Xəbər lenti
20/02/2020 [00:13]:
Qızılın qiyməti 7 illik rekordu yenilədi
20/02/2020 [00:06]:
Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verdi
20/02/2020 [00:04]:
Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 10-cu yeri tutur
19/02/2020 [23:47]:
Dünyanın qeyri-adi ağacları - FOTOLAR
19/02/2020 [23:22]:
ABŞ səssiz hipersonik sərnişin təyyarəsi istehsal edəcək
19/02/2020 [23:15]:
"Harada qoşa villa görürlər, deyirlər Gülyaz və Gülyanağındır, bizim heç həyət evimiz yoxdur"
19/02/2020 [23:12]:
Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
19/02/2020 [22:44]:
Bərdədə 57 yaşlı sürücü sükan arxasında öldü
19/02/2020 [22:14]:
Tramp nazir müavinini istefaya göndərdi
19/02/2020 [22:13]:
İranda koronavirusa yoluxan iki nəfər ölüb
19/02/2020 [22:12]:
Prezident və ailəsi Romada şəhər gəzintisində - FOTOLAR
19/02/2020 [22:03]:
Moskvada 30 erməni silahla azərbaycanlılara hücum etdi
19/02/2020 [22:02]:
Dəhşət: Qatarın altında qalmaqdan son anda xilas oldu - ANBAAN VİDEO
19/02/2020 [21:20]:
Milli Platforma 76 saylı DSK-nın 16 saylı məntəqəsində baş verənlərlə bağlı bəyanat yaydı...
19/02/2020 [20:51]:
Lənkənarskinin üzr istədiyi "oğru" haqda maraqlı xəbərlər…
19/02/2020 [20:47]:
Ölümdən sonra həyat var? - 900 nəfəri 20 dəqiqə öldürüb diriltdilər
19/02/2020 [20:45]:
Ermənistanın baş qərargah rəisi Gürcüstanda - Hərbi əməkdaşlıq müzakirə edilib
19/02/2020 [20:44]:
Yəməndə partlayış - Nazirin oğlu öldü
19/02/2020 [20:42]:
5 otel və 14 evdə əməliyyat: Əxlaqsızlıqla mübarizə
19/02/2020 [20:41]:
İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza
19/02/2020 [20:36]:
Bakıda hündürmərtəbəli binada yanğın başlayıb
19/02/2020 [20:35]:
Türkiyə - Azərbaycan oyunu Super Liqa klubunun stadionunda keçiriləcək
19/02/2020 [20:08]:
Qadın ağlayan uşağı sürüdü - VİDEO
19/02/2020 [20:06]:
Bir ildə məhkəmələr 143 milyon manat aliment ödətdirib
19/02/2020 [20:05]:
İlkin Süleymanovun vəkilləri: “İstintaq materialları bizdən gizlədilir”
19/02/2020 [19:58]:
Azərbaycanda bu binalar söküləcək
19/02/2020 [19:57]:
Turist problemləri "İntim otel"ləri ilə həll ediləcək - MARAQLI
19/02/2020 [19:52]:
Məşhur yunan alimi: “Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa etdi” + VİDEO
19/02/2020 [19:35]:
Dairə Seçki Komissiyasının sədri vəfat etdi
19/02/2020 [19:29]:
MSK seçkilərlə əlaqədar müraciətlərə baxılma müddətinə aydınlıq gətirib
19/02/2020 [19:25]:
Dünyanın ən zəngin 8-ci adamı media şirkətini satacaq - SƏBƏB
19/02/2020 [19:11]:
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxsə baş çəkdi
19/02/2020 [19:10]:
“Düşmənin ən çox zamana ehtiyacı var və biz ona bu imkanı verməməliyik”
19/02/2020 [19:03]:
Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq - MARAQLI
19/02/2020 [18:49]:
Beyin əməliyyatı olan xəstənin etdikləri çaşqınlıq yaratdı - MARAQLI... + VİDEO
19/02/2020 [18:49]:
Ukraynadakı diaspor liderindən etiraz: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm”
19/02/2020 [18:46]:
“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa...”
19/02/2020 [18:45]:
“Dava edən” azarkeşlərdən polisə doğum günü sürprizi - VİDEO
19/02/2020 [18:43]:
Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir...
19/02/2020 [18:36]:
Xəzər dənizində zəlzələ olub
19/02/2020 [18:32]:
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
19/02/2020 [18:29]:
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir
19/02/2020 [18:27]:
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gömrük Akademiyasında olub
19/02/2020 [18:20]:
Putin maaşının azlığından şikayətləndi
19/02/2020 [18:03]:
Ermənistan ordusundakı ölüm faktları ilə bağlı ixtisar
19/02/2020 [17:59]:
İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi - FOTOLAR
19/02/2020 [17:58]:
Sərnişin təyyarəsinin mühərriki alovlandı - VİDEO
19/02/2020 [17:57]:
Estoniya xarici kəşfiyyatı Qarabağda müharibənin mümkünlüyü və Rusiyanın maraqları haqda
19/02/2020 [17:56]:
Məzahir Pənahov: “Bəzi namizədlərin iddiaları gülməlidir”
19/02/2020 [17:55]:
Paytaxtın bu hissəsində su olmayacaq
19/02/2020 [17:53]:
Özbəkistan Prezidenti Türkiyəyə səfər edib
19/02/2020 [17:51]:
Azərbaycan Prezidenti İtaliyada səfərdədir - FOTOLAR
19/02/2020 [17:46]:
Vasif Talıbov da “ASAN xidmət”lə bağlı sərəncam verdi
19/02/2020 [17:31]:
"Deməyə sözümüz var" layihəsi başa çatdı
19/02/2020 [17:26]:
Daha bir seçki dairəsində iki məntəqənin nəticəsi ləğv edildi
19/02/2020 [17:26]:
Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi
19/02/2020 [17:22]:
MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi barədə məlumatlara münasibət bildirib
19/02/2020 [17:21]:
"Azərişıq" 5 min manat cərimə edildi
19/02/2020 [17:20]:
UNEC-də seminar: Qiymətli kağızlar bazarının inkişafı
19/02/2020 [17:20]:
Qidanın keyfiyyətini harada və necə yoxlatmalı?
19/02/2020 [17:01]:
Təcavüzdə ittiham olunan şəxs günahı əkiz qardaşına atdı
19/02/2020 [16:55]:
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
19/02/2020 [16:44]:
İranda iki nəfərdə koronavirus aşkarlandı
19/02/2020 [16:39]:
MSK daha 4 məntəqənin nəticələrini etibarsız saydı
19/02/2020 [16:35]:
"Dövlət özəl biznesə şərait yaratmaq əvəzinə özü biznesə girişib..." - EKSPERT
19/02/2020 [16:30]:
“Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur” - İranlı nazir
19/02/2020 [16:29]:
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
19/02/2020 [16:27]:
Brilliant Dadaşova: "Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib..." -VİDEO
19/02/2020 [16:26]:
"Ana ürəyinin gücü terrora qalib gələcək..." -Yeni dövrün toxumları əkilir
19/02/2020 [16:21]:
11 "həbsdə" qalan və hələ də üzə çıxmayan "Hələbin Yaqutu"...
19/02/2020 [16:08]:
“Azəriqaz” rəhbərliyi vətəndaş qəbulu keçirəcək
19/02/2020 [16:04]:
Kəlbəcərdəki qədim Azərbaycan məbədindən  xəzinə oğurlandı...
19/02/2020 [16:03]:
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib - FOTOLAR
19/02/2020 [15:54]:
İranda ilk dəfə koronavirus aşkarlanıb
19/02/2020 [15:53]:
"Türkiyəyə hücum ən pis ssenari olar" - Ərdoğan
19/02/2020 [15:52]:
11 məntəqə ləğv edildi, fərq isə belədir...
19/02/2020 [15:50]:
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
19/02/2020 [15:49]:
İqbal Ağazadə və Rauf Arifoğluya qarşı daha bir qalmaqallı rəqib
19/02/2020 [15:37]:
Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO
19/02/2020 [15:26]:
Ərdoğanın İdlib əməliyyatı açıqlamasına Kremldən CAVAB
Bütün arxiv bir sırada
29/01/2020 [00:00] - Cəmiyyət - ( 2143 dəfə baxılıb)

"Kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər" - FOTOLAR



Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda  2019-cu il struktur və kadr islahatlarının həyata keçirilməsi ilə yadda qaldı. Ötən ilin ən mühüm və əlamətdar hadisələrindən biri isə Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyasına Yeni Azərbaycan Partiyasının (YAP) da öz dəstəyini nümayiş etdirməsi oldu. 
Belə ki, Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Sədrinə müraciət edərək yaranmış vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildirdilər. Eyni zamanda, parlamentin plenar iclaslarında digər partiyaları təmsil edən deputatlar da hakim partiyadan olan həmkarlarının mövqeyini dəstəklədilər. Bundan sonra Milli Məclis 2 dekabr 2019-cu il tarixində müvafiq qərar qəbul etdi. 
Qərarda vurğulanır ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.
