“Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ”
Oxunub: 1152
17 Feb 2020 | 10:32
“Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm”  - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ”


Moderator.az xəbər verir ki, Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahib “Qarabağ” klubunun oyunçusu Qara Qarayevdir.

 - Qara bəy, çox zaman futbolu  siyasətə qatırlar, “futbol da bir siyasətdir”deyirlər. Sizcə, bu fikirlər nə dərəcədə doğrudur?

 

- Düzü, siyasətə marağım olmadığı kimi, münasibətim də yoxdur. Məncə, siyasət daha fərqli oyundu.  Futbol siyasətə qarışmaz.


 - Amma siyasətə qarışmayan heç nə yoxdur. Siyasəti sevməsək də ondan baş çıxartmaq lazımdı.


- Baş çıxartmaq istəyərəm, amma istəmirəm. Mənə görə, siyasətdə  dürüstlük yoxdur.

 

 - Bəlkə, insanların istəkləri dəyişib?! Necə fikirləşirsiniz?


- Doğrusu odur ki, dəyişən zaman deyil. Məncə, insanlar, onların düşüncələri, istəkləri dəyişib. Gənc olsam da, indiki dövrün şərtlərilə ayaqlaşmıram. Ancaq  geri qalmaq da mümkün deyil.

 

- Əslən Qarabağlısız. Klubdakı fəaliyyətinizdən başlayaq.  Necə oldu ki, Qarabağ klubunu seçdiniz?


- Futbola gəlməyim asan olmayıb. Ailəm futbolçu olmağıma qarşı idi. Çünki məcburi köçkün olaraq  ailəmin marağı daha çox dolanışığa diqqəti yönəltmək idi. Məşğuliyyətimiz isə heyvandarlıqla bağlı idi. Dədəm də bizim rayonda çox tanınmış çobanlardan olub. Bu gün də dədəmin çobanlıq etdiyini şərəflə səsləndirirəm. Çobanlıq işində bir dürüstlük var

 

Ümumiyyətlə, futbolçu olmağıma icazə vermirdilər, sonra gizli-gizli futbolla maraqlanmağa başladım. Ailəmizdə bunu biləndə evdə bir az mübahisə düşdü. Düşünmürəm ki, indi də o düşüncədədirlər. Sadəcə, o vaxt reallığı görüb futbolçu olmağımı istəmirdilər. Futbola başladığım dönəmlərdə qəssab işləyirdim. Bunu hər zaman deyirəm. Futbol sahəsindəki müəllimlərimə, məşqçilərimə bu gün də təşəkkürüm sonsuzdu. Elnur müəllim sağ olsun, elə bir anda mənə kömək etdi ki... Hardasa 3-4 ay  klubda oynamağa  başladım. Elə oldu ki,  mənim pulum olmadı . Bu o demək idi ki, oyunu yarımçıq saxlamalı idim.


Mən Elnur müəllimə yaxınlaşıb artıq gələ bilməyəcəyimi dedim. Çünki biz Füzulidən məcburi köçkün olaraq gəlmişdik. Çətin dönəmlər yaşamışdıq. Və Bunlar davam edirdi. Hamısın ona söylədim. Həmin vaxt Elnur müəllim məndən davam etməm üçün pul istəsəydi, heç vaxt futbola geri qayıda bilməyəcəkdim.


Onun sayəsində pulsuz olaraq oynamağı davam etdirdim. Düşünürəm ki, o hadisə mənim həyatımda dönüş nöqtəsi oldu. Elnur müəllimin o jesti mənim üçün əvəzsiz borcdu. Qara Qarayev olmağımda həmin anın rolu var.

Həmin məqamda Elnur müəllim mənə qarşılıqsız olaraq imkan yaratmışdı. Beləcə, Elnur müəllimlə məşqlərimizi daha 3-4 ay davam etdirdik.

Sonra Türkiyədən  Qarabağın  heyətinə məşqlər korpusu gətirdilər. Qarabağın oyunçusu olmaq mənim üçün  xəyal idi. Biz azarkeş olaraq oyunlara gedirdik. Sonradan elə oldu ki, klub uşaq yığmağa başladı. 

