Keçmiş prezident 4 il öncə Azərbaycana qarşı hərbi təxribata yol verdiklərini etiraf etdi
Bu gün Ermənistandakı ordu günündə bu ölkənin keçmiş prezidenti Serj Sərkisyan maraqlı etirafla çıxış edib.
Moderator.az düşmən mediasına
istinadən xəbər verir ki, açıqlamasında Ermənistan ordusu ilə bağlı ümidlərini
dilə gətirən Sərkisyan, 2016-cı ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi
təxribata yol verdiyini etiraf edib. Sərkisyan qeyd edib ki, 2016-cı ilin
aprelində Ermənistan rəhbərliyi rəqibin
qüvvələrini yoxlamaq, onun gücünü sınağa çəkməy səy etdi. Amma erməni
ordusunun bu təcrübəsi alınmadı. Odur ki, indiki şəraitdə bizim vəzifəmiz
hazırkı situasiyanı qorumaqdır”.
Məlumat üçünq eyd edək
ki, 2016-cı ilin aprelində düşmən hücumunu dfə edərək uğurlu əks-hücum təşkil
edən Azərbaycan ordusu, erməni hərbi birləşmələrini darmadağın edərək bir sıra
strateji yüksəklikləri işğalçılardan azad edib.
Seymur ƏLİYEV








