Bu gün ARDNŞ-də çalışan və
rəhbər işçilər tərəfindən cinsi təhriklərə məruz qaldıqları iddia olunan
qadınlar şirkətin hüquqşünası ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari
Qəhrəmanlı məlumat verib.
"Bizə müraciət edən xanımlar bu gün ofisimizə gəldilər. Onlar ARDNŞ hüquqşünası
ilə görüşdülər. Görüşdə təşkilatımızın hüquqşünası da iştirak edib. Prosesi
nəzarətdə saxlayırıq. Əgər xanımlara ARDNŞ tərəfindən təzyiq olunsa, yaxud
onları işdən azad etsələr, təşkilatımız bu haqda məlumat yayacaq" deyə,
M.Qəhrəmanlı bildirib.
Qeyd edək ki, dünən ARDNŞ bəyanat yayaraq burada qadınların cinsi istismara məruz
qalmaları barədə deyilənləri təkzib edən bəyanat yayıb.
ARDNŞ M.Qəhrəmanlıdan onda və ya onun rəhbərlik etdiyi təşkilatda müvafiq məzmunlu
faktları şirkətə və ya hüquq-mühafizə orqanlarına təqdim etməsini tələb edib
Bu
gün ARDNŞ-də çalışan və rəhbər işçilər tərəfindən cinsi təhriklərə məruz
qaldıqları iddia olunan qadınlar şirkətin hüquqşünası ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri
Mirvari Qəhrəmanlı məlumat verib.
"Bizə müraciət edən xanımlar bu gün ofisimizə gəldilər. Onlar ARDNŞ
hüquqşünası ilə görüşdülər. Görüşdə təşkilatımızın hüquqşünası da iştirak edib.
Prosesi nəzarətdə saxlayırıq. Əgər xanımlara ARDNŞ tərəfindən təzyiq olunsa,
yaxud onları işdən azad etsələr, təşkilatımız bu haqda məlumat yayacaq"
deyə, M.Qəhrəmanlı bildirib.
Qeyd edək ki, dünən ARDNŞ bəyanat yayaraq burada qadınların cinsi istismara
məruz qalmaları barədə deyilənləri təkzib edən bəyanat yayıb.
ARDNŞ M.Qəhrəmanlıdan onda və ya onun rəhbərlik etdiyi təşkilatda müvafiq
məzmunlu faktları şirkətə və ya hüquq-mühafizə orqanlarına təqdim etməsini
tələb edib