Xəbər lenti
21/02/2020 [22:07]:
Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb - FOTO
21/02/2020 [21:46]:
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..."
21/02/2020 [21:36]:
Dövlət başçısı: “Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb”
21/02/2020 [21:31]:
Prezident: "Azərbaycanın qeyri-neft sənayesi 16 faiz artmışdır"
21/02/2020 [21:21]:
Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
21/02/2020 [21:12]:
Masajçı azyaşlıya təcavüz etdi
21/02/2020 [21:11]:
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib - FOTOLAR
21/02/2020 [21:11]:
“Qorbaçov Şaumyan rayonunda  terrorçuların olmasını öz fərmanı ilə təsdiqlədi...”
21/02/2020 [21:08]:
Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi
21/02/2020 [20:43]:
MSK-nın 4 saat çəkən iclası başa çatdı
21/02/2020 [20:42]:
Daha bir məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
21/02/2020 [20:33]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [20:30]:
İcra başçısını niyə həbs etdilər? - İlham İsmayıldan maraqlı açıqlamalar + VİDEO
21/02/2020 [20:28]:
Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyada beynəlxalq konfransda iştirak etmişdir
21/02/2020 [20:16]:
Məzahir Pənahov Ülvi Həsənlini zaldan çıxartdırdı
21/02/2020 [20:14]:
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
21/02/2020 [20:04]:
Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb
21/02/2020 [19:54]:
Abort olunmağı istənən daun sindromlu qız model oldu - MARAQLI...+ FOTOLAR
21/02/2020 [19:46]:
Bu maska koronavirusdan qoruya bilir
21/02/2020 [19:16]:
Məzahir Pənahov DSK və MnSK sədrlərinə xəbərdarlıq etdi
21/02/2020 [19:10]:
Çinlilərin ümidlərini itirdiyini göstərən yeni bir video ortaya çıxdı - MARAQLI... + VİDEO
21/02/2020 [19:07]:
İsrail vətəndaşı koronavirusa yoluxdu
21/02/2020 [18:59]:
DTX-nın həbs etdiyi qadın müavin YAP-ın deputatlığa namizədi olub
21/02/2020 [18:57]:
Oğuzda it qadını dişləyərək bu hala saldı - FOTO
21/02/2020 [18:48]:
Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır - MARAQLI
21/02/2020 [18:48]:
Qırğızıstanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi
21/02/2020 [18:45]:
Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib
21/02/2020 [18:43]:
İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu
21/02/2020 [18:41]:
Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı
21/02/2020 [18:40]:
MSK daha bir məntəqənin nəticələrini ləğv etdi
21/02/2020 [18:39]:
Koronavirusla bağlı profilaktik tədbirlər aparılıb
21/02/2020 [18:36]:
İsgəndər Həmidovun müalicə aldığı xəstəxanadan VİDEOREPORTAJ, FOTOLAR
21/02/2020 [18:32]:
“Boloniya prosesinə qoşulmaq - sistemi olduğu kimi kopyalamaq demək deyil...”
21/02/2020 [18:28]:
Türkiyə İdlibdə hərbi parad keçirdi - VİDEO
21/02/2020 [18:25]:
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21/02/2020 [18:07]:
DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO
21/02/2020 [18:05]:
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21/02/2020 [18:01]:
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21/02/2020 [17:57]:
ADAU-da elmi-praktik konfrans keçirilib- FOTO
21/02/2020 [17:54]:
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib
21/02/2020 [17:49]:
Baş həkim əməkdar artistin səhhəti ilə bağlı açıqlama verdi
21/02/2020 [17:42]:
İşçi qrupun rəhbəri: “Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək”
21/02/2020 [17:40]:
İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB
21/02/2020 [17:38]:
Səudiyyə Ərəbistanında ölkəni istila edən çəyirtkələri qızardıb yeyirlər - FOTOLAR
21/02/2020 [17:38]:
DTX Neftçalada 6 vəzifəli şəxsi saxladı - SİYAHI
21/02/2020 [17:36]:
Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA
21/02/2020 [17:34]:
“Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir”
21/02/2020 [17:33]:
Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər - FOTO/ VİDEO
21/02/2020 [17:27]:
Ərdoğan: "Bu görüş münasibətimizi təyin edəcək"
21/02/2020 [17:19]:
İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi
21/02/2020 [17:17]:
Məzahir Pənahov: “Bu, bizim üçün ən böyük ittihamdır”
21/02/2020 [17:14]:
Ədəbiyyat İnstitutunda Əlişir Nəvaiyə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
21/02/2020 [17:06]:
Oksana ilk dəfə oğlu ilə foto paylaşdı, üzünü gizlətdi
21/02/2020 [17:01]:
Daha iki məntəqənin nəticələri etibarsız sayıldı
21/02/2020 [17:00]:
Əməkdar artistin vəziyyəti ağırdır
21/02/2020 [16:55]:
İstirahət günlərində gözlənilən hava proqnozu
21/02/2020 [16:34]:
Erməni məhsulları hesabına gəlir qazanmaq istəyənlər: Onlarla nə etməli?
21/02/2020 [16:31]:
Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB
21/02/2020 [16:26]:
“Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də var” - MSK üzvü “ölüf-ölüf” videosundan danışdı
21/02/2020 [16:20]:
İğdırda Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə anım tədbiri keçirildi - FOTO
21/02/2020 [16:20]:
MSK-nın iclası başladı
21/02/2020 [16:10]:
FTX Anar Məmmədovu Stavropolda həbs etdi
21/02/2020 [16:05]:
YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO
21/02/2020 [15:59]:
Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi - FOTO
21/02/2020 [15:53]:
“Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI
21/02/2020 [15:49]:
DİM imtahanın nəticələrini açıqladı
21/02/2020 [15:47]:
I sinfə qəbul qaydaları açıqlanıb
21/02/2020 [15:33]:
"Türkiyə Suriyada başlatdığı qərarlı addımları daha da sərtləşdirməlidir"
21/02/2020 [15:29]:
Ruhani İran adı altında saxtakarlıq edir
21/02/2020 [15:26]:
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
21/02/2020 [15:20]:
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
21/02/2020 [15:20]:
““M-346” təyyarələri ilə bağlı əldə edilən razılığın həm hərbi, həm də siyasi önəmi var”
21/02/2020 [15:17]:
İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb
21/02/2020 [15:07]:
"Dedi ki, əgər rejissorla yaxınlıq etsən səni qabağa çəkəcək" - FOTO/ VİDEO
21/02/2020 [14:58]:
Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK Statistika
21/02/2020 [14:55]:
Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı
21/02/2020 [14:54]:
İcra başçısı necə olmalıdır? - SƏNƏD
21/02/2020 [14:53]:
Türkiyə Rusiyaya səmasını bağladı: Moskva İranı seçdi - FOTO
21/02/2020 [14:50]:
General Həftər Liviyada sülh şərtlərindən danışdı
21/02/2020 [14:46]:
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bütün arxiv bir sırada
13/02/2020 [22:16] - Siyasət - ( 2954 dəfə baxılıb)

