kamo kəndlərinin təmizlənməsində könüllü olub) düşündürən  məsələ budur -  görəsən mən bu sağlamlıqla irəlidə bölmənin önündə getmək gücündə olacammı. Öz bölməmi qaldırıb onların önündə yüksəklikləri aşa biləcəmmi. 48 yaşında dəbilqəli, belində yük çantası, çiynində zabit çantası, avtomatlı və tapançalı hər həyacanda sırada durarkən yüz faiz o “ay rəis, bu sənə lazımdır”, “bura sənin yerin deyil” , “səni bura niyə göndəriblər”, “adamın, pulun olmadı belədi”, “jurnalını çıxarsan ordu üçün bundan sərfəliydi”, “jurnal üçün rotasiya yoxdu axı, nə əcəb səni göndəriblər, bəs o biriləri niyə göndərmilrlər üstəlik sən ixtisasçısan”, “vurulub gəlmisən”  deyənlərin düşüncəsi onu sarsıtsa da, əsas onu bədgüman eləyən səhhətidir. Bir məqaləsində yazdığı kimi döyüşdə “hər şeyin fövqündə dayanan bir hisslə irəli gedə biləcəkmi”, gücü buna yetəcəkmi, dizi sözünə baxacaqmı.  Amma müstəqil dövlətin quruculuğunda iştirak etmək onun amalıdır. O Ali Baş Komandanın əmrini gözləyənlərdəndir,siyasətini dəstəkləyənlərdəndir. Prezidenti aldadanlara qarşı olanlardandır. Mənhusluq burdadır ki, bütün bunlara rəğmən ona “sənin üçün heç nə edə bilmərik, tərxis ol, get” sözü Rusiyadakı təhkimçilik dövründə məşhurlaşmış bir deyimi xatırladır: “Al, bu da sənə Yuryev günü”.  Onsuz da təhkimçilikdən qurtarmağın çıxış yolu olmayan bir gün ərzində öz ağasını dəyişmək imkanı kimi verilmiş  Yuryev günün vecsiz sonluğu, sonralar isə qiymətləndirilməmiş bir nəsnənin aqibəti  belə söylənti yaratmışdır.   Lakin neyləməli  cox sevdiyi şeirdə deyildiyi kimi- damcı üçün yuxarıdan asılıb qalmaq da çətin, aşağı düşüb parçalanmaq da.  Hə, bir gün, bir gün atam kimi yüzlərlə “damcılar” tam qət edəcək: durmaq daha əzablıdır, bunu  qət edib aşağı millənmək, ədalətsizliklərə üsyan edib rahatlamaq lazımdır.
Onu da deyim ki, atom bombasının Yaponiyaya atılması nəticəsində kor olmuş yapon qızcığaz Sadako Sakako inanırdı ki, müqəddəs quş -durnanın min kağız fiqurunu düzəldib axıtsa gözləri açılacaq, mən də bu məktubu min nəfərə yazacam, elə məhz yaponların həyatından bəhs edən “Sonuncu samuray” filmində deyildiyi  kimi- səsimizi duyurmaq üçün.   

Şanlıurfa vilayətində Xocalı Soyqırımı anıldı - FOTOLAR
Allahşükür Paşazadə “Facebook”da Xocalı ilə bağlı hansı paylaşımları etdi?
"2005-ci ildə Milli Mətbuatın 130 illik yubileyi ərəfəsində Səfər Əbiyev məni çağırıb dedi ki..."
BMT İdlibdəki mülki vətəndaşlar üçün narahatdır...
"Kaş qalan dörd oğlum da şəhid olaydı, amma Kəlbəcər basılmazdı..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
"Abidəni Bakıda deyil, Xocalıda ucaltmaqdan söhbət getməlidir..."
Cəmiyyət
“Xocalıda ağır yaralandım, infarkt keçirdim, indi də yataq xəstəsiyəm...” - FOTOLAR
Cəmiyyət
“Şəhid xəbərlərindən yaman kövrəlirəm, analar qovrulur...”
Müsahibə
"O, yeganə icra başçısıdır ki, YAP üzvü deyil, istintaq nəticəsində məlum olub ki..."
Hadisə
Tərtərdə erməni avtomobillə dərəyə vuvarlanıb öldü... –FOTO
Yazar
İlham İsmayıl
“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”
Seymur Əliyev
Koronavirus bu insanlar üçün təhlükəli deyil: Genetik çoxmaskalılığın üstünlüyü...
Seymur Verdizadə
Sən hər gün əliəyrilik edirsən, o, beş ildə bir dəfə...
Sultan Laçın
Azərbaycanda ədalət naminə vəzifədən imtina edə bilən neçə məmur var?..
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
“Azərbaycan Qarabağı unutsa, yaxşıdır”- “Meşə tülküsü” belə dedi...
ABŞ-ın növbəti prezidenti Qarabağı qaytaracaq
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247