Xəbər lenti
28/09/2020 [22:22]:
İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub
28/09/2020 [21:45]:
BMT Təhlükəsizlik Şurası Qarabağ üçün TOPLAŞIR
28/09/2020 [21:41]:
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi - FOTO
28/09/2020 [21:34]:
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
28/09/2020 [21:17]:
Tərtər Rayon Polis Şöbəsinə atılan mərmi...
28/09/2020 [21:10]:
“Bu, Kəlbəcər və Laçın istiqamətində uğurlu hərbi əməliyyatlar keçirmək üçün şans yaradır”
28/09/2020 [21:04]:
Bakı və daha 21 şəhər-rayonda komendant saatı başlayıb
28/09/2020 [21:02]:
Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib
28/09/2020 [20:55]:
Azərbaycan hərbçiləri Ermənistan ordusunun daha bir polkovnikini məhv edib - FOTO
28/09/2020 [20:49]:
Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır - Azərkosmos
28/09/2020 [20:47]:
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var
28/09/2020 [19:28]:
Düşmənin yaralıları hədsiz saydadır  – İrəvana daşımağa məcbur oldu!..- FOTOLAR
28/09/2020 [18:51]:
Qarabağa muzdluları cəlb etmə barədə İrəvanın ittihamlarına Bakıdan CAVAB
28/09/2020 [18:49]:
“Azərbaycan öz ərazisində müharibə aparır, heç bir dövlətin buna müdaxilə etməyə haqqı yoxdur”
28/09/2020 [18:46]:
QMİ sədri Azərbaycan xalqına müraciət edib
28/09/2020 [18:35]:
"Google Maps" ölkələr üzrə koronavirusa yoluxma statistikası xidmətini istifadəyə verib
28/09/2020 [18:33]:
Qida məhsullarının topdan satışı ilə məşğul olanlar hərbi vəziyyət müddətində fəaliyyət göstərə biləcək
28/09/2020 [18:32]:
Qərbi Kaspi Universiteti bakalavr pilləsi üzrə ikinci tur üçün qəbul elan edir
28/09/2020 [18:28]:
"Ordumuzun döyüş əzmi və Ali Baş Komandanın qətiyyəti xalqa, millətə, Vətənə sevginin təzahürüdür"
28/09/2020 [18:26]:
Hərbi vəziyyət dövründə dəfn mərasimlərində iştirak qaydaları açıqlanıb
28/09/2020 [18:21]:
Xalq artisti: “Hər dəqiqə bir müjdə gözləyirik, buna da inanırıq”
28/09/2020 [18:19]:
İşğaldan azad olunan kənd sakini: “35 yaşına kimi Nüzgar kəndində müəllim işləmişəm”
28/09/2020 [18:17]:
Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – VİDEO
28/09/2020 [18:16]:
Məşhur türkiyəli sənətçidən Azərbaycana dəstək: “İnşallah ki, ermənilər tezliklə Qarabağdan çıxarlar”
28/09/2020 [18:14]:
Putin: “Rusiya qonşularının daxili siyasətinə qarışmır”
28/09/2020 [18:09]:
“Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...”
28/09/2020 [17:53]:
Azərbaycanın APA-dakı nümayəndə heyəti bu təşkilatın Baş katibinə və üzvlərinə məktub ünvanlayıb
28/09/2020 [17:47]:
Cəbhə xəttindəki enerji infrastrukturuna zərər dəyib - Energetika Nazirliyi
28/09/2020 [17:40]:
Hərbi vəziyyət dövründə fəaliyyətinə icazə verilən dövlət orqanları müəyyənləşib
28/09/2020 [17:36]:
DİN komendant saatı ilə bağlı detalları açıqlayıb
28/09/2020 [17:35]:
Nazirlər Kabineti Azərbaycanda elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərar verib
28/09/2020 [17:16]:
Noyabrın 2-dək həftəsonları metro işləməyəcək
28/09/2020 [17:13]:
Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 2-dək uzadılıb - Rəsmi
28/09/2020 [17:11]:
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
28/09/2020 [17:02]:
Türkiyənin Baş prokuroru: "İşğalçı Ermənistanı lənətləyirəm"
28/09/2020 [17:01]:
“Düşmənin canlı qüvvəsi və texnikası elə mövqelərdəcə məhv edilir”
28/09/2020 [16:58]:
"Kim bilməsə də, Azərbaycan dövləti çox yaxşı bilirdi ki..."
28/09/2020 [16:49]:
Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
28/09/2020 [16:40]:
Ermənistan hökuməti ermənilərin Qarabağdan təxliyə planını hazırlayır
28/09/2020 [16:38]:
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb
28/09/2020 [16:27]:
Ermənistanın milli valyutası ucuzlaşır
28/09/2020 [16:26]:
Güləşçilərimiz Ordumuz üçün qan verəcək
28/09/2020 [16:25]:
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib
28/09/2020 [16:24]:
Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb
28/09/2020 [16:22]:
Azərbaycanlı analardan erməni qadınlara XƏBƏRDARLIQ: Kişilərinizi Qarabağdan geri çəkin!
28/09/2020 [16:10]:
Sabir Rüstəmxanlı: “Bu gün xalq bir ordu və hər birimiz bir əsgərik. Şüarımız bu olmalıdır”.
28/09/2020 [16:07]:
Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
28/09/2020 [16:06]:
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib
28/09/2020 [15:54]:
İlham Əliyev almaniyalı həmkarını təbrik etdi
28/09/2020 [15:53]:
Naftalanda bir ailənin beş üzvünün düşmən təxribatı ilə öldüyü evdən dəhşətli kadrlar - VİDEOREPORTAJ
28/09/2020 [15:51]:
Hulusi Akar: "Ermənistan xaricdən gətirdiyi muzdluları geri göndərməlidir"
28/09/2020 [15:49]:
Ermənistanın müdafiə naziri Qarabağa GƏLDİ
28/09/2020 [15:49]:
Azərbaycan Dəmir Yolları bugünki qərarını ləğv etdi - YENİLƏNİB
28/09/2020 [15:48]:
ABŞ Bağdadda səfirliyini bağlaya bilər
28/09/2020 [15:42]:
“Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” - Rəsmi
28/09/2020 [15:40]:
Daha 39 şagirddə koronavirus aşkarlandı
28/09/2020 [15:29]:
Ermənistanın daha 28 hərbçisi ölüb - ETİRAF
28/09/2020 [15:28]:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb
28/09/2020 [15:25]:
Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”
28/09/2020 [15:19]:
"Orduya könüllü kimi yazılanların sayı vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir"
28/09/2020 [15:10]:
"Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"
28/09/2020 [15:02]:
Rusiyalı ekspert: "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır"
28/09/2020 [14:57]:
“Biz artıq ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq...”
28/09/2020 [14:57]:
Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək
28/09/2020 [14:31]:
Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
28/09/2020 [14:26]:
Medvedev: "Dağlıq Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”
28/09/2020 [14:24]:
“Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib”
28/09/2020 [14:20]:
Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı - hərbi ekspert
28/09/2020 [14:13]:
Cavanşir Feyziyev Qarabağda baş verənlərlə bağlı “London Post” qəzetinə müsahibə verdi
28/09/2020 [14:10]:
"Az qalıram düşmənə tərəf atılacaq mərmiləri uşaq kimi qucaqlayıb bağrıma basam ki..."
28/09/2020 [14:10]:
Saakaşvili: "Qarabağ Azərbaycandır və bu dəyişməzdir"
28/09/2020 [14:05]:
Səni tək qoyub getdiyim üçün 27 ildi xəcalət çəkirəm...
28/09/2020 [14:04]:
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə dəstəklədi - Video
28/09/2020 [14:02]:
Ermənistan yenə Rusiyadan silah xahiş edir
28/09/2020 [13:52]:
Bakıda səkkiz evdən oğurluq edən şəxslər saxlanılıblar - FOTO/VİDEO
28/09/2020 [13:48]:
BNA cəbhə bölgəsinə daha 6 500 təkər göndərdi
28/09/2020 [13:46]:
General: "Döyüşə getmək istəyən böyük sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib"
28/09/2020 [13:43]:
Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi
28/09/2020 [13:41]:
Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlandı
28/09/2020 [13:28]:
Düşmənin daha iki tankı məhv edilib - VİDEO
Bütün arxiv bir sırada
14/02/2020 [21:45] - Cəmiyyət - ( 868 dəfə baxılıb)

Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib




Müstəqil respublikamız ulu öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolu ilə gedərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və möhkəmlənir, iqtisadiyyatımızın güclənməsinə, xalqımızın sosial rifahının yüksəlməsinə, dövlət idarəçiliyinin təkmilləşməsinə xidmət edən mütərəqqi islahatlar aparılır.

Ölkəmizin hərtərəfli inkişafı çərçivəsində ədliyyə və məhkəmə sistemi də dövlət başçısının tapşırıqlarına uyğun müasirləşir.

Fevralın 14-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi sahədə əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, fevralın 9-da azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin, təzahürü olduğunu vurğulayıb.

Bildirib ki, ötən il ədliyyə və məhkəmə-hüquq sistemi üçün dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına rəvac verib. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Proqramının və Fərmanın icrası çərçivəsində 2019-cu ildə xeyli işlər görülüb.

Kollegiyada dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar, ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən tədbirlər ətraflı təhlil olunub, cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Məlumat verilib ki, ölkə Prezidentinin iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, insanların sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetmə mexanizmlərinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi barədə tapşırıqlarına əsasən 2019-cu ildə Nazirlik tərəfindən əvvəlki illə müqayisədə 30 faiz çox - 2.300-dək normativ hüquqi akt layihəsi hazırlanıb, 3.800-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 4.800-dən çox sənəd daxil edilib. İnsanların böyük marağının nəticəsidir ki, həmin elektron resurslara başçəkmələrin sayı il ərzində 50%-dən çox artaraq 2 milyona çatıb.

Ədliyyə fəaliyyəti barədə insanların geniş məlumatlandırılması, şəffaflığın artırılması, məqsədilə nazirlik tərəfindən aparılan 11 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 31 elektron xidmətdən istifadənin sayı 3 milyonu ötüb. "Elektron hökumət" portalında ən çox istifadə olunan 10 elektron xidmətdən 2-si nazirliyin "Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması" və "Fərdi identifikasiya nömrəsi barədə məlumatın əldə edilməsi" ilə bağlı e-xidmətləridir.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 18 minə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

İqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat institutunun yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılaraq fəaliyyətə başlayıb.

2019-cu ildə ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat ofislərində əvvəlki illə müqayisədə 21% çox – 5,3 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 327 minə yaxın əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 10 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 53 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2019-cu ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 45%-ni təşkil edib.

İnnovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması məqsədilə ədliyyə sahəsində məsafədən xidmət göstərən elektron ədliyyə köşkünün, "Mobil notariat"ın funksionallığı artırılıb, o cümlədən nəqliyyat vasitələrinə dair etibarnamələrin fasiləsiz rejimdə elektron rəsmiləşdirilməsi xidməti istifadəyə verilib.

Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 2019-cu ildə 200-dən çox qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 70-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.600-ə yaxın, mətbu nəşrlərin sayı isə təxminən 5.300 təşkil edir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər davam etdirilərək ötən il 485 min icra sənədinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın, vergi borcları ilə bağlı dövlət büdcəsinə isə 14,3 milyon manat vəsait ödətdirilib.

Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2.400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib, cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 4,7 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Ölkə Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə qanunvericilik əsaslı surətdə yenilənib, Məhkəmə ekspertizası mərkəzinin infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb. 2019-cu ildə Mərkəzdə 41 ekspert ixtisası üzrə 35.000-ə yaxın işə baxılıb, ekspertlər 816.000-dən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,6%-ni həll ediblər.

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə 78.500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2.800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2019-cu il üzrə İllik Məruzə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Kollegiyada bildirilib ki, ötən il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Səudiyyə Ərəbistanına ikitərəfli səfərlər edilərək, hüquqi sahədə mühüm sənədlər imzalanıb. Bununla yanaşı, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək ölkə başçısının Sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən ədliyyə naziri tərəfindən Strasburqda "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokol imzalanıb.

İclasda ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində görülmüş işlər qeyd olunub, ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək yeni qanun layihələrinin hazırlanması və dövlət başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra mühüm qanunların qəbul olunduğu vurğulanıb.

Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələrə dair yeni kommersiya, habelə inzibati məhkəmələr yaradılaraq cari ilin əvvəlindən fəaliyyətə başlayıb, hakimlərin sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Fərmana uyğun olaraq ekspertizanın alternativ mexanizmləri, özəl ekspertiza institutu yaradılıb.

Eyni zamanda, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılmasına, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə və digər əməli tədbirlərə toxunulub.

Kollegiya iclasına dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işləri yaxından izlədiklərini, bu sahədə nailiyyətlərin və yeniliklərin cəmiyyətdə maraqla qarşılandığını qeyd edib, Ədliyyə Nazirliyi tərəfindən şəffaflığa, ictimai iştirakçılığa hər zaman xüsusi önəm verildiyini və ötən il vətəndaş cəmiyyəti nümayəndələrinin nazirliklə səmərəli əməkdaşlığının genişləndiyini vurğulayıb, ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyətinin örnək olduğunu bildiriblər.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafının yekunlarına dair fevralın 3-də keçirilmiş konfransda dövlət məmurları qarşısında qoyduğu tələblər, xüsusilə insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, sui-istifadə, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsinin zərurəti vurğulanıb.

Eyni zamanda, ədliyyənin inkişafına dair Dövlət Proqramının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrasının daim diqqətdə saxlanılması qeyd olunub, fəaliyyətin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, o cümlədən məhkəmə qərarlarının icrası, istintaq, penitensiar, məhkəmə ekspertizası sahəsində işin səmərəliliyinin artırılması, yerli qurumlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə idarələrinin işinin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqinin sürətləndirilməsi, habelə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar ədliyyə və məhkəmə fəaliyyətinə könüllülərin daha geniş cəlb olunması və onların imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Kollegiyada həmçinin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkilinə dair Təlimata dəyişikliklər edilib, cari və digər məsələlərə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

loading...
İşğaldan azad olunan kənd sakini: “35 yaşına kimi Nüzgar kəndində müəllim işləmişəm”
Səni tək qoyub getdiyim üçün 27 ildi xəcalət çəkirəm...
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
Sinan Oğan: “Paşinyanın beynini arvadı doldurub”
Potensiyanı gücləndirən və əhval-ruhiyyəni yaxşılaşdıran məhsul... - MARAQLI
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Xalq artisti: “Hər dəqiqə bir müjdə gözləyirik, buna da inanırıq”
Cəmiyyət
Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əslli muzdlular var
Siyasət
Almaniyada yaşayan gənc ziyalılardan Ali Baş Komandana MÜRACİƏT...
Hadisə
"Bunu ermənilər, onların havadarları istəyirdi və istədiklərini də alacaqlar..."
Cəmiyyət
Ömər aşırımından Araza qədər - bütün cəbhə xətti boyu döyüşlər gedir...

Yazar
İlham İsmayıl
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Seymur Verdizadə
Səni tək qoyub getdiyim üçün 27 ildi xəcalət çəkirəm...
Həftənin ən çox oxunanları
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
Şəbnəm Tovuzlunun erotik dərdi...
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
Zərurət yaransa, bu maşınları sizdən ala bilərlər: Bilməli olduğumuz müharibə qanunları...
Röya, Natəvan və Elnarənin elə arxiv şəkili yayıldı ki..- FOTO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247