"Parlamentin spikeri harmoniyanı və yumşaq gücü təmsil edən Sabir Rüstəmxanlı olmalıdır"



Ölkə Prezidentinin Azərbaycanı təhdid edən inqilab prosesindən  islahat prosesinə transformasiya olunmaq, inqilabla deyil, islahatla dəyişiklikləri həyata keçirmək məqsədilə elan etdiyi islahat bəyanatları və bu doğrultuda keçirilən yeni parlament seçkiləri hər kəsdə bir ümid doğurmuşdu. Parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi, hökümətin talançılıq, soyğunçuluq, klanlaşma və kastalaşma  siyasəti nəticəsində xalqla dövlət arasında yaradılmış dərin uçurumu qapadacaqdı. Dövlət xalqı, vətəndaşı, fərdi əzən ədalətsiz bir mexanizmdən xalqı,vətəndaşı, ədaləti, insanı şəfqətlə qoruyan, müdafiə edən,  hüquqi bir mexanizmə çevriləcəkdi. Hər kəs gözləyirdi. Hər kəs ümidli idi. Biz də dostlarımızın,iş yoldaşlarımızın, müəllimlərimizin, vətəndaşların ünvanımıza olan çox saylı müraciətlərini nəzərə alaraq parlamentdə Millətin vəkili olmaq haqqında düşünürdük.( Onu da qeyd edim ki, Millətin vəkili olmaq yalnız parlamentdə rəsmi şəkildə təmsil olunmaqla olmur. Millətin vəkili bir ömür boyu millətin sorunlarını yüklənən, çiyninə götürən, milli davanı yürüdən və təmsil edən şəxslərdir. Azərbaycanda Millətin Vəkilləri əslində parlamentdən kənarda fəaliyyət göstərirlər və 30 ildir ki, parlamentdə millətin vəkilləri yox, hökümətin(YAP-nın vəkilləri)  vəkilləri fəaliyyət göstərirlər. Bir çoxları da Dövlətin və millətin maraqlarının əleyhinə işləyən adamlardır. Bunu hər kəs bilir, görür. Yazıqlar olsun ki, Parlamentdə 30 ildir ki, millət vəkili mandatı daşıyan deputatların əksəriyyəti nəinki Millətin, heç seçildiyi dairədəki, bölgədəki vətəndaşların belə vəkili ola bilmədi. Nə dövlətin, nə millətin vəkili olmadan 30 il Parlamentdə təmsil olunaraq Azərbaycan dövlətinə və vətəndaşına, dəyərlərinə xəyanət etdilər). 
 
Bu məqsədlə  Əli Mustafayev, Qələndər Muxtarlı, Hafiz Həsənov  və başqa bir çox dostlarla Demokratik Dəyişim Platforması adlı şəxslərin və təşkilatların birləşdiyi bir  koordinasiya mərkəzini qurduq və  Ölkədə Parlament seçkilərinin keçirilməsi qaydaları haqqında layihə və təkliflərlə çıxış etdik. Lakin seçki islahatı aparılmadan, apar-topar təcili seçkilərə gedildiyi üçün biz namizədliyimizi verməkdən imtina etdik. Biz bilirdik ki, bu seçki əvvəlkilərdən fərqlənməyəcək, yenə də ümidlər qırılacaq. Ölkə yenə də inqilaba sürüklənəcək. Təəssüflər…

Yeni Parlament seçkiləri ölkəni qarşıdurmalara və qaranlığa sürükləyən inqilabi prosesi islahat prosesinə çevirmək, yeni şəxsiyyətlər, siyasətçilər, fikirlər , dəyərlər, arzular, yeni siyasət fəlsəfələri ilə milli enerjini səfərbər edərək Azərbaycanı böhrandan çıxartmağa  yönəlməliydi. Əfsuslar olsun ki, belə olmadı. Millətimizin son ümidi də qırıldı. Ən pisi də odur ki, millətimizin islahatlara olan ümidləri də qırılmaqdadır. İnqilab qapımızı döyməkdədir…

Əlbəttə ki, bizim şəxsi mövqeyimiz budur ki, seçki islahatları keçirilməli və yeni, şəffaf və demokratik seçki keçirilməlidir.Eyni zamanda bizim şəxsi mövqeyimiz həm də ondan ibarətdir ki, bu günlərdə, bu böhran anlarında, ölkədə qarşıdurmaların, qan tökmələrin, nifrətin, aqressiyanın körüklənməsinə izn verməmək, ədalətli və hüquqi cəmiyyət qurmaq uğrunda dinc “yumşaq” mübarizə formalarına üstünlük verməklə ölkəmizi, dövlətimizi gücləndirmək üçün hər bir vətəndaş, ziyalı millətin vəkili olmalıdır.Azərbaycandakı bütün social-siyasi –iqtisadi dəyişikliklər dinc və “yumşaq” vasitələr və layihələrlə, ədaləti və hüquqi prinsipləri qorumaqla  həyata keçirilməlidir. 

