Xəbər lenti
21/02/2020 [22:07]:
Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb - FOTO
21/02/2020 [21:46]:
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..."
21/02/2020 [21:36]:
Dövlət başçısı: “Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb”
21/02/2020 [21:31]:
Prezident: "Azərbaycanın qeyri-neft sənayesi 16 faiz artmışdır"
21/02/2020 [21:21]:
Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
21/02/2020 [21:12]:
Masajçı azyaşlıya təcavüz etdi
21/02/2020 [21:11]:
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib - FOTOLAR
21/02/2020 [21:11]:
“Qorbaçov Şaumyan rayonunda  terrorçuların olmasını öz fərmanı ilə təsdiqlədi...”
21/02/2020 [21:08]:
Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi
21/02/2020 [20:43]:
MSK-nın 4 saat çəkən iclası başa çatdı
21/02/2020 [20:42]:
Daha bir məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
21/02/2020 [20:33]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [20:30]:
İcra başçısını niyə həbs etdilər? - İlham İsmayıldan maraqlı açıqlamalar + VİDEO
21/02/2020 [20:28]:
Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyada beynəlxalq konfransda iştirak etmişdir
21/02/2020 [20:16]:
Məzahir Pənahov Ülvi Həsənlini zaldan çıxartdırdı
21/02/2020 [20:14]:
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
21/02/2020 [20:04]:
Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb
21/02/2020 [19:54]:
Abort olunmağı istənən daun sindromlu qız model oldu - MARAQLI...+ FOTOLAR
21/02/2020 [19:46]:
Bu maska koronavirusdan qoruya bilir
21/02/2020 [19:16]:
Məzahir Pənahov DSK və MnSK sədrlərinə xəbərdarlıq etdi
21/02/2020 [19:10]:
Çinlilərin ümidlərini itirdiyini göstərən yeni bir video ortaya çıxdı - MARAQLI... + VİDEO
21/02/2020 [19:07]:
İsrail vətəndaşı koronavirusa yoluxdu
21/02/2020 [18:59]:
DTX-nın həbs etdiyi qadın müavin YAP-ın deputatlığa namizədi olub
21/02/2020 [18:57]:
Oğuzda it qadını dişləyərək bu hala saldı - FOTO
21/02/2020 [18:48]:
Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır - MARAQLI
21/02/2020 [18:48]:
Qırğızıstanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi
21/02/2020 [18:45]:
Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib
21/02/2020 [18:43]:
İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu
21/02/2020 [18:41]:
Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı
21/02/2020 [18:40]:
MSK daha bir məntəqənin nəticələrini ləğv etdi
21/02/2020 [18:39]:
Koronavirusla bağlı profilaktik tədbirlər aparılıb
21/02/2020 [18:36]:
İsgəndər Həmidovun müalicə aldığı xəstəxanadan VİDEOREPORTAJ, FOTOLAR
21/02/2020 [18:32]:
“Boloniya prosesinə qoşulmaq - sistemi olduğu kimi kopyalamaq demək deyil...”
21/02/2020 [18:28]:
Türkiyə İdlibdə hərbi parad keçirdi - VİDEO
21/02/2020 [18:25]:
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21/02/2020 [18:07]:
DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO
21/02/2020 [18:05]:
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21/02/2020 [18:01]:
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21/02/2020 [17:57]:
ADAU-da elmi-praktik konfrans keçirilib- FOTO
21/02/2020 [17:54]:
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib
21/02/2020 [17:49]:
Baş həkim əməkdar artistin səhhəti ilə bağlı açıqlama verdi
21/02/2020 [17:42]:
İşçi qrupun rəhbəri: “Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək”
21/02/2020 [17:40]:
İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB
21/02/2020 [17:38]:
Səudiyyə Ərəbistanında ölkəni istila edən çəyirtkələri qızardıb yeyirlər - FOTOLAR
21/02/2020 [17:38]:
DTX Neftçalada 6 vəzifəli şəxsi saxladı - SİYAHI
21/02/2020 [17:36]:
Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA
21/02/2020 [17:34]:
“Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir”
21/02/2020 [17:33]:
Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər - FOTO/ VİDEO
21/02/2020 [17:27]:
Ərdoğan: "Bu görüş münasibətimizi təyin edəcək"
21/02/2020 [17:19]:
İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi
21/02/2020 [17:17]:
Məzahir Pənahov: “Bu, bizim üçün ən böyük ittihamdır”
21/02/2020 [17:14]:
Ədəbiyyat İnstitutunda Əlişir Nəvaiyə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
21/02/2020 [17:06]:
Oksana ilk dəfə oğlu ilə foto paylaşdı, üzünü gizlətdi
21/02/2020 [17:01]:
Daha iki məntəqənin nəticələri etibarsız sayıldı
21/02/2020 [17:00]:
Əməkdar artistin vəziyyəti ağırdır
21/02/2020 [16:55]:
İstirahət günlərində gözlənilən hava proqnozu
21/02/2020 [16:34]:
Erməni məhsulları hesabına gəlir qazanmaq istəyənlər: Onlarla nə etməli?
21/02/2020 [16:31]:
Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB
21/02/2020 [16:26]:
“Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də var” - MSK üzvü “ölüf-ölüf” videosundan danışdı
21/02/2020 [16:20]:
İğdırda Xocalı Soyqırımının 28-ci ildönümü münasibətiylə anım tədbiri keçirildi - FOTO
21/02/2020 [16:20]:
MSK-nın iclası başladı
21/02/2020 [16:10]:
FTX Anar Məmmədovu Stavropolda həbs etdi
21/02/2020 [16:05]:
YAP-ın Neftçala təşkilatının sədri də həbs olunub - FOTO
21/02/2020 [15:59]:
Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi - FOTO
21/02/2020 [15:53]:
“Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI
21/02/2020 [15:49]:
DİM imtahanın nəticələrini açıqladı
21/02/2020 [15:47]:
I sinfə qəbul qaydaları açıqlanıb
21/02/2020 [15:33]:
"Türkiyə Suriyada başlatdığı qərarlı addımları daha da sərtləşdirməlidir"
21/02/2020 [15:29]:
Ruhani İran adı altında saxtakarlıq edir
21/02/2020 [15:26]:
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
21/02/2020 [15:20]:
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
21/02/2020 [15:20]:
““M-346” təyyarələri ilə bağlı əldə edilən razılığın həm hərbi, həm də siyasi önəmi var”
21/02/2020 [15:17]:
İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb
21/02/2020 [15:07]:
"Dedi ki, əgər rejissorla yaxınlıq etsən səni qabağa çəkəcək" - FOTO/ VİDEO
21/02/2020 [14:58]:
Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK Statistika
21/02/2020 [14:55]:
Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı
21/02/2020 [14:54]:
İcra başçısı necə olmalıdır? - SƏNƏD
21/02/2020 [14:53]:
Türkiyə Rusiyaya səmasını bağladı: Moskva İranı seçdi - FOTO
21/02/2020 [14:50]:
General Həftər Liviyada sülh şərtlərindən danışdı
21/02/2020 [14:46]:
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bütün arxiv bir sırada
14/02/2020 [11:56] - Cəmiyyət - ( 1709 dəfə baxılıb)

"“Bəxtiyar” filmi niyə səssiz getmişdi, “Məşədi İbad”ın Gülnazı necə diktorluq etmişdi?"





Bu gün fevralın 14-ü Azərbaycanda televiziyanın müntəzəm yayıma başladığı gündür. Bu münasibətlə teleradio tariximizin tanınmış araşdırmaçısı, BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmli Moderator az-a Azərbaycan televiziyasının ilk efir günü və 1956-cı ilin efir tarixçəsi barədə danışıb: 
                  
"Bakı televiziya mərkəzinin tikintisinə 1954-cü ilin sentyabrında başlanıb. İnşaat işlərini o vaxt fəaliyyət göstərən “Neft fondu” maliyyələşdirirdi. Ölkədə hamı TV-ni bir möcüzə kimi gözləyirdi, qəzetlər bu barədə yazırdı, hətta o illərdə buraxılan şagird dəftərlərinin üzərində Koroğlunun heykəlini çap edir və altında yazırdılar ki, tezliklə eyni adlı opera ekranlarda nümayiş etdiriləcək. 1955-ci ilin axırlarında studiya artıq istifadəyə hazır idi və dekabr ayından ara-sıra yoxlama verilişləri aparılırdı. Nəhayət, 1956-cı il fevralın 14-də SovİKP-nin XX qurultayının açılışı günü Bakı studiyası müntəzəm yayıma başladı. 

İlk veriliş günü ekranda əvvəlcə sınaq cədvəli göstərilib, sonra aktrisa Nəcibə Məlikova efirdə məşhur "Diqqət, göstərir Bakı!" sözlərini səsləndirib və ölkədə müntəzəm yayımın başlanması münasibətilə tamaşaçıları təbrik edib. Daha sonra tamaşaçılar kibrit qutusundan bir az böyük olan ekranda "Bəxti-yar" filminə baxmışdılar. İlk efir günü – həmin tarixi anda studiyada kamera mühəndis Sərvər Quliyev, rejissor pultu arxasında isə Kamil Rüstəmbəyov dayanmışdı. Həmin gün yadda qalan bir hadisə də o idi ki, teleqüllənin inşası sona yetmədiyi üçün studiya antenası 44 metrlik adi neft buruğunda quraşdırılmışdır. Səs siqnallarının ötürülməsi ilə bağlı da nasazlıq meydana çıxmışdı və bu səbəbdən tamaşaçılar filmə səssiz baxmışdılar. Ertəsi günün efirini məşhur aktrisa Hökümə Qurbanova aparmış və həmin filmi yenidən təqdim etmişdir.