Qeyd edək ki, Milli Məclisə seçkilər təyin olunarkən qanunvericiliyin bütün tələbləri gözlənilib. Belə ki, dekabrın 4-də Konstitusiya Məhkəməsinin iclasında Azərbaycan Prezidentinin Milli Məclisin yuxarıda bəhs olunan Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi qəbul etdiyi Qərarda Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılmasını Konstitusiyaya uyğun hesab edib. Bundan sonra Prezident İlham Əliyev 5 dekabr 2019-cu il tarixində "Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Sərəncam imzalayıb və həmin Sərəncama əsasən fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Heç şübhəsiz ki, bütün seçkilərin qalibi olan YAP bu seçkilərdə də əzəmətli qələbə qazanmaq əzmindədir və artıq bu istiqamətdə lazım olan bütün addımlar atılıb, 123 seçki dairəsi üzrə partiyamızın namizədləri müəyyən edilib. Öz ictimai-siyasi fəallıqları, dövlətçiliyə sədaqətləri, xalqa yaxınlıqları və digər üstün keyfiyyətləri ilə seçilən bu namizədlərin seçicilərin dəstəyini alacağına kimsədə şübhə yoxdur. Hər halda seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində müşahidə etdiklərimiz belə deməyə əsas verir.
Həmin namizədlərdən biri də Məmmədov Aqil Sadiq oğludur. YAP tərəfindən 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. Ali təhsillidir. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı "Ağdaban" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayan Aqil Məmmədov 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Sonralar Xanlar (hazırkı Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman komitəsinin sədri, Göygöl rayonu "Məhsul" İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyən Aqil müəllim 2006-cı ilin oktyabr ayından Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışıb, 2008-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib, 4 mart 2013-cü il tarixindən isə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunub. Ailəlidir. 2 övladı var.
Bildirmək istəyirəm ki, seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının 123 saylı Kəlbəcər seçki dairəsindən məhz Aqil Məmmədovun namizədliyini irəli sürməsi heç də təsadüfi deyil. Çünki Aqil müəllim istər bir məmur, istər ziyalı, istərsə də partiya üzvü kimi hər zaman ölkəmizdəki ictimai-siyasi proseslərin önündə gedib, dövlətimizə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdiridiyi siyasətə sədaqəti, xalqımıza xidməti ilə seçilib. Aqil Məmmədovun hər zaman kəlbəcərlilərin problemləri ilə maraqlanması, bu problemlərin həlli istiqamətində gördüyü işlər barədə hər bir kəlbəcərli məmnuniyyət hissi ilə danışa bilər. 
Mən isə deputatlığa namizədin başqa bir üstün keyfiyyəti - ziyalı kimi elmə, sənətə, ədəbiyyata, aşıq sənətinə vurğunluğu, bu istiqamətdə həyata keçirilən işlərə diqqət və qayğısı barədə qeyd etməyi özümə borc bilirəm. İdarəçiliyində təmsil olunduğum "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin istər xalqımızın bədii yaradıcılığı, aşıq sənətinin təbliği, istərsə də ictimai proseslərlə bağlı keçirdiyi əksər tədbirlərdə hər zaman öz diqqət və qayğısını əsirgəməyən Aqil müəllim aşıq sənətinin, ədəbiyyatımızın vurğunu kimi, öz fikir və məsləhətlərini də bizimlə bölüşür. 
Ağdabanlı şair Qurban və Dədə Şəmşir nəsil şəcərəsinin davamçılarından olan Aqil Məmmədov xalqımızın zəngin ədəbi irsinin təbliği istiqamətində həyata keçirilən digər işlərə də hər zaman öz dəstəyini göstərir. 
Bəli, Aqil müəllim haqqında çox danışmaq olar. Amma atalar demiş, görünən dağa nə bələdçi. Əminəm ki, bu günə kimi müxtəlif vəzifələrdə çalışarkən olduğu kimi, parlament seçkilərində kəlbəcərlilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə  də Aqil Məmmədov dövlətimizin inkişafı və rayonumuzun sakinlərinin rifahı naminə daha da əzmlə çalışacaq. Məhz buna görə də əminəm ki, kəlbəcərlilər "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədin səs verəcəklər.
Həbib Misirov
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini, YAP-ın üzvü 

Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
Turist problemləri "İntim otel"ləri ilə həll ediləcək - MARAQLI
Beyin əməliyyatı olan xəstənin etdikləri çaşqınlıq yaratdı - MARAQLI... + VİDEO
Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Dünyanın ən zəngin 8-ci adamı media şirkətini satacaq - SƏBƏB
Gündəm
“Düşmənin ən çox zamana ehtiyacı var və biz ona bu imkanı verməməliyik”
Dünya
Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq - MARAQLI
Köşə
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Cəmiyyət
“O orduda ki, hərbi nizamnamədən kənar əlaqələr hökm sürür, orda qeyri-döyüş itkiləri çox olur...”
Həftənin ən çox oxunanları
Türkiyənin təyyarələrlə bağlı xəbərdarlığı Rusiyanı qoxuya saldı: Yada düşər xatirələr...
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
Seçildiyi dairənin nəticələri ləğv edilən Hadi Rəcəbli: “Qurtardı”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
“Danışıqların məqsədi hazırda Qarabağda əlimizdə olanları qanuniləşdirməkdir”+VİDEO
"Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə..."
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247