Parlament seçkilərinin doğurduğu məyusluq və ümidsizlik içində çırpındığımız bir zamanda,yeni parlament seçkilərinin keçirilməsinə çağırışlar səsləndirildiyi  bu günlərdə, manevr.az saytında “Qənirə Paşayeva Milli məclisin spikeri olacaq” başlıqlı bir yazıya rast gəldim. Yazıda Qənirə Paşayevanın tərcümeyi halı və ölkə daxilində və xaricində formalaşmış müsbət imici haqqında geniş bilgilər verildikdən sonra, sonda bildirilir ki, Parlamentin spikeri olmaq üçün üç namizədin 1. Ziyafət Abbasov-Naxçıvan İcmasının təmsilçisi kimi, 2.Ceyhun Məmmədov-Qarabağ icmasının təmsilçisi kimi, 3. Etibar Əliyev-Qərbi Azərbaycan icmasının təmsilçisi kimi  adı hallandırılır.  Yazı məni dəhşətə gətirdi. Deməli Azərbaycanda klançılıq, regionçuluq, icmaçılıq elə dərinləşib ki, namizədlər və hakimiyyət təmsilçiliyi, bölgüləri bu xəstə təfəkkür əsasında aparılıq. Dəhşətdir. Azərbaycanda millətləşmə prosesinin tamamlanmasına imkan vermədilər, klnaçılıq və bölgəçilik, icmaçılıqla bizi param-parça etdilər. Yazıda səsləndirilmiş Qənirə Paşayevanın spikerliyi haqqında fikirlərimi də bildirmək istəyirəm. Azərbaycanda son 30 ildə, hökümətin həyata keçirdiyi gender bərabərliyi siyasəti haqqında və beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlara əsla inanmıram. Azərbaycanda dövlət səviyyəsində gender bərabərliyi tətbiq olunmur. Gender bərabərliyi dövlət siyasətində qadınlarla kişinin bərabər səviyyədə təmsil olunması deməkdir. Yəni president kişidirsə, ya məhkəmə hakimiyyətinin, ya da qanunverici hakimiyyətin sədri qadın olmalıdır. Azərbaycanda bütün hökümət strukturlarında, vəzifələrdə rəhbərlər kişi, müavinlər qadındır. Qadın burada aparıcı lider yox, tamalayıcı kadr rolu oynayır. Bu isə gender bərabərliyi prinsipinə ziddir və demokratiya o zaman bərqərar olacaq ki, dövlət idarəetməsində qadın və kişilər bərabər təmsil olunacaqlar bir sözlə vəzifələr bərabər səviyyədə bölüştürüləcək. Son illərdəki qənaətimə görə, Azərbaycan dövləti sanki qanunlarla yox, mentalitetlə idarə olunur. Qənirə Paşayeva spiker olsaydı Gender bərabərliyi prinsipi qoruna bilərdi. Amma və lakin, bütün bunlarla yanaşı, qeyd etməliyəm ki,Qənirə Paşayeva təmsil etdiyi siyasi dünyagörüş və komanda baxımından hakim partiyanı təmsil etdiyinə görə spiker ola bilməz. Spiker siyasi dünyagörüş etibarı ilə bitərəf şəxs olmalıdır. Eyni zamanda spiker icmanı,klanı,bölgəni deyil, Milləti təmsil etməlidir və hal hazırda Parlamentə seçilmiş şəxslər arasında bu titulu daşıyan yeganə şəxs, siyasi lider Sabir Rüstəmxanlıdır. Kimdir Sabir Rüstəmxanlı. Millətlə-Dövlət arasında dialoq və harmoniya yarada biləcək lider və dövlət adamı. Kimdir Sabir Rüstəmxanlı. İqtidar-müxalifət-xalq- ziyalılar  arasında güclü bağ və körpü. Kimdir Sabir Rüstəmxanlı. İnqilabi prosesi İslahat prosesinə çevirə biləcək yumşaq güc. Kimdir Sabir Rüstəmxanlı. Meydan Hərəkatının lideri, Müstəqillik Aktını imzalayan millət vəkili, Milli Azadlıq Hərəkatının təmsilçisi, Millətini tanıyan və ömrü boyu milli yüksəlişə, dövlət quruculuğuna  xidmət edən təcrübəli, səbrli ziyalı. Siyasət fəlsəfəsi nə Rusiyaya, nə Atlantika-Avropaya yox,Azərbaycana və Türk Millətinə bağlı olan siyasətçi. Bu torpaqdan cücərmiş səs. Parlamentin spikeri Sabir Rüstəmxanlı olmalıdır ki, yeni Azərbaycana keçid prosesi yumşaq keçidlə baş versin. 

Yasəmən Qaraqoyunlu, AMEA-nın əməkdaşı

Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
Abort olunmağı istənən daun sindromlu qız model oldu - MARAQLI...+ FOTOLAR
Çinlilərin ümidlərini itirdiyini göstərən yeni bir video ortaya çıxdı - MARAQLI... + VİDEO
Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO
Cəmiyyət
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
Cəmiyyət
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
Hadisə
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
Cəmiyyət
Devalvasiyanın yubileyi: "Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı"
Yazar
Seymur Əliyev
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Mübariz Əsgərov
Seçki dairəsi... və Milli Məclisin qarşısındakı dairə...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247