Xəbər lenti
03/04/2020 [20:30]:
Qənirə Paşayeva Qarabağ əlilləri üçün virusdanqoruyucu tibbi ləvazimatlar göndərdi
03/04/2020 [20:16]:
Xankəndidə kritik qərar! – Koronavirusa qarşı tədbir, yoxsa...
03/04/2020 [20:15]:
“Yaxın 1-2 ayda manatın məzənnəsində dəyişiklik gözlənilmir” - ekspert
03/04/2020 [20:13]:
Yaponiyada bir gündə 300-dən çox yoluxma qeydə alındı
03/04/2020 [19:56]:
Bakıda xəstəlikdən bezən kişi intihar etdi
03/04/2020 [19:42]:
Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı
03/04/2020 [19:39]:
İngiltərə Premyer Liqası barədə qərar verildi - RƏSMİ
03/04/2020 [19:39]:
ABŞ-da 24 saatda 921 nəfər koronadan öldü
03/04/2020 [19:38]:
Uşaqlığımın Kəlbəcəri...
03/04/2020 [19:36]:
"Belə çətin və qaranlıq durumdan çıxış yolu tapmaq üçün fövqəladə bir elmə ehtiyac var"
03/04/2020 [19:36]:
“Türkiyə COVİD-19-la mübarizədə bütün imkanlarını ortaya qoyub”
03/04/2020 [19:34]:
Koronavirus səbəbi ilə həyatını itirən 6-ıncı tibb işçisi oldu - FOTO
03/04/2020 [19:32]:
Koronavirus belə Putini dayandıra bilmir: Qələbə Günü paradına hazırlıq davam edir...
03/04/2020 [19:28]:
"Bu, onun torpaqlarımızın işğalda qalmasının əsas səbəbkarlarından biri olmasına dəlalət edir”
03/04/2020 [19:23]:
Maskalar yuyularaq təmizlənə bilərmi? - Mütəxəssislər açıqladı...
03/04/2020 [19:14]:
Rusiya baş naziri Meladzenin oxuduğu erməni mahnısına rəqs edib erməniləri də dəvət etdi - VİDEO
03/04/2020 [19:06]:
"Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik..." - Adil Əliyev
03/04/2020 [19:05]:
“Hamının koronavirus testindən keçməsinə ehtiyac yoxdur” - ÜST nümayəndəsi
03/04/2020 [18:58]:
Sevgilisi yanına gələ bilməyən qadın intihar etdi - Koronavirusa görə
03/04/2020 [18:57]:
Britaniyada bir gündə 684 nəfər koronavirusdan öldü
03/04/2020 [18:56]:
Köçəryan həbs yerinə qaytarıldı
03/04/2020 [18:55]:
DMX koronavirusla bağlı növbəti videoçarx hazırlayıb - VİDEO
03/04/2020 [18:48]:
Messinin şəxsi təyyarəsi məcburi eniş etdi
03/04/2020 [18:47]:
Daha bir ölkədə koronavirus xəstələrinin sayı 15 mini ötdü
03/04/2020 [18:46]:
“Brent” markalı neft bahalaşmaqda davam edir
03/04/2020 [18:43]:
Türkiyə NATO-nun ilk virtual konfransını yarımçıq tərk etdi
03/04/2020 [18:42]:
Koronavirusdan ölən anasına məzarda qovuşdu - Günün ən dəhşətli fotosu...
03/04/2020 [18:40]:
Aprelin 4-dən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır
03/04/2020 [18:39]:
Çin qələbəni dünyaya elan edəcək - Epidemiya sona çatdı
03/04/2020 [18:26]:
Karantindən qaçanlar "itkin düşmüş şəxslər" siyahısına əlavə ediləcək - SON DƏQİQƏ...
03/04/2020 [18:20]:
Le Pen: "Avropa hazırda Çindən asılıdır"
03/04/2020 [18:12]:
Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi
03/04/2020 [18:09]:
Qarabağdakı kriminal rejimin qara günləri – “İrəvan separatçılara kömək edə bilməyəcək...”
03/04/2020 [18:06]:
“Münaqişənin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir”
03/04/2020 [18:02]:
Fransada dəhşət: Meyvə-tərəvəz bazarı morqa çevrilir
03/04/2020 [18:00]:
Koronavirusu 15 saniyədə öldürən cihaz hazırlandı - MARAQLI KƏŞF
03/04/2020 [17:55]:
“Heç kim neftin belə sürətlə ucuzlaşacağını ağlına da gətirmirdi...” - EKSPERT
03/04/2020 [17:53]:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən onlayn rəsm müsabiqəsi keçiriləcək
03/04/2020 [17:53]:
Hamiləliyini gizlədən qadın körpəsini hamam otağında boğdu
03/04/2020 [17:53]:
"Çalışmalıyıq ki, əlimizdə olan məhdud resurslar parktik nəticələr verən layihələrə yönəldilsin"
03/04/2020 [17:51]:
Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO
03/04/2020 [17:44]:
Bakıya giriş-çıxışa nəzarət daha da GÜCLƏNDİRİLDİ
03/04/2020 [17:41]:
Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq – “papaların gül balalar”ı yola salınır
03/04/2020 [17:27]:
DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur
03/04/2020 [17:25]:
General: "Aprel döyüşləri və Günnüt zəfəri dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi" - VİDEO
03/04/2020 [17:22]:
Anbarları neftlə doldurmaq lazımdır - Lukaşenko
03/04/2020 [17:21]:
Rusiyada iki terror aktının qarşısı alındı
03/04/2020 [17:19]:
"Distant təhsilin arsenalı genişləndirilməlidir" - Etibar Əliyev
03/04/2020 [17:15]:
“Sağlam adamların tibbi maskalardan istifadəsinə ehtiyac yoxdur” - ÜST
03/04/2020 [17:12]:
“Zibil atmağa gedərkən SMS-lə icazə almağa ehtiyac yoxdur”
03/04/2020 [17:08]:
Niderlandda bir gündə 146 nəfər koronavirusdan öldü
03/04/2020 [16:52]:
Koronavirus xəstəsi: "Sanki çətin imtahana hazırlaşdığınızı hesab edin" - VİDEO
03/04/2020 [16:49]:
“Tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq” - BMT baş katibi
03/04/2020 [16:48]:
ADY: Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır
03/04/2020 [16:48]:
Pandemiya bitəndən sonra Çin dünyaya meydan oxumağa çalışacaq...
03/04/2020 [16:38]:
Səbəbsiz yerə evdən çıxan sürücü və sərnişinlər 100 manat cərimələnib
03/04/2020 [16:22]:
Millət vəkili: “Heç bir vətəndaş yardım prosesindən kənarda qalmayacaq"
03/04/2020 [16:12]:
Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”
03/04/2020 [16:08]:
İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı
03/04/2020 [16:06]:
İtaliyada Rusiya Müdafiə Nazirliyinin dəstəyi ilə yeni xəstəxana qurulacaq... -SƏBƏB...
03/04/2020 [16:06]:
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib
03/04/2020 [15:57]:
“Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı”
03/04/2020 [15:51]:
Rusiyanın ABŞ-a olan nifrəti Çinlə bağlı narahatlığından ağır gəldi – Koronalı siçan iddiası...
03/04/2020 [15:45]:
Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək - Prezident
03/04/2020 [15:39]:
"Özümü evdə əla hiss edirəm-  Məni narahat edən Kəlbəcərin unudulmasıdır...”
03/04/2020 [15:38]:
Deputat Türkiyədəki virus bəlasından danışdı: “Çox sərt tədbirlər görülür”
03/04/2020 [15:36]:
İcra başçısının müavini vəzifəsindən azad olundu və...
03/04/2020 [15:32]:
Məşhur tarzən Şəhriyar İmanov eyvanda canlı konsert verdi - VİDEO
03/04/2020 [15:30]:
“Ötən ömrə nəzər salmaq üçün az qala koronavirusun “atasına rəhmət oxuyacaqdım”, amma...”
03/04/2020 [15:28]:
“Bakı-Sumqayıt yolunun genişləndirilməsi zəruri idi”
03/04/2020 [15:15]:
Şahdağa 2 sm qar yağıb - FAKTİKİ HAVA
03/04/2020 [15:13]:
Bakıda məşhur müğənni karantinə belə aparıldı... - VİDEO
03/04/2020 [15:11]:
BMT əməkdaşı koronavirusdan öldü
03/04/2020 [15:09]:
İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı görülən işlərlə tanış oldu - YENİLƏNİB + FOTO
03/04/2020 [15:05]:
Karantin rejimini pozmağa görə cəzalar: cərimədən 5 il həbsə qədər
03/04/2020 [15:04]:
Azərbaycanda nazirdən yeni təyinat
03/04/2020 [14:23]:
Rusiyada son sutkada 601 nəfərdə koronavirus aşkarlanıb, dörd nəfər ölüb
03/04/2020 [14:23]:
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
03/04/2020 [14:22]:
Koronavirusdan ölən müsəlman necə dəfn olunmalıdır? - QAYDALAR
03/04/2020 [14:21]:
Əli Əhmədov: "Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır"
Bütün arxiv bir sırada
18/02/2020 [18:09] - Cəmiyyət - ( 1628 dəfə baxılıb)

“Baş redaktorların əksəriyyəti xəsisdir” - Moderator.az-ın köşə yazarı narazıdır...



Köşə yazarları müxtəlif sahələrlə bağlı fikir və düşüncələrini qəzet, jurnal və saytlarda bölüşən adamlardır. Dünyada elə köşə yazarları var ki, oxucular onların gündəmdəki məsələyə münasibətini səbirsizliklə gözləyir. Yəni, köşə yazarı oxucunun ən güvəndiyi mənbəyə çevrilə bilir. Onları mediada digərlərindən fərqləndirən əsas xüsusiyyət isə öz düşüncələrini yazmalarıdır. Ona görə də ictimai rəyin formalaşmasında onların da rolu danılmazdır. Bəs Azərbaycanda köşə yazarlığının nüfuzu nə yerdədir, köşə yazarlarının fikirləri cəmiyyət üçün maraqlıdırmı?

Mövzu ilə bağlı Modern.az-a danışan tanınmış jurnalist, Moderator.az saytının köşə yazarı Seymur Verdizadə deyir ki, hamının köşə yazması yaxşı hal deyil:

“Mən 1998-ci ildən peşəkar jurnalistika ilə məşğulam. 22 il əvvəl köşə yazarlığı çox nüfuzlu bir institut idi. Həyat təcrübəsi, zəngin biliyi, mütaliəsi olanlar köşə yazıları yazırdılar və bu yazılara yüksək qiymət verilirdi. Üstəlik köşə yazarlarının özlərinin də nüfuzu digər həmkarları ilə müqayisədə artıq idi. Tədricən, xüsusilə son 4-5 ildə köşə yazılarına maraq azalmağa başladı. Demək olar ki, bu gün bir institut kimi əvvəlki nüfuzunu qoruyub saxlaya bilməyib. Bunun əsas səbəblərindən biri odur ki, jurnalistikada tənbəlləşmə prosesi başladı. Xüsusilə mənim bəzi gənc həmkarlarım xəbər yazmaq, araşdırmaq, müsahibə götürmək əvəzinə köşə yazmağa meyil etdilər. Fikirləşdilər ki, ulduzlara baxıb, nəsə yazmaq olar. Amma ulduzlara baxılıb yazılan yazılar lazımi effekti vermədi. Təsəvvür edin ki, 10-12 il əvvəl elə bir şərait yarandı ki, yaşından, təcrübəsindən, dünyagörüşündən asılı olmayaraq hamı köşə yazmaq xəstəliyinə tutuldu. Bəzən qəzetdə 10-12 köşə yazısı dərc olunurdu. Artıq operatorlar da, korrektorlar da, digər peşə sahibləri də özünü köşə yazarı kimi sınamağa başladı. Yaranmış bu xaos nəticəsində köşə yazarlığı sıradan çıxdı”.

Seymur Verdizadə köşə yazarlarına verilən qonorarın az olmasının onları bu sahədən uzaqlaşdırdığını vurğulayıb:

“Peşəkar jurnalistlərimizin əksəriyyəti obyektiv, subyektiv səbəblərdən mətbuatı tərk edib. Hamı daha gəlirli iş yeri tapmaq sevdası ilə yaşayır. Buna görə də jurnalistikanın müəyyən prinsiplərindən uzaq düşmüşük. Təbii ki, mətbuat, o cümlədən köşə yazarlığı da bunun əziyyətini çəkməkdədir. Hazırda Moderator.az saytında köşə yazıları yazıram. Oxucu auditoriyamdan şikayətim yoxdur. Hər yazımın 5-6 min oxunma sayı var. Elə yazılar olur ki, bir neçə saytda gedir. Amma sağlam rəqabət olduğunu düşünmürəm. Köşə yazarlarının sayı azaldığına, ciddi yazarlar sıradan çıxdığına görə hesab edirəm ki, bu, artıq mənim öz fəaliyyətimə də mənfi təsir göstərib. Meydanda ciddi imzalar sürətlə azalır. Artıq yeni bir nəsil formalaşıb və internet jurnalistikası üçün köşə yazarlığı o dərəcədə önəm kəsb etmir. İstər Türkiyə, istər Rusiyanın köşə yazarları ilə müqayisədə azərbaycanlı köşə yazarları o qədər də yaxşı yaşamırlar və qazanmırlar. Təbii ki, madiyyat ürəkaçan olmadığına görə köşə yazarları da üzərlərində işləmək barədə az düşünürlər. Bir köşə yazarına 25-30 manat qonorar verilirsə, həmin köşə yazarından fantastik yazı, ya ictimai rəyi yönləndirəcək bir məqalə tələb edə bilmərik. Mən bəzən bir köşə yazısını yazmaq üçün 300 səhifəlik bir kitab oxumalı olmuşam. Bu kitabı üç günə oxuyub, bir-iki gün də qeydlərimi bir araya gətirib, dörd-beş günə bir köşə yazısı yazıb, ona 25 manat qonorar alıramsa, bu iş artıq rentabelli olmur. Onu da qeyd edim ki, baş redaktorların böyük əksəriyyəti çox xəsisdirlər. Köşə yazarlarına əldəki, ayaqdakı altıncı barmaq kimi baxırlar. Onlara pul ödəməkdə çox xəsislik edirlər, həvəs göstərmirlər. Buna görə də Azərbaycanda köşə yazarlığı institutu özünün tənəzzül dövrünü yaşayır”.

Koronavirus səbəbi ilə həyatını itirən 6-ıncı tibb işçisi oldu - FOTO
Maskalar yuyularaq təmizlənə bilərmi? - Mütəxəssislər açıqladı...
Sevgilisi yanına gələ bilməyən qadın intihar etdi - Koronavirusa görə
Koronavirusdan ölən anasına məzarda qovuşdu - Günün ən dəhşətli fotosu...
Karantindən qaçanlar "itkin düşmüş şəxslər" siyahısına əlavə ediləcək - SON DƏQİQƏ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
"Bu, onun torpaqlarımızın işğalda qalmasının əsas səbəbkarlarından biri olmasına dəlalət edir”
İqtisadiyyat
“Heç kim neftin belə sürətlə ucuzlaşacağını ağlına da gətirmirdi...” - EKSPERT
Cəmiyyət
“Ötən ömrə nəzər salmaq üçün az qala koronavirusun “atasına rəhmət oxuyacaqdım”, amma...”
Köşə
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünya
Cütlük yeni doğulan əkizlərinə Korona və Kovid adını qoydu - MARAQLI
Yazar
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
"Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
“Pulunu al – evdə qal!."
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247