“İrəvanda erməni dilində bir müddətxa0 ali təhsil alarkən əmin oldum ki…”xa0
9321
17 Feb 2020 | 19:46

“İrəvanda erməni dilində bir müddətxa0 ali təhsil alarkən əmin oldum ki…”xa0

Azərbaycanın tanınmış ictimai xadimlərindən biri olan sabiq deputat, Qərbi Azərbaycanın Basarkeçər mahalında doğulmuş Maksim Musayev işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendəki son təhlükəsizlik konfransı çərçivəsindəxa0 Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi Qarabağ diskusiyasındakı sərsəm çıxışları ilə bağlı ona açıq məktub ünvanlayıb.xa0
Moderator.az aktuallığını nəzərə alıb həmin materialı nəzərinizə çatdırır:

“Nikol, sən hakimiyyətə necə piyada gəldinsə, elə də piyada gedəcəksən. Öz xalqına kələkbazlıq etməyin bəs deyilmiş kimi, sən Avropada mənim millətim barədəxa0 yalan danışıb insanları çaş-baş salmağa çalışırsan. Abır-həyan yoxdur. Sən Azərbaycanxa0 Prezidenti cənab İlham Əliyevlə fevralın 15-də keçirilmiş Münhen təhlükəsizlik konfransındaxa0 ölkəmiz, o cümlədən onun ayrılmaz parçası olan Qarabağ barədə yalan və saxta sözlər deməkdən çəkinmədin. Utanmazcasına qeyd elədin ki, bu regionda heç vaxt azərbaycanlılar olmayıb, burada yalnız ermənilər və gürcülər yaşayıb. Sən həyasızcasına deməsəydin ki, mənim millətim, yəni azərbaycanlılar bu regionda yaşamayıb, mən də bu məktubu sənə ünvanlamazdım. Çünki özümə sığışdırmıram və layiq bilmirəm ki, sənin kimi şərəfsiz, araqarışdıran və rüsvayçı bir məxluqa məktub yazım. Erməni xalqını yaxşı tanıdığım üçün deyə bilərəm ki, sən mələk libasına bürünüb öz millətinə və buxa0 regiona bir bəla olaraq gəlmisən. Fəxrlə deyirsən ki, oğlun Aşot Dağlıq Qarabağdaxa0 könüllü hərbi xidmətə gedib. Məgər Dağlıq Qarabağ Ermənistan torpağıdır? Beş-on gündən bir də işğal altındakı Azrbaycan torpaqlarına gedib ağlına gələni danışırsan. Xətalı sözlərin və siyasi savadsızlığın o həddə çatıb ki, deyirsən, Dağlıq Qarabağ Ermənistandır. Dəlixanadanxa0 qaçan erməni də belə söz deməz...xa0

İşğalçı olduğunuzu təsdiqləyirsən və guya lider olmağınla qürrələnirsən... Bəli, Münhendəkixa0 fikirlərin sübut etdi ki, sən xalqın yox, Ermənistan boşboğazlarının liderisən. 2020-ci ilin fevral ayının iki həftəsi ərzində 7 əsgərin intihar etməsi səninxa0 hansı səviyyədə lider olduğunun göstəricisidir. Ermənistanın yaramaz hakimiyyəti iki xalqı əbədi düşmən edib. Onun günahkarlarındanxa0 biri də sənsən...

Rüsvayçı və qərəzli fikirlərinə cavab olaraq sənə onu da başa salmalıyam ki,xa0 azərbaycanlılar hazırda “Ermənistan” adlandırılan ərazinin və ümumiyyətlə, Qafqaz regionunun ən qədim xalqlarındandır və sayca da çoxdurlar.xa0xa0

Nikol, sənə məsləhət görürəm ki, Matenadarandakı erməni əlyazmalat fondundakı tarixi materiallarla yaxşı tanış olasan... Bilirəm ki, normal ali təhsil ala bilməmisən, ona görə də düşüncə tərzində çətinliklər olur. Tövsiyə edərdim ki, Yerevan dövlət unversitetinin müəllimlərindən bu barədə dərs alasan. Hərçənd,xa0 hakimiyyətə gələn kimi həmin universitetə divan tutdun...xa0

Mən İrəvanda erməni dilində bir müddət ali təhsil alarkən əmin oldum ki, erməni müəllimlər arasındaxa0 Qafqaz, Azərbaycan, onun Qarabağ bölgəsi, Ermənistan və Gürcüstan haqda əsl gerçəklikləri bilən vicdanlı və savadlı olanları var. Zənnimcə, onlar sənə Azərbaycan xalqının formalaşma tarixindən də yaxşı dərs verə bilərlər. Tarixçilər sənin savadını artıra bilməsələr, o zaman öz timsalımda səni başa salmalı olacam...
Mən sovet dövründə hazırda ermənilərin “Vardenis” adlandırdıqları azərbaycanlıların çoxluq təşkil etdiyi Basarkeçər rayonundaxa0 anadan olmuşam. Daha çox indi “Ararat” adlananxa0 Vedi rayonunda müxtəlif vəzifələrdə işləmişəm. Atam Talıb kişi 1908-ci ildə indi “Gekarkunik” adlanan Göyçə mahalının Hüseynquluağalı kəndində doğulub. Talıb Musayev Ermənistan SSR Ali Sovetinin sədr müavini – vitse-spikeri vəzifəsinədək yüksəlib. Babam Qurban kişi də 1860-cı illərdə həmin kənddə doğulub. Atamın babaları da hazırda "Ermənistan" adlandırılan ərazidə dünyaya göz açıblar. Yənixa0 mənim babalarımın əsrlərlə o torpaqlarda – Qərbi Azərbaycanda yaşadıqları faktdır. Bununla səni anlatmağa çalışıram ki, bir daha “Azərbaycan xalqı bu regionda yaşamayıb” kimi qələtlər etməyəsən...xa0

Nikol, bədbəxtsən ki,xa0 Ermənistanın yaxın tarixinixa0 də doğru-dürüst bilmirsənxa0 və mənim xalqımın mövcudluğunu da danırsan. Anlamırsan ki,xa0 “Ermənistan” adlanan qədim torpaqlarımızda tarixən yüz minlərlə, milyonlarla azərbaycanlı yaşayıb. Təkcə 1940-cı ildə Ermənistanın 6 rayonunda 1-ci katiblər, yəni rayon rəhbərləri, 7 rayonda Sovetlərə başçılıq edənlər, 4 rayonda prokurorlar, 9 rayonda ikinci katiblər azərbaycanlılar olub. 8 rayondaxa0 Azərbaycan dilində çoxtirajlı qəzetlər nəşr edilib.xa0

Nikol,xa0 Münhendə beynəlxalq ictimaiyyət qarşısında özünü rüsvayçı baş nazir kimi tanıtdın.xa0 Sənin saxtakar, savadsız və yalançı olduğuna çoxmillətlixa0 Qafqaz ictimaiyyəti də bir daha əmin oldu. 50 milyonluq dünya azərbaycanlıları barədə məlumatsız olduğuna görə yazıqsan. Piyadasanxa0 və hələ də çarıqda addımlamaqdan əlxa0 çəkə bilmirsən. Mənim millətimə qarşı bu davranışın faşist əqidəsi ilə üst-üstə düşür.xa0 Ayıl və bir daha belə qələtlər eləmə...xa0xa0

İndi “Ermənistan” adlanan qədim Qərbi Azərbaycan torpaqlarının sakini, Azərbaycan parlamentinin bir neçə çağırış deputatı olmuş Maksim Musayev”.

Link kopyalandı!
Son xəbərlər