Fəlsəfə haqqında qeyri-standart düşüncələr...
Niyə İlham Məmmədzadə ilə fikir dartışmaları deyirəm, çünki mən tələbəyəm, öyrənənəm, O Fəlsəfə professorudur. Məndən küsməyəcək, inciməyəcək, dəqiq bilirəm. Diktatorial, repressiv bir cəmiyyətdə, “Böyük həbsxanada”(Azərbaycan) “Fikir Həbsxanası”nda ( Fəlsəfə İnstitutu) Liberal, demokratik xarakteri ilə, mənim kimi qeyri-standart düşünən insanlara dözmək və yola vermək, həm də bir filosof kimi yetişməsinə çalışmaq, kömək etmək, qorumaq və bu qeyri-standart düşüncələrdən gələn təhlükələrə sinə gərmək bilirəm ki, çətindir. Açığı onunla mübahisə etmək, dartışmaq mənə zövq verir. Yazılarında və idarəetmə metodlarında (“Fikir həbsxanası”ndakı) “müxtəliflik zənginlikdir” , “Müxtəliflik sərvətdir”(söhbət fikir və ideya müxtəlifliyindən gedir), prinsipini qorumağa cəhd etdiyini(bacardı (mı?), ( fikrimcə, müxtəliflikləri qorumaq və xeyli də nail olmaq da bir fəlsəfi fəaliyyətdir(mi) görmüşəm. Nə gözəl. Elə Fəlsəfənin də missiyası, filosofun məqsədi- “Plüralistik kainat”ın (U.Ceymis), (“Plüralistik kainat” da insana öz azadlığını, yeniliyə olan istəyini, məhdudiyyətsiz yaradıcılığını ifadə etmək üçün imkan verilir- Ə. Abbasov), “Çoxluqda Təkin”, “Təkdə Çoxluğ”un (Vəhdət-Əl Vücud), “Zərrədə tamın”, “Tamda zərrənin”, “harmoniyada vəhdəti”ni(R.Ulusel) insanlığa anlatmaqla Yaradana xidmətdir, “Yaradanı Yaradılanda sevmək”dir (İbn Ərəbi, Mənsur Həllac). Milləti (Türk Milləti- Böyük Avrasiyada İnsanlıq tarixinin bütün çağlarında yüksək dövlət, iyerarxiya, sosial nizam və Turan mədəniyyət tipi, dünyagörüş tipi qurmuş, Şərqi də, Qərbi də öz dövlət fəlsəfəsində və mədəniyyət biçimində şəkilləndirmiş, yoğurmuş- təmsil etdiyim, pərəstiş etdiyim ali irq, və bu, Yunan Roma+German irqinin və mədəniyyətinin üstünlüyünü -Hellinizmin üstünlüyünü (oxu. Qərb mədəniyyəti) iddia edən Avropamərkəzçiliyin fikir babaları -Aristotel, Hegel, Nitsşe, Şopenhauer, Kant, Yaspers+..... kimi onlarla filosofların “Yaradılanların bərabərliyi”, “Plüralistik kainat” kimi universal ideyaları tapdalamasına cavab reaksiyasıdır, milli refleksdir, Avropamərkəzçiliyə, Aryançılığa, Slavyanofilliyə, Sarı İrqçiliyə qarşı formalaşdırılmış irqçi Turan antitezdir) dərindən tanımasada (“hansı milləti”sualını vermək və cavab axtarmaq imtiyazını sizə buraxıram. Lakin bütün bunlar mənim subyektiv mülahizələrimdir, doğru olmaya da bilər və kaş ki, doğru olmasın) İnsanı (Yaradanın/Allahın Transendental məqsədi”ni Brian Baryy) dərindən tanıyıb sevdiyini, anladığını bilirəm. Əlbəttə ki, İnsanı sevəni və yüksəldəni mən də sevərəm. İnsan ləyaqətini və şəxsiyyətini sındıran bütün ideologiyalara və idarəetmə formalarına, siyasət fəlsəfələrinə nifrət edirəm. Dövlətlər də, Prezidentlər də, qanunlar da, Siyasət fəlsəfələri də “İnsanı yaşatmaq” imkanlarını “tanıdığı qədər” əhəmiyyətlidir, dəyərlidir. İnsana xidmət etməyən bütün qeyri-humanist fəlsəfi ideyalar Şərə xidmət edir( Şər- zamanda və məkanda mövcud olan Xaos, mənfi, dağıdıcı enerji). Və həm də bir ənənənin əsasını qoymaq istəyirəm, həmkarlarımızla fəlsəfi diskurs açmaq, bu diskursları fəlsəfə institunun divarları arasından cəmiyyətə daşımaq, Fəlsəfə institunda yetişmiş çox dəyərli alimlərin fəlsəfi düşüncə və baxışlarını xalqımıza tanıtmaq, paylaşmaq, aşırı dərəcədə siyasiləşmiş və aqressivləşmiş cəmiyyəti “fəlsəfiləştirmək”lə yumşaltmaq, humanistləşdirmək... Bizdə həmkarlar arasında fəlsəfi mübahisələr aparmaq ənənəsi formalaşmayıb. Biz “fəlsəfi cəmiyyət” yox , daha çox “siyasi cəmiyyət”ik. Halbuki, bir millətin, toplumun böyük strateji arzuları və siyasət fəlsəfələri “fəlsəfi cəmiyyət”lərdə doğular. Fikrimcə Fəlsəfə həm də siyasətə humanizm dəyərləri yükləyən fəaliyyət tipidir. Hər bir filosof Haydeqqerin “Dasen”i (“düşünən ruh”), fikir adamı “suveren zəka”dır(Ə.Abbasov) . “Suveren zəka”lar “Fikir həbsxanası”ndan çıxaraq, “böyük həbsxananı” “nurlandırmalıdır”. Bütün Diktatorial cəmiyyətlərdə “Zəkanın nuru” “Fikir həbsxanaları”nda həbs edilir. “Suveren zəka”lar “nurlanma”dan, “nurlandırma”dan əbədi susqunluğa məhkum edilir. “Suveren zəka”lar “fikir həbsxanası”nda əzab çəkir. Diktatorlar “suveren zəka” ya (Ə. Abbasov) dözməz!!!
Bir zamanlar Hegelin “Fəlsəfə, təfəkkür haqqında təfəkkür elmidir”, fikrini çox bəyənmişdim, indi isə, klassik rasional məntiqi təfəkkürü ifadə edən bu fikri bəyənmirəm, Fəlsəfi ruhu, yaradıcı ruhu rasionalizmin, pozitivizmin və praqmatizmin həbsxanasından, çərçivəsindən çıxararaq “Azadlığa” qovuşturmaq istəyirəm. Yüzlərlə elmi hipotezlər və fəlsəfi konsepsiyaların, cərəyanların içində itib batmış, yox olmuş “Azadlığı” və “İnsanı” axtarıram. Fəlsəfi “izm”lərin içində itib batmış fəlsəfənin özünü axtarıram. İnsanı yüksəldən və yaradılmışların əşrəfi (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy ) kimi, dəyər kimi qoruyan fəlsəfəni. Mənə elə gəlir ki, Elm və müasir Fəlsəfə Ruhi varlıq olan İnsanı (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy ) öldürdü, onu Allahın və Təbiətin əlindən alaraq, intellekti və mütəxəss qabiliyyəti yüksək olan, dar və konkret sahələrdə ixtisaslaşan, böyük şüşəli ofislərdə oturan makinalara çevirdi. Rasionalizm, praqmatizm, pozitivizm Allahı,Təbiəti, İnsanı öldürdü. İlk əvvəl İnsanların şəhərindən Allahı çıxararaq qovdu, Allahı İnsan qəlbində və vicdanında öldürdü (Nitsşe), sonra İnsanın təbiət üzərində qələbə çalmasına zəmin hazırladı və İnsan öz anasını-Təbiəti öldürdü ( F. Bekon. Müasir ekoloji fəlakətlər), sonra isə makinaları yaratmaqla İnsanın özünü öldürdü ( Texnotron era, industrial, post industrial çağ- K.Popper, E. Toffler). Düşünürəm ki, (Düşünürəm, deməli varam -Cogito ergo sum-R. Dekart ) İnsan, Ruhi varlıq olan İnsanı (Haydeqqerin “dasein”ini (dasein-düşünən varlıq, düşünən ruh) öldürdü. Haydeqqerin “dasein”i (düşünən varlıq, düşünən ruh) transformasiyaya uğradı, düşünən ruh, ruhsuz, süni intellektli dəmir robotlara çevrildi(süni zəka, robotlar) İnsan öldü və İnsan İnsanı (aksioloji baxımdan) öldürdü. Bəlkə də biz F.Fukuyamanın dediyi “Son İnsan”ların müasiriyik kim bilir. Mən İnsanın ölməməsi üçün Özümün sistemsiz, subyektiv mülahizələrimlə və fəlsəfi biliklərimlə çarə axtarıram. Haydeqqerin “dasein”lərinin(düşünən ruhlar) faciəli ölümlərinə təəssüflənirəm, çıxış yolu axtarıram. Çıxış yolu axtarmaq Fəlsəfi fəaliyyətdir(mi).( Düşünməkmi, axtarmaqmı fəlsəfi fəaliyyətdir, yoxsa yazmaqmı, bilmirəm) XXI əsr fəlsəfəsinin əsas problemi kimi( çox sevdiyim müəllimim Əli Abbasovun cavablandırmaq istədiyi sorular, həll etmək istədiyi problemlər) mən, makinaların və dövlətlərin, diktatorların, siyasi ideologiya və ekspansiyaların, kütləvi qırğın silahlarının öldürdüyü İnsanın (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy) diriliş imkanını (belə bir imkan qalıbmı) gündəmə gətirmək istərdim. İnsan (Yaradanın/ Allahın “Transendental məqsədi”nin-Brian Baryy) ölməməlidir, dirilməlidir,yaşamalıdır. İnsan İnsanı yaşatmalıdır. İnsan İnsanı necə yaşatmalıdır, Ruhi varlıq olan İnsan (dasein-düşünən ruh), “danışan heyvan”dan - hedonist İnsandan necə xilas olacaqdır. Fikrimcə çıxış yolu Sevgidir( Sevgi-“Xaosdan Nizam yaradan substansiya”. Füzuli Qurbanov). İnsan ekoloji, siyasi, sosial və yüz minlərlə informasiya seli içərisində Özünü-Sevgini itirib. İnsan SEVGİDİR (Sevgi-“Xaosdan Nizam yaradan substansiya”. F. Qurbanov), sevgidən doğuldu. Çıxış yolu İMANDIR. İman dedikdə “universal etika”nı nəzərdə tuturam. (burada dini imandan söhbət getmir, İnsan- Cəmiyyət-Təbiət-Yaradanın/Allahın vəhdətinə inanan, Zərrənin Tamın bir parçası olduğuna inanan və Tamı pozmamaq üçün şüurlu fəaliyyət göstərən insan dünyagörüşündən gedir. Elm, İnsanı xoşbəxtmi etdi, yoxsa uçurumamı aparır sualları qarmaşıq cavablar doğurur. İnsanı (Yaradanın/ Allahın “Transendental məqsədi”ni-Brian Baryy) yox olmağa aparan bütün elmi hipotezlərə qarşı fəlsəfi universal etikanı, əxlaqı və imanı necə müəyyənləşdirməliyik və onun arxasınca getməliyik, İ.Kantın “Mən bilgini azaltdım ki, imana da yer qalsın” fikrini xatırla). “Universal etika”nı təmsil edən İmanlı insanın (Kant) öldüyü çağdan Son insanın (F.Fukuyama) tarixi başlandı. Bəlkə mənim Ruhi varlıq olan Sevən İnsanı ( Haydeqqerin daseini) axtarmağım daha insancıl, daha humanist bir cəhddir kim bilir...Bəlkə bütün elmi-fəlsəfi “izm”lərin çərçivələrindən çəkib çıxarmaq istədiyim fəlsəfənin özüdür, bəlkə fəlsəfənin özünün bütün “izm”lərdən azad olmaq ehtiyacı var...Bəlkə insanla birlikdə fəlsəfi idrak özü də ölür, elmi idrak və onun təntənəsi olan robot insan(süni zəka) qalib gəlir. Fikrimcə, Fəlsəfənin XXI əsr problemi sevən insanı, azad insanı utilitar, hedonist insanın əlindən almaqdır. Nə qədər paradoksaldır ki, Əslində sevən insan, azad insan Qərbdə, Renessansdan bu yana azad insan və fərd fəlsəfələrinin doğurduğu ideologiyaların –liberalizmin və sosializmin qəfəslərində məhv oldu. Bu gün mən insanın insan cəmiyyətindən, dövlətdən, mentalitetdən, mürəkkəblikdən,makinalardan, informasiya selindən azad olunmaq cəhdini, “azadlıq ehtiyacını”bütün qanımda, damarlarımda hiss edirəm. Çarələr axtarıram.Çarə hansı fəlsəfi konsepsiyalarda mövcuddur. Bəs, Öz özünü təşkil edən mürəkkəb sistemlər nəzəriyyəsi- Sinergetik təfəkkür(F.Qurbanov,Ə.Abbasov,T.Allahyarova) və ya postneoklassik fəlsəfi epistimologiya (Ə.Abbasov), Multikulturalizm və dialoq fəlsəfəsi (İ.Məmmədzadə), Davamlı İnkişaf fəlsəfəsi (S.Hüseynov), Ekologiya mədəniyyəti və etikası(A.Şükürov, Z.Ağayeva), Harmoniya fəlsəfəsi (R.Ulusel, Ə.Qəşəmoğlu), Gender bərabərliy i( Əli Abbasov, R, Mirzəzadə, L.Mövsümova), Siyasət və Gözəllik Fəlsəfəsi (A. Əsədov) Akademik R.Mehdiyevin “suveren demokratiya”, “Çox qütblü dünya”, “Plüralistik kainat”( güc tarazlığına əsaslanan sivilizasiyaların qarşılıqlı, bərabərhüquqlu əməktaşlığı) ideyaları, S.Xəlilin Şərq və Qərbin Vəhdətinə əsaslanan vəhdət fəlsəfəsi , Ağayar Şükürovun bütün fəlsəfi ideyaların mifoloji təfəkkürün qaynaqlandığını irəli sürən fikirləri,mi ifik obrazları”, Asif Atanın Mütləqə İnam fəlsəfəsi “dasein”i (düşünən ruhu) xilas edə biləcəkmi?
Azərbaycanda filosof həmkarlarımın əsərlərini oxuyuram. Müəyyən istisnalarla (Zakir Məmmədov, Zümrüd Quluzadə, Səlahəddin Xəlil, Ağayar Şükürov, Könül Bünyadzadə, Yusif Yusifov, Rahil Ulusel, Müşfiq Şükürlü istisna olmaqla) Qərb fəlsəfəsinin şərhindən başqa bir şey yoxdur. Şərqi isə bilmirik, əlifbalarımızın dəfələrlə dəyişməsi bizi Özümüzdən- “böyük Şərq”dən (Fazil Qısakürək), onun əngin ruhundan (“Mən Şərqəm”. Xəlil Cübran) qoparmışdır. Biz Özümüzdən qoparılmışıq, min illərlə gələn etno mədəni ənənələrdən və sivilizasiya dəyərlərindən qopub, dar məkanda(unikallıq xəstəliyinə tutularaq) həbs edilmişik. Böyük Şərqin ruhu imperializmin sömürgə silahı olan millət-dövlət paradiqmaları ilə parçalanaraq, dar etnik məkanlarda həbs edilmişdir. Biz, “Böyük Şərq”ə(Fazil Qısakürək) yalnız (Sovet imperializminin KKB repressiyası altında) Ziya Bünyadov, Yusif Yusifov, Zümrüd Quluzadə, Zakir Məmmədov, Elməddin Əlibəyzadə, Ağayar Şükürov) vasitəsilə “qovuşurduq” ki, bu dəryada damla idi. Əslində biz (öz ənənəvi minillik fəlsəfi düşüncəsinin və ənənələrinin kökündən qopanlar) fəlsəfə yaratmırıq, (yuxarıda da söylədiyim kimi, fikrimcə, indiki çağda fəlsəfənin məqsədi Yaradanın/Allahın transendental məqsədini- Haydeqqerin “dasein”ini -düşünən ruhu xilas etməkdir), biz fəlsəfə haqqında elmi tədqiqatla məşğul oluruq. Hegelin dediyi kimi, “təfəkkür haqqında təfəkkür irəli sürürük(mü)”. Bəs İnsan,Cəmiyyət və Təbiət haqqında ümumi qanunauyğunluqları müəyyənləşdirən fəlsəfə düşünürmü ki, İnsan,Təbiət və Cəmiyyət haqqında ümumi qanunauyğunluqlar elə renessansın doğurduğu Saentizmlə (Qərb mədəniyyəti ilə) dağıdılıb. İnsan-Təbiət-Cəmiyyət arasında harmoniya və birlik dağıdılıb, harmoniya pozulub, DAO ölüb. Fəlsəfə bu dağıdılmış ümumi qanunauyğunluğu bərpa etmək üçün nə etməlidir. İnsanın ( “Dasein”in) qurtuluşu, xilası üçün hansı universal ideya və ya vahid Fəlsəfi İnam ( Bəşəriyyəti vahid fəlsəfi inam xilas edəcəkdir-K. Yaspers) yaratmaq gərəkdir? Bizdə Fəlsəfi tədqiqatların metadologiyası, elmi tədqiqatların metadologiyası ilə həmahəngdir. Məhz buna görə də, əsərlərimizi praqmatizm və məntiqi rasionalizmin tələbləri ilə yazırıq, əsərlərimiz epistimologiya ilə yüklənir, lakin aksiologiya baxımından kasaddır. Ən əsası, əsərlərimizdə qurtuluşa çatmaq istəyən Ruh yoxdur. Mən Ruhu axtarıram, Böyük Ruhu. Böyük Şərqin Ruhunu.(Hind )Azadlığı axtarıram, Azadlığa çatmaq, Azadlığı dərk etmək, dadmaq onun sərhədlərini tanımaq ehtiyacı fəlsəfi təfəkkürün həzzi, filosofun, Ruhun qurtuluşu deyilmi. Azadlığın hüdudları hardadır, necədir. Harda başlanır və bitir. Fəlsəfə dərketmədirmi, nurlanmadırmı, yoxsa faktlarla yüklənmiş məntiqi nəticələr yığnağıdırmı. (Bu günkü dissertasiyalardan tələb olunan əsas meyar budur. Bizim ölkəmizdə filosofdan cild cild kitablar yazmaq tələb olunur ki, bu absurddur. Bir həqiqi filosof sadəcə bir kitab da yaza bilər, 100 kitab da...Kitabların sayı yox, kitablardakı aksiologiyanın, fəlsəfi fikrin universal etikası önəmli deyilmi).
Fəlsəfi yaradıcılıq obyektlə-subyektin min bir çeşiddəki, min bir çəlişkidəki(ziddiyyət) qarşılıqlı münasibətlərinin və əlaqələrinin nəticəsində doğulan şəxsi interperetasiyadır. Obyektin subyektdəki inikasıdır. Subyektin həyatı, intellekt səviyyəsi, dünyagörüşü, mənəviyyatı, sevgisi obyekt haqqında subyektiv interperetasiyanın səviyyəsini müəyyənləşdirir. Məni obyekt yox, subyekt (dasein) maraqlandırır. Məni fəlsəfə yox, filosofun özü ( düşünən ruh) maraqlandırır. Mən Fəlsəfə İnstitunda təkcə fəlsəfə öyrənmirəm, həm də filosofu –“düşünən ruhu” -”Mən idrakı”nı öyrənirəm, müşahidə edirəm. (Çox mutluyam. Bu puç ömürdə, çatmaq istədiyim ən böyük ideal Fəlsəfə institunda çalışaraq tarixi proseslərin və ideyaların axışını öyrənmək, seyr etmək, dərk etməkdir və belə bir iddia ilə çalışdığım zamanlarda bir hocamın –Əbülhəsən Abbasovun-mənə yaxınlaşaraq, “Fəlsəfə sadəcə düşünmək və yazmaq deyildir, həm də əxlaqlı yaşamaq, harmoniya qanunlarını pozmamaqır.Fəlsəfə təkcə həqiqət axtarmaq deyil, həm də həqiqətin və haqqın yanında olmaqdır” deməsi nə gözəldir). Mənim obyektim filosofun (“Mən idrakı”nın) özüdür (sevən insandır, “düşünən ruh”dur). Fikrimcə Filosof (sevən insan, düşünən ruh) totalitar cəmiyyətlərdə, diktatorların idarə etdikləri dövlətlərdə əzab çəkir. Filosof Azadlığın Obrazıdır. Obraz Diktatorial cəmiyyəti, idarəetməni ya dəyişməlidir, ya da özü məhv olacaqdır. Bu fikrimi təkzib edən başqa alternativləriniz varmı, buyurun söyləyin. Filosofun “əzab çəkən ruhu” yalnız azadlıqda “universali”lərə (F.Akvinski, İ.Kant, O.Qasset, P.Obelyar) qovuşa bilər. Yalnız “universali”lərə qovuşmuş Ruh sükunət tapır. Ruhu Universalilərə qovuşa bilməyən filosof, fəlsəfi fikir qətl olunmuşdur. Filosofun (fəlsəfi fikrin və axtarışların) qətl olunduğu cəmiyyətlər qorxulu cəmiyyətlərdir. Azadlıq filosofun ruhundanmı doğulur, yoxsa filosof özü, onun subyektindən kənarda mövcud olan Azadlığa, universalilərə qovuşmağa can atır...Filosof kimdir. Azadlığa, universalilərə can atmaq istəyən və bu yoldakı təcrübə və iztirablarını insanlara çatdırmaq istəyən qeyri standart düşüncə və yaşam tərzi olan adam, yoxsa, bütün “izm”lərin fövqünə yüksəlmiş işıq adam?
Bizim yazdığımız əsərlərdə, Filosof həmkarlarımın şəxsi interperetasiyasını-ruhunu (“mən idrakı”nı- Ahmed Davudoğlu) axtarıram, tapa bilmirəm, bəlkədə mən görə bilmirəm, bəlkədə mən dərketmədə zəifəm. Ona görə yox ki, filosoflarımızın “ruhu”, “Mən idrakı”(Ahməd Davudoğlu) yoxdur, Ona görə ki, indi bizim cəmiyyətimizdə, hər filosof sağ qalmaq üçün özünü senzor edən(qətl edən), öz daxilindəki “Düşünən ruhu” boğan şüurlu fərddir. Onu da xatırladım ki, diktatorial cəmiyyətlərdə şəxsi subyektiv interperetasiyalar (“mən idrakı”- Ahmed Davudoğlu)fəlsəfə tədqiqatçısının sonunu gətirə bilər. Ölüm qorxusu, işdən atılma qorxusu, həbs olunma qorxusu ( bizim ölkəmizdə hər gün tətbiq olunan proses) şəxsi interperetasiyaların ölməsinə, özünü qoruma instinktinin subyektiv daxili senzor qabiliyyətini hərəkətə keçirir. Şəxsi daxili senzor instinkti subyektiv fəlsəfənin və sənətin ölümünə səbəb olur. Yəni “Mən İdrakı” ölür, öldürülür. Fəlsəfə ilə demokratiya əkiz dünyalardır, bir birinin var olması üçün bir-birini qidalandırır, canlandırır, yaşadır. Demokratiya öləndə, fəlsəfə İdeokratiyanın (ideologiyanın) əsirinə çevrilir. Fəlsəfə apologetikaya (hakim ideologiyanın və ya dünya görüşün müdafiəsi, əsaslandırılması) çevrilir. Azərbaycanda 30 ildir fəlsəfə H.Əliyevçiliyin apologetikası (müdafiəsi və əsaslandırılması) ilə məşğul olmuşdur. Həmkarlarımın əsərlərində (İstisnalarla. Bu İstisnaların içində Könül Bünyadzadənin adını xüsusi çəkirəm. “Şərq- Qərb: İlahi Vəhdətdən keçən Özünüdərk” əsərində Rasionalizm və İrrasionalizm problemləri içində, Azadlıq, Allah və Sevgi anlayışlarının fəlsəfi-aksioloji izahları valehedicidir ) sosial darvinizm, materializm, ateizm, deizm, rasionalizmin yoğrduğu insan ruhları “Mən idrak”ları və cəmiyyət tipləri danışır. Bütün bu əsərlərin arxasındakı insanı( Yaradanın/Allahın transendental məqsədini-Brian Baryy), filosofu (“mən idrakı”nı- Ahmed Davudoğlu) müşahidə edirəm və daim onun haqqında düşünürəm. Ruhsuz, duyğusuz, sevgisiz intellektin iç dünyasının bumbuz, soyuq məntiqi məni sıxır. Darıxıram. Məntiqi rasionalizmin içindən çıxaraq sevgi dünyasına keçid etmək istəyirəm. Filosof “Sevən İnsan”dır.
Böyük fəlsəfələr intellektin (“dasein”in-düşünən ruh) sevgi və iztirablarından doğular. Bir gözəl qadını( və ya kişini) sevmək, insanı sevmək, Allahı sevmək, bir yarpağı, bir çayı, bir dənizi, vətəni sevmək... aşiq olmaq, riqqətə gəlmək, duyğuların qanadlarında süzmək... böyük İztirablar, iztirabların çəkilməzliyindən doğulan yazmaq ehtiyacı və zərurəti... Sevgi filosofun iç dünyasında baş verən saysız fırtınaların son sahilidir ki, oradakı sükutda yeni əsərlər doğular. Kim nə deyir desin, Fəlsəfi təfəkkürə görə- Kosmosdan axan enerji, dini təfəkkürə görə- Yaradıcı, Allah, sevgi işıqlarını filosofa bilincli şəkildə göndərir ki, onun qəlbində tüğyan edən fırtınalardan yeni bir insan əzabı və iztirabının meyvəsi- fəlsəfə, dünyagörüş, hipotez, əsər doğulsun. Mənə görə, Sevməyən, azadlığı və gözəlliyi duymayan “düşünən varlıq” filosof ola bilməz. Filosof təkcə fəlsəfi biliklərə malik olan, düşünən,yazan “varlıq” deyil, həm də sevən, gözəllik aşiqi olan “varlıq”dır. Sevgi və azadlıq (ruh) məntiqin (ağlın) dəmir çərçivələrini aşar da, göylərdə, məntiqdən daha yuxarıda süzər də. Bəlkə fəlsəfə “dasein”i (ruhu) xilas etmək üçün Aristotelin “Siz Məntiqin fəzalarında qanadlanıb uça bilməzsiniz. ” fikrindən” imtina etsin”, “Sevginin və azadlığın qanadlarında fəzada uçmaq” düşüncəsinə sarılsın hə? Bəlkə fəlsəfi təfəkkür “mütləq ruha”(Hegel) qovuşmaq üçün Yerdən ayrılsın, Göylərdə süzsün ... Sevginin və gözəlliyin iztirablarını yaşamayan filosofun ruhu mütləqə, universalilərə qovuşa bilməz, bu zaman O, yalnız fəlsəfi əsər yarada bilər, lakin universal etika, aksiologiya yarada bilməz. Fəlsəfi yaradıcılıqda təkcə məntiqi rasionallıq yox, həm də ruh iştirak edir. Fəlsəfi yaradıcılıq zamanı subyektin düşüncələri və interperetasiyasında elə bir substansiv hal baş verir ki, subyektin cinsiyyəti itir, yox olur. Bioloji Cinsiyyət mənsubluğundan İnsan mənsubluğuna keçid baş verir. İnsanlaşma, bəlkədə Allahlaşma bas verir. Filosofluq təkcə elmi yaradıcılıq deyil, ruhun oyanışıdır, danışmasıdır, yaşam tərzidir, həyat seçimidir və taledir. Əzablardan (dərketmə əzabından) doğulmuş səadətdir.
Mənə görə, müəyyən zaman kontekstində və an çərçivəsində ruh və biliyin birləşməsi ilə insan qəlbində doğulan düşüncələr həqiqi fəlsəfədir. Subyektin yaşadıqları və iç dünyasındakı fırtınalarından süzülən şəxsi təcrübələr fəlsəfədir.
Bizim cəmiyyətimizdə filosof( oxu. f.e.d. yox, filosof) əgər qadındırsa ona rəcm (daşlamaqla öldürmək, ictimai qınaq), kişidirsə, ona ölüm (yaradıcılığını, fikirlərini, yazılarını heç sevmədiyim Rafiq Tağının timsalında), həbsxana mükafatı verilir, yaxud da Psixiatrik şöbələrdə dəlilik kağızı(Asif Ata) verilir. Bizim cəmiyyətimizdə filosofun və ya yaradıcının ( sənət, ədəbiyyat) avtonomluğu tanınmır. (SSRİ içində bu avtonomluq dövlət səviyyəsində ideologiyaya xidmət etmək adına tanınmışdı). Bizim cəmiyyətimizdə Yaradıcı əgər qadındırsa, qadın duyğuları(fəlsəfəsi, düşüncələri) ərin, ailənin cızdığı sərhədlər çərçivəsində intihar edir( edilir), ya da “Namus” anlayışı ilə qandallanır. İlahi, nə böyük cəza, nə böyük cinayət. Fəlsəfi yaradıcılıqda qadın, kişi bölgüsü yoxdur, İnsan vardır. Filosof əgər cins kimi qadındırsa mental namus anlayışına sığmaz, hətta o anlayışı yarğılayar da...Bizim cəmiyyətimizdə qadın senzor olunmuş (müəyyən çərçivlərlə şəkilləndirilmiş) insan tipidir, insan obrazıdır. Bizim cəmiyyətimizdə qadının adı və ya obrazı “Yasaq”dır, Kişilərin uydurduğu Yasaqları simvolizə edən insan tipidir və həm də “Yasaq”lar doğuran dişi cinsdir. Filosof qadın tənhalığa tərk edilmişlərdəndir. Qadın “doğan insan”dan “ideya doğan” insana, “düşünən ruh” a çevrilirsə, Tənhalığına sığınmaq cəzasının iztirablarını (bəlkədə həzzini) yaşayır. Filosof olmaq üçün (oxu. Fəlsəfə Elmləri doktoru yox, filosof) Filosof qadının bu cəmiyyətlə böyük davası, böyük savaşı vardır. Filosof Kişinin “mental namus” anlayışına həbs edilmiş “filosof qadın”ı bu həbsxanadan azad etmək kimi bir alın yazısı, taleyi vardır. Əlbəttə, Söhbət həqiqi filosofdan ( ideyalar doğuran, fikir yaradan “düşünən ruh”dan) gedir. İdeokratiya fəlsəfənin düşmənidir, ideokratik cəmiyyətlərin filosoflarının ruhları çoxsaylı qəfəslərdə çırpınar.
Filosof zamanın şərtlərinə, Cəmiyyətin mentallığına, dinin və ideologiyanın doqmalarına, hakim partiyanın üzvünə, prezidentin siyasi kursunu dəstəkləyən vətəndaşa ( hələ filosof bunu etməyə məcbur edilirsə, bu o siyasi komandanın və cəmiyyətin cinayətidir) çevrilirsə (məcbur edilirsə) fəlsəfə ölür. Fəlsəfə apologetikaya çevrilirsə filosof ölür. Filosofluq Azadlıqdır. Bütün Çərçivələr filosofun ölümü və məzarıdır. Filosofun real və potensial olaraq həmişə iki seçimi var. Ya, bir fırtına kimi insanlığın yaratdığı bütün divarları yıxmaq, yasaqlara meydan oxumaq, çərçivələri darmadağın etmək və eşqin, ruhun, idrakın və azadlığın həzzinə, son nöqtəsinə(ekstaz) vararaq yanmaq.., yanmaq və Yaradanla qovuşmaq, ya da Təbiət, Cəmiyyət və Allahın qanunları ilə harmoniyaya qovuşaraq (Konfutsi, DAO) əbədi sükutun içində, əbədi sükutun səsini dinləmək, duymaq və zövq almaq, yaşamaq və İnsan olmaq. Bizim cəmiyyətimiz filosofu ikisindən də məhrum etmişdir. Bizim cəmiyyətimizdə filosof “yasaqlar işində çırpınan ruh”dur. Bizim Cəmiyyətdə Fəlsəfə İnstitutu var, məcburən iş otaqlarına doldurulmuş bir yığınfəlsəfə tədqiqatçı var, amma filosof yoxdur. Filosof olmaq, “azad Ruh” olmaqdır.
Fəlsəfə odur ki, bildikcə heç nə bilmədiyini dərk edəsən, düşündükcə nə düşündüyünü, söylədikcə nə söylədiyini heç özün də anlaya bilməyəsən. Fəlsəfə İnsanın qurtuluş yoludur, yoxsa təfəkkür xəstəliyidir, bilmirəm. Bir onu bilirəm ki, bir cəmiyyətdə, ölkədə, dövlətdə bir filosofun(düşünən azad ruhun) olması o cəmiyyətin, o dövlətin ən dəyərli sərvətidir. Filosof insana, cəmiyyətə “görünənin görünməyən tərəfini görmək” haqqında düşünmək vərdişi aşılayan bilgədir. Bigələriniz çox olsun,var olsun.
Yasəmən Qaraqoyunlu.
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17 Apr 2024 | 17:10
Abşeronda kişi meyiti tapıldı
17 Apr 2024 | 17:07
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17 Apr 2024 | 17:02
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
17 Apr 2024 | 16:57
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 16:47
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır" - Çin analitikinin proqnozu
17 Apr 2024 | 00:19
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
17 Apr 2024 | 00:53
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 00:50
Bakıda 7 yaşlı uşağı motosiklet vurub
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
17 Apr 2024 | 00:19
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
17 Apr 2024 | 00:53
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 00:50
Bakıda 7 yaşlı uşağı motosiklet vurub
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO