Xəbər lenti
22/02/2020 [19:05]:
Van Dama Vəndamda heykəl qoyulmasının  faydası olmadı - Ermənilərlə məşq edir...-FOTOLAR
22/02/2020 [18:51]:
Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - RƏSMİ
22/02/2020 [18:47]:
Türkiyə və Rusiya İdlibi müzakirə etdi
22/02/2020 [18:46]:
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Sarayevo şəhərində silsilə tədbirlər keçirilir - FOTO
22/02/2020 [18:43]:
Hərbçimizin ölümündən əvvəl çəkilən son görüntüsü - FOTO
22/02/2020 [18:31]:
Elman Nəsirovun lider namizəd olması müzakirələrə yol açdı - RƏSMİ
22/02/2020 [18:26]:
Daha bir məntəqənin nəticələri ləğv edildi
22/02/2020 [18:25]:
Gədəbəydə ikimərtəbəli ev yanıb
22/02/2020 [18:23]:
Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi
22/02/2020 [18:07]:
Ərdoğan: “Suriyada yüzlərlə legioneri zərərsizləşdirdik”
22/02/2020 [18:04]:
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
22/02/2020 [17:52]:
MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı
22/02/2020 [17:47]:
Azərbaycan paytaxtında  erməniyə məxsus şirkət mükafatlandırıldı...
22/02/2020 [17:46]:
DİN təkzib etdi: Jalə Bayramova barəsində cinayət işi açılmayıb
22/02/2020 [17:42]:
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
22/02/2020 [17:40]:
Bu planetdə bir il 18 saatdır
22/02/2020 [17:36]:
Kürdəmirdə ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanıldı
22/02/2020 [17:32]:
ADAU-da ağacəkmə aksiyası keçirilib - FOTO
22/02/2020 [17:22]:
Pakistanda mədən uçub, 8 nəfər ölüb, 30-dək fəhlə dağıntılar altında alıb
22/02/2020 [17:10]:
MSK-nın rəsmi təmsilçisi: "Qadınsan, get bozbaşını bişir" - Qalmaqal
22/02/2020 [17:08]:
MSK Ləman Ələşrəfqızının şikayətini növbəti iclasa SAXLADI
22/02/2020 [17:04]:
Neftçalanın sabiq icra başçısı və onunla birgə saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb
22/02/2020 [17:00]:
İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik etdi
22/02/2020 [16:58]:
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SƏRƏNCAM
22/02/2020 [16:56]:
Yaqub Mahmudov Paşinyana sərt cavab verib - VİDEO
22/02/2020 [16:53]:
Almaniyada Ümumavropa Qarabağ mitinqi - CANLI
22/02/2020 [16:50]:
Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul olundu
22/02/2020 [16:48]:
Prezident onlara fəxri ad verdi - SİYAHI
22/02/2020 [16:47]:
MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB
22/02/2020 [16:46]:
İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü
22/02/2020 [16:45]:
Əli Əsədov yeni qərar imzalayıb
22/02/2020 [16:35]:
İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Papa Fransisk ilə görüşdü
22/02/2020 [16:12]:
Tutulan sabiq icra başçısının eşşək ferması üzə çıxdı - FOTOLAR
22/02/2020 [15:59]:
Azərbaycanlıların Berlin yürüşü Türkiyə mətbuatında - VİDEO
22/02/2020 [15:45]:
Sevda Namiq Qaraçuxurludan danışıb etiraf etdi: “Onun yaradıcılığını sevirəm” -VİDEO
22/02/2020 [15:38]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
22/02/2020 [15:25]:
Rayon başçısı  koronavirusa yoluxdu...
22/02/2020 [15:19]:
“Nadiri də, Manafı da məhkəməyə verib cəzalandırmaq lazımdır...”- Ekspert...
22/02/2020 [15:09]:
Azərbaycan İranla sərhəddə nəzarəti gücləndirdi
22/02/2020 [15:06]:
Xırdalanda yeni bina tikintisi narazılıq yaradır - VİDEO
22/02/2020 [14:55]:
İranda 28 nəfər koronavirusa yoluxub - Nazirlik
22/02/2020 [14:46]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [14:28]:
Nərminin valideynləri Bakıda: Baş Prokurorluq belə məlumatların yayılmasına qarşıdı
22/02/2020 [14:26]:
Baş nazir yeni açılan xəstəxanaya Ərdoğanın adını verdi- FOTOLAR
22/02/2020 [14:25]:
“Bunlar axmaq-axmaq adamlardı, axşama kimi müğənnilərin səhifəsində yatırlar ki, bir şey tapsınlar...”
22/02/2020 [14:22]:
“Ermənilər bir əsrdə üç dəfə qətliama məruz qalıb”: Faciələrimiz erməni tarixi adı ilə təbliğ edilir...
22/02/2020 [14:21]:
Şəhidimizin dəfn mərasimi başladı - FOTOLAR
22/02/2020 [14:08]:
Lerikdə avtomobil dərəyə aşdı, ata və 2 yaşlı oğlu öldü - YENİLƏNİB
22/02/2020 [14:04]:
Türkiyədə daha bir zəlzələ oldu
22/02/2020 [13:43]:
Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO
22/02/2020 [13:38]:
Bu kənddə on ildir oğlan uşağı doğulmur-Səbəbini heç kim bilmir - FOTOLAR
22/02/2020 [13:35]:
“Paşinyan Qarabağa səfər etməklə tənqidlərdən yayınmağı, o cümlədən...”
22/02/2020 [13:29]:
Hakan Şükürdən 9 il sonra etiraflar - “Peşmanam...” + Video
22/02/2020 [13:26]:
Qış vaxtı yaz havası - Sabah 18 dərəcə isti olacaq
22/02/2020 [13:24]:
İranda bələdiyyə sədrinə koronavirus diaqnozu qoyuldu
22/02/2020 [13:07]:
Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb
22/02/2020 [12:53]:
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"
22/02/2020 [12:49]:
"Ərdoğanın oynadığı kimi böyük oynamalıyıq: Əks təqdirdə itirəcəyik!”
22/02/2020 [12:46]:
Münhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...
22/02/2020 [12:45]:
Məzahir Pənahovu kim əvəz edəcək? - Ad açıqlandı
22/02/2020 [12:44]:
İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: "İnqilab edirsiniz..." (VİDEO)
22/02/2020 [12:39]:
Əməkdar artist ağır durumda: "Məni bu həddə çatdıran..."
22/02/2020 [12:39]:
İndoneziyanın Azərbaycandakı səfiri Mingəçevir Dövlət Universitetində olub
22/02/2020 [12:38]:
"Heç bir müğənniyə göndərilməyəcək, bunu Damlaya qadağan etmişəm...”
22/02/2020 [12:29]:
Azərbaycan 8,4 milyon dollarlıq polietilen ixrac edib
22/02/2020 [12:29]:
Qandallanan icra başçısının bacısı general imiş...
22/02/2020 [12:28]:
Bakıda nəfəs borusunda dərman qalan 3 yaşlı uşaq ölüb
22/02/2020 [12:27]:
Koronavirusun karantin müddəti uzadılır
22/02/2020 [12:26]:
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək
22/02/2020 [12:23]:
Vasif Talıbov onu Ali Məclisin Aparat rəhbəri TƏYİN ETDİ
22/02/2020 [12:22]:
Xalq artisti elə görüntüsünü yaydı ki... - FOTO
22/02/2020 [12:20]:
Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib
22/02/2020 [12:18]:
Yeniyetmə 11 yaşlı uşağı diri-diri basdırdı
22/02/2020 [12:18]:
14 yaşlı qız atası ilə yaşayan qadını bıçaqladı
22/02/2020 [12:16]:
Paşinyan Azərbaycana gəldi: Bağlı qapılar arxasında iclas başladı
22/02/2020 [12:14]:
Səudiyyə Ərəbistanı və Küveytdən İranla bağlı qadağa
22/02/2020 [12:10]:
Cazibədar məşqçi bayraqlı çimərlik geyimində - FOTOLAR
22/02/2020 [12:05]:
Qazaxıstanda atışma: Beş nəfər ağır yaralanıb
22/02/2020 [12:02]:
Bakıda nəfəs borusunda dərman qalan 3 yaşlı uşaq ölüb
22/02/2020 [12:00]:
“Uşaqlarıma tapşırmışam ki, 80 yaşımda namizədliyimi irəli sürmək istədiyimi görsəniz..."
Bütün arxiv bir sırada
04/02/2020 [14:32] - Müsahibə - ( 2042 dəfə baxılıb)

