Xəbər lenti
21/02/2020 [22:53]:
"Bu, şərqşünas-akademikin məşhur xalq mahnısına parodiyası idi" - "Uzunqulaq olduq"
21/02/2020 [22:32]:
Azərbaycanda məktəbli dərs vaxtı sinif yoldaşını bıçaqladı
21/02/2020 [22:28]:
Ayaz Mütəllibov: "Mən İlham Əliyevlə fəxr edirəm"
21/02/2020 [22:07]:
Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb - FOTO
21/02/2020 [21:46]:
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..."
21/02/2020 [21:36]:
Dövlət başçısı: “Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb”
21/02/2020 [21:31]:
Prezident: "Azərbaycanın qeyri-neft sənayesi 16 faiz artmışdır"
21/02/2020 [21:21]:
Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
21/02/2020 [21:12]:
Masajçı azyaşlıya təcavüz etdi
21/02/2020 [21:11]:
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib - FOTOLAR
21/02/2020 [21:11]:
“Qorbaçov Şaumyan rayonunda  terrorçuların olmasını öz fərmanı ilə təsdiqlədi...”
21/02/2020 [21:08]:
Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi
21/02/2020 [20:43]:
MSK-nın 4 saat çəkən iclası başa çatdı
21/02/2020 [20:42]:
Daha bir məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
21/02/2020 [20:33]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [20:30]:
İcra başçısını niyə həbs etdilər? - İlham İsmayıldan maraqlı açıqlamalar + VİDEO
21/02/2020 [20:28]:
Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyada beynəlxalq konfransda iştirak etmişdir
21/02/2020 [20:16]:
Məzahir Pənahov Ülvi Həsənlini zaldan çıxartdırdı
21/02/2020 [20:14]:
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
21/02/2020 [20:04]:
Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb
21/02/2020 [19:54]:
Abort olunmağı istənən daun sindromlu qız model oldu - MARAQLI...+ FOTOLAR
21/02/2020 [19:46]:
Bu maska koronavirusdan qoruya bilir
21/02/2020 [19:16]:
Məzahir Pənahov DSK və MnSK sədrlərinə xəbərdarlıq etdi
21/02/2020 [19:10]:
Çinlilərin ümidlərini itirdiyini göstərən yeni bir video ortaya çıxdı - MARAQLI... + VİDEO
21/02/2020 [19:07]:
İsrail vətəndaşı koronavirusa yoluxdu
21/02/2020 [18:59]:
DTX-nın həbs etdiyi qadın müavin YAP-ın deputatlığa namizədi olub
21/02/2020 [18:57]:
Oğuzda it qadını dişləyərək bu hala saldı - FOTO
21/02/2020 [18:48]:
Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır - MARAQLI
21/02/2020 [18:48]:
Qırğızıstanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi
21/02/2020 [18:45]:
Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib
21/02/2020 [18:43]:
İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu
21/02/2020 [18:41]:
Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı
21/02/2020 [18:40]:
MSK daha bir məntəqənin nəticələrini ləğv etdi
21/02/2020 [18:39]:
Koronavirusla bağlı profilaktik tədbirlər aparılıb
21/02/2020 [18:36]:
İsgəndər Həmidovun müalicə aldığı xəstəxanadan VİDEOREPORTAJ, FOTOLAR
21/02/2020 [18:32]:
“Boloniya prosesinə qoşulmaq - sistemi olduğu kimi kopyalamaq demək deyil...”
21/02/2020 [18:28]:
Türkiyə İdlibdə hərbi parad keçirdi - VİDEO
21/02/2020 [18:25]:
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21/02/2020 [18:07]:
DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO
21/02/2020 [18:05]:
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21/02/2020 [18:01]:
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21/02/2020 [17:57]:
ADAU-da elmi-praktik konfrans keçirilib- FOTO
21/02/2020 [17:54]:
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib
21/02/2020 [17:49]:
Baş həkim əməkdar artistin səhhəti ilə bağlı açıqlama verdi
21/02/2020 [17:42]:
İşçi qrupun rəhbəri: “Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək”
21/02/2020 [17:40]:
İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB
21/02/2020 [17:38]:
Səudiyyə Ərəbistanında ölkəni istila edən çəyirtkələri qızardıb yeyirlər - FOTOLAR
21/02/2020 [17:38]:
DTX Neftçalada 6 vəzifəli şəxsi saxladı - SİYAHI
21/02/2020 [17:36]:
Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA
21/02/2020 [17:34]:
“Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir”
21/02/2020 [17:33]:
Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər - FOTO/ VİDEO
21/02/2020 [17:27]:
Ərdoğan: "Bu görüş münasibətimizi təyin edəcək"
21/02/2020 [17:19]:
İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi
21/02/2020 [17:17]:
Məzahir Pənahov: “Bu, bizim üçün ən böyük ittihamdır”
21/02/2020 [17:14]:
Ədəbiyyat İnstitutunda Əlişir Nəvaiyə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
21/02/2020 [17:06]:
Oksana ilk dəfə oğlu ilə foto paylaşdı, üzünü gizlətdi
21/02/2020 [17:01]:
Daha iki məntəqənin nəticələri etibarsız sayıldı
21/02/2020 [17:00]:
Əməkdar artistin vəziyyəti ağırdır
21/02/2020 [16:55]:
İstirahət günlərində gözlənilən hava proqnozu
21/02/2020 [16:34]:
Erməni məhsulları hesabına gəlir qazanmaq istəyənlər: Onlarla nə etməli?
21/02/2020 [16:31]:
Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB
21/02/2020 [16:26]:
“Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də var” - MSK üzvü “ölüf-ölüf” videosundan danışdı
21/02/2020 [16:20]:
İğdırda Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə anım tədbiri keçirildi - FOTO
21/02/2020 [16:20]:
MSK-nın iclası başladı
21/02/2020 [16:10]:
FTX Anar Məmmədovu Stavropolda həbs etdi
21/02/2020 [16:05]:
YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO
21/02/2020 [15:59]:
Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi - FOTO
21/02/2020 [15:53]:
“Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI
21/02/2020 [15:49]:
DİM imtahanın nəticələrini açıqladı
21/02/2020 [15:47]:
I sinfə qəbul qaydaları açıqlanıb
21/02/2020 [15:33]:
"Türkiyə Suriyada başlatdığı qərarlı addımları daha da sərtləşdirməlidir"
21/02/2020 [15:29]:
Ruhani İran adı altında saxtakarlıq edir
21/02/2020 [15:26]:
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
21/02/2020 [15:20]:
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
21/02/2020 [15:20]:
““M-346” təyyarələri ilə bağlı əldə edilən razılığın həm hərbi, həm də siyasi önəmi var”
21/02/2020 [15:17]:
İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb
21/02/2020 [15:07]:
"Dedi ki, əgər rejissorla yaxınlıq etsən səni qabağa çəkəcək" - FOTO/ VİDEO
21/02/2020 [14:58]:
Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK Statistika
21/02/2020 [14:55]:
Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı
21/02/2020 [14:54]:
İcra başçısı necə olmalıdır? - SƏNƏD
Bütün arxiv bir sırada
05/02/2020 [15:09] - Müsahibə - ( 4413 dəfə baxılıb)