Deyirdilər ki, özünə inanan varsa gəlsin,  yoxlanışdan keçsin. Mən də razılaşdım. Elnur müəllimə dedim, o, mənim getməyimə icazə verdi.  Birinci yoxlanışdan Qarabağa düşdüm. Futbol hekayəmiz belə başladı.

 

- Bizim bir çox futbol klubumuz var. Niyə məhz “Qarabağ” klubu?


- Əvvəla, hər şeydən öncə qarabağlıyam. Füzulidə doğulmuşam. Ancaq o vaxtlar orada oynamaq  mənim üçün xəyal idi. Böyüdükcə düşündüm ki, artıq bu mənim daxilimdən gələn bir istəkdir. Qarabağlı olaraq o klubun  nümayəndəsi olmaq, o kluba fayda vermək, içimdən gələn hiss idi.


Böyüdükcə o hisslərimin adını daha rahat tapa bildim. Bu sadəcə bir yol idi. Bu yol olmaya da bilərdi. Amma Qarabağ klubunda oynamağımla bağlı xüsusi istəyim olub.


- Siz Qarabağ klubuna gedəndə orada tanınmışlardan kimlər  var idi?


- Əslində Qarabağ klubuna  2005-ci ildən  qoşuldum.  O zamanlar tanıdığım adamlar yox idi, sadəcə yoxlanışa gəlmişdim. Həmin vaxt mənimlə birlikdə səhv etmirəmsə, 365 nəfər qeydiyyatdan keçmişdi. Onlardan 2 nəfər kluba seçildi. Biri mən, biri Əli adlı oğlan idi. İndi o zamankı oyunçuların heç biri oynamır. Sadəcə mən pillə pillə bu mərhələyə gəldim.

 

- Onlar tab gətirə bilmədilər?

- Bilirsiz, hər birimizin qarşında bir şans var. O şansın arxasında da  böyük əziyyətlər, istəklər, xarakterlər var. Təbii, bu başqa mövzudu. Amma bəzən şans elə bir anda elə bir yerə gətirib çıxara  bilər ki,  hər şey fərqli olar. Biz buna  idman şansı deyirik. Baxın, məndə o baş verdi. Düşünürəm ki, müəyyən yerə gəlmək üçün o şansla bərabər daha çox çalışırdım.

Baxmayaraq ki, 28 yaşım var, çox əziyyətlər çəkmişəm. Heç bir şey asan əldə olunmur.


- Qara bəy, xaricdə keçirilən oyunlarda sizin üçün daha çox yadda qalan məqamları sadalaya bilərsiniz?


- İndi də Qarabağ klubunun oyunçusu kimi bütün atributları evdə qoruyuram. Corab, şortik, mayka,  hər şeyi  özüm üçün saxlamışam. Düşünürəm ki, Qarabağ olaraq bizim 2015-ci ildə Çempionlar Liqasının qrupuna düşməyimiz həyatımın ən önəmli hadisələrdən biri oldu.

Düzdür, bu oyunda məğlub olduq, amma biz Azərbaycana o qədər sevinc yaşatdıq ki...
Əslində, sözdə deyil, işimdə, əməlimdə vətənpərvərəm. Birinci elim, obam, təmsil olunduğum  zona,  sonra isə Vətənim. Bu o demək deyil ki, Vətənim mənim üçün ikinci plandadır. Sadəcə, ailə üzvlərim, ya da dostlarla oturanda  Füzulini,  Qarabağ zonasını önə çəkirəm.

Amma xaricdə olanda mənim üçün bölgə yoxdu. Artıq Azərbaycan və Qarabağ var. Qarabağda oynadığım dönəmdə hər zaman  nəsə bir borum olduğunu düşünürəm, bunu necə ödəyəcəm və neyniyəcəm kimi fikirlər mənə hakim olur.
Qarabağ  klubu mənə futbol oynamağı deyil, Qarabağı sevməyi, Qarabağı təbliğ etməyi, Vətən , əxlaq məsələlərini, cəmiyyətdə özünü doğru, düzgün aparmaq, insanlara nümunə olmağı öyrətdi.
Ona görə də mənim üçün Qarabağ klubunun əvəzsiz yeri var. Bunu klubda oynayanların əksəriyyəti bilir.Qarabağa olan  bu borcu qaytarmalıyam. Biz elə bir tarixə imza atmışıq ki, Qarabağın adını idmançı olaraq bütün dünyada tanıtmışıq.

Bununla da müəyyən qədər borcumuzu ödəyə bildik.

Ümumiyyətlə,  Qarabağı, klubu, idmanı, idmanın faydalarını  hər yerdə təbliğ etmək istəyirik. Həyat yolum yəqin ki,  bununla tamamlanacaq. Əlimizdən gələni  edirik ki, bu yolda ən azından insanlara bir örnək olaq, nəyisə çatdıra bilək. Çünki biz idmanla azarkeşlər arasında əlaqə yaratmağı düşünürük.

Bəzən əks təbliğatı da görürük.

Baxın, “Qarabağ” Lüksemburqla oynayır. Biz Qarabağı, Ağdamı təmsil edirik. Amma düşmən orada Qarabağ barəsində təbliğat aparmaq istəyir.


Qarabağın kimlə məxsus olduğunu artıq oyun göstərir. Düşünürəm ki, orada ermənilərin göstərdiyi bütün təbliğatların hamısı çirkinlikdən başqa bir şey deyildi.



- Müxtəlif vaxtlarda rəqibin qapısına qol vurmusuz. Bəs ermənilərin qapısından nə zaman qol keçirməyi düşünürsüz?


- Bilirsiz, idman  elə bir oyundu ki bu dava deyil.


- Söhbət idman meydançasından getmir?

- Bilmirəm, ümid edək ki, siyasi gedişatlar öz bəhrəsini görər. Torpaqlarımız azad olunar.


- Qara bəy, Füzuli işğal ediləndə bir yaşınız olub. Amma doğulduğunuz yerləri qəribə şəkildə, 100 il orada yaşamış adam kimi xatırlayırsınız…


- 1992-ci ildə Füzulidə  anadan olmuşam. O yerləri  görməmişəm. Müəyyən yaş keçdikcə elə hiss edirəm ki, o yerlərdə olmuşam, küçələrdə gəzmişəm. Bilmirəm, bu bir bağlılıqdırmı, yoxsa, bir çağrıdırmı?


Məni başa düşməyiniz üçün  gərək 1 milyon qaçqını danışdırasınız. O zaman biləcəksiniz ki, biz nələr çəkirik. Çünki biz də sizin doğulduğumuz yerlərə getmək istəyirik.


Çox istəyirəm ki, yay vaxtı  doğma vətənimə gedim, amma bu mümkün deyil.

 
- Sizinlə bərabər klubunuzda əcnəbi futbolçular da çalışır. Maraqlıdir, Qarabağ mövzusunu necə qarşılayırlar?

- Dünyada torpaq, Vətən problemi yaşayan xalqlar çoxdur. Məsələn, götürək bosniyalıları. Onlar da bizim kimi eyni taleyi yaşayıblar. Bosniyalı oyunçu İbrahim Şeyiçlə söhbət zamanı həmişə biri-birimizi yaxşı anlamışıq. Şeyiçin atası müharibədə dünyasını dəyişib.

Demək istəyirəm ki, torpaq məsələsində əqidə, dini baxış olaraq bizə yaxın olanları vardı. Amma  braziliyalı, ispaniyalı futbolçular bu məsələdə yabançıdırlar. Çünki onlar müharibə görməyən idmançılardı. Bosniyalı Şeyiç və biz bu müharibələrin mərkəzində olmuşuq.


- Qarabağ klubu Qarabağı necə təbliğ olunur?


- Bütün respublika əhəmiyyətli günlərdə məşqlərimizə başlayan zaman baş məşqçi iclas edir.


Həmin tarixin önəmini danışır və günün Qarabağ üçün nə qədər əhəmiyyətli olduğunu  vurğulayır. Klub olaraq önəmli tarixi günlərimizin təbliğatı aparılır. Bizim üçün öncə Qarabağdı, sonra şəxsimiz.

- Nə zamansa fikrinizdən keçibmi ki, təbliğat məsələsində idmançı olaraq ələ düşən fürsətdən istifadə edəsiz?


- Bu məsələlər planlaşdırmaqla olmur, zaman özü yardımçı olur.  Zaman bizə fürsət verirsə, biz o fürsətdən istifadə edirik. Məsələn, biz beynəlxalq Atletika Madridlə oynayan zaman oyunun kapitanı var idi. Ölkəmiz və Qarabağ  haqqında o qədər xoş sözlər dedi ki...


Bu da bizə sayğılarının olduğunu göstərdi. Oyun boyunca üzərimizə düşən işi hər fürsətdə təbliğ edirik. Bəzən danışmaq, kimlərəsə nəyisə başa salmaq, nəyisə göstərmək bizim işimiz olub.


- Sizin bu formada təbliğat aparmanıza düşmən tərəf necə baxır?

 

- Bizim üçün düşmən tərəfinin neqativ ya da pozitiv nəsə deməsi önəmli deyil. Mənim üçün qarşı tərəf yoxdur. Məsələn, son oyunumuzda Lüksenburqun idman naziri bizdən üzr istədi. Düşünürəm,  elə bir təbliğat etmək lazımdır ki başqa dövlətin idman naziri rəqibdən üzr istəməsin.

 

Biz belə təbliğatlat aparmamalıyıq. Biz  açıq,şəffaf təbliğat aparmalıyıq. Hərdən də düşünürəm ki, bizim təbliğata ehtiyacımız yoxdur. Bizdə hər şey göz qabağındadır. Daha çox həqiqətləri işimizlə əməlimizlə tanıtmalıyıq.

 

Hesab edirəm ki,  haradasa xüsusi bir şey edib dünyaya çatdırmaqdansa,  bir fikir, tarix ortaya qoyub dünyanı cəlb etmək daha faydalıdır. Çünki bir çox ölkələr artıq reklam olunan nəyəsə fərqli yanaşır. Harada işin sübutu varsa, ona daha ciddi və qəbuledilən yanaşılır. Düşünürəm biz gənclər özümüzü  o kateqoriyaya aid etməliyik. Təbliğatımızı  daha çox sübutlar, təhlillərüzərində qurmalıyıq. Qeyri-etik danışmaq bizə yaraşmaz.

 

- Maraqlıldır, bir futbolçu, bir vətəndaş olaraq Qarabağın azadlığını necə görürsüz? Sizcə, hansı yolla Qarabağ azad oluna bilər? Sülh, yoxsa müharibə?

 

- Ümumiyyətlə sülh ən yaxşısıdı. Hər zaman sülhün tərəfdarıyam.Artıq olanlar olubsa, vaxt keçibsə, müharibədə insanlar məhv olacaq. Mənə görə dünyanın xilası sülhdədi. Ölkənin sərhədlərinin açılmasıdır. Bilirəm ki, bu qeyri mümkündür. Amma bu bir arzudur mənim üçün.  Düşünürəm ki, o torpaqları da almaq üçün  Azərbaycanda lazımınca qeyrətli və döyüşkən oğullarımız, canından keçəcək əsgərlərimiz  var.

 

Müharibə yolu ilə də məsələni həll edə bilərik. Amma yenə də sülh yolu ilə geri qaytarılmasının tərəfdarıyam.

 


 

- Maraqlı  bir məqam var.  1992-ci ildə Füzulidə doğulmusuz. Füzuli rayonu isə  1993-cü ildə işğal olunub. Yəni siz Füzulini heç cür xatırlaya bilməzsiz. Amma  Füzulini sanki görmüş kimi danışırsız.

 

- Fərqli görünə bilər. Çünki o torpaqlarda böyüməmişəm, oraları görməmişəm. Düşünürəm ki, bu hiss mənə vətənimin olmamasından irəli gəlir. Çünki indiki məqamda vətənim mənim ayaqlarım altında deyil. Sadəcə Füzulidə doğulmuşam. Düşünürəm ki,  içimdəki fikir məni ora daha çox cəlb edir, məni daha çox ora aparır. Sözsüz ki, ailəm hər zaman bu mövzuya toxunur. Evimizdə Füzulinin elə bir hissəsi yoxdur ki, o barədə danışılmasın.

 

Mənim də təsəvvürümdə Füzuli əhatəli canlanıb.

 

5-6 il əvvəl mən də mövzuya fərqli yanaşırdım. Əslində fərqli yanaşmaq yox, dərk edə bilmirdim ki, mən ora getməliyəm, qalmalıyam, yoxsa,  burda daha yaxşıyam. Amma müəyyən mənada  zaman keçdikcə artıq o sualların cavabını anladım. Məsələn, bu yaxınlarda Cocuq Mərcanlıya getmişdik. Bizim kəndimiz həmin yerdən  bir az o tərəfdədi. Mən onu gözümlə gördüm.  O hisslər nə idi, məndə anlamadım. Sərhəddə yazılıb ki, “olmaz, keçmək təhlükəlidi”.

 

Yəni öz torpağına getmək niyə bu qədər əlçatmaz olsun ki?!..

 
 

- Bəlkə dünyanın tanınmış futbolçularına müraciət edib onları kəndinizə aparasınız. İşğal altında olan kəndinizə. Belə bir fikir keçibmi beyninizdən?

 

- Elə bir fikrim heç zaman olmayıb. Düşünmürəm ki, xarici futbolçularda belə maraq olsun. Açığını deyim, heç vaxt marağımda olmayıb. Münasibət olaraq hansısa bir idmançıyla münasibətimiz varsa, bu, real ola bilər, mənim dəyər verdiklərimə dəyər verər, hörmətlə yanaşar.

 

Amma tanımadığımız  futbolçularla bu ideyanın paylaşılması real görünmür. Münasibətimiz olanlarla bu işi görmək olar.

 

- Sadəcə bunu kampaniya şəklinə salmaq olar. İstər idmançılar,  istərsə də sənətçilər olsun. Onlar çox vaxt belə kampaniyalara qoşulurlar və xalqı arxalarınca  apara bilirlər.

 

- Bu kampaniyanın razılığı asan bir şey deyil. Çünki bu kampaniya hansısa bir məktəbə, hansısa təhsil ocağına, hansısa bağçaya ziyarət deyil. Bu kampaniya xüsusi bir işdir. Əslində, bir təkilif olaraq çox yaxşıdır. Gələcəkdə etmək olar.

 

- Məsələn, sən idmanla məşğulsan, futbol oynayırsan. İndiki uşaqlar arasında sənin kimi olmaq istəyənlər də az deyil. O uşaqların içində vətənə sevgini hiss edə bilirsən? Balaca Qaralar varmı onların içində?

 

- Düşünürəm ki, uşaqların Qarabağ anlayışı, tərbiyələri, davranışları ,cəmiyyətdə özlərini aparmaları ailədən gəlir. İdmançı olaraq düşünürəm ki, lazım olanı uşaqlara verə bilirəm.

 

Olub ki, qarşısına çıxdığım uşaq ağlayıb. Qucaqlamışam. Məncə onu vermişik, artıq o uşaqlar Qarabağın parçası olmağı çox istəyirlər, “Qarabağın oyunçusu olaq, Qarabağda oynayaq, Qarabağın oyunçuları ilə görüşək” kimi idealları var.

 


 

- Klubunuzun digər üzvlərinin də Qarabağ məsələsində fikirləri maraqlıdır.

 

- İşçilərimizdən tutmuş klubumuzun rəhbərinə qədər hər kəs bu fikirdədir. Hər kəs bu adın önəmini dərk edir. Bütün komanda yoldaşlarım məsələ, Rəşad, Maksim, Araz, Mahir və digərləri bu məsələlərə ciddi yanaşır.

 

Bir az obrazlaşdırsaq, artıq biz idmançı deyilik. Biz idmançılıqdan çıxmışıq. Biz özümüzü cəmiyyətdə idmançı kimi aparmırıq.  Biz Qarabağın təbliğatçısı, Qarabağın əsgəri, Qarabağın fəhləsiyik.

 

Eyni zamanda,  klubumuzun  prezidenti də  bu məsələlərə xüsusi önəm verir. Gələn oyunçularımıza da  birinci görüşlərimizdə Qarabaq nədir, Qarabağ hansı klubdur, Qarabağ hansı regiondu, Qarabağın əhəmiyyəti, Qarabağın cəmiyyətdəki rolu, Qarabağın oyunçularının cəmiyyətdəki rolu təbliğ olunur. Bizim komanda yoldaşlarımız da  bunları bilir. Bu məsələlər bizim üçün dəyişməz bir kodeksə çevrilib. Sizə bir söz deyim.

 

Əynimdəki formanın arxasında Qarabağ yazılırsa, deməli mən Qara deyiləm. Biz Qarabağ olduq deməkdir.

 
Oxşar xəbərlər
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?