Ölkə prezidenti Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının IV ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində vətəndaş məmur münasibətləri barəsində çox önəmli fikirlər səsləndirib.
Amma buna baxmayaraq, bir sıra qurumlarda məmur özbaşınalığı hələ də davam edir. Xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) Nazirliyindən gələn korrupsiya xəbərlərinin ard-arası kəsilmir. Gəncə şəhər sakini Hacıyeva Esmira İmran qızı da əlillik dərəcəsini ala bilmədiyi üçün Moderator.az-a müraciət edib.
Gəncə sakini tənəffüs yollarının ən ağır formalı allergik zədələnməsi “Astma Bronxial” və “Şəkərli Diabet” xəstəliklərindən əziyyət çəkdiyini bildirir. Esmira xanım illərdir ki, adı çəkilən xəstəliklərdən müalicə olunduğunu və lazımı tibbi sənədləri olsa da 1 ilə yaxındır ki, əlillik dərəcəsini ala bilməyini iddia edir. Xəstə dəfələrlə 25 saylı TSEK- in sədri Firuddin İsmayılov qəbulunda olsa da “haqq-hesab” verə bilmədiyindən get-gələ salınır.
Gəncə sakini axırıncı dəfə 25
saylı TSEK-in müdrinin qəbulunda olarkən səhhəti kritik həddə çatdığından
hadisə yerinə Təcili Tibbi Yardım da çağırılıb. Həmin gün xəstənin yaxın
qohumları ƏƏSM nazirliyinin “
Ərşad