Əli Həsənov ABŞ Konqresindəki dinləmələrdən danışdı
Siyasət
Oxunub: 3179
17 Jul 2013 | 20:53
Əli Həsənov ABŞ Konqresindəki dinləmələrdən danışdı
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir:

- İyulun 16-da ABŞ Helsinki Komissiyası Azərbaycan ilə bağlı brifinq təşkil edib. ABŞ-Azərbaycan əlaqələri baxımından bu tədbiri necə qiymətləndirirsiniz?

- ABŞ Helsinki Komissiyası tərəfindən belə brifinqlərin təşkil olunması adi haldır. Mövcud qaydalara əsasən, brifinqlər qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları komissiyanın sədri və ya həmsədri deyil, sadəcə katiblik əməkdaşları aparırlar. Buna görə də Azərbaycana dair həmin brifinqə komissiya üzvlərinin heç biri qatılmamışdı. Deyilənləri nəzərə alaraq, mən bu tədbirin ABŞ-Azərbaycan əlaqələri, ABŞ-ın Azərbaycana münasibəti prizmasından qiymətləndirilməsini düzgün yanaşma hesab etmirəm. İki ölkə arasında strateji tərəfdaşlıq və müxtəlif sahələr üzrə ciddi əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər davamlı şəkildə bu əlaqələrin daha da inkişaf etdirilməsi iradəsini ortaya qoyurlar.

Konkret olaraq bu tədbirə gəldikdə isə, bildirmək istərdim ki, brifinqdə Azərbaycanın rəsmi dairələrini təmsil edən şəxslər ölkəmizin demokratik inkişafı, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən fəaliyyət, qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat veriblər.

Nəhayət, bu tədbirin əhəmiyyətini şişirtmək, onu Konqresdə “dinləmələr” səviyyəsinə yüksəltmək cəhdləri də vardır ki, mən bunu müəyyən daxili siyasi qrupların özünüreklam cəhdi kimi qiymətləndirirəm. Onlar çox istəyirdilər ki, bu tədbir Konqresdə dinləmələr formatında baş tutsun. Hətta ciddi-cəhdlə bu yaxınlarda Azərbaycana səfər edən, bəhs edilən komissiyaların üzvü olan konqresmen və senatorların tədbirə qatılmalarına nail olmağa çalışırdılar. Lakin heç nə alınmadı. Bu da onların iflası, elə həmin ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir.

- Həmin brifinqdə Milli Şuranın rəhbər şəxslərindən olan Eldar Namazov da çıxış edib və Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürüb. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Təəssüflə qeyd etmək istərdim ki, bəzi müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin, habelə müxalifətə yaxınlığı ilə seçilən QHT və KİV nümayəndələrinin təmsil olunduğu “milli şura” adlanan qurumun təmsilçisi həmin tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb. Məlumat üçün bildirim ki, həmin tədbirdə Azərbaycan ilə bağlı iki tənqidi çıxış olub. Bunlardan birini “milli şura”nın nümayəndəsi, o birisini də ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. Eyni zamanda, hər ikisi də tənqidi arayış yayıblar. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən “milli şura” və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar. Onlar müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar. Bu gün Azərbaycan hakimiyyətinə qarşı absurd iddialarla çıxış edən, Azərbaycan Prezidentinin qanuna müvafiq şəkildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnu şübhə altına almağa çalışan “milli şura”nın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır.

Gəncləri yolundan çıxararaq hüquq pozuntusuna, cinayətə, qeyri-qanuni əməllərə sövq edən belə insanlar sonradan onların həbsindən siyasi şou təşkil edir, müxtəlif beynəlxalq təşkilatlar qarşısında “məsələ” qaldırır və hakimiyyətə qarşı yeni təzyiq elementləri formalaşdırmağa çalışırlar.

Nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq QHT-lər Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barədə danışarkən, “Milli Şura” təmsilçisi Azərbaycanı az qala kriminal ölkə kimi qələmə verməyə cəhd göstərir. Onun nəzərinə çatdırırıq ki, "Transparency İnternational" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olundu. Hesabata görə, Azərbaycanda respondentlərin 68 faizi hesab edir ki, korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz göstəricisindən 3 dəfə artıqdır. Dünya üzrə respondentlərin 50 faizindən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artıb. Azərbaycanda isə respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb.

Bu gün Azərbaycan hökuməti, siyasətçilər, nüfuzlu ictimai təşkilatlar, media, tanınmış ziyalılar, Azərbaycan diasporunun fəalları bütün imkanlardan istifadə edərək Ermənistanın və erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin ifşa olunmasına, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz “907-ci maddə”nin aradan qaldırılması üçün məqsədyönlü fəaliyyət daha da qətiyyətlə davam etdirilir. “Milli şura”nın təmsilçisi isə Helsinki Komissiyasının “dinləmələrində” çıxış edərək Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması tələbini irəli sürür. Bu fakt “milli şura”da cəmləşmiş insanların anti-Azərbaycan xislətinin bariz nümunəsidir.

“Milli şura” təmsilçisinin iddiaları qarşıdan gələn prezident seçkilərinin şəffaf, demokratik keçiriləcəyini indidən şübhə altına almaq cəhdindən başqa bir şey deyildir. Bu qrupun anlamında ədalətli seçki yalnız onların maraqları çərçivəsində təşkil olunmuş seçkidir. Yəni, yalnız müxalifətin qələbəsinə təminat verən seçki mexanizmi qanunauyğun, seçki prosesi isə ədalətli və şəffaf ola bilər. Opponentlərin gücü, iddiaları, real imkanları, ən əsası isə Azərbaycan xalqının rəyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Lakin Azərbaycan müstəqil dövlətdir və ölkə həyatı, sosial, iqtisadi, siyasi, ictimai, mədəni proseslər, seçki kimi ümummilli məsələlər cəmiyyətin daxili tələbatına və xalqın rəyinə uyğun tənzimlənir. Buna görə də seçki prosesi heç vaxt hakimiyyətə iddialı olan, lakin iddiaları ilə real imkanları bir araya sığmayan daxili siyasi qrupların ambisioz planlarına uyğun təşkil oluna və tənzimlənə bilməz.

Tam əminliklə demək olar ki, heç bir ciddi xarici qüvvə öz planlarını belə qeyri-ciddi siyasi qruplarla işbirliyi üzərində qurmaz. “Milli şura” təmsilçilərinin hər bir xarici səfəri və bu səfər çərçivəsində həyata keçirdiyi antimilli fəaliyyət bumeranq effekti verərək bu qurumun iflasını və orada təmsil olunmuş insanların cəmiyyət qarşısında tam ifşa olunmasını sürətləndirəcəkdir.

- Helsinki Komissiyasının brifinqi ilə eyni gündə “Amnesty İnternational” təşkilatı da dünyada azadlıqların vəziyyəti haqqında illik hesabatını yayıb. Bu dəfə də Azərbaycan kəskin tənqid edilib və demokratiya sahəsində geriləmə olduğu bildirilib.

- Bilirsiniz, bəzi xarici təşkilatlarda Azərbaycana qarşı bir növ tendensiyalı münasibət formalaşıb. Əminəm ki, Azərbaycanda nümunəvi demokratik cəmiyyət qurulsa belə, “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom Hause”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar ölkəmizi qara rəngdə təsvir etmək üçün bir bəhanə tapacaqlar. Bu hesabatların Azərbaycanla bağlı hissəsi siyasi sifariş əsasında hazırlanır və bizim bu məsələdə erməni lobbisinin, müəyyən xarici anti-Azərbaycan dairələrin xüsusi rolundan şübhələnməyə tam əsasımız vardır. Düşünürəm ki, bunu isbat etmək üçün heç uzağa getmək lazım deyil, elə “Amnesty İnternational”ın hesabatında Ermənistan ilə Azərbaycan arasında aparılan “müqayisə”yə diqqət yetirmək kifayətdir.

Hesabatda iddia edilir ki, guya Ermənistanda namizədlərin seçkiqabağı resurslara və KİV-ə bərabər çıxışına böyük əhəmiyyət verən yeni seçki qanunvericiliyinə uyğun olaraq parlament seçkiləri keçirilib. Seçkilərin alternativliyi artıb. Bundan əlavə, iddia edilir ki, Ermənistanda dinc və kifayət qədər hərtərəfli seçkilər Bakıda “Eurovision” mahnı müsabiqəsinə hazırlıq zamanı ictimai yığıncaqların amansızcasına dağıdılması, habelə ölkədə icazəsiz mitinqlərin iştirakçıları üçün böyük cərimələr tətbiq edilməsi ilə ziddiyyət təşkil edib. Hətta Ramil Səfərovun məsələsi qabardılır, onun necə “amansızcasına” erməni zabitini qətlə yetirdiyi təsvir edilir. Bu kimi məqamların, müqayisələrin siyahısını uzatmaq da olar. Yəni, hesabatın əsas məqsədlərindən biri də “dinc”, “demokratik”, “inkişaf edən”, “vətəndaş hüquqları qorunan” Ermənistanla “monstr” Azərbaycanı müqayisə edib beynəlxalq ictimaiyyətdə adekvat rəy formalaşdırmaqdır. Ancaq 2008-ci ildə Sarkisyan rejiminin dinc etirazçıları gülləbaran etməsi, müxalifət fəallarını zindanlara doldurması, bu il keçirilmiş prezident seçkilərində bir namizədin güllələnməsi, o birinin aclıq aksiyası keçirməsi, hakimiyyətin əsas opponentlərinin seçkini boykot yolu tutmağa məcbur edilməsi, seçki prosesində yol verilmiş ciddi qanun pozuntuları, seçkinin total saxtalaşdırılması və digər bu kimi hallar barədə heç nə deyilmir.

Bütün bunlardan sonra “Amnesty İnternational”ın hesabatını necə obyektiv hesab etmək olar? Hesab edirəm ki, belə hesabatlar ilk növbədə onun müəlliflərinə utanc gətirir. Biz belə iddiaları heç vaxt ciddi qəbul etməmişik və bundan sonra da, təhdid ritorikası davam edəcəyi təqdirdə, ciddi yanaşmaq niyyətimiz yoxdur.
Oxşar xəbərlər
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:30
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
27 Mar 2024 | 21:32
"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:30
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
27 Mar 2024 | 21:32
"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