Xəbər lenti
06/04/2020 [04:39]:
Maska qıtlığı əsgərlərlə həkimləri üz-üzə qoydu: Kimin həyatı daha qiymətlidir?
06/04/2020 [03:51]:
“Onunla zarafat etməyin: O, heç kimə güzəştə getmir, hətta onu yaradana da!”
06/04/2020 [01:44]:
"Bəzən media nümayəndələri bunu tam dərk etmir və ya PR üçün dəyərlərdən vaz keçir"
06/04/2020 [01:21]:
"Vaksin yaradılıb sənaye istehsalına buraxılına qədər virus canlı aləmi tərk edəcək!"
06/04/2020 [00:41]:
Koronavirusla mücadiləyə fədakar dəmiryolçuların daha bir töhfəsi...
06/04/2020 [00:25]:
TƏBİB xəbərdarlıq edir: “Bir yoluxma halı 60-a yaxın insanı yoluxdurur”
06/04/2020 [00:20]:
48 saat içində COVID-19-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
06/04/2020 [00:07]:
Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinə verilə bilər - Ermənilərin özü tərəfindən...
06/04/2020 [00:06]:
Koronavirus xəstələrinin adı niyə açıqlanmır? - TƏBİB-dən cavab
06/04/2020 [00:03]:
Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ
05/04/2020 [23:33]:
"Real" 7 futbolçusunu satır
05/04/2020 [23:20]:
“Evimdəyəm, səhhətim də əladır, yalan, böhtan yazmaq olmaz, ayıbdır...”
05/04/2020 [23:18]:
Fransada koronavirusdan ölənlərin sayı 8 mini ötüb
05/04/2020 [23:06]:
SMS-icazə ilə bağlı ən çox verilən sualların - Cavabları
05/04/2020 [22:38]:
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - FOTO
05/04/2020 [22:33]:
Dünyada koronavirus qurbanlarının sayı 62 mini ötdü
05/04/2020 [22:11]:
QHT Şurası Koronavirusla mübarizə üzrə İctimai Qərargah üzvlərinin siyahısını yaydı...
05/04/2020 [22:07]:
Azərbaycanda 80 yaşlı deputat karantinə alınıb? - AÇIQLAMA
05/04/2020 [21:38]:
Türkiyənin Müdafiə Nazirliyi: “Son bir ayda 80 terrorçu məhv edilib”
05/04/2020 [21:32]:
Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı
05/04/2020 [21:29]:
Koronaviruslu xəstə karantindən qaçıb 33 sərnişin olan avtobusa mindi...
05/04/2020 [21:11]:
Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu - FOTO
05/04/2020 [21:10]:
2-ci sinif şagirdindən karantin rejimini pozanlara poeziyalı çağırış – FOTO+VİDEO
05/04/2020 [20:52]:
GMO haqqında bunları bilirdinizmi?
05/04/2020 [20:35]:
"Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..."
05/04/2020 [20:34]:
Koronavirus dövrünün sevgisi – Qulu Ağsəsin şeiri
05/04/2020 [20:30]:
İtaliyada koronavirus qurbanlarının sayı 15,8 min nəfəri ötdü
05/04/2020 [20:28]:
UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi
05/04/2020 [20:26]:
Nyu-Yorkda bir gündə 600-ə yaxın insan koronavirusdan öldü
05/04/2020 [20:23]:
Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma... - Sınaqlara azı bir il vaxt lazımdır
05/04/2020 [20:03]:
Fondda 3-4 aylıq ehtiyatımız var, amma... - Operativ qərar verilməli!
05/04/2020 [19:55]:
Tamam Cəfərova koronavirusla bağlı Şamaxıda sosial layihə keçirib
05/04/2020 [19:50]:
Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb
05/04/2020 [19:43]:
"Onlar Mübariz İbrahimovun yarımçıq qalmış döyüş yolunu tamamladılar"
05/04/2020 [19:36]:
Azərbaycanda daha iki nəfər koronavirusdan vəfat etdi - RƏSMİ
05/04/2020 [19:33]:
İbrahim Tatlıses “Pablo Eskobar” rolunda - VİDEO
05/04/2020 [19:32]:
Teledərslərin aprelin 6-na olan cədvəli - FOTO
05/04/2020 [19:29]:
Test cavabı neqativ çıxdı, 8 saat sonra öldü
05/04/2020 [19:25]:
Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirib
05/04/2020 [19:23]:
Avropada yeganə davam edən futbol çempionatının yayım hüququnu alanların sayı artır
05/04/2020 [19:20]:
DYP: Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub
05/04/2020 [19:09]:
“Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən xəbərdarlıq
05/04/2020 [19:06]:
Peskov açıqladı: Putin hələ bir həftə belə işləyəcək
05/04/2020 [18:42]:
Gəncədə qadının əri tərəfindən yandırılmasının təfərrüatları məlum oldu
05/04/2020 [18:40]:
Xankəndində yenə ara qarışdı -  “seçki”lər əleyhinə mitinq keçirildi-...FOTO
05/04/2020 [18:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
05/04/2020 [18:30]:
ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü
05/04/2020 [18:26]:
Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR
05/04/2020 [18:23]:
Gəncədə qadın boşanmaq üzrə olduğu əri tərəfindən yandırıldı - VİDEO
05/04/2020 [18:17]:
Fəzail Ağamalı Türkiyədə soyuldu - FOTO
05/04/2020 [17:55]:
Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu
05/04/2020 [17:53]:
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə çağırış edildi
05/04/2020 [17:23]:
Türkiyə vaksinin ilk sınağını keçirdi
05/04/2020 [17:18]:
FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi - VİDEO
05/04/2020 [17:18]:
Daha bir ölkədə koronavirusa ilk yoluxma halı qeydə alındı
05/04/2020 [17:17]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - FOTOLAR
05/04/2020 [17:11]:
Almaniyada 91,7 min nəfər COVID-19-a yoluxub
05/04/2020 [16:20]:
İngiltərənin Baş nazirinə ikinci korona ŞOKU
05/04/2020 [16:10]:
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq” - Millət vəkili
05/04/2020 [16:07]:
“Hizbullah”ın komandiri öldürüldü
05/04/2020 [16:05]:
İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib
05/04/2020 [15:39]:
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
05/04/2020 [15:32]:
Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır - Polad Bülbüloğlu
05/04/2020 [15:24]:
Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
05/04/2020 [15:08]:
Rusiya razıdır: Əgər ABŞ da qoşularsa ...
05/04/2020 [14:35]:
Apteklərdəki spirtlə bağlı əhaliyə ciddi xəbərdarlıq
05/04/2020 [14:33]:
Karantin rejimini pozan Lənkəran sakini həbs edilib
05/04/2020 [14:31]:
Qorqudşünas Hüseynqulu Məmmədlinin pak məqsədləri barədə bir neçə söz
05/04/2020 [14:24]:
Karantin rejimi dövründə fermerlərin hərəkəti necə tənzimlənəcək? - VİDEO
05/04/2020 [14:22]:
İnsanlarımız xəstəxanalarda ölür – Pedro Sançes
05/04/2020 [14:19]:
Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb
05/04/2020 [14:16]:
Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb
05/04/2020 [13:46]:
İsgəndər Həmidovun vəfatından 40 gün keçdi - 40 mərasimi keçirilməyəcək...
05/04/2020 [13:42]:
Nobel mükafatı laureatı Pablo Nerudanın Ermənistan təəssuratları...
05/04/2020 [13:37]:
Loğman dövrü imiş...
05/04/2020 [13:32]:
Messi gələcək futbol ulduzlarının reytinqini tərtib etdi
05/04/2020 [13:27]:
Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alındı
05/04/2020 [13:26]:
Koronavirusa görə Daxili Qoşunlar Gəncə küçələrinə çıxarıldı - FOTO
05/04/2020 [13:18]:
5 ilin süjeti ortaya çıxdı: Korona belə hazırlanıb? - Video
05/04/2020 [13:16]:
Bu ölkədə maskalar pulsuz paylanır
Bütün arxiv bir sırada
18/02/2020 [10:34] - Siyasət - ( 3687 dəfə baxılıb)

"Müharibədən qaçmaq olmaz, onu yalnız təxirə salmaq olar" - İŞĞALÇI SƏKSƏKƏDƏ...



Münhen Təhlükəsizlik konfransında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan debat xarici ölkələrin, o cümlədən Rusiyanın da KİV-lərində müzakirə olunur. 

İşğalçı Ermənistanın hərbi müttəfiqi Rusiyanın politoloqlarının fikri, çıxardıqları nəticələr və proqnozlar bizim üçün də maraq kəsb edir. Bu baxımdan siyasi təhlilçi Vyaçeslav Mixaylovun fikirləri bütövlükdə Rusiyanın indiki siyasəti ilə üst-üstə düşür. Məqalədəki fikirlərin bəziləri heç də Azərbaycanın maraqlarına uyğun gəlməsə də, reallıqlardan xəbər verir və düşmənin arxasında dayanan qüvvənin mövqeyini bilməkdə fayda var. 

Moderator.az məqaləni tərcümə edərək kiçik ixtisarla təqdim edir:


“Müharibədən qaçmaq olmaz, onu yalnız gecikdirmək olar - düşməninizin xeyrinə. İtalyan mütəfəkkiri Nikkolo Makiavellinin bu tezisi təəssüf ki, Qarabağ münaqişəsinin həlli ətrafında mövcud reallıqlara aiddir. Azərbaycan və Ermənistan siyasi kompromisə çatmaq üçün heç bir ciddi ümid olmadan, danışıqlar naminə danışıqlar aparırlar. Tərəflər uzun müddətdir ki, münaqişə bölgəsində münasibətlərin danışıqlar masasında deyil,  yeni geniş miqyaslı hərbi yolla aydınlaşdırılması üçün açıq hazırlıqlar aparırlar.
Müharibənin düşmənin xeyrinə təxirə salınması Bakıda və İrəvanda fərqli başa düşülür. Ermənistan paytaxtında geniş yayılmış belə bir fikir formalaşıb ki, Azərbaycan ordusu silah gücünü artırır, zərbə sistemləri arsenalını uzaq və yüksək dəqiqliklə vuran silahlarla daha da çoxaldır, rəqib üçün ən gözlənilməz bir vaxtda ildırımsürətli əməliyyat keçirməyi planlaşdırır. Eyni zamanda bildirilir ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Silahlı Qüvvələri Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində gözlənilmədən hücum etmə qabiliyyətini itirib. Belə bir faktın konstatasiya edilməsinin əsasında, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) perimetri boyunca erməni qoşunlarının bütün müdafiə xəttinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi və cəbhə bölgəsində düşmən fəaliyyətinin dərin kəşfiyyat vasitələrinin yerləşdirilməsi barədə arqumentlər dayanır.
Bakıda da belə bir fikir yaranıb ki, müharibənin təxirə salınmasında erməni tərəfinin faydası kompleks hərbi-siyasi xarakter daşıyır. Bir tərəfdən, dördgünlük müharibədən sonra dörd il ərzində  Yerevan zərbə yumruğunu (“İsgəndər-E” operativ- taktiki raket sistemləri, “Smerç” yaylım atəşli reaktiv sistemləri və Su-30SM çoxhədəfli qırıcılar) xeyli dərəcədə möhkəmləndirə bilib. Digər tərəfdən, Cənubi Qafqazda və ona bitişik bölgələrdə mövcud vəziyyət nəzərə alınmaqla Rusiyanın KTMT müttəfiqinə dəstəyi artır. Belə ki, Azərbaycan getdikcə Yaxın Şərqdə Rusiya ilə "yumşaq" qarşıdurmasının hər dönəmində ənənəvi olaraq Qarabağa diqqəti artıran Türkiyənin köməyinə arxalanır. 
Məlumdur ki, hələ 90-cı illərdə Azərbaycanla Türkiyə arasında  Bakının Qarabağdakı hər hansı genişmiqyaslı döyüş fəaliyyətindən türk müttəfiqinin xəbərdar olması barədə  razılıq əldə edilib. Sonradan, bu razılaşma, Azərbaycanın Qarabağda "ərazi bütövlüyünü bərpa etmək" qərarı aldığı təqdirdə ortaq planların hazırlanmasına qədər bir sıra dəqiqləşdirici razılaşmalarla genişləndirilib.
Rusiyanın Cənubi Qafqazda yeganə hərbi müttəfiqi Ermənistandır və şərtlər tələb edir ki, ona uyğun dəstək verilsin. Amma, Azərbaycan da var və Rusiya heç bir şərtlə bu dövlətlə ikitərəfli münasibətləri dağıtmağa hazırlaşmır. Qarabağ münaqişəsi bölgəsində hər hansı geniş miqyaslı qarşıdurmada Rusiya həssas situasiyaya düşəcək və burda hansısa tərəfi tutma seçimi arzuolunmaz nəticələrə gətirib çıxaracaq.
Bu ərəfədə, 15 fevral günü Azərbaycan Prezidenti İlham Əliyev Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransının "meydanında" müzakirə zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə çıxaraq söhbəti tanış tezislə yekunlaşdırdı. Böyük Zaqafqaziya respublikası rəhbərinin fikrincə, ermənilər öz müqəddəratını təyinetmə hüquqlarını həyata keçirmək üçün Azərbaycanda deyil, dünyanın siyasi xəritəsində fərqli bir yer axtarmalıdırlar. Bundan əlavə, Azərbaycan lideri mərhələli sülh prosesinin "alternativsizliyinə" işarə edərək, İrəvanın irəli sürdüyü birdəfəlik nizamlama paketi modelini bir daha açıq şəkildə rədd etdi. Bakı DQR-nın gələcək siyasi statusu məsələsinə qərar vermədən dərhal və indi bir şey əldə etmək istəyir
Bakıda yüksək siyasi rəhbərlik tərəfindən dəfələrlə səsləndirilən bu ifadələr müasir makiavellizmə uyğundur. Danışıqlar üçün boş yer qoymurlar, münaqişənin həllini diplomatik müstəvidən münaqişənin yalnız hərbi "həll" sahəsinə çəkirlər.
Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağa hücum qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. Bunun üçün bu yazdan gələn ilin yayına qədər olan dövr uyğun gəlir. Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi və onların nəticələrinə əsasən, İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası  respublikanın qanunverici orqanında əksər yerləri saxladı. Ancaq bəzi seçki məntəqələrində təkrar seçkilər keçirilməlidir ki, bu da daha çox vaxt aparacaq. Bundan əlavə, Bakıda planlaşdırılan “hakimiyyət tranziti” nəzərə alınmaqla, Azərbaycan siyasi elitasının gələcək quruculuğuna daha çox müəyyənlik gətirmək tələb olunacaq. İyunun 12-dən sonra Avropa Futbol Çempionatının startı veriləcək. Dörd matçda Bakı ev sahibliyi edəcək və beləliklə Azərbaycanın "fürsət pəncərəsi" bağlanır və artıq növbəti payıza keçir.
2020-ci ilin baharı, Azərbaycanda hakimiyyətin gələcəyini aydınlaşdırmaq üçün mühüm mərhələ kimi görünür. Bu dövr Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasındakı qarşıdurma üçün daha da məsuliyyətli ola bilər. Martın 31-də eyni vaxtda DQR-də prezident və parlament seçkiləri keçiriləcək. Qarabağ hakimiyyətinin, Azərbaycan paytaxtında adlandırdığı kimi, "işğalçı rejim" in qarşısını almaq,  Bakı üçün cəlbedici bir fikirdir. Belə maneə üçün hərbi vasitələrin seçilməsi "bütün Azərbaycanda konstitusiya quruluşunun bərpası" adı altında həyata keçirilə bilər".

"Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir"
"Bütün günü insanları koronavirusdan qorunmağa dəvət edənlər özləri qaydaları pozurlar"
Tanınmış iqtisadçı alimdən koronavirusa görə hökumətə antibohran RESEPTİ...
“Kitablarımı oxusunlar” -Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
“Onunla zarafat etməyin: O, heç kimə güzəştə getmir, hətta onu yaradana da!”
Cəmiyyət
"Vaksin yaradılıb sənaye istehsalına buraxılına qədər virus canlı aləmi tərk edəcək!"
Cəmiyyət
GMO haqqında bunları bilirdinizmi?
Cəmiyyət
İsgəndər Həmidovun vəfatından 40 gün keçdi - 40 mərasimi keçirilməyəcək...
Dünya
Koronavirusun iki yeni simptomu ortaya çıxdı - Dad və qoxu itkisi...
Yazar
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
"Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək" - POLİTOLOQ...
15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... - Azərbaycanda şok əməl
Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu
Azərbaycanda ən çox koronavirus yayılmış rayonların SİYAHISI...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247