NBA əfanəsi “Qara Mamba” ləqəbi ilə tanınan məşhur basketbolçu Kobe Brayantın qəfil ölümü idman, incəsənət və siyasət ictimaiyyətindən olan hər kəsi yasa boğdu.
Hətta bir çox dünya ulduzları öz şəxsi hesablarından paylaşımlar edərək Kobi Brayantı yad etdilər.
Moderator.az modern.az-a istinadən məşhurların sosial şəbəkə hesablarında paylaşdıqları yazıları təqdim edir.
İlk paylaşım ABŞ prezidenti Donald Trampdan gəldi. Prezident şəxsi Twitter hesabında paylaşım edərək bunları yazıb "Basketbol əfsanəsi Kobi Brayant və üç nəfərin Kaliforniyada helikopter qəzasında öldüyü barədə məlumatlar var. Tramp dəhşətli xəbərdir"- deyərək üzüldüyünü bildirib.
Keçmiş ABŞ prezidenti Barak Obama Twitter hesabında “ Kobe məhkəmədəki əfsanə idi və yalnız ikinci bir hərəkət kimi mənalı olacaq şeyə başlamaq idi. Mişel və mən düşünülməmiş bir gündə Venessaya və bütün Brayant ailəsinə başsağlığı və dualar göndəririk”- deyə təəssüfünü bildirib.
İspaniyanın Barselona futbol klubunun ulduz futbolçusu Messi Brayantın ölüm xəbərini eşidən kimi İnstagram səhifəsində bunu yazıb.
“Kobenin ailəsinə və dostlarına olan bütün sevgim.Sizinlə görüşmək və xoş günlərinizi birlikdə keçirmək çox xoş idi. Siz bir neçə nəfər kimi dahi idiniz”.
“Yuventus” futbol klubunun ulduz futbolçusu Kriştiano Ronaldo “Kobe və qızı Giannanın ölüm xəbərlərini eşitmək çox kədərlədir. Kobe əsl əfsanə idi. Ailəsinə və dostlarına,eyni zamanda qəzada həyatını itirənlərə başsağlığı verirəm”-deyə paylaşım edib.
“Paris Saint-Germain” klubunun braziliyalı ulduzu Neymar, hava qəzasında həyatını itirən Kobe Brayantın xatirəsini Lillə səfər matçının 52-ci dəqiqəsində qol vuraraq, kameralara barmaqları ilə “24” işarəsi göstərib və bununla qolunu Kobe Brayantın xatirəsinə həsr etdiyini vurğulayıb.
Mark Kuban Broadcast.com-un uğurlu qurucusunun həmtəsisçisi, həmçinin peşəkar idman komandasının sahibi öz “Twitter” hesabında bunları yazıb: “Həyatın nə qədər qiymətli olduğunu heç vaxt unuda bilmərik. Sizin üçün xüsusi olanlar və onları necə sevdiyinizi unutdurmalarına əsla imkan verməyin”.
Qeyd edək ki, 41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Bu qəzada Kobe Brayantın 13 yaşlı qızı Giannanın da öldüyü bildirilir.