İlk dövrdə Azərbaycan televiziyasının tamaşaçı auditoriyası Bakının və ətraf rayonların cəmi 60 min sakinindən ibarət idi. Verilişlər hələ də sınaq xarakteri daşıyırdı və studiya əvvəlcə həftədə 2, sonra isə 3 dəfə və təxminən 2 saat müddətində efirə çıxırdı. Ekranda, əsasən kinofilmlər, kinojurnallar və çəkilmiş hazır konsertlər, ədəbi tamaşalardan parçalar nümayiş etdirilirdi. Moskvadan – Mərkəzi televiziyadan da Bakı studiyasına xeyli hazır lentlər göndərilirdi. Bunlar, əsasən təşviqat xarakterli ictimai-siyasi proqramlar və elmi-kütləvi filmlər olurdu. 

Mart-aprel aylarından (1956) başlayaraq studiyadan canlı konsertlər, ictimai-siyasi mövzuda söhbətlər təşkil olunmağa başlayır. «Günün ye-nilikləri», «Ədəbiyyat və incəsənət», «Məktəb və həyat», «Həkim məsləhəti» kimi jurnal xarakterli verilişlər ekrana çıxır. Həmin ilin iyulunda ekranda ilk iri həcmli tamaşa göstərildi. Azərbaycan televiziyasında yaradıcılıq işinin əsasını qoyanlardan biri – rejissor Rauf Kazımovskinin quruluş verdiyi "Şamdan bəy" (N.Nərimanov) əsərindən bir neçə epizodun uğurla göstərilməsi ölkənin mədəniyyət aləmində böyük rezonansa səbəb oldu və televiziya teatrının əsası qoyuldu. 

1956-cı ilin mayından ekranda ilk diktorların görünməsi televiziyanı tamaşaçılara daha da yaxınlaşdırır. İlk diktorlar siyahısına isə Tamara Gözəlova və Nailə Mehdibəyovanın adları yazılır. Məşhur “O olmasın, bu olsun” filmindən tamaşaçılara Gülnaz kimi tanınan T.Gözəlova Azərbaycan dilində olan proqramları, T.Mehdibəyova isə rus dilində verilişləri aparırdı. Sonralar bu siyahıya Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və başqalarının adları əlavə olundu.

Bakı televiziya studiyası artıq müntəzəm yayıma başladığı 6 ay ərzində xeyli faydalı iş görə bilmişdi. Həmin günlərdə "Ədəbiyyat və incəsənət" qəzeti (2 sentyabr 1956) yazırdı ki, bu müddətdə "studiya efirdə 100-ə yaxın bədii film göstərmişdir. Bundan başqa həmin müddətdə Bakı tamaşaçıları televiziya ilə müntəzəm olaraq "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pio¬ner" adlı kino curnallara da baxmışlar. Respublikamızın və şəhərimizə qonaq gəlmiş Moskva artistlərinin bir çoxu televiziyada çıxış etmişdilər.

Yayıma yeni başladığından telemərkəzdə lazımi aparatlar çatışmırdı. Burada yalnız bir studiya telekamerası, bir də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında yerləşən iki kamera vardı. Studiya 30 kvadratmetrlik iki otaqdan ibarət idi. Yarıya bölünmüş bu otaqların birində kinoaparatlar yerləşirdi, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Lakin bu çətinliklərə baxmayaraq studiyanın kiçik kollektivi maraqlı verilişlər yaradır və tamaşaçıların zövqü-nü oxşamağa çalışırdı.

İlk illərdə efirə çıxan və tamaşaçı rəğbətini qazanan "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ədəbiyyatının klassikləri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və bu olsun” filmindən tamaşaçılara Gülnaz kimi tanınan T.Gözəlova Azərbaycan dilində olan proqramları, T.Mehdibəyova isə rus dilində verilişləri aparırdı. Sonralar bu siyahıya Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və başqalarının adları əlavə olundu.

Bakı televiziya studiyası artıq müntəzəm yayıma başladığı 6 ay ərzində xeyli faydalı iş görə bilmişdi. Həmin günlərdə "Ədəbiyyat və incəsənət" qəzeti (2 sentyabr 1956) yazırdı ki, bu müddətdə "studiya efirdə 100-ə yaxın bədii film göstərmişdir. Bundan baş¬qa həmin müddətdə Bakı tamaşaçıları televiziya ilə müntəzəm ola¬raq "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pio¬ner" adlı kino curnallara da baxmışlar. Respublikamızın və şəhərimizə qonaq gəlmiş Moskva artistlərinin bir çoxu televiziyada çıxış etmişdilər.
Yayıma yeni başladığından telemərkəzdə lazımi aparatlar çatışmırdı. Burada yalnız bir studiya telekamerası, bir də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında yerləşən iki kamera vardı. Studiya 30 kvadratmetrlik iki otaq¬dan ibarət idi. Yarıya bölünmüş bu otaqların birində kino¬aparatlar yerləşirdi, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Lakin bu çətinliklərə baxmayaraq studiyanın kiçik kollektivi maraqlı verilişlər yaradır və tamaşaçıların zöv¬qü-nü oxşamağa çalışırdı. 

İlk illərdə efirə çıxan və tamaşaçı rəğbətini qazanan "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbay¬can ədəbiyyatının klassik¬lə¬ri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və konsert sa¬lon¬larında", "Lenin mükafatı laureatları", "Məktəb və həyat", "Xa-lq drucinaçısı", "Bizim qonaqlarımız", "Festival qarşısın¬da" və s. verilişlər bu qəbildən idi. Təbii ki, bu verilişlər nöq¬san¬lardan da xali deyildi. Ənənəvi yaradıcılıq nöqsanları ilə ya¬na¬şı həmin dövr proqramlarının əksəriyyətinin rus dilində ol¬ma¬sına da ciddi irad tutulurdu. Məsələn, 1956-cı ilin iyun, iyul, avqust aylarında Azərbaycan dilində cəmi bir mütəxəssis çı¬xı¬şı verilmişdi. Göstərilən filmlərin isə yalnız ikisi ana dilində ol¬muş¬dur. Ba¬kı televiziya studiyasının bu siyasəti tanınmış zi¬ya¬lı¬¬ların kəskin etirazı ilə qarşıla¬nır¬dı. 

Qarşıdan Azərbaycan televiziyasının həyatında əlamətdar hadisələrlə zəngin olan 1957-ci il gəlirdi və AzTV həmin ildən başlayaraq göstərilən nöqsanları islah edərək öz fəaliyyətində ciddi dönüş yarada bildi. AzTV tarixində bu əsaslı dönüş isə istedadlı şair və publisist Tey¬mur Əliyevin adı ilə bağlıdır. Onun artıq Respublika Nazirlər Soveti ya¬nında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi ad¬la¬nan bu quruma sədr təyin edilməsi televiziyanın taleyində həl¬ledi¬ci rol oynadı. Yüksək təşkilatçılıq qabiliyyəti və in¬tel¬lek¬tu¬al səviyyəsi, dərin milli düşüncəsi, müasir bədii-estetik zövqü, əsil rəhbərə xas olan peşəkar keyfiyyətləri, prin¬si¬pi¬allığı və tələbkarlığı, eyni zamanda qayğıkeşliyi ilə kol¬lek¬ti¬vin dərin hörmətini qazanaraq bu günədək yaddaşlarda iz qoy¬muş T.Əliyev Azərbaycan televiziyasının düzgün məcrada in¬kişafı üçün böyük zəhmət sərf etmişdir.

Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək - FOTOLAR
Çinli elm adamından qorxuducu koronavirus xəbərdarlığı - QALICI OLA BİLƏR...
Abort olunmağı istənən daun sindromlu qız model oldu - MARAQLI...+ FOTOLAR
Çinlilərin ümidlərini itirdiyini göstərən yeni bir video ortaya çıxdı - MARAQLI... + VİDEO
Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
DTX icra başçısının saxlanılması ilə bağlı görüntüləri yaydı - VİDEO
Cəmiyyət
“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim...”
Cəmiyyət
“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”
Hadisə
"Bu zərərli addım gənclərə, ümumiyyətlə, Azərbaycanın gələcəyinə meydan oxumaqdır"
Cəmiyyət
Devalvasiyanın yubileyi: "Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı"
Yazar
Seymur Əliyev
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Mübariz Əsgərov
Seçki dairəsi... və Milli Məclisin qarşısındakı dairə...
İlham İsmayıl
Növbədənkənar məğlubiyyət...
Sultan Laçın
“Qarabağ leksikonumuzdan “münaqişə” və “müzakirə” sözlərini çoxdan çıxarmalıydıq!..”
Seymur Verdizadə
Ana-bacı söyüşləri havada uçuşur...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247