"Onda məni belə bir hiss bürüdü ki, bu adamlara baş verənlərin mənasını anlatmaq lazımdı"



Ukraynanın “Slovo prosviti” qəzeti ötən illər Ukrayna Yazıçılar Birliyinin təşəbbüsü və maddi dəstəyi ilə ukrain dilinə tərcümə edilərək Kiyevin “Друге дихання” nəşriyyatında çap olunmuş “Azadlıq” romanıyla bağlı əsərin müəllifi, Xalq yazıçısı Afaq Məsudla müsahibə dərc edib.

Müsahibə romanın yazıldığı tarixi mərhələ, həmin illər ölkədə cərəyan edən ictimai-siyasi proseslər, xalq və insan azadlığı ilə bağlı sualları əhatə edir.

Müsahibənin Azərbaycan dilinə tərcüməsini oxuculara təqdim edirik. 

- Afaq xanım, Sizin yaradıcılığınız Ukrayna oxucularına yaxşı tanışdır. 2017-ci ildə Kiyevdə ukrain dilində nəşr olunan “Azadlıq” kitabınız burada böyük maraqla qarşılandı. İlk öncə, Ukrayna və ukrainlər haqqında təəssüratlarınızı, fikirlərinizi bölüşməyinizi xahiş edirik.

- Ukrayna hər zaman Azərbaycan üçün doğma məkan, ukrainlər dost, qardaş olub. Tarix boyu hər iki xalqı bir-birinə bağlayan bu doğmalıq bu gün də yaşanmaqdadır. Bu, heç bir maddi, ya siyasi marağa dayaqlanmayan, təmənnasız, əzəli bir bağlılıq, ruhi doğmalıqdır. Düşünürəm, bu doğmalığın təməlində hər iki xalqın oxşar mental keyfiyyət və xüsusiyyətləri dayanır. İlk növbədə, böyük insan sevgisi, mərhəmət, dözümlülük, mənəvilik və səmimiyyət.  

- Ukrayna ədəbi tənqidçiləri “Azadlıq” romanını müzakirə edərkən, simvolizm barədə xeyli danışdılar. Simvolizim Sizin yaradıcılığınızda hansı yeri tutur? Məlumdur ki, Azərbaycan mədəniyyətində, mentallığında hər bir sözün, hərəkətin simvolik mənası var... Ukrayna oxucusu üçün də bu, olduqca maraqlı, eyni zamanda, bir qədər mürəkkəb, əsrarəngiz təsir bağışlayan məqamdır...

- Simvolizm təəssüratını, olsun ki, əsərdə təsvir olunan real həyatla paralel şəkildə, hansısa ələgəlməz, şəffaf aləmlərdə baş verən hadisə və situasiyalar yaradır. Reallığın alt qatında yatan gizli həqiqətlərin sirri də, həmin bu ərazilərdə açılır. Bu mənada, əsər, boş görüntü hesab etdiyimiz yuxularımızın şüuraltımızda yatan qədimdən-qədim, gizli həqiqətlər dəfinəsi olduğunu, bu aləmin, reallığın özü qədər, bəlkə ondan daha gerçək və həlledici olduğunu sərgiləyir.  

- Romanı yazmağa Sizi nə sövq etdi?

- “Azadlıq” 90-cı illərin əvvəllərində – Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəyə qalxdığı keşməkeşli dövrlərdə yazılıb. O illər Bakının dənizkənarı bulvar tərəfində yerləşən Azadlıq meydanı Azərbaycanın döyünən ürəyinə çevrilmişdi, məmləkətin dörd bir yanından bura insanlar axışır, hər tərəfdən “Azadlıq” sədaları eşidilirdi. Bu, hədsiz təsirli bir mənzərə idi. Uzun illər sovetlər birliyinin tərkibində, sovet ideologiyası əsarətində boğulan xalq, artıq azad nəfəs almaq istəyirdi. Bütün bu hadisələrdə təbii ki, mən də iştirak edirdim, insanların günlər və həftələrlə meydanı tərk etmədiyini, soyuq gecələrlə tonqallar qalayıb, çadırlarda yatdığının şahidi olurdum. Eyni zamanda, bu izdihamlı xalq hərəkatına qatılan, lakin ölkədə nə baş verdiyini anlamayan, ora, Vətəninin dərdi, yaxud, hansısa azadlıqlar üçün yox, neçə illərdən bəri üst-üstə qalanan xırda, məişət dərdləriylə gəlib, o birilərlə bir “azadlıq!” – deyə qışqıran insan kütlələrini də görürdüm. Bu isə, tamam ayrı, sarsıdıcı bir mənzərə idi. Onda məni belə bir hiss bürüdü ki, bu adamlara baş verənlərin mənasını anlatmaq, azadlığın mahiyyətini izah etmək lazımdı. Roman belə yazıldı. 

- Romanı “Azadlıq” adlandırmaqla bu anlayışa, sanki hansısa məxsusi mənalar vermisiniz…

- Bilirsiniz, azadlıq – alt qatında xeyli sayda anlaşılmaz sirlər və mətləblər yatan, yarıqaranlıq dəhlizlər və döngələrlə dolu, müəyyən mənada Kainatın özü qədər ələgəlməz, mistik məfhumdur. İstər ona insan hüquq və azadlıqları prizmasından, istər xalq azadlığı, yaxud fərdin daxili azadlığı prizmasından yanaşanda belə. Mən özüm də bunu romanı yazmağa başlayanda anladım. Yəni burada mətləb və nəticə daha dərindədir. Söhbət xalqın, millətin təyinatçısı olan Fərdin daxili azadlığından gedir – fizioloji varlıq olaraq, öz bədəninin vəziyyətindən asılı olan, hər an xəstələnməyə, zamanla qocalmağa, sonda ölümə məhkum olan fərdin daxili azadlıq hissindən gedir... Və həmin bu fərdin, hətta öz yorğan-döşəyində, sanki bir kimsənin müdaxilə edə bilməyəcəyi intim, səssiz yuxularında belə azad olmadığı, ayrı sözlə desək, taleyinə yazılmış sirli alın yazısının icrasından yuxularında belə, bircə addım kənara çıxa bilmədiyi qaçılmaz həqiqət kimi ortaya çıxırsa, belə olan halda hansı azadlıqlardan danışmaq olar? Eyni mənzərə ilə “azadlığ”ın digər aspektlərində də üzləşməli oldum. Yəni mətləbin dərininə vardıqca, hər kəsin və hər şeyin – insanların, ölkələrin, xalqların, ümumiyyətlə bütün yaradılanların bir-birindən, hansı mənadasa asılı, yaxud, bir-biriylə necəsə bağlı olduğunun, bu asılılıqlar və bağlılıqlar dolu kip yaşam strukturunda azadlığı harada və necə axtarmağın acı həqiqəti ilə qarşılaşdım.

- Simvolizmdən söz düşmüşkən, “Azadlıq” romanı Ukrayna oxucusuna təqdim olunduğu dövrdə ölkəmiz əsərinizdə təsvir olunan həmin mərhələni yaşayırdı, sanki əsərdə Ukraynada baş verənlər təsvir olunurdu. Dediyim odur ki, Sizin “Azadlıq” romanınız Ukraynanın mürəkkəb durumunda bir çoxlarımıza mənəvi dayaq oldu. Bəlkə, burada da bir rəmzi məna var. “Azadlıq” Ukraynaya məhz ölkənin bu kitaba ehtiyac duyduğu dövrdə gəlib çatdı? Bu barədə nə deyə bilərsiniz?     

