Azərbaycanda
bu il keçiriləcək prezident seçkilərinin vaxtı dəqiqləşib. Gunxeber.com-un bu
barədə hakimiyyət dairələrindən aldığı məlumata görə, prezident seçkiləri
oktyabrın 11-də, həftənin beşinci günü keçiriləcək.
Prezident seçkilərinin rəsmi təbliğat-təşviqat kompaniyası isə sentyabrın 18-də
başlayıb, oktyabrın 9-da başa çatacaq.
Bu il prezident seçkilərinin oktyabrın 16-da keçirilməsi nəzərdə tutulurdu,
amma oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçkinin vaxtını dəyişdirmək
zərurəti yarandı. Qanuna əsasən seçki günü bayrama düşərsə, seçkinin vaxtı dəyişdirilməlidir.
Seçki günü kimi oktyabrın 11-nin seçilməsi isə heç də təsadüfi deyil. 1998-ci ilin prezident seçkiləri də məhz oktyabrın 11-də keçirilib. Bu il isə oktyabrın 11-i həftənin beşinci gününə təsadüf edir. Oktyabrın 12-13-ü isə bəzi müsəlman ölkələrini çıxmaq şərtilə demək olar ki, bütün dünyada istirahət günləri olacaq. Bu isə o deməkdir ki, Azərbaycandakı seçkilərə bir qədər emosiyalar soyumuş vəziyyətdə münasibət bildiriləcək. Həm də hakimiyyətin ən azından iki gün beynəlxalq aləmlə müəyyən təmaslar qurmaq üçün vaxtı olacaq.