Xəbər lenti
07/04/2020 [00:39]:
Türkiyəli deputat koronavirusa yoluxdu
07/04/2020 [00:36]:
Ağdaban faciəsindən 28 il ötür
07/04/2020 [00:25]:
Koronovirusu hazırlayıb Çinə satan alim həbs edildi - SON DƏQİQƏ
07/04/2020 [00:20]:
Bu gün açılan müəssisədə tibbi maskalar belə istehsal olunur - VİDEO
06/04/2020 [23:56]:
Azadlıq Aşiqi - Ələkbər Talıbov
06/04/2020 [23:52]:
İngiltərənin Baş naziri reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırlaşıb
06/04/2020 [23:50]:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu esse müsabiqəsi elan etdi
06/04/2020 [23:35]:
Paşinyan Sarkisyanla Xaçaturovdan gileylənib – “Çağırışa gəlmirlər”
06/04/2020 [23:25]:
Çernobılda yanğın törədən şəxs saxlanıldı
06/04/2020 [23:00]:
Rusiyada küçələr koronavirusa görə belə dezinfeksiya olunur - VİDEO
06/04/2020 [22:57]:
Koronavirus özünə yeni "müttəfiq" tapdı: Mütəxəssislərdən şok xəbərdarlıq...
06/04/2020 [22:45]:
İlham Əliyev fərqi, Azərbaycan örnəyi...
06/04/2020 [22:42]:
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
06/04/2020 [22:39]:
Azərbaycanlı tələbə prezidentlərin çağırışlarına qoşuldu
06/04/2020 [22:22]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
06/04/2020 [22:17]:
Səfir: "Yunanıstandakı azərbaycanlılar arasında koronavirusa yoluxan yoxdur"
06/04/2020 [22:09]:
Fransada bir gündə 800 nəfər koronavirusdan öldü
06/04/2020 [21:51]:
ABŞ-da pandemiya qurbanlarının sayı 10 mini ötdü
06/04/2020 [21:48]:
Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü
06/04/2020 [21:15]:
“Mənim borcum bu mütəqəlqəl zamanda yolunu azanları Allah yoluna dəvət etməkdir...”
06/04/2020 [21:04]:
"Sizdən istəyim bu yazdıqlarımı Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə çatdırmağınızdır"
06/04/2020 [20:59]:
"Prezidentin əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək"
06/04/2020 [20:53]:
Türkiyədə maska pulsuz paylanacaq, Atatürk hava limanında xəstəxana tikilir
06/04/2020 [20:49]:
Qohum dəfnində iştirak etmək üçün 23 min SMS göndərilib
06/04/2020 [20:46]:
Çernobıl yanır, radiasiya ətrafa yayılır - VİDEO
06/04/2020 [20:44]:
ARB-nin yeni direktorunun adı bilindi
06/04/2020 [20:33]:
Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanıldı
06/04/2020 [20:32]:
Neftçalada kollektorda batan ata və oğlunun meyiti tapıldı - YENİLƏNİB
06/04/2020 [20:29]:
Polis karantin qaydalarını pozan şəxsi öldürdü...
06/04/2020 [20:24]:
İtaliyada pandemiya qurbanlarının sayı 16,5 mini ötdü
06/04/2020 [20:15]:
Çində karantin qadağaları azaldı, insanlar küçələrə axışdı - FOTO
06/04/2020 [20:11]:
Karantin dövründə özünə toy edən cütlük bölməyə aparıldı - FOTO+VİDEO
06/04/2020 [20:10]:
MTRŞ-in yeni sədri kimdir? - DOSYE
06/04/2020 [20:04]:
Koronavirusdan qorunmaq üçün baxın nə etdi - MARAQLI... + VİDEO
06/04/2020 [20:04]:
UEFA Çempionlar Liqasının qalibi müəyyənləşdi
06/04/2020 [19:59]:
Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar paylayır
06/04/2020 [19:57]:
Dünya dövlətlərinin aldıqları qızılın miqdarı bəlli olub
06/04/2020 [19:57]:
Normadan artıq ərzaq almaq QADAĞAN OLUNDU
06/04/2020 [19:51]:
Çindən sonra ilk dəfə burada plazma müalicəsinə başlanıldı - MARAQLI
06/04/2020 [19:49]:
Operativ Qərargah saxta sənəd verən qurumlara xəbərdarlıq etdi
06/04/2020 [19:41]:
“Azərbaycanımız üçün çox vacib olan daha bir məsələ çox qısa zamanda həllini tapdı”
06/04/2020 [19:36]:
“Harri Potter”in yazarı koronavirusa yoluxub
06/04/2020 [19:34]:
Abşeron dairəvi dəmir yolunda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilib
06/04/2020 [19:31]:
Koronavirusdan qorxan adamdan ilginc qorunma üsulu - MARAQLI... + VİDEO
06/04/2020 [19:29]:
Bu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır
06/04/2020 [19:28]:
ADP-dən hökumətə çağırış: Onların sərbəst hərəkətinə icazə verilsin...
06/04/2020 [19:27]:
“Onların içərisində ömürlük həbs edilən 2 nəfər də var”
06/04/2020 [19:24]:
Milli Bankın 16 əməkdaşı koronavirusa yoluxdu - Gürcüstanda
06/04/2020 [19:14]:
Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım”
06/04/2020 [19:13]:
Hacı Əbdül Yasamalda torpağa tapşırıldı – Prezident və xanımı adından əklil...-FOTOLAR
06/04/2020 [19:11]:
"Mövcud vəziyyət təkcə “OPEC+” koalisiyasının deyil, hər kəsin töhfəsini tələb edir"
06/04/2020 [19:02]:
Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah
06/04/2020 [18:52]:
"Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı
06/04/2020 [18:50]:
8103-lə bağlı ən çox verilən suallara CAVAB
06/04/2020 [18:39]:
“Onlar post-virus dönəmindən sonra da uzun müddət özlərinə gələ bilməyəcəklər”
06/04/2020 [18:30]:
"Əfv fərmanının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir"
06/04/2020 [18:23]:
"Tənha yaşlılar üçün dəstəyi gücüm yetən səviyyədə edirəm"
06/04/2020 [18:11]:
İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi - ADLAR
06/04/2020 [18:09]:
Koronavirus pandemiyasının pik nöqtəsinin tarixi müəyyənləşdi
06/04/2020 [17:50]:
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib
06/04/2020 [17:48]:
Harvard Universiteti ödənişsiz onlayn dərslər təklif edir
06/04/2020 [17:33]:
“Bu, “Qarabağ klanı” ilə hakimiyyətin mübarizəsinin təzahürüdür”
06/04/2020 [17:30]:
Əfv sərəncamı yaşı 65-dən yuxarı olan 176 məhkuma şamil olunub
06/04/2020 [17:19]:
Koronavirusu fürsətə çevirən bacılara polisdən müdaxilə... - VİDEO
06/04/2020 [17:10]:
Azərbaycanda pomidor ucuzlaşıb
06/04/2020 [17:09]:
Azərbaycanlı aktrisanın ayağı tutuldu - VİDEO
06/04/2020 [17:04]:
"Bu bəlaya qarşı mübarizə aparmaq ümumxalq işidir"
06/04/2020 [17:01]:
Sübahir Qurbanov əfv edilib
06/04/2020 [17:01]:
Azərbaycan İslam Partiyasının funksioneri əfv edildi
06/04/2020 [16:59]:
Əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin qrafikləri dəyişdirildi
06/04/2020 [16:58]:
Vidadi Zeynalov əfv edildi
06/04/2020 [16:56]:
Ölkədə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi hesabatlarının verilməsi müddəti uzadılıb
06/04/2020 [16:54]:
Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi - XİN
06/04/2020 [16:52]:
Koronavirusa qalib gələn yaşlı qadından pis xəbər - FOTO
06/04/2020 [16:49]:
MTN-in sabiq idarə rəisi əfv edildi...
06/04/2020 [16:48]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:47]:
ADY-dən eşitmə məhdudiyyətli insanlar üçün mühüm addım...- VİDEO
06/04/2020 [16:34]:
Nadir İsrafilov: “Talesiz dissertasiya işi, boşa gedən zəhmət” –XATİRƏ
06/04/2020 [16:34]:
İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu - FOTO
06/04/2020 [16:32]:
Azərbaycan Ordusunda karantin qaydalarına necə əməl edilir?
Bütün arxiv bir sırada
17/02/2020 [16:45] - Cəmiyyət - ( 829 dəfə baxılıb)

Ucqar kənd müəllimi: -“Ayaqqabılarımızı məktəbdə qoyur, geriyə rezin qaloşla, çəkmə ilə gedirik”



Ucqar kənd müəllimi Faiq Şıxəlizadə: Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla, çəkmə ilə gedirik
 
Lənkəranın ən ucqar kəndlərindən birində coğrafiya müəllimidir. Hava şəraiti, düşüncə fərqliliyi onu incitsə də, təhsilli uşaqlar yetişdirməyi özünə borc bilir. Məqsədi öz düşüncələrini şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir. Müsahibimiz kənd müəllimi Faiq Şıxəlizadədir.
 
Faiq Lənkəranda anadan olub. Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasını bitirib. Hərbi xidməti bitirdikdən sonra MİQ (Müəllimlərin işə qəbul) imtahanı ilə Lənkəranın ən ucqar kəndi Türkəncil kənd orta məktəbində coğrafiya müəllimliyinə təyinat alıb.
 
Kənd rayon mərkəzindən 47 km aralıda və 1200 metr yüksəklikdə yerləşir. Müəllim deyir ki, maşınlar qış aylarında kəndə gedə bilmir. Vacib hallarda xüsusi maşınlardan istifadə edirlər. Müsahibimiz də gedib-gəlməkdə çətinlik çəkdiyi üçün kənddə kirayə evdə yaşayır.
 
Faiq müəllim deyir ki, imtahanlardan yaxşı nəticə toplasa da, könüllü şəkildə dağ kəndi məktəbini seçib. Düşünür ki, müəllim öz rahatlığı üçün deyil, təhsil vermək, ehtiyacı olana faydalı olmaq üçün çalışmalıdır: "Müəllimlik müqəddəs sənətdir. Mən də ilkin mərhələdə kənd məktəbini seçdim ki, ixtisasımın çətinliyini dərk edim. Kəndlərdə müəllimlərə daha çox ehtiyac var. Şəhər məktəblərində isə şagirdlərin çətinliyi olmur. Əslində oranı seçənə qədər necə kənd olduğu, şəraiti barədə məlumatım az idi. Sadəcə, ucqar kənd olduğunu bilirdim. İnternetdə araşdıranda yazılmışdı ki, asfalt çəkilib. Düşündüm ki, rahat gedib-gələcəm. Lakin infrastruktur imkan vermədiyi üçün asfalt sadəcə işlək yola çəkilib. Qeydiyyat zamanı da direktorla söhbət etdik. Direktor dedi ki, hər gün geri qayıtmaq mümkün olmayacaq. Kəndə ilk dəfə gedəndə, bizim maşın yolun yarısında dayandı. Yol yox idi. Kənddə qalmalı olduq”.
 
 
"Şəhərdən gələn müəllim ümid işığı idi”
 
Həmsöhbətimiz deyir ki, kənddə müəllimə hörmət edir, xilaskar hesab edirlər: "İlk dəfə sinfə girəndə şagirdləri çox sevdim, ədəb-ərkanlı idilər. Həm də fərqli yerdən gələnlərə qəribə baxışla baxırdılar. İstər valideynlər, istərsə də şagirdlər üçün şəhərdən gələn müəllim ümid işığı idi. Məktəbə gedəndə yolda tanıyan-tanımayan hər kəs o qədər doğma salam verirdi ki... Kənddə şagirdlər kənd təsərrüfatı ilə məşğul olur, qayğını ancaq məktəbdə görürdülər. Kəndin şagirdləri də zəhmətkeşdirlər. Səhər məktəbə gəlir, dərsdən çıxıb işləməyə gedir, axşam dərsini öyrənir, səhər yenə də məktəbə gəlirlər. Müəllimdən qayğı gördükdə, məktəbə gəlməyə can atırlar”.
 
Faiq uşaqlıqdan müəllim olmaq istəyib. Deyir ki, uşaqlıqdan müəllimlərində gördüyü yaxşı xüsusiyyətləri özündə cəmləyib ki, gələcəkdə şagirdlərinə aşılasın: "Şagird olduğum dövrdən bu peşəyə marağım, sevgim var idi. Müəllimlərimə baxır, hər müəllimdən yaxşı xasiyyət götürürdüm. Deyirdim, müəllim olsam, bunu tətbiq edəcəm. Yaxud özümə xoş gəlməyən hansısa müəllimin hərəkətlərini gələcəkdə etməyəcəyimə qərar verirdim. Daha sonra kurs müəllimimdən motivasiya aldım. İdealım idi ki, mən də belə müəllim olacam. Şagirdlərə yorulmadan izah edəcəm. Artıq universitet illərində daim araşdırır, öyrənir, bildiklərimi kiməsə öyrətmək istəyirdim. Ucqar kəndə də gəlməkdə məqsədim o idi ki, şagirdlərin dünyagörüşlərini inkişaf etdirim, həyata baxış tərzlərini dəyişim. Həm onların, həm də öz xalqımın gələcəyini arzuladığım kimi görmək istəyirdim. Bunun da özəyi, əsası şagirddən və müəllimlikdən başlayır. Gələcəyi ancaq müəllimlər dəyişə bilər. Mən də düşünürdüm ki, şagirdlərə örnək olacam. Məqsədim öz düşüncələrimi şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir”.
 

 
"6-cı sinifdə oxuyur, amma xarici ölkə anlayışı yoxdur”
 
Faiq müəllim ilk dərs günü təəssüratlarını bizimlə bölüşdü. Deyir ki, şagirdlərin dünyagörüşlərinin zəif olması onu incidib: "6-cı sinfin şagirdlərinə sual verdim ki, hansı xarici ölkədə olmusunuz? 3 nəfər əlini qaldırdı. Biri dedi ki, Lənkəranda olmuşam. Mənə çox təsir etdi. 6-cı sinifdə oxuyur, amma xarici ölkə anlayışı yoxdur. 8-ci siniflər saat anlayışını bilmirdilər. Rəngləri belə ayıra bilmirdilər. Bu məni çox təəccübləndirirdi. Sistem dəyişdiyi üçün indiki şagirdlərin dünyagörüşü çox fərqlidir. Qızlar da təhsil almağa can atır. Amma ilk günlər bu hallar məni məyus etmişdi. Sonra başa düşdüm ki, bu insanlar meşədə qoz, palıd yığır, evdə təsərrüfatla məşğul olur, səhər yenə durub məktəbə gəlirlər. Məktəbdə də yorğun olurlar. O qədər kompleksli olurlar ki, müəllimlə söhbət etməkdən çəkinirlər. Mən çalışırdım ki, onlarla dərsdən əlavə ünsiyyət qurum. Başa düşmədikləri mövzuları soruşmurdular, sual verməkdən qorxurdular. Bu günün çox sual verən şagirdi gələcəyin biliklisidir. Onlara azadlıq verəndə qəribə olurdular. Sonra imkan yaradırdım ki, özləri dərs keçsinlər. Öyrəndiklərini öyrədirmiş kimi danışırdılar. Tədbir nədir - bilmirdilər. Çox utancaq idilər. Qarşıma məqsəd qoymuşdum ki, onları dəyişəcəm və dünyagörüşlü, özlərini ifadə edə bilən uşaqlar yetişdirəcəm. Onlarla qartopu oynayırdım. Bütün müəllimlər mənə qəribə baxırdılar. "Uşaqsan, qartopu oynayırsan?” deyib gülürdülər. Müəllimlər müəllim otağında olanda, mən şagirdlərlə vaxt keçirirdim ki, yanımda sərbəst olsunlar. Şagirdlərdə etiraz anlayışı yox idi. Hər şeylə razı idilər. "Yox” deyə bilmirdilər. Artıq 3 ildir ki, orada işləyirəm. Şagirdlərimi komplekssiz görmək məni sevindirir. Az da olsa, istədiyimə nail oluram”.
 
"Toy üçün paltarı ağ-qara rəngdə alın ki, məktəbə də geyinə biləsiniz”
 
Müəllim işindən zövq alsa da, ucqar kənddə yaşamağın müəyyən çətinlikləri var. Deyir ki, evdən məktəbə rezin qaloş, çəkmə ilə gedir: "Hündürlükdə olduğumuz üçün təzyiqlə bağlı problemlər yaşayırıq. Havaya öyrəşmək problemimiz olur. Soyuğa dözümüm yoxdur. Biz şəhərdən gələn müəllimlər çox qalın geyinirik, amma daim üşüyürük. Şagirdlər isə qısaqol paltarda gəzirlər, onlar soyuğu hiss etmir. Kəndə qaz çəkilmədiyi üçün odun sobası yandırırıq. Külək əsəndə, soba tüstü verir. Yol problemi var. Məsələn, yağış, ya qar yağanda palçıq olur. Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla, çəkmə ilə gedirik. Məktəbdə ayaqqabını geyinib sinfə daxil oluruq. Məktəbdə istilik sistemi çox zəifdir. İndi təzə məktəb tikilib, "kombi” var, amma qaz olmadığı üçün işıqla işləyir. İşıq da zəif olduğu üçün yaxşı qızdıra bilmir. Valideynlərlə bağlı da çətinliklərimiz olur. Valideynlərin düşüncə tərzi çox fərqlidir. Məsələn, mən imtahan keçirirəm. İmtahanda nəticəsi normal olana hədiyyələr verirdim. Kimin ki uşağı az bal toplayıb, narazılıq edirdi ki, mənim uşağım yaxşı cavab verib. Bu il təzə məktəb tikildi. Şagirdlərin maddi vəziyyəti çox zəif idi. Facebook səhifəmdə kampaniya başlatdım ki, çantası, dəftər-qələmi olmayanlara yardımı etsinlər. Özüm də öz maaşımla alırdım, amma hamıya verə bilmirdim. Kampaniyamıza qoşulanlar oldu və qələmlər, dəftərlər yığdıq. Maddi vəziyyəti zəif olanlara payladıq. Məsələn, valideyn məktəbə zəng edirdi ki, məktəbə dəftər, çanta gəlib, mənim uşağıma da verin. İzah edə bilmirdik ki, bu, imkanı zəif olanlar üçündür. Özü də deyirdi ki, mənim almağa imkanım var, amma bu, məktəbə gəlibsə, mənim də uşağıma verin. Geyimlə bağlı çətinliklər var. Məktəbli forması yoxdur və almağa çətinlik çəkirlər. Rəngarəng geyinib məktəbə gəlirlər. Hətta bəziləri toy üçün aldığı paltarı məktəbə geyinmək məcburiyyətindədir. Təbliğat aparırıq ki, toy üçün paltarı ağ-qara rəngdə alın ki, məktəbə də geyinə biləsiniz”.
 

 
"Qızlar ailə qurur, həyatlarını təsərrüfata həsr edirlər”
 
Ucqar kənd məktəblərinin ən böyük problemlərindən biri də qız uşaqlarının təhsildən yayındırılmasıdır. Faiq müəllim deyir ki, ilk günlər kənddə təhsilli qızlar yox dərəcəsində imiş: "Qız uşaqlarının təhsili ilə bağlı çox əziyyət çəkdik. Bir ingilis dili müəllimi gəlmişdi və deyirdi ki, mən imkan verməyəcəm, qız uşaqlarını oxutmasınlar. Hətta valideynlərlə də narazılıqları olmuşdu. Amma yenə də bununla baş etmək çətindir. Məsələn, burada 9-cu sinfə qədər oxuyurlar. Sonra ən pis halda, kollecə getməlidir. Qızları evdən buraxmırdılar. 9-a qədər oxuyur, sonra ailə qururdular. İndi vəziyyət nisbətən dəyişib. Hətta əvvəllər kənddə həkim olmaması səbəbindən dünyasını dəyişənlər olurdu. Kənddə tibb bacısı yox idi. Bir tibb işçisi var idi, o da 3 kəndə baxırdı. İzah edirdik ki, öz müəllimləriniz, həkimləriniz olmalıdır. Buraya gələn müəllimlər əbədi qalmırlar. Qadınlar xəstələnəndə, kişi həkimə iynə vurdurmursunuzsa, bəs nə üçün qızlarınızı oxutmursunuz? Əvvəl qəribə baxırdılar. Amma şükür ki, bu il 3 qız qəbul imtahanına getdi. Biri kollecə qəbul oldu, oxuyur. Digəri kollecə qəbul olsa da, imtina edib, universitetə hazırlaşır. Üçüncüsü isə pulluya düşdüyü üçün oxumadı. Bu çox sevindiricidir. Biz buna nail olduq. Onlara pulsuz hazırlıq keçirdik. Hətta coğrafiya müəllimi ola-ola, riyaziyyatdan, Azərbaycan dilindən hazırlaşdırmağa çalışırdım. Kənddə ingilis dili bilən yox idi, əziyyət çəkirdilər. Mən də özüm evdə oxuyub onları hazırlaşdırırdım. Hər fəndən bacardığım qədər dəstək olmağa çalışırdım. Çünki qızlar tez ailə qurur və ailə qurduqdan sonra həyatlarını təsərrüfata həsr edirlər”.
 
Sonda həmkarlarına səslənən Faiq bildirdi ki, ucqar kənddə dərs deməkdən çəkinməsinlər. Çünki məhz belə kəndlərdə müəllimlərə ehtiyac var: "Müəllimlərə kənd əhalisi həddən artıq dəstək olur. İstəyirlər orada qalaq, təhsil verək. Şagird var idi, valideynini məcbur edirdi ki, Faiq müəllimi qonaq çağıraq. Hətta kirayə qaldığım evdə ödənişi götürmürdülər. Evimin ödənişini məcbur ödəyirdim. Xoş o müəllimin halına ki, ucqar yerdə dərs keçir. Çünki ordakı şagirdlər müəllim sevgisini görür”.(azedu.az)

"Sizdən istəyim bu yazdıqlarımı Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə çatdırmağınızdır"
Koronavirusdan qorunmaq üçün baxın nə etdi - MARAQLI... + VİDEO
Çindən sonra ilk dəfə burada plazma müalicəsinə başlanıldı - MARAQLI
“Azərbaycanımız üçün çox vacib olan daha bir məsələ çox qısa zamanda həllini tapdı”
Koronavirusdan qorxan adamdan ilginc qorunma üsulu - MARAQLI... + VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Mənim borcum bu mütəqəlqəl zamanda yolunu azanları Allah yoluna dəvət etməkdir...”
Dünya
Polis karantin qaydalarını pozan şəxsi öldürdü...
Cəmiyyət
“Onların içərisində ömürlük həbs edilən 2 nəfər də var”
Dünya
İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu - FOTO
Cəmiyyət
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edən siyasi və ictimai xadimlər - SİYAHI
Yazar
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Adamları XOFLANDIRAN koronavirus yox, STATİSTİKADIR...”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
"Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək" - POLİTOLOQ...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247