29-30 yanvar tarixlərində Cenevrə şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə görüşü nəzərdə tutulur.
Maraqlıdır, bu görüş Qarabağ probleminin həllinə az və ya çox dərəcədə nə isə verə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu görüşün bəzi mətləblərə aydınlıq gətirə biləcəyini vurğuladı:
“Ermənistanın daxilindəki vəziyyət dolayısı ilə bizə bir növ ipucları verir ki, görək, bu görüşdən sonra konstruktiv şərait yarana bilər, yoxsa yox.
Bilirsiz ki, martın 31-də qondarma rejim “prezident seçkiləri” keçirməyə hazırlaşır. Bu “seçkilər” də rejimin özü kimi kimsə tərəfindən tanınmır. Çünki bunların hamısı qeyri-qanuni xarakter daşıyır. Rəsmi İrəvan bilmir ki, özünü necə ifadə etsin. Rəsmi İrəvanın Xankəndinə gücü çatmır. Artıq hər iki tərəf açıq-aşkar rəıqib kimi çıxış edir.
Paşinyan bəyanatında bidirib ki, əgər Sərkisyanın 7 rayonun geri qaytarmaq planı olubsa, Dağlıq Qarabağın Ermənistanla bilavasitə əlaqəsi olmaldır, əgər Qarabağ xalqı bu planı qəbul edirsə, o zaman biz bu plana müsbət müqnasibət bildirə bilərik.
Paşinyana Azərbaycan tərəfindən verilən möhlətin vaxtı tükənmək üzrədir. Paşinyan 2 ildir hakimiyyətdədir və bu müddət ərzində çaşqın, qeyri-aydın xətt yürüdür.
Bratislavada XİN rəhbərlərinin görüşündən sonra E.Məmədyarov bildirdi ki, biz Ermənistandan dəqiq mövqe gözləirik. Bizim mövqeyimiz bəllidir. Bu baxımdan Cenevrə görüşü mövcud vəziyyətə aydınlıq gətirmək baxımından önəmlidir”.
Seymur ƏLİYEV