- Ümumiyyətlə, bu gün ətrafımızda baş verənlər, yəni real aləmlə, romanda təsvir olunan həmin irreal, incə aləmlər arasındakı sərhədlərin tədricən şəffaflaşdığı, bu prosesin, getdikcə, özünü daha qabarıq şəkildə biruzə verdiyi hiss olunur. Sanki həyatımız, baş verən hadisələr, həm də necəsə, bizim bilmədiyimiz, anlamaq iqtidarında olmadığımız, hansısa ayrı mənalar və əhəmiyyətlər kəsb etməyə başlayır. Məsələn, deyirsiniz, “Azadlıq” romanı, sanki Ukraynada baş verənləri əks etdirir, kitabın, məhz bu dönəmdə Ukraynaya yol açmasını rəmzi mənalarla əlaqələndirirsiniz. Eyni fikir Gürcüstanda, Rusiyada, eləcə də roman tərcümə, yaxud nəşr olunduğu digər ölkələrdə də səsləndirilir. Burada, sözsüz ki, mistik məqamlar və səbəblər var. İlk baxışda, səbəblərdən ən üzdə olanı budur ki, əsərdə təsvir olunanlar tarix boyu dünyanın bir çox ölkələrində yaşanıb və bu gün də yaşanmaqdadır. Yer üzündə elə bir xalq yoxdur ki, azad cəmiyyət, demokratik dəyərlər, azadlıq idealları və daha hansısa azadlıqlar uğrunda mübarizəyə qalxmasınlar. Yəni bu, min illərlə belə olub, düşünürəm, belə də olacaq. Görünən budur ki, uğrunda ölümə gediləsi İnsanlıq hər zaman azadlığa – ən ali həyat neməti, İnsanlıq Haqqı kimi can atıblar. Və məsələyə bir qədər dərindən yanaşanda, yəni xalqı, toplumu təmsil edən Fərdin daxili azadlıq məsələsinin mahiyyətinə varanda, özünü, hansısa izaholunmaz, dərkedilməz həqiqətlərin astanasında hiss edirsən, bu məsələyə hər hansı aydınlıq gətirməyin – Kainatı, onun sərhədlərini təsəvvürə gətirmək qədər mümkünsüz bir iş olduğunu, bunun, bəlkə də, ruhun dərkedilmə sirri qədər insanlığa yasaq edildiyini anlayırsan. 

 - Romanda Heydər Əliyevin hakimiyyətə gəlişinə qədərki  dövr təsvir edilir. Bu, dövlətçiliyə qarşı təhlükələrin yarandığı taleyüklü, tarixi bir mərhələ idi. Ukrayna da eyni yolu keçdi. Sizcə, Ukrayna oxucusu “Azadlıq” romanında dövlətçiliyə qarşı yönələn təhlükələrin aradan qaldırılmasını, ölkəsinin inkişaf yoluna qədəm qoymasını təmin edəcək impulslar tapa bilərmi?

- Roman ilk baxışda tarixi əsər təsiri bağışlayır. Onu belə də səciyyələndirmək olar. Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, öz müstəqilliyi uğrunda ayağa qalxan xalq kütlələri, Bakının mərkəzində yerləşən Azadlıq meydanında baş verənlər – savadsızlığı və təcrübəsizliyi ucbatından ölkəni uçuruma sürükləyən oyuncaq hökumət, səriştəsiz dövlət təmsilçilərinin xalqın gözü qarşısında sərgilədiyi tragikomik olaylar və sair və ilaxır. Roman – insan azadlığı, ictimai-siyasi, sosial azadlıqlar problemi, meydan hərəkatı və sair baxımından bu gün dünyanın bir çox ölkələrində baş verənlərlə səsləşməyə davam edir, bu səbəbdən də hər yerdə maraqla qarşılanır. Janr etibariləsə bu, psixoloji-mistik dramdır, yəni “azadlıq” deyilən məfhumun, az qala toxuma səviyyəsində araşdırılmasıdır. Dövlətçiliyə qarşı təhlükələrin aradan qaldırılmasına gəlincə, düşünürəm, əsər bu baxımdan da kifayət qədər impulsivdir. Yeri gəlmişkən, romanın birinci fəslində təsvir olunanlar, obraz və situasiyalar o dövrün reallığını əks etdirir. Bu fəsildə sovetlər birliyinin buxovlarından yenicə azad olmuş sahibsiz ölkəni, hakimiyyəti ələ keçirən, dövlət, dövlətçilik məfhumundan bixəbər bir dəstə adamın xalqın başına gətirdiyi müsibətlər təsvir edilir və bu gündən keçmişə nəzər salanda, həmin o həlledici dönəm Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkəsini, xalqını dərin və çıxılmaz uçurumdan xilas etdiyi danılmaz tarixi həqiqət kimi ortaya çıxır.

- Məlumdur ki, Azərbaycan Qərblə Şərqin arasında yerləşir. Azərbaycanlılar özlərini Şərq, yoxsa Qərb mədəniyyətinin bir hissəsi hesab edirlər?

- Azərbaycanın qədim və zəngin mədəniyyəti var. Bu yazılı tarix bizim eranın birinci minilliyinin sonlarından – qədim Dədə Qorqud dastanıyla başlayır, dünya fikir xəzinəsinə misilsiz töhfələr vermiş Əfzələddin Xaqani, Nizami Gəncəvi, bu il 650 illik yubileyi Ukraynada da qeyd edilən İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər söz dahilərilə davam edir. Bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Vaqif Mustafayev, əsərləri dünya muzeylərində saxlanan rəssamlarımız – Səttar Bəhlulzadə, Cavad Mircavadov, Toğrul Nərimanbəyov … yeni siyahını sonsuza qədər uzatmaq olar. Fikir, duyğu və düşüncə arealı ilə dünya mədəniyyəti tarixinə yeniliklər gətirmiş dahilərimiz çoxdur. Və bu belə müxtəlif çalarlı zəngin mədəniyyəti nə Qərbə, nə də bütünlüklə Şərqə aid etmək düzgün olar. Bu, ümumbəşəri dəyərlərdir. Bizim muğamat bu gün dünyanın hər bucağında Amerikada, Avropada heyrət doğurur.    

- Ukrayna oxucularınıza nə arzulardınız?

- İlk növbədə, fərd və millət olaraq özünü dərk etməyi, müstəqilliyi qoruyub saxlamağı, dünyaya hər zaman açıq olmağı, haqqa, ədalətə aparan yolu tezliklə arayıb- tapmağı və ona çatmağı.

- Müsahibəyə görə təşəkkür edirəm.

"Sözümüz Akademiyanın və digər əlaqədar qurumların rəhbərlərinədir" - Professor iradı...
"Onların yardımından imtina etdik, yalnız 2-3 nəfər siyasətçi gəlib atamla maraqlanıb" - VİDEO
Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
Abort olunmağı istənən daun sindromlu qız model oldu - MARAQLI...+ FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Van Dama Vəndamda heykəl qoyulmasının  faydası olmadı - Ermənilərlə məşq edir...-FOTOLAR
Cəmiyyət
Baş nazir yeni açılan xəstəxanaya Ərdoğanın adını verdi- FOTOLAR
Dünya
Bu kənddə on ildir oğlan uşağı doğulmur-Səbəbini heç kim bilmir - FOTOLAR
Cəmiyyət
Qandallanan icra başçısının bacısı general imiş...
Dünya
David Tonoyan Hərbi Polis İdarəsinin bir neçə rəhbərini işdən çıxardı- SƏBƏB...
Yazar
Seymur Əliyev
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
“Hamı bizim məhvimizi istəyir: İlk addımı yenə də çeçenlər və inquşlar atacaq”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247