“Azərbaycan ermənilərə qarşı informasiya savaşında təşəbbüsü ələ almalıdır”

Mahmud İsmayılov: “İnformasiya savaşı ilə məşğul olan xüsusi bir qurumun yaradılmasına ehtiyac var”
“Pulsuz təhsil üçün ayrılan limit ciddi şəkildə genişləndirilməlidir”


“Bəzi bilikli gənclər təhsil haqqını ödəyə bilmədikləri üçün ali təhsil almaqdan imtina etməli olurlar”

 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, tanınmış cərrah, tibb elmləri namizədi Mahmud İsmayılovun seçicilərlə görüşləri davam edir.

 

Moderator.az olaraq M.İsmayılovla söhbətimizdə hörmətli namizədin təbliğat-təşviqat prosesinin gedişatı ilə bağlı fikirlərini öyrənməklə yanaşı, onun Qarabağ problemi, təhsil sistemi və s. məsələlərlə bağlı yanaşmasına da aydınlıq gətirməyə çalışdıq.

 

Əvvəlki: I hissə burada - https://www.moderator.az/news/309344.html

 

-Mahmud bəy, Qarabağ probleminin Azərbaycanın maraqları baxımından daha çevik həlli üçün atılması gərəkən hansı addımlar var?

 

- Qarabağ probleminin  həlli ilə bağlı təklif-layihə hazırlamışam. Bu, informasiya savaşı ilə bağlı məsələdir. Əgər deputat seçilərəmsə, bunu parlamentdə təqdim edəcəm. Seçilmərəmsə, bunu müraciət formasında ölkə başçısına ünvanlayacam.

 

Biz tez-tez Azərbaycanın keçirdiyi, yaxud iştirakçısı olduğu beynəlxalq tədbirlərdə ermənilərin müxtəlif təxribatlara əl atması ilə bağlı xəbərlər oxuyuruq. Oxuyuruq ki, bizim nümayəndə heyətləri bu təxribatların qarşısını alıb. Çox tez-tez bu cür məlumatlarla rastlaşırıq. Habelə, bizim ərazilərimizin erməni torpaqları kimi göstərilməsi ilə bağlı da vaxtaşırı informasiyalar yayılır. Azərbaycan az qala hər gün sistemli şəkildə erməni tərəfinin təxribatları ilə üzləşir. Lakin bu günə qədər görməmişəm ki, bir dəfə də Azərbaycan tərəfi ermənilərlə bağlı hansısa informasiya həmləsini həyata keçirsin.

 

Bizim ermənilərə qarşı təxribat həyata keçirməyimizə ehtiyacımız yoxdur. Sadəcə, tutarlı tarixi faktları, həqiqətləri ortaya qoymağımız kifayətdir. Hər zaman ermənilər hücum, Azərbaycan tərəfi isə müdafiə mövqeyindən çıxış edir. Bu siyasəti dəyişmək, informasiya savaşında da təşəbbüsü ələ almaq lazımdır.

 

Ermənilər 1915-ci ildə Osmanlı imperiyasında milyon yarım erməninin qırıldığını iddia edirdilər. Indi isə bu rəqəm artaraq 2 milyon olub. Mən anlamıram, belə çıxır ki, ermənilərin ölüsü də artır, doğub-törəyir?


1915-ci ildə nəinki Osmanlı imperiyasıdna, heç yer üzündə milyon yarım erməni olmayıb. Madam ki, bu qədər erməni olmayıb, o zaman olmayan bu ermənilər necə qırıla bilərdi? Bəs üstündən illər keçəndən sonra ölü ermənilər yarım milyon nəfər necə arta bilib? Bu, hansı məntiqlə izah oluna bilər? Ermənilər uydurmalarını fakt adı ilə dünyaya təqdim edirlər. Türkiyəyə, Azərbaycana təzyiq göstərməyə çalışırlar. Azərbaycan isə öz həqiqətlərini dünyaya lazımi səviyyədə çatdıra bilmir.

 

-Sizcə erməni yalan və təxribatlarına qarşı mübarizə məsələsində vətəndaşlarımız fərdi olaraq hansısa addımlar atmalıdır, yoxsa bütün bu fəaliyyəti koordinasiya edən xüsusi bir mərkəzin yaradılmasına ehtiyac var?

