11 il "həbsdə" qalan və hələ də üzə çıxmayan "Hələbin Yaqutu"...
Cəmiyyət
Oxunub: 1660
19 Feb 2020 | 16:21
11 il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin Söz  dühalarımızdan biri - İmadəddin Nəsiminin 650 illik yubileyinin  qeyd edilməsi  ilə bağlı 15 noyabr 2018-ci il və 2019-cu ilin ölkəmizdə “Nəsimi İLİ” Elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamlarına uyğun olaraq ölkəmizin elm- mədəniyyət sahələrindəki tədbirlər rəsmi şəkildə yekunlaşsa da dahi Nəsiminin  tədqiqatları davam etməkdədir və klassikanın unikallığının bir şərti də elə bu bitib-tükənməz maraq dairəsidir .
         
Mən də - Nəsimi İLİ maofonuna həvəslə və elmi məsuliyyət hissi ilə qoşularaq xeyli lazımlı “işlərlə” nəsimişünaslığa fayda verməyə çalışdım və  deyə bilərəm ki, bu işlər yeni məzmunlu daha geniş, dərin tədbiqatlara yol açmış oldu ki, halhazırda mənim üçün  də Nəsimi  tədqiqatları davam etməkdədir.  
       
Yeri gəlmişkən qeyd edim ki, mən Nəsimi İLİ mədəniyyət marafonuna mənəvi və hüquqi haqqım çatan – hazırda tədqiq etdiyim mövzu – “Nəsimi poetikasının çağdaş ərəb tədqiqatlarında fəlsəfi dərki” tədqiqatları ilə deyil, 2005-ci ildə rəsmi qeydiyyatdan keçmiş,““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri kimi  və 1 il 8 ay ərzində heç kəsin “yaxınlaşmadığı” bir işlə məşğul olmaqla qoşuldum.
       
Belə ki, mən ilk növbədə Nəsiminin 600 il uyuduğu Suriya torpaqları –Hələb şəhərində Nəsimi və Nəsimi İlinə diqqəti, münasibəti öyrənmək üçün ərəb dilli medyaya diqqətli baxış etdim. Bu zaman geniş axtarışlarım müsbət nəticə verdi. Həm   dahi şairin həyatı, yaradıcılığı və faciəvi sonu  ilə bağlı, həm də  Nəsimi İli haqqında bir sıra məqalələr, tədqiqatlarla qarşılaşdım və bu yazıları  geniş təhlillərim ölkə mətbuatında geniş işıqlandırıldı.  Məsələn, Respublika qazetində “Nəsimi İli  Çağdaş Ərəb tədqiqatlarında”, “İmadəddin Nəsiminin məqamı bu gün”, “İmadəddin Nəsimi tədqiqatı ərəb-Suriya mənbələrində və takiyesi”, “Nəsiminin məqamı bu gün”, Ədəbiyyat qazetində “Suriya alimi Əbdülfəttah Rəvvas Qələçi və  İmadəddin Nəsimi irsi”, Xalq qazetində “İmadəddin Nəsiminin məqbərəsi bizi gözləyir”, 525-ci qazetdə “İmadəddin Nəsiminin məqamının bu günü”, bundan başqa bir sıra internet qazetləri və saytlarda bu mövzuda məqalələrim, müsahibələrim yayınlandı.
        
Əsas məsələ mən “Çoxmədəniyyətliliyin nəhəng körpüsü – İmadəddin Nəsimi” adlı tərtib kitabı meydana çıxardım. Kitab AMEA-nın İctimai Elmlər Bölməsinin Qərarı, akademik-katib Nərgiz Axundovanın elmi redaktorluğu ilə çap olundu.
          
Əlbəttə mən  bu istiqamətdə tədqiqata başlarkən ən əsas  məqsədim Hələb şəhərində İmadəddin Nəsimi irsi ilə ciddi tanış olan,  1991-ci ildə  “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri”   adlı monoqrafiyası çap olunmuş,  ərəb dünyasında nəsimişünas alim kimi məşhur olan Əbdülfəttah Rəvvas Qalacını və əsərlərini axtarıb tapmaq, ölkəyə gətirmək, tərcümə və nəşr etdirmək idi. 
        
Əbdülfəttah Rəvvas Qalacını axtararkən, yəni onlarla Suriyalı ziyalıya, müxtəlif qurumlara sürəkli məktublar, Facebook şəbəkəsindən mesajlar yazarkən əvvəlcə  Hələbin baş inşaat mühəndisi Ədrülrəhman ƏL-Jasseri, daha sonra toplayıb tərcümə etdiyim məqalələrdə adı çəkilən tədqiqatçı Lamia ƏL-Jasseri   tapdım. Ədrülrəhman ƏL-Jasser mənim dəfələrlə ona etdiyim xahişlərdən sonra Nəsimi məqbərəsinə gedib  fotolar çəkdi, sonra xahişimlə məqalə yazdı və o məqalə 525-ci qazetdə çap olundu. Bu məqaləyə kimi bizim medyada Nəsimi məqbərəsinin dağılmadığı haqda geniş yazılır və fotolar paylaşılırdı. Beləliklə həqiqəti, gerçəkliyi Ədrülrəhman ƏL-Jasserin məqaləsi üzə çıxarmış oldu.  
      
Məqbərənin son görüntülərini keçən ilin sonlarında Mədəniyyət qazetinin fotojurnalisti Orxan Əzimov Suriyaya, Hələb şəhərinə gedərək professional fotolarla tarixləşdirsə də məzmun-dağılmış- zərərçəkiş abidənin hazırki, “donmuş” əksi Ədrülrəhman ƏL-Jasserin yolladığı fotodakı, eyni zamanda Hələbdə yaşayan həmellmiz Rəşidə Adil qızı Bünyadovanın lentə aldığı vidyodakı   “ tablodan”  heç də fərqli deyil. Lakin Orxan Əzimov əsl qəhrəmanlığı göstərdi bu səfəri ilə. Bu gün Suriyada qanlı  müharibə davam edir. O ölkədə səfirliyimiz belə yoxdur.  Hələ Dəməşq şəhərindən Hələbə gedən yollarda dəhşətli döyüşlər gedir. Belə bir vəziyyətdə Azərbaycandan  Dəməşqə, ordan da Hələbə, Nəsimimizi ziyarətə  getmək əsl qəhrəmanlıq, milli təəssüb hissinə malik olmaq deməkdir. Orxan bu qəhrəmanlığı ilə Suriyanın əlaqədar qurumlarına bizim xalqın Nəsimiyə sevgisini və sahiblənmək hissini də nümayiş etdirib. Mən bu mərd gəncimizlə fəxr edirəm. Nəsimi ilinin ən layiqli mükafatlarından biri məhz Nəsimini 600 il uyuduğu- bombardman içərisində olan Hələbdə ziyarət etmiş Orxan Əzimova düşür. 
        
Kaş ki,  Orxan Əzimov Hələbə getmişkən Əbdülfəttah Rəvvas Qalacı, Lamia al-Jasserlə də görüşüb, ölkəmizə onlardan aldığı vidyo reportajları da gətirəydi...
         
Əsas mövzudan uzaqlaşmadan- Əbdülfəttah Rəvvas Qalacını axtarışlarıma qayıdıram... Beləliklə, mən İnternet üzərindən axtarışlarla ərəb dilində olan vikipediyalardan öyrəndim ki, Suriyanın tanınmış alimi, yazıçılarından olan Əbdülfəttah Rəvvas Qalacı 1938-ci ildə Hələbdə doğulub, orada ilk təhsılini  alıb. 1965-ci ildə Dəməşqdə universitet bitirib. Ərəb Yazıçılar Biriyinin üzvüdür. Türk dünyasının bir sıra mütəfəkkirləri, xüsusilə Azərbaycanın mühacir mütəfəkkirləri haqqında – “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri”, “Rumiyə gedən yol”(pyeslər), “Əl- Sührəvərdi  - hikmət sahibi”   kitabların müəllifi Əbdülfəttah Rəvvas Qalacı İmadəddin Nəsimi haqqında Dəməşq Universitetində  mühazirələr vermiş, məqalələr çap etdirmiş, Türkiyədə nəşr olunmuş İslam Ensiklopediyasında Nəsimi haqqında məqalədə adı, yaradıcılığı qeyd olunmuşdir. Əbdülfəttah Rəvvas Qalacı eyni zamanda  “İslam estetikasına giriş”, “Hələb-dünən və bu gün”,“Sirli Teatr”, “Canlı operetta” elmi əsərləri, həmçinin “Quşların uçuşu” romanı, “Dəlilik fantaziyası” “Ayaqqabı təmirçisi”, “Turist və  qatar", "Gözəl ana" və çox sayda pyeslərin və başqa janrda ədəbi əsərin  müəllifi kimi tanınır .  
        
Həmçinin internet imkanları ilə 80 yaşlarında olan bu qocaman ziyalının həyatda olduğunu və Facebook sosial şəbəkəsində səhifəsini müəyyənləşdirdim. Bundan sonra messengerlə Qalacıya on dəfələrlə mesaj göndərdim. Məqalələrim çap olunduqca onun Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşmalar etdim. Neçə aylardan sonra Əbdülfəttah Rəvvas Qalacı mənimlə əlaqə yaratdı. Yazışdıq. Mənə Nəsimi haqqında iki kitabını göndərəcəyinə söz verdi.   Hələbdə yaşayan həmvətənlimiz Rəşidə Adil qızı Bünyadzadə mənim xahişimlə onunla görüşdü və  Qalacı kitabları, üstəlik onların ölkəmizdə tərcüməsinə və çapına mənə Etibarnamə yazıb göndərdi. O bu Etibarnaməni vidyo lentə də  yazdırıb. Xüsusilə vurğulamalıyam ki, müharibə gerçəkləri cərəyan edən Suriyada qaçqınlığı mənliyinə yaraşırmadan 4 qız övladı ilə yaşayan, hər cür maddi, təhlükə  gərginliklərində Allaha sığınan Rəşidə xanım hər cür riski göz alaraq – neçə hərbi postu keçərək (tələbə qızı ilə birlikdə) həm Qalacının evinə gedib, müsahibə aldı, kitabları götürdü, həm də Nəsiminin məqbərəsinə gedib Vidyo görüntülər çəkib Nəsimi gerçəklikləri olaraq mənə göndərdi. Həqiqətən cəsarətli işdir və hər adamın hərbi vəziyyətdən görə biləcəyi iş deyil.
        
Kitablar da Rəşidə Bünyadzadənin vasitəsi ilə Suriya ilə Bakı arasında müharibə ilə əlaqədar poçt mübadiləsi olmadığı üçün Beynəlxalq Poçtla Hələb- Dəməşq – Beyrut – Moskva və ordan Bakıya çatdırıldı. 
        
Mən də kitabları alan kimi yubanmadan “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” kitabını  geniş Ön söz yazıb və  Ə.R. Qalacının bu əsəri haqqında Suriya alimi Feysal Xratçın dilimizə çevirdiyim   “Şer sənətinin emosionallıq  və  ruhi həyəcan təcrübəsinin sirri  ilə Nəsimi şeirlərindəki unikallıq arasındakı harmoniya, - Şair Nasimi  insan və  sehrindən heyrətləndi” məqaləsi ilə orjinalda çap etdirdim.
        
Haşiyə çıxaraq bildirmək istəyirəm ki, lap bu yaxınlara kimi elə bilirdim ki,  Əbdülfəttah  Rəvvas Qalacı haqqında Azərbaycan elmi ictimaiyyətinə  ilk dəfə akademik Bəkir Nəbiyev və məhz ““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin mətbu orqanı “Cahan+” qazetində çap olunmuş “Nəsimi kəlamının  işığında” (Cahan+ qazeti, 11 dekabr. 2009-cu il) məqaləsi ilə  məlumat vermişdir. Lakin təxminən iki ay əvvəl BDU-nun Fəlsəfə tarixi kafedrasının müəllimi Səbirə Nemətzadə mənə dedi ki, hələ 1985-ci ildə o, elmlər namizədi dissertasiyasında Ə.R.Qalacının məqaləsindən istifadə edib və bu mənbəni ona tanınmış ərəbşünas ziyalımız Müqəddəs Payızov veribmiş. 
        
Lakin əlbəttə ki, akademik Bəkir Nəbiyev 2009-cu ildə “Cahan +” qazetində çap olunmuş həmin məqaləsində bu ərəb aliminin “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyası haqqında geniş şərh vermiş, əsərdən bir parçanı ərəbşünas alim İmamverdi Həmidovun tərcüməsində təqdim etmişdir. Onu da bildirmək istərdim ki, akademik Ə.R.Qalacının soyadını Qələçi kimi göstərmişdir. 
       
Bəs akademikin təqdim etdiyi Ə.R.Qalacının bu monoqrafiyası ölkəmizə necə gəlib çıxmışdır? Bu məsələni açıqlamaq elə əslində bu məqalənin əsas mahiyyətinə aydınlıq gətirmək deməkdir. Belə ki, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva 2008-ci ildə Hələb şəhərində Nəsiminin 640 illiyi münasibəti ilə təşkil edilmiş Konfransda olarkən bir nəfərdə görüb, surətini  alıb Bakıya gətirmişdir. O, bunu mənə şəxsən yazıb. Lakin çox təəssüf ki, fəlsəfə doktoru Səadət Şıxıyeva əsərin surətini əldə edib Azərbaycana gətirsə də, özünü nəsimişünas adlandıra-adlandıra  bu  ərəb dünyasında indiyə kimi yeganə ciddi mənbə haqqında 11 il  ictimaiyyətə  məlumat verməmiş, bir növ kitab və müəllifini “həbs etmişdir”. Yalnız 2019-cu ildə, yəni 11 il sonra – Nəsimi İLİNNDƏ  “Hələbin yaqutu” əsəri “azadlığa çıxmış” – yəni dilimizə tərcümə olunması üçün təqdim olunmuşdur. 
      
Onu da qeyd edim ki, fəlsəfə doktoru Səadət Şıxıyeva  2018-ci ilin soyuq qış aylarının birində məndən akademik Bəkir Nəbiyevin Ə.R.Qalacıdən bəhs edən məqaləsinin dərc olunduğu mənim bsş redaktoru olduğum “Cahan +” qazetini istədi, onun  “nəsimişünaslıq tədqiqatlarına” kömək etmək niyyətilə  şəhərdən bağa (arxivim bağdadır) getdim – bum-buz evdə qazetin o sayını tapıb ona gətirdim və “təsadüf ya zərurət” məhz bundan sonra həmin kitab tərcüməyə verildi.  Ehtimal ki, fəlsəfə doktoru Səadət Şıxıyeva Bəkir Nəbiyevin məqaləsində Əbdülfəttah Rəvvas Qalacıdən və “Hələbin yaqutu” əsərindən bəhs edildiyini gördükdən sonra Qalacı və əsəri “həbsdən azad ” edilmişdir…  
         
Əgər belə olmasaydı, 2018-ci ildə dahi şairin 650 illik yubileyi tədbirlərinə start verilib, kitab tərcüməyə həmin  il verilərdi, 2019-da yox və bu da bir faktdır ki, 2019-cu il – Nəsimi İLİ də arxada qaldı, tərcümə kitabı üzə çıxmadı. Hətta tərcümə ötən ilin son aylarında yekunlaşsa da bu günə kimi dərc olunmamışdır.  
      
Bundan başqa Qalacının bu kitabında onun Nəsimi haqqında “Yolu görən” pyesi haqqında da məlumat vardır. Fikrimcə, obyektiv mövqeli hər bir “nəsimişünas” belə bir ciddi, maraqlı məlumatı nəinki Nəsiminin 650 İLLİK YUBİLEYİ ilində və həmçinnin Nəsimi İLİ- 2019-cu ildə, hətta kitabı ölkəyə gətirdiyi 2008-ci ildə - Nəsiminin 640 İlliyində  ictimailəşdirər, yazıçını axtarar, əsəri 2009-cu ildə  Nəsimiyə həsr olunmuş Beynəlxaq konfransa gələn Suriya nümayəndə heyətindən xahiş edib Bakıya gətirtdirər, “Hələbin yaqutu” kitabına qoşub “Nəsimi konfransında” hər iki  əsərin Azərbaycan dilinə tərcümə məsələsini təklif edər, lap  Nəsimi sevdası ilə öz imkanı ilə tərcümə və çap etdirərdi… Hələ həmin konfransda Qalacını yada salardı. Amma bir məsələ də var axı, fəlsəfə doktoru Səadət Şıxıyeva nəsimişünas olduğunu  iddia etsə də ərəb dilini bilmir, bəlkə də bu səbəbdən Qalacının Nəsimiyə pyes də həsr etdiyindən və hətta bu haqda “Hələbin yaqutu” kitabında qeyd olduğundan xəbərsiz olub. Həmçinin də fəlsəfə doktoru Səadət Şıxıyevanın ərəb dilini bilməməsi Nəsiminin ərəb dilindəki əsərlərini, habelə ərəb dilli tədqiqatları orjinalda oxumaması qənaətini yaradır ki, bu onun nəsimişünas “titulu” iddiasını bir az kölgədə qoyur. Hələ şərşünas adlanan hər bir alim şərq dillərinin “ləfzi-ləfzi” ərəb dilini sözsüz olaraq bilməlidir. “Şünas” sözü həm də bu və ya digər sahəni daha geniş, daha əhatəli biliyi ifadə edir… Bundan başqa Səadət Şıxıyeva başqa illər qalsın, Nəsimi ilində çağdaş ərəb tədqiqatları ilə maraqlanmayıb. Hər halda mən ərəbşünas, şərqşünas, nəsimişünas olmadan böyük çətinliklə 15 məqaləni üzə çıxarıb, tərcümə edib “Çoxmədəniyyətliliyin nəhəng körpüsü” adlanan Məqalələr toplusu çap etdirdiyim halda o, bu dəyərli məqalələri oxumayıb belə. Bu “nəsimişünasın”  Nəsiminin çağdaş ərəb tədqiqatlarından, ən azı 15 məqalədən xəbərsiz olduğunu göstərir.
       
Eyni zamanda Səadət Şıxıyeva bir müsahibəsində “30 il nəsimişünaslığa can qoyduğunu”,- deyir. Fikrimcə, elmdə can qoymaq bu və ya digər sahənin ən çox monoqrafik tədqiqatçısı olmaqla,  ən azı elmlər doktoru dərəcəsi dissertasiyası müdafiə etməklə ölçülür. O, isə bu ağır işlərin heç birini “daşımayıb”. Müqayisədə çalışdığı institut rəhbəri- elmi şura ilə xoş münasibəti olan bu xanım əgər nəsimişünasam, deyir,  gərək axı  35-40, 50 yaşlarında doktorluq dissertasiyası müdafiə edəydi, dissertasiyanı əsaslandıran fundamental  monoqrafiyalar meydana çıxaraydı... Məsələn, mən ümumiyyətlə, Nəsimişünaslqdan uzaq, şərşünas olmadan  Nəsimini  dahi şairin ciddi tədqiqatlarını oxuyub əxz etməklə biliyimlə 3 ay ərzində kifayət qədər dolğun iş qoydum meydana.  Bu yerdə qeyd etmək yerinə düşər ki,  əsl nəsimişünas Qalacı  soyadını ərəb dilindən çıxış edərək olduğu kimi yazar, daha Qələçi yazmaz. Mən Gövhər Baxşəliyevin bir məqaləsində də Qalacının Qələçi kimi qeyd olunduğunu oxudum. Fikrimcə mənbə “nəsimişünasdır”... Yəni S.Şıxıyeva. 
        
Habelə, Səadət Şıxıyeva bir müsahibəsində Nəsimi həyatı ilə bağlı geniş məlumat verir, jurnalistin -- “Mənbə olaraq dediyiniz faktlar haradan qaynaqlanır?- sualına cavabında bildirir ki,  “Bu informasiyaların bir hissəsi ərəbcə qaynaqdandır və nəşr olunmamış monoqrafiyamda olduğundan məlumat mənbəyini göstərmək istəmirəm”( //1905.az/s%C9%99ad%C9%99t-sixiyeva-n%C9%99simi-o-faci%C9%99li-taled%C9%99n-qacmaq-ist%C9%99m%C9%99di/). Bilmirəm, bəlkə Səadət xanım elə mən ölkəyə gətirənə kimi  Qalacının Azərbaycanda yalnız onda surəti olan “Hələbin yaqutu- İmadəddin Nəsimi” əsərindən mətni təqdim edib, adını informasiya qoyur? 
      
Amma belə bir  elmi metodika yoxdur ki, tədqiqatçı bu və ya digər mənbəyə-müəllifə istinad etsin, amma adını çəkməsin ki, nəşr olunmamış monoqrafiyamdandır... Digər tərəfdən  “o ərəb qaynağı” məgər dövlət sirridir, yaxud  Qalacı və ya hansısa başqa ərəb müəllif xalq düşməni elan olunub ki, adını çəkmək təhlükəli olsun?!  Hələ nə yaxşı jurnalist soruşub, birdən onda maraq doğurmayaydı? O zaman hansısa ərəb alimin, o cümlədən ola da bilər, Əbdülfəttah Rəvvas  Qalacının tədqiqatı  həmin müsahibəni verənin adına çıxacaqdı...  
       
Müəllif hüququ deyilən məsələ var! Elə S.Şıxıyeva özü belə hallara qarşı çox həssasdır və istinad  tələb edir. Söz birləşməsi, 2-3 beyti belə, əgər ondan sonra kim isə yazırsa, mütləq – “öz adının” göstərilməsi möbqeyini xatırladır.  Bu elmi etikanı gözləməyənlərlə döyüşür.
         
Amma özüm rastlaşmışam, o, ərəb müəllifi kimi heç yerli nəsimi tədqiqatçının da adını göstərməyib. Belə ki, o, görkəmli şərqşünas alim Ziya Bünyadovun adını göstərmədən alimin “Nəsimi diri-diri soyularaq öldürülməyib” məqaləsini özünün müxtəlif müsahibə və başqa yazılarında həm ideya, həm fakt, məlumat, həm də sərlövhə  baxımından  bir  xeyli təkrarlayıb. (məsələn, S.Şıxıyeva. Nəsimi iki dəfə evlənib, diri-diri soyulmayıb, oğlu və qızı.. . –   //teleqraf.com/news/edebiyyat/202203.html; S.Şıxıyeva Nəsiminin son sözü kəlmeyi-şəhadət olub – Müsahibə” //kulis.az/news/26122).  
        
Məsələn, o, Nəsiminin edamı ilə bağlı dəlilləri ( edam zamanı  2 dəfə  kəlmeyi-şəhadətini deməsi faktını) akademik Ziya Bünyadovun “Nəsimi diri-diri dərisi soyularaq öldürülməyib” məqaləsində  necə var, təkrar təsvir edib. Alimin adını qeyd etməyib. Akademik  sanki gələcəkdə bu təkrarların olacağını əvvəlcədən  bilərək bu məsələ ilə bağlı belə bir şərh yazmışdır :  “İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam Ansiklopedisi”ndə dərc olunan “Nəsimi” adlı məqaləsindən bəllidir (Bax: “İslam Ansiklopedisi”, İstanbul, 1964, cild 9, səh. 206-207). Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmluk sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub. Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür”( //old.islamazeri.az/-21315-haber.html    //old.islamazeri.az/-21315-haber.html). Akademikin qənaətində yanılmadığının  şahidi olduq. Amma elmi obyektivlik və məsuliyyət hissi tələb edir ki, necə Ziya Bünyadov və hamımız özümüzdən əvvəl bu və ya digər mənbəni üzə çıxarmış, göstərmiş alimlərin adını qeyd etməliyik.Fəlsəfə doktoru Səadət Şışıyeva isə bu yazılarında bəhrələndiyi mənbəələri - həm də nəinki Ziya Bünyadovu, heç İslam Ensiklopediyasını, Əbdülbaqi Gölpınarlının, eləcə də 11 il yalnız onda  olmuş “Hələbin yaqutu” kitabının adını  xatırlatmayıb.     
        
Beləliklə, Qalacının bu əsəri və həmçinin də  onun Nəsimi haqqında “Yolu görən” pyesi geniş ictimaiyyətə yalnız mənim virtual şəkildə yazıçını tapıb, ondan kitabları hədiyyə verməsini xahişimdən, Hələbdə yaşayan həmvətənimiz - Cəmiyyətin üzvü Rəşidə Adil qızı Bünyadzadənin  onunla görüşüb və kitabları alıb beynəlxalq poçt vasitəsi ilə ölkəmizə göndərməsindən və orjinalda çap etdirdiyimdən sonra təqdim olunmuşdur.    
        
Onu da vurğulamaq istərdim ki, Ə.R. Qalacının heç xəbəri belə yox idi ki, 2008-ci ildə kitabının surəti Azərbaycana gəlib. Mən ona bu barədə yazdıqda təəccüb etdiyini bildirdi. Səmimiyyətlə, deyim ki,  Qalacı  kitabının “əllərdə olduğu”   həmin müştərək konfranslara dəvət edilmədiyinə təbii narazılığını da   yazılarında dəfələrlə ifadə etmişdiir.  Bundan başqa  bir təəssüratımı da yeri gəılmişkən bölüşmək yerinə düşərdi. Belə ki, Qalacını tanıdıqca onun Nəsimi sevgisinin dərin köklərinə doğru izlər açılır... Birincisi, onun Soyadının sonluğu türk kökənindən xəbər verir.  Mən bu barədə alimə sual verdim. Əslində Qalacının soyadı kimi Nəsimi sevgisinin genetik-psixoloji qaynaqarı  məni çox maraqlandırırdı. O, məni cavabı ilə təəccübləndirdi. Xalis ərəb olduğunu deyən Qalacı nəsil səcərəsində bir babasının Türk Osmanlı ordusunda komandir olduğunu, digərinin Hələb Qalasının tikitisində iştirak etdiyini  bildirdi. “Qalacı” soyadı ordan gəlirmiş...  Mənim suallarım əsasında yazdığı Müsahibədə isə elə fikir vurğuları diqqəti cəlb edir ki, Qalacı sözünün Halac mənaları üzərinə gəlib çıxırıq və qocaman alimin lap “bizlərdən” olduğu düşünülür. 82 yaşında Qalacının müharibə şəraitində mənim xahişlərimi yerinə yetirməsi, hətta Marokkoda  “ərəb Mağribində”- Sanat Fakültesində Nəsiminin 650 illiyi münasibəti ilə məruzə etməyi planlaşdıran alim Al-Moatamad Xarrazın  xahişi ilə ona Nəsimi haqqında materiallar göndərməsi  (خراز راسلني منذ  اسبوعين وطلب معلومات عن نسيمي واشغاره المتىجمة للعربية..ساعدته. هو لا يعرف الكثير عن نسيمي) Nəsimi İlinə əsl nəsimişünas kimi xidmətini ifadə edir.
         
Nəsimiyə həsr olunmuş “Hələbin yaqutu” kitabının taleyi ilə bağlı bu qəmgin  məzmunlu yazımı yekunlaşdırarkən oxucularda yaranacaq bir suala cavab verməyi zəruri hesab edirəm. Beləcə, ərəb dünyasında Azərbaycan dahisi Nəsimini, həmçinin Sührəvərdini, Mövlanənini və s. mütəfəkkirlərin irsini  öyrənib, onlar haqqında əsərlər yazan Rəvvas Qalacını tapdığıma, onunla Facebook sosial şəbəkəsində dostluq əlaqəsində olduğuma. Alimin əsərlərini  mənə göndərməsinə bəlkə kim isə adi bir iş kimi baxar, amma bu həm də dostluq körpüsüdür və əlbəttə ki, bu körpünü ilk öncə Qalacının kitabının surətini Hələbdən Bakıya gətirmiş S.Şıxıyeva yaratmalıydı. O, daim olduğu  Facebook-da Qalacıya bir salam verib, onun  “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” kitabını Azərbaycana  necə gətirdiyini, 11 il sonra tərcüməyə verdiyini bildirməliydi.
        
S.Şıxıyeva isə 11 il bu kitabı  arxivində saxladığının düzgün olmadığını heç nəzərə almayaraq AMEA-nın Nəsimi ilinin yekunlarına həsr olunmuş tədbirdə mənim   2 dəqidəlik çıxışımı bitməyə qoymadan 1-ci sinif şagirdi kimi əlini havada yelləməklə söz alıb, Qalacının “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” kitabını Azərbaycana gətirdiyini, tərcüməyə verdiyini fəxrlə bildirdi. Əcaba o, bunu mənim bu kitabı, həmçinin Qalacının “Yolu görən” pyesini sonsuz çətinliklərlə  ölkəyə gətirdiyimi, monoqrafiyanı ərəb dilində çap   etdirdiyimi, digər əsas bir məsələ, Qalacının kitablarının Azərbaycanda çap və tərcüməsinə mənə icazə verdiyi barədə Etibarnamə  göndərməsini bildirməyimə, habelə İL boyu gördüyüm işləri qeyd etməyimə mane olmaq üçün etdi yoxsa  onun 11 il ictimaiyyətdən gizlətməsini açıqlayacağımın qarşısını aldı?..  Bilmirəm. Amma ədəbi və elmi ictimaiyyətə bir sualım var, əgər Qalacının kitablarının Azərbaycanda çap və tərcüməsinə icazə verdiyi barədə həmin Etibarnamə mənə yox, S.Şıxıyevaya  verilsəydi, mən yox, o kitabları ölkəyə gətirsəydi nə edərdi?.. 
         
Reallıq isə budur ki, Nəsimişünasam, şərqşünasam- deyib, böyük iddialarda olan Səadət xanım A 4 formatında cəmi 43 səhifədən ibarət bu kitabın hər il əgər 5-6 səhifəsini tərcümə etsəydi, 11 ildə kitab çoxdan ortaya qoyulmuş olardı. Bundan başqa, həmin tədbirdə,   “kitabı ölkəyə gətirməyindən, tərcümə  olunması və adi təqdimat kitabı olması, hazırda müəllifin səhvlərini düzəltməsi – kommentariyalara görə  çapının gecikməsindən” və s. - il bitsə də yekunlaşmamış işlərindən danışdı...
      
Əvvəla tərcümə əsərinin fəlsəfə doktoru olaraq - yəni Nəsimini akademik səviyyədə bilmədən “səhvlərini” düzəltmək nə deməkdir? Yəni fəlsəfə doktoru olmaqla bir sahənin “şünası” – deməli, akademiki qəbul edilmək mümkünsə elmi boyartıma nə gərək var?! Bu alim sələflərimizin, ömür sərf edib elmlər doktoru, müxbür üzv, akademik adına kimi tədqiqatlar aparmış alimlərimizin zəhmətinin boş olmasını ifadə etmirmi?! 
        
Həmçinin  tərcümə edilən əsərə düzəlişlər edilməsinə  -səhvlərin göstərilməsinə tərcümə metodikası yol verirmi? Sənin müddəalarınla müəllif razılaşmayacaqsa necə olacaq? Axı sən kitabının surətini kitabxanalardan da deyil, bir təsadüfi adamdan alıb – müəllifin özündən xəbərsiz gətirmisən, icazə almadan tərcüməyə vermisən, sonra da səhvlərini tutursan?..  Düzdür, əlyazma deyil, amma müəlilf sağdır.  Bizimlə ünsiyyətdədir və mənə Etibarnamə və avtoqrafla göndərdiyi kitablarıın tərcümə edilib-edilmədiyini, nəşr taleyini  çox tez-tez yazıb soruşur. Həm də təkcə məndən yox, kitabı tərcümə etdiyini ona bildirmiş tərcüməçidən maraqlanır. Hətta bu yaxın günlərdə mənə çox ağır iradını bildirib. Xahiş edib ki, medyada paylaşım. Buyurun tanış olun: 
        
“Qəzetlərə yazın: Suriya 9 ildir terrorizmə qarşı böyük bir müharibə aparır, iqtisadiyyatı demək olar ki, məhv edilir. İnsanların yarıdan çoxu yoxsulluq həddindədir, hələ də kitabı dəstəkləyir və hər il yüzlərlə kitab nəşr edir. Azərbaycan və iqtisadiyyatı yaxşıdır, qüruru, böyük şairi və mədəni tarixi olan Nəsimi haqqında tərcümə edilmiş bir kitabı çap edə bilmir. Lakin Suriya min illərdir mədəniyyət və mədəniyyət ölkəsidir (اكتبي على لسان غي الجريدة:
سورية تخوض حربا كبيرة ضد الإرهاب منذ 9 سنوات، اقتصادها شبه مدمر. وأكثر من نصف الشعب تحت خط الفقر ومع ذلك ما تزال تدعم الكتاب وتصدر سنويا مئات الكتب. ازربيجان واقتصادها جيد تعجز عن طباعة كتاب مترجم عن نسيمي وهو فخرها وشاعرها الكبير وتاريخها الثقافي  لكن سورية بلد الحضارة والثقافة منذ آلاف السنين) Abdulfattah Ravvas Qalacı.  
Nəmçinin “Əziz doktot Xatirə Quliyeva
Axşamınız xeyir, Kitabla maraqlandım… (kitabı istədim) (عزيزتي د. خاتيرا غولفييغامساء الخير تالمت من اجلك لخبر الكتاب” //www.facebook.com/messages/t/ar.kalaji)
            
Digər bir məsələ, S.Şıxıyeva tədbirdə “Hələbin yaqutu” kitabı haqqında deyir ki, monoqrafiya deyil, adi təqdimat kitabıdır. Bəs o bu fikri ilə öz direktoru  Gövhər Baxşəliyevanın həmin əsər haqqında olan elmi qənaətinə zidd getmir ki?  Belə ki, akademik G. Baxşəliyeva “Şərq araşdırmaları” jurnalında çap olunmuş Nəsimi ədəbi mirasında ərəb dili” məqaləsində Qalacı və bu əsəri haqqında yazır: “Bu istiqamətdə apardığımız tədqiqat yalnız bir kitabın varlığını üzə çıxardı. Ərəb tədqiqatçısı Əbdülfəttah Ravvas Qələçinin “Hələb yaqutu İmadəddin Nəsimi: həyatı, şeirləri və fəlsəfi fikirləri” adlı kitabı (Dəməşq, 1991) ərəb coğrafiyasında şairə həsr olunmuş yeganə məlum monoqrafik tədqiqatdır və bu cəhəti ilə də əhəmiyyət kəsb edir. Oxucularda bu müəllifin şəxsiyyəti barədə təsəvvür yaratmaq niyyəti ilə qeyd etməliyik ki, 1938-ci ildə Suriyanın Hələb şəhərində anadan olan Əbdülfəttah Qələçi 35 kitabın müəllifidir. Dahi mütəfəkkir şair İmadəddin Nəsiminin zamanında fəlsəfi-dini fikirlərinin geniş təbliğ olunduğu Hələb şəhərində ərəb bir tədqiqatçının qələmindən belə bir araşdırmanın ərsəyə gətirilməsi onun dəyərini daha da artırır. 88 səhifədən ibarət olan kitab nisbətən kiçik formatdadır. Mündəricat, yeddi əsas başlıq və alt başlıqlardan ibarət olan kitabda Nəsiminin həyatı haqqında dolğun məlumat verilməklə yanaşı, onun fəlsəfi-dini fikirlərinin geniş təhlilinə də yer verilir” (//www.elibrary.az/docs/JURNAL/jrn2019_502.pdf),
        
İndi biz akademikə inanaq, ya fəlsəfə dokturuna?..
        
Qeyd edim ki, akademik Gövhər Baxşəliyeva Qalacının kitabı ilə bağlı yazır ki, “Bu istiqamətdə apardığımız tədqiqat yalnız bir kitabın varlığını üzə çıxardı”. Amma tədqiqat ciddi işdir. Yəni tədqiqatı kitabxanalarda, arxivlərdə apararlar. Virtual kitabxanalarda, internet üzərindən və s. Zəhmətdir tədqiqat. Qalacımnın kitabını isə Səadət Şıxıyeva yuxarıda da qeyd etdiyim kimi 2008-ci ildə Suriyada Nəsimi konfransında iştirak edərkən birinin əlində görüb, surətini çıxartdırıb gətirib. Göründüyü kimi bu iş tədqiqat deyil. Digər bir məsələ, mən nəinki nəsimişünas, heç Nəsimi tədqiqatçısı olmadan ərəb medyasından Nəsimiyə həsr olunmuş 15 məqaləni tapıb  çətinliklə tərcümə edib, elmi ictimaiyyətə təqdim etmişəm, bəs nəsimişünaslar niyə elə bircə Qalacının məlum kitabı ilə kifayətləniblər? Hələ Qalacının Nəsimi haqqında 3 məqaləsi, İslam ensiklopediyasında daha bir məqaləsi vardır.  Bundan da başqa akademik G. Baxşəliyeva məqalədə Qalacının səhvlərindən də bəhs etmir, əksinə təqdir edir.  Beləliklə, yaxşı Səadət xanım Şıxıyeva öz biliyi qədər səhvləri düzəltdi, kommentariyanla çap olundu kitab. Bəs çapdan sonra kitabı oxuyan akademiklər, nəsimişünaslar, tanınmış şərqşünaslar, ərəbşünaslar onun səhv bildiyi müddəaların əslində doğru olduğunu sübut etsələr, nə olacaq? Kitab yenidən çap olunacaq?  Yox... İkincisi, məsələn, Qalacı hardansa Səasdət Şıxıyevanın kitabını əldə edib ərəb dilinə çevirib  onun “səhvlərini tutmaqla” çap etmək istədi... S.Şıxıyeva bunu necə qarşılayar? Deməz ki, mən heç əsərimin tərcüməsinə icazəverməmişəm, o ki, ola kommentariyalar... Deməli, bu yanaşma düzgün deyil. Bununla bərabər bizim xalqın böyüyə, ağsaqqala hörmət xüsusiyyəti var. Heç olmasa buna görə S.Şıxıyeva əvvəl qocaman ziyalıya salam verməlidir, onunla fikir mübadiləsi etməlidir, sonra kommentariya haqda düşünməlidir və daha sonra hesabatlarında kitabı göstərməlidir.  Əks halda necə ölkədəki, xaricdəki nəsimi tədqiqatçılarına qarşı da bir qısqanclıq təəssüratı yaranır. Halbuki, Rəsul Rza deyib gedib: “Bu -möhtəşəm ədəbi-elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir”. Amma S.Şıxıyeva yekun iclasdakı çıxışında Qalacının  əsərini adi – təqdimat kitabı kimi qiymətləndirdi. Adi tqdimat kitabıdırsa niyə tərcüməyə verildi?! Yox, qiymətlidir, niyə 11 il “sandıqda” saxlanıldı?! Həm də Ə.R.Qalacı Şıxıyevanın düşündüyü kimi heç də adi orta məktəb müəllmi deyil. O, Dəməşq, Hələb universitetlərində dərs demiş, eyni zamanda Suriyanın tanınmış alim-yazıçısıdır və akademik G.Baxşəliyevanın da xüsusi vurğuladığı kimi onun -Qalacının  “Hələbin yaqutu” əsəri “ərəb coğrafiyasında şairə həsr olunmuş yeganə məlum monoqrafik tədqiqatdır və bu cəhəti ilə də əhəmiyyət kəsb edir”. 
         
Bu yerdə qeyd edim ki,  mən, həmçinin kitabı tərcümə edən fəlsəfə doktoru Mahir Həmidov Qalacıya onun əsərinin tərcüməsinə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq institutu rəhbərliyinin qərar verdiyini bildirdikdə nə qədər  sevinmişdi. Bu xəbəri paylaşmışdı... 
         
Məsələn, mən Səadət Şıxıyevanın zəhmətini də görürəm və onun kimi bütün tədqiqatçıları qiymətləndirirəm. Bu alimin tədqiqatları da maraqlıdır. Xeyli iş görüb. Ən əsas məsələ, Səadət Şıxıyeva bizim millətin alimidir, gücü çatan qədər xidmət göstərib.
         
Dahilərin monopoliyaya alınmasını, digər tədqiqatçılara qara eynəklə baxılmasını, onları təkrarlamaq, istinadları göstərməmək hallarını isə kim olur-olsun qınayıram. Ciddi tədqiqatçılardan qaynaqlanan iqtibaslar götür, sonra da de ki, “filankəsin” də “səhvləri var”, beşmənkəs “bəsitdir”, digəri üçün “Nəsimini bilmir ki”, “məndən köçürüb”, daha digəri haqda, “mənim acığıma bunları etdi” “Nəsimiyə aidiyyəti yoxdur”...  Ümumiyyətlə, insan ədalətli, əsl  tədqiqatçı ilk növbədə obyektiv olmalıdır.
          
Məqamı olduğu üçün onu da qeyd edim ki, tərcümə olunduqdan sonra  kitabın çapı gecikdikdə, yuxarıda da qeyd etdiyim kimi Qalacı narazılığını bildirdikcə - ən əsas Nəsimi İLİ yekunlaşdıqda mən məsuliyyət hissimlə narahat olub Şərqşünaslıq institutunun direktorunun qəbuluna gedib təklif etdim ki, yubanma maddi vəziyyətlə bağlıdırsa  mən öz maaşımla bu kitabı da çap edim. O, bildirdi ki, yaxın vaxtlarda çap olunacaq. Amma İL  də bitdi, yeni ilin iki ayı da  arxada qaldı, amma kitab hələ də meydana çıxmayıb.  Heç belə sevda olar?.. Mən Nəsimiyə xüsusi “sevgim”-nəsimişünaslıq marağım olmadan Mədəniyyət Nazirinə Qalacının Nəsmyə həsr olunmuş “Yolu görən” pyesinin tərcüməsinə kömək etməyi xahiş etmişəm, belə getsə bu kitab “Hələbin yaqutu”-ndan tez tərcümə olunub həm nəşr ediləcək, həm səhnədə işıq görəcək...
        
Mənə bir neçə tanınmış alim “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” kitabını orjinalda çap etdiyimə təəccübləndiyini bildir-di. Lakin onda da, indi də yanılmadığımı düşünürəm... Çünki heç bilmək olmaz tərcümədən sonra Qalacı kitabı necə təqdim olunacaq. Kitabxanalarımızda, ərəb-şünas, nəsimişünaslarımızda orjinalda olması yaxşıdır.  
         
Beləliklə, mən ““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri kimi  XIV əsr Azərbaycan şairi İmadəddin Nəsimi irsi haqqında elmi tədqiqatın müəllifi, qocaman ərəb alimi və yazıçısı Əbdülfəttah Rəvvas Qalacının 1991-ci ildə “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poe-ziyası, fəlsəfi görüşləri” adı ilə çap olunmuş eyni adlı monoqrafiyasını orjinalda çap etməklə, çağdaş ərəb tədqiqatlarında Nəsimi irsininn öyrənilməsinə aid 15 mə-qaləni tapıb, tərcümə edib “Çoxmədəniyyətliliyin nəhəng körpüsü” məqalələr toplusunu çap etdirməklə, hələ rəsmi dövlət qəzetləri, həmçinin digər mətbu orqanlarda məqalələrlə çıxış etməklə düşünürəm ki, Nəsimi ilinə faydali tövhələr vermişəm və  11 il bir növ “həbsdə” qalmış, indi də “mərəkəyə” çıxmayan “Hələbin yaqutu” kitabının dilimizdə tərcümə kitabını gözləyirəm ki,   Şərqşünaslıq institutunun Nəsimi qrupunun rəhbəri hörmətli Şıxıyeva müəllifinə göndərməzsə,   mən göndərim. Çünki, qocaman ərəb alimi və yazıçısı Əbdülfəttah Rəvvas Qalacı fəlsəfə doktoru Səadət Şıxıyevanı heç tanımır. Hələ bilmirəm ki, 83  yaşlı, əsl Nəsimi sevdalı  müəllif Qalacı Şıxıyevanın “səvf” kimi qiymətləndirdiyi düşüncələrinə nə deyəcək... Kaş ki, göndərilməyə layiq olaydı “kommentariya-lar”...

Sonda deyim ki, Nəsimidən o yaza bilər, bu yox..  Yaxud da Nəsimidən yalnız nəsimişünaslar (belə bir sertifikat varmı?!) yaza bilərlər.. Sonra yalnız şərqşünaslar, hətta ərəb dilini bilməyən “şərqşünaslar” yaza bilərlər... Bu feodal düşüncədir.  Nəsimidən də, bütün ədəbi, fəlsəfi və s. mütəfəkkirlərdən də biliyi, savadı olan, tədqiqat gücünə malik hər kəs yaza bilər. Yetər ki, sinəyə döyüb, böyük iddialarda olmayasan, plagiat etməyəsən... Saf, təmiz olsun amalın. Sevdan işıqlı, nurlu olsun. Təkrar da olsa qeyd edim ki, mən Nəsimini xüsusi olaraq, fərqləndirərək “sevmirəm”. O mənim üçün unikal milli mənəvi irsimizin bütün  nümayəndələrindən, onların sələflərindən biridir. Mən 1 məqaləni yazmaq üçün bəlkə onlarla kitab-məqalə oxuyub yeniliyim olacaqsa yazıram. Nəsimi irsinə də münasibətim bu cürdür. İzlədim, gördüm dahimizin 600 il uyuduğu ərəb dünyasında onun haqqında nə düşünürlər, nə yazırrlar – bu haqda “nəsimişünaslar” yazmır, əziyyətə qatlaşıb tədqiq edib, ortaya yeni məzmunlu, aktual “işlər” çıxardım. 
       
“Nəsiminin poeziya və fəlsəfi görüşlərini  identiklik və çoxmədəniyyətlilik   kontekstində” mövzusunu bu günə kimi heç kim tədqiq etməyib. Faktdır ki, xeyli çap olunmuş materialım var və tədqiqatlarımı genişləndirib bu mövzuda əsər meydana çıxarmağı planlaşdırıram. Həm də elmin əsas şərti – tədqiqatçıların zəhmətinə dəyər verməklə və istinadları göstərməklə! Nə xoş halıma ki, Nəsimi ilində həm Nəsiminin əvvəlki tədqiqatları yeniləndi, həm yeni tədqiqatlar meydana çıxarıldı. Deməli müqayisələr, fikir mübadilələri üçün geniş şərait vardır. Nəsimiyə həsr olunacaq yeni monoqrafiyamı ölkəmizdə və bir neçə xarici ölkədə çap etdirməklə dahi şairimizə “qara” olmayan təmənnasız və aydın sevdamı bəyan etməyə çalışacağam.
        
Nəsimi ili çox möhtