Xəbər lenti
21/10/2020 [14:39]:
“Azərbaycan-İran sərhəddinin tam bərpa edilməsi düşmənə növbəti mesajdır”
21/10/2020 [14:18]:
“Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir” -Vahid Əhmədov
21/10/2020 [14:18]:
MDTF “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır
21/10/2020 [14:17]:
"Mən Hindistandan xam maddə alanda Azərbaycan adını eşidib təəccüblənmişdilər..."
21/10/2020 [14:07]:
Vur, oğlum...
21/10/2020 [13:50]:
Fuad Muradov Azərbaycan diasporuna müraciət etdi
21/10/2020 [13:49]:
Erməni qadınların ordu təlimləri gülüş doğurdu - VİDEO
21/10/2020 [13:44]:
Azərbaycan ət idxalını 10% azaldıb
21/10/2020 [13:37]:
Ordu 4 rayon istiqamətində hücum edir - AÇIQLAMA
21/10/2020 [13:33]:
Pakistanın konsulluğunun qarşısında sıxlıqdan 12 nəfər ölüb, 12 nəfər yaralanıb
21/10/2020 [13:32]:
“Qarabağ”ın oyunu gələn ilə təxirə salındı
21/10/2020 [13:30]:
Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan ölüb
21/10/2020 [13:28]:
Azərbaycan düyü idxalını 28% artırıb
21/10/2020 [13:25]:
Azərbaycan və Ermənistan liderləri Moskvada görüşəcək? - AÇIQLAMA
21/10/2020 [13:21]:
İran Ordusunun komandanı Xudafərinə gəldi
21/10/2020 [13:16]:
Yardım pulunu əsgərə göndərən altı yaşlı Aynur - FOTO
21/10/2020 [13:12]:
Türk Şurasından Azərbaycana dəstək
21/10/2020 [13:11]:
“Cəbrayıl işğaldan azad olunandan sonra dizin-dizin şəhid oğlumun məzarı başına gedib dedim ki...” -Şəhid atası...
21/10/2020 [13:07]:
Azərbaycanın işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb
21/10/2020 [13:05]:
Ermənistanın növbəti PUA-sı məhv edildi - RƏSMİ
21/10/2020 [12:47]:
“Ermənistanın qeyri-qanuni hərbi texnikasına rəğmən Azərbaycan ordusu qələbə qazanır”
21/10/2020 [12:35]:
Ağalar Vəliyev: "Azərbaycanın gücü qarşısında işğalçı Ermənistan acizdir"
21/10/2020 [12:32]:
"Azərbaycanın zəfər yürüşünün qarşısını alacaq ikinci bir qüvvə yoxdur"
21/10/2020 [12:31]:
"Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa..."
21/10/2020 [12:30]:
Qırğızıstanın Baş prokuroru da istefa verdi
21/10/2020 [12:29]:
“Torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf tempinin artmasına səbəb olacaq”
21/10/2020 [12:27]:
"Azərbaycan-Türkiyə qardaşlığı böyük bir coğrafiyaya sülh, sabitlik və inkişaf vəd edir"
21/10/2020 [12:23]:
DİN: Emin Şəkinski xəstəxanada vəfat edib
21/10/2020 [12:21]:
Vasif Talıbovdan yüksək vəzifəyə TƏYİNAT
21/10/2020 [12:19]:
Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram”
21/10/2020 [12:14]:
“Üç dəqiqə nəfəs ala bilmədim” – Zəngilanlı yazarlar qələbə sevincini bölüşür
21/10/2020 [12:11]:
Türk Şurasının Baş katibi Gəncəyə gəlib
21/10/2020 [12:01]:
İrandan 22 həkim könüllü olaraq döyüş bölgələrində fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib
21/10/2020 [11:58]:
Azərbaycanın XİN başçısı Moskvaya gedib
21/10/2020 [11:49]:
“Sarkisyan indi özünü mələk kimi göstərməyə çalışır”
21/10/2020 [11:48]:
Ermənilər 25 günə 63 mülkimizi öldürüb - 292 yaralı
21/10/2020 [11:45]:
Cəbrayılın işğaldan azad olunan Çərəkən kəndi - VİDEO
21/10/2020 [11:44]:
“Həzrəti Məhəmmədə qarşı təhqiramiz məzmunlu cizgi filmləri ölkədə göstərilə bilər...” -Fransa daxili işlər naziri...
21/10/2020 [11:43]:
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi
21/10/2020 [11:37]:
“Azərbaycan Ordusu böyük bir hərb mədəniyyəti göstərir və çox gözəl film çəkir...”
21/10/2020 [11:35]:
Ermənilərdən daha bir PKK taktikasi -Cəbhə bölgəsinə rus bayraqları sancdılar-FOTO
21/10/2020 [11:19]:
Tramp İrana nüvə silahsız güclü ölkə olmasını dilədi
21/10/2020 [11:17]:
“Ermənilərə cavab olaraq Azərbaycan  Zəngəzurun müstəqilliyini tanımalıdır...”
21/10/2020 [11:13]:
Ermənilərin döyüşdən imtina edən alay komandiri işdən qovuldu: İşğalçılara cinayət işi açıldı - RƏSMİ
21/10/2020 [11:08]:
Düşmən alayının taboru məhv edildi - RƏSMİ
21/10/2020 [10:52]:
"Uzaqda olmayan bu möhtəşəm qələbənin memarı Ali Baş Komandan İlham Əliyevdir"
21/10/2020 [10:45]:
Nazirlik artilleriya atışlarının görüntülərini yaydı - VİDEO
21/10/2020 [10:41]:
Müdafiə Nazirliyindən ermənilərin Azərbaycanın hərbi təyyarəsinin vurulması xəbərinə REAKSİYA
21/10/2020 [10:40]:
Ali məktəblər bu il təhsil haqqını azaldacaq? - Nazirlikdən AÇIQLAMA
21/10/2020 [10:23]:
Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlandı
21/10/2020 [10:22]:
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır
21/10/2020 [10:17]:
"Ədalət mövcuddur, ancaq ayaqları yoxdur, onu biz gedib çiyinlərimizdə gətirməliyik"
21/10/2020 [10:08]:
Koronavirusa qarşı peyvəndin kimlərə faydasız olduğu açıqlandı
21/10/2020 [10:07]:
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər cür təcavüzü qınayır
21/10/2020 [10:05]:
Paşinyan qorxudan Ermənistan-Azərbaycan sərhədinin  möhkəmlənməsi haqda göstəriş verdi...
21/10/2020 [10:05]:
Misir mətbuatından Qarabağ məsələsinə haqlı yanaşma
21/10/2020 [10:03]:
Azərbaycan xalqı Ali Baş Komandanına güvənir!
21/10/2020 [10:00]:
Düşmənin mövqeləri ələ keçirildi, çoxlu sayda silah və sursat qənimət götürüldü - RƏSMİ
21/10/2020 [09:58]:
Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - FOTO
21/10/2020 [09:57]:
Tərtər rayonu atəşə tutulur - RƏSMİ
21/10/2020 [09:55]:
Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi: Ermənilər geri çəkilir - RƏSMİ
21/10/2020 [09:54]:
"Artıq Minsk qrupunun baza prinsipləri bizim üçün əhəmiyyətini itirimişdir" - Konfliktoloq
21/10/2020 [09:53]:
Ermənistan XİN rəhbəri növbəti dəfə Moskvaya yollanıb
21/10/2020 [08:44]:
Ermənistandakı Rusiya ordusu  Qarabağda baş verənləri, sadəcə, müşahidə edir...
21/10/2020 [07:38]:
"Azərbaycanın Laçın da daxil olmaqla suverenliyini bərpa etməsinə mane olacaq bir qüvvə yoxdur..."
21/10/2020 [07:27]:
Ermənilər ABŞ-ın Azərbaycanın azadlıq savaşını  durduracağına ümidlidir...
21/10/2020 [06:50]:
Pəncərələri açmaq koronavirusa yoluxma riskini 40 faiz azaldır...
21/10/2020 [06:46]:
Ermənistan XİN rəhbəri Vaşinqton səfərindən öncə Moskvaya getdi...
21/10/2020 [06:37]:
BMT TŞ-nın son qapalı iclası ermənilərin belini qırdı...
21/10/2020 [00:20]:
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi dünyasını dəyişdi
20/10/2020 [23:56]:
BMT TŞ-nın işğal olunmuş torpaqlarımızla bağlı 4 qətnaməsinin müəlliflərindən biri...
20/10/2020 [23:30]:
"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?"
20/10/2020 [23:13]:
Roma Papası Qarabağ üçün dua etdi - FOTO
20/10/2020 [22:54]:
ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edib
20/10/2020 [22:37]:
Putin Makronla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib
20/10/2020 [22:13]:
Ordumuzun qələbələrində əməyi olan hərbçilərimiz - FOTOLAR
20/10/2020 [21:54]:
“Azərbaycanın işğaldakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdik və verəcəyik”
20/10/2020 [21:37]:
"Bu qələtin bədəlini həm canları, həm də Dağlıq Qarabağı birdəfəlik itirməklə ödəyirlər"
20/10/2020 [21:33]:
Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb
20/10/2020 [21:33]:
Moldovanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi bir daha açıqlandı
Bütün arxiv bir sırada
16/02/2020 [10:18] - Cəmiyyət - ( 2844 dəfə baxılıb)

"Eşq sevdiyin üçün bir az da susmaq deməkdir, Allahın səsini duyan oldumu heç..."

Yer üzünü ahəngə səsləyən, “ahəngyol” elminin yaradıcısı, tanınmış alim, şair Əhməd Qəşəmoğlunun 70 illiyinə...


Əhməd Qəşəmoğlu bir ciddi alim kimi ölkəmizdə və bi çox xarici elm mərkəzlərində geniş tanınır. Mən bir ədəbiyyatşünas kimi, bu gün onun poeziyasından, bir şeirindən danışmaq istəyirəm. Məncə, elə bu şeir onun yaradıcılığı və ahəngyol elmi barədə xeyli məlumat verir. 
 
Hansı yana getsə də, hansı uzaqları seçsə də eşqin sərhədlərindən çıxa bilməz eşq aşiqi. Başqa aləmlərin olduğuna inanan insan dünyanı elə həzin sevər ki... hər ağacını, hər gülünü,hər böcəyini, hər otunu, yarpağını, buludunu, rüzgarını eyni eşqlə sevər, eyni gözlə baxar, eyni anda sevər, təsnifləri bir rəngə salar, ahəng rənginə. Düzər onları sıraya, başına sığal çəkər - baxışlarıyla, sonra əlləri ilə onların sırasını dəyişdirər, qarmaqarış edər, amma onların başı üzərindən bir də sığal gəzdirər, o fərqlilikləri ahəngə salar, onların yerini görər, onları yerinə qoyar, onları tək qoymağayacağına söz verər, onlarsız da qala bilməyəcəyini deyər  onlara, ölə özünə də...  

Dünyanın nizam-tərəzisi bəşəriyyətdən əvvəl qurulub. Bəşəriyyət üçün qurulub. İnsanların bu nizam-tərəzini pozmaq cəhdlərinə qarşı duruş gətirmək üçün,  dünya özünübərpa haqqını özündə saxlayır, bu sirri insana vermir. Dünyaya, Yaradana asi düşən insan! Sənmi dünyanı, Allahı yaratmısan, yoxsa dünya, Allah səni...İtaət möhtəşəm qüvvədir. Eşq sevdiyin üçün bir az da susmaq deməkdir. Allahın səsini duyan oldumu heç... Ən böyük silahı qızılgülün qönçəsi deyilmi, ahu-zar edən bülbül bağçada divanə ötmürmü... Bu səsdə ən böyük səssizliyi duyan, eşqdən o yana mənanı kəşf edən zahiddir, qəlbdən idraka yetişib eşqi dərk edən abiddir, ruhanidir, pirdir, şairdir Əhməd Qəşəmoğlu. 
Haqq dünyası hansı dünyadır? Bu dünyada haqqa ərməyən, yetişməyən o dünyada haqqa qovuşdumu?  Nəfs şeytandandır, hər an insanı yoldan çıxarmağa hazırdır, amma insanın aid olduğu bir aləm var, Uca Dərgah var, yerini təsbit etmək mümküm deyil, əgər insanın öz qəlbi o əlaqədə, o təmasda, o ağılda deyilsə.”Ağıllı qəlb”, ağla malik qəlb” deyir Dostoyevski, “ağıllı hiss” deyir Tolstoy, “könül dünyası” deyir Mövlanə. Bəs Əhməd Qəşəmoglu nə deyir bu dünyaya, nəyi qoyub nəyi axtarır, getdiyi incə və uzun yolda tək addımlamaq istəmir üstəlik, özünə dost, qardaş axtarır... Dünyanın gözəlliyini paylaşmaq itəyir,  ahəngi yaradan onu hamı üçün yaradıb axı...Bilənlərə salam olsun!
Əhməd Qəşəmoğlu bipolyar dünyada ağı qaradan seçə bilsə də,  dünyanı iki rəngə bölməkdən uzaqdır. O, bu rənglərin öz içində də şübhə və təbəddülatların varlığına, onların canlı orqanizm kimi yaşamasına, inkişafı və süqutuna, məhvinə, yox oluşuna və yeni təzahürlərinin sirrinə vaqif olmaq istəyir –  son məramına yetişmək üçün. Dünyanın Ahəng qanununn formulunu tapmaq üçün. “Şairlər əbədiyyətin yer üzündə elçiləridir”  kəlamı buna işarədir. Əbədiyyət isə filosofların düşüncə hədəfidir. Bəzən şair söz demək üçün bu dünyadan başqa dünyaya keçir, uca Aləmin onu götürdüyü yerlərdən, fəzalardan dünyaya baxır. O zaman “sübhün sübhündə” söz demək istəyi yaranır... Bu adda təkrarlanan sözlər belə eyni məna daşımır. Sübhün sübhü –  qaranlıqdır, qaranlıqdan toranlığa, ordan da aydınlığa gedən yoldur, zamandır, məqamdır, özündən sübhü doğandır. 

Doğulmaq və dirilmək – yoxluqdan və boşluqdan Ahəng yoluna çıxmaqdır.  Buralardan çıxıb gedən lirik qəhrəmanın ruhu da tanımadığı, amma ona doğma  bir məkana düşür. Burda zaman dəqiqəyə, saniyəyə, əsrə, günə bölünmür, burda zaman statikdir(amma durğun  deyil), əbədidir, bu zamanın içindən keçib gedən nə varsa – fanilikdən qurtulmaq istəyidir...Yer üzündə yaşamağa alışmış insan bir gün İlahidən, Səmadan gəldiyinə şübhə edər, bu şübhədən zikrin doğacağını  özü bilməsə də, insanlardan uzaqlaşıb tənhaya çəkilər və şeirdəki qəhrəman kimi, meşədə, bir talada, bir ağac kötüyünün üstündə oturub səs arayar, ün gözləyər. Və uca Aləm onu alar ağuşuna, sahiblənər ona pənah gətirən aciz quluna, sarar könül yarasını... 

Əhməd Qəşəmoğlunun “sübhün sübhündə” şeirində Allahla, İlahi eşqlə qarşılaşma məkanının təsviri Dostoyevskinin “Kəndli Marey”  hekayəsində və İsa Muğannanın xatirələrində bəhs etdikləri təsvirlərlə üst-üstə düşür. Meşədən talaya canavardan qorxaraq qaçıb canını qurtarmaq istəyən doqquz yaşlı Fyodor otuz ildən sonra, məhbəsdə  işıq axtaranda, şübhələrdən qurtulub Allahı zikr edəndə, kəndli Mareyin sevgi dolu təbəssümünü, palçıqlı barmaqları ilə onun qorxudan əsən dodaqlarına təsəlli sığalını xatırlayır, qorxularını götürən səsini eşidir. “Sakitləş, İsa xatirinə...” –  bu söz sözdən əvvəl səs idi. O meşədə, o talada Allahdan başqa heç kim Mareyi görmürdü, Marey ağanın oğluna qarşı niyə mərhəmətli davransın ki... Demək ki, Allahı başı üzərində görürdü, onun dünyasında yaşayırdı qəlbi, ondan belə nəvazişli və mərhəmətli idi. Bu inam Dostoyevskinin də  saran yaralarına məlhəm qənaəti idi.   

İsa Muğanna uşaq vaxtı evdən qaçıb meşədə gizlənməyi, yarpaqların pıçıltısıını, quşların səsini dinləməyi çox sevərmiş. Günlərlə meşədə qalıb çox xöşbəxt olduğunu qeyd edən yazıçının bütün yaradıcılığı quş dilini bilən insan axtarışında, ün, Ağ Səs duyan qəlb, görən könül axtarışına həsr olundu. Hər iki böyük yazıçını bədii təfəkkürünün alt qatında  sabitləşən, onların yaradıcılıq istiqamətini təyin edən işıq, eşq, günəş, cənnət arayışı fəlsəfəsi Əhməd Qəşəmoğlunun da poetik düşüncəsinin əsasını təşkil edir, onu Ahəng yolu konsepsiyasını müəyyənləşdirir.

Meşədə, bir talada, pöhrələyən  kötüyün üzərində əyləşərək dünya içində dünyaları axtarmağı, bu dünyalarda yerini tapmaq istəyi şeirin lirik qəhrəmanının dünyanın Ahəng sirrini çözmək istəyinə bağlıdır. “Mən özüm özümdə itmişəm indi “, -  deyən şair ilk öncə öz nümunəsində düynanın xilas yolunu axtarır, öz xilas təcrübəsində Ahəngi – Allahın dəsti-xəttini, Allahda isə özünü tapa bilməyin gözəlliyini, şərəfini doya-doya yaşayır. O, cismani, maddi “mən”ində yox olduqca, başqa bir “Mən”də böyüyür, çoxalır. İlahi nəsnədə nəfəslənib bütün təbiətin nəfəsinə, ətrinə qovuşur və sonsuz məkanlarda uçuş əldə eldə edir, mələyə dönüş deyək buna. 

Meşənin içində talada, pöhrələrinə inandığı kötüyün(bu da simvolik səciyyə daşıyan obrazdır, əlbəttə:  kötük - zaman, pöhrə isə  -  inam) üstündə oturub işıqların pıçıltısını, göy üzünün gülümsəməsini görən yolçu öz sədəqəsini almış olur. Təmənna gözləməyən Allah Onun eşqini duyan hər bir kəsə yeni yaddaş verir. Onun yerdəki yaddaşını silir, onun qəlbini və zikrini yeni, ağappaq  səhifədən başlayır – onu uşağa çevirir. İncildə bir çox ayələrdə “uşaqlar kimi” olun kəlamı səslənir. Aləmin nuruna boyanmaq, işıq selinə, işıq sürətinə qarışıb, dünyaları, aləmləri  gəzmək, adi gözlə görülməyən bənövşəyi şüaları görmək şükür məqamına yetişməkdir,  şükr etməyi nəsib edən Allaha salam verməkdir. Allahla görüşə gələn insan! Gəlişin mübarək!  Fəth olunan qəlbinə sağlıq! Yenilməyin qələbəndir! Artıq yer üzünə geri dönsən də, qorxusu yoxdur. Axirət səni cəhalətdən qoruyacaq. Get, yolun açıq olsun! Özünlə apardığın eşq odunu bir ahınla, bir nəfəsinlə verə bilərsən insanlara: yol, haqq, Allah, əhd ....Yol – haqq, Allah – əhd...Yol, haqq, Allah – əhd.. Huu, ərənlər, huuu...
...ah!!!!!!!!! nə gözəl, ağappaq işıq 
qaynayır çay kimi, fəvvarə kimi...
göylərin daha da dərinlyində
mən özüm özümdə itmişəm indi...

Bu şeirdə bir də bədii haşiyələmə üslubundan istifadə olunmuşdur, lakin adi mətnlərdən fərqli olaraq, burda haşiyələmə bir müstəvidən digərinə üfüqi keçidi ifadə etmir, burda vertikal inkişaf xətti var, bu, ruhun hərəkətidir, hər hansı bir hadisənin  başlandığı yerdə bitməsi ilə bağlı deyil. Yerdən göyə ucalan ruh, qəlb yenidən və fərqli məzmunda zühur edən dünyayla qarşılaşır, İlahi Aləmi görür. “Yer üzü” adlı köynəyindən silkinib çıxmış insan  qurbağa dərisini yandırmış nağıl qəhrəmanı kimi, özünü tam, dolğun, əzəli  gözəlliyində dərk edir.

İnsanın Allahı görmək məqamı yerlə, dinamika, fizika ilə bağlı deyil, mexaniki prosses deyil, göylə, statika, metafizika, qeyri-səlist düşüncə ilə bağlıdır.

Kəmalə Umudova
Bakı Slavyan Universitetinin  dosenti,
 filologiya üzrə fəlsəfə doktoru

loading...
"Uzaqda olmayan bu möhtəşəm qələbənin memarı Ali Baş Komandan İlham Əliyevdir"
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi dünyasını dəyişdi
Hansı saatda doğulmusuz? - Xasiyyət və taleyinizi müəyyənləşdirən "barometr"...
Azyaşlı qızını çəkiclə vuraraq öldürdü QANDONDURAN HADİSƏ
“Rüsvay edir ermənini, xəyanətkar iç üzünü” -Xalq artisti prezidentə şeir ithaf etdi + VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Cəbrayıl işğaldan azad olunandan sonra dizin-dizin şəhid oğlumun məzarı başına gedib dedim ki...” -Şəhid atası...
Cəmiyyət
“Azərbaycan Ordusu böyük bir hərb mədəniyyəti göstərir və çox gözəl film çəkir...”
Dünya
Ermənilərdən daha bir PKK taktikasi -Cəbhə bölgəsinə rus bayraqları sancdılar-FOTO
Siyasət
"Ədalət mövcuddur, ancaq ayaqları yoxdur, onu biz gedib çiyinlərimizdə gətirməliyik"
Gündəm
Paşinyan qorxudan Ermənistan-Azərbaycan sərhədinin  möhkəmlənməsi haqda göstəriş verdi...

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
Prezident fransız aparıcının “Nə qədər türk dronunuz var?” sualına gülərək cavab verdi: “Kifayət qədərdi...”
“Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə ölümcül yaralanmışdım...” - Xalq artisti
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza 30 tonluq tibbi yardım... - FOTOLAR
Atası azərbaycanlı olan xain separatçı generalın doğulduğu kənd də azad edildi...
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
"Ordumuzun bu uğuru Laçın-Gorus magistral yolunu nəzarətə götürməyə imkan verir"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247