 

-Bu məsələdə ayrı-ayrı vətəndaşlarımızın fərdi təşəbbüsü heç nəyi dəyişə bilməz. Müəyyən bir qrum yaradılmalıdır (bunun incəliklərin açmaq məsləhət deyil. Düşmən də yazdıqlarımızı oxuyur). Orada informasiya texnologiyalarını yaxşı bilən gənclər toplanmalıdır. Tarixçilərimiz, politoloqlarımız hər gün onlara lazımi faktlar verməli və onlar da bu fakltlar əsasında ermənilərlə bağlı informasiya müstəvisində hücumlar təşkil etməlidir. Biz 6 aydan sonra bunun faydasını görəcəyik. Görəcəyik ki, avropalı, amerikalı parlament təmsilçilərinin, politoloqların mövqeyi necə dəyişir.

 

Avropa parlamentariləri bildirir ki, biz elektron poçtumuzu açanda görürük ki, bizə ancaq Ermənistandan, yaxud digər ölkələrdəki ermənilərdən mesajlar, müraciətlər gəlib. Yalnız ermənilər şikayət edir, tələblər səsləndirirlər. Azərbaycan tərəfindən bu cür müraciətlər yoxdur. Biz də bu məsələyə diqqət yetirməli, onlara mütəmadi müraciətlər ünvanlamalıyıq. Nağıl danışmağa ehtiyac yoxdur. Yalnız tarixi faktlara diqqət çəksək yetər.

Son vaxtlar sosial şəbəkələrdə müxtəlif tarixi xəritələr paylaşılır. Hansı ki, həmin xəritələrdə  indiki Ermənistan torpaqlarının da Azərbaycana məxsusluğu öz əksini tapıb. Biz Rusiyanın, Avropa dövlətlərinin arxivlərindən çıxarılan bu xəritələrin mümkün qədər yayılmasına nail olmalıyıq. Nə qədər çox insan bu həqiqətləri bilsə, bu, bir o qədər bizim xeyrimizədir.

 

-Mahmud bəy, bildiyiniz kimi, ölkəmizdə məcburi köçkünlərin qayğı və problemlərinin həllinə xüsusi diqqət yetirilir və bu istiqamətdə xeyli iş görülüb. Lakin bununla yanaşı, fərdi formada mənzil sahibi olan məcburi köçkünlərin müavinətdən məhrum edilməsi halları da var ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır. Sizcə bu məsələ ilə bağlı yanaşma tərzi necə olmalıdır?

 

-Bu məsələ çoxdandır insanlarımızda narazılıq doğurur. Möhtərəm Prezidentimiz, Cənab İlham Əliyev hər gün qaçqın və məcburi köçkünlərin problemini diqqətdə saxlayır, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atır. Məcburi köçkün vətəndaşlarımız arasında elə insanlar var ki, onlar min bir çətinlik hesabına olsa da, özlərinə müəyyən bir şərait yaradıb. Ev tikib, sosial durumunu yaxşılaşdırıb.

Bildiyiniz kimi, dövlətimiz tərəfindən hər bir məcburi köçkünə aylıq müavinət ayrılıb. Dövlət tərəfindən evlə təmin edilən insanlara da bu müavinət verilir və bu, çox gözəl bir təşəbbüsdür. Bəzi məcburi köçkün vətəndaşlarımız var ki, onlar özlərinə ev tikən kimi icra strukturları bundan xəbər tutanda, onun yardımını kəsirlər. Mən deputat seçilərəmsə, bu məsələni parlamentdə qaldıracam. Hesab edirəm ki,  bu məsələyə aydınlıq gətirilməlidir.

Hansı qanunda yazılıb ki, evə sahib olan məcburi köçkün yardımdan məhrum edilməlidir? Əgər belə bir qanun varsa, onu ortaya çıxarsınlar və biz də bilək ki, belə bir qanun var. Yox qanunda yoxdursa, xahiş ediərm bu məsələ ciddi şəkildə araşdırılsın və bu halların qarşısını alınsın. Izah etsinlər ki, nə üçün özünə ev tikən məcburi köçkünlərin yardımları kəsilir? Onlar özlərinə ev tikib dövlətin yükün azaldırlarsa, bunun üçün yardımları niyə kəsilməlidir? Bunlar ciddi araşdırmalıdır. Xahiş edirəm ki, sizin saytınız vasitəsi ilə qaldırdığım bu məsələ ilə bağlı lazımi tədbir görülsün.

 

-Ölkəmizdə son illər pullu təhsilin genişlənməsi prosesi müşahidə edilir. Sizcə pullu təhsilin genişlənməsi ölkəmizin gələcəyinə nə vəd edir?

 

-Bu məsələyə mənfi yanaşıram. Özüm şahid olmuşam ki, çox istedadlı uşaqlar olub ki, ali məktəbə daxil olduqları halda, pullu təhsil olması səbəbi ilə bundan imtina ediblər. Onların valideynlərinin bu pulu ödəmək imkanı olmayıb. Möhtərəm prezidentimiz dəfələrlə qeyd edib ki, Azərbaycan dövlətinin maliyyə imkanı kifayət qədər çoxdur.

 

Pullu təhsillə bağlı məsələyə konkretlik gətirilməlidir. Yüksək və qismən yüksək bal toplayan tələbələrin pulsuz təhsil almasına şərait yaradılmalıdır. Doğrudur, məcburi köçkünlər pulsuz təhsil alır. Amma bizim digər rayonlarımız da var axı.

Pullu təhsil üçün müəyyən bir limit ayrılmalıdır. Kimin pulu varsa,  buyurub təhsil ala bilər. Məsələn, Tibbi Universitetinə 650 balla daxil olan tələbə pulsuz təhsil alır. 649 bal toplayan tələbə isə pullu təhsilə düşür. 600-640 bal toplayan tələbələr arasında təhsil haqqına görə təhsildən imtina edənlər var. Bu, ədalətsizlikdir. Onların 4500 manat illik təhsil haqqı ödəməyə imkanları yoxdur. Amma sizi inandırıram ki, onların arasından gələcəkdə görkəmli həkimlər çıxa bilər. Mən həkim olduğum üçün Tibb Universitetini misal gətirdim. Digər universitetlərdə də oxşar hallar var. Indiki halda pulsuz təhsil üçün cüzi limit ayrılıb. Buna isə hər adamın imkanı çatmır. Bir də axı sadəcə təhsil haqqı ödəməklə iş bitmir. Tələbənin yol pulu, ərzaq, mənzil, kitab-dəftər təminatı və s. kimi məsələlər də var. Valideyn bu məsələllərin həllinə də pul ayırmalıdır. Valideynləri də başa düşmək lazımdır.

 

Rayon yerlərində yaşayan insanların bu vəsaiti ödəməyə ümumiyyətlə imkanları çatmır. Onlar təhsil haqqı ilə bağlı rəqəmi eşidəndə şoka düşürlər. Buna son qoyulmalı, təhsil sadə vətəndaşlar üçün daha əlçatan olmalıdır. Yalnız belə olan təqdirdə təhsil sisteminin ölkəmizin gələcəyinə daha çox fayda verəcəyinə əmin olmaq olar.

 

Seymur ƏLİYEV

 

 

Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
Abort olunmağı istənən daun sindromlu qız model oldu - MARAQLI...+ FOTOLAR
Çinlilərin ümidlərini itirdiyini göstərən yeni bir video ortaya çıxdı - MARAQLI... + VİDEO
Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO
Cəmiyyət
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
Cəmiyyət
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
Hadisə
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
Hadisə
"Münhendən sonra Ermənistan ikinci ağır zərbəni M-346 müqaviləsi ilə İtaliyadan aldı"
Yazar
Seymur Əliyev
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Mübariz Əsgərov
Seçki dairəsi... və Milli Məclisin qarşısındakı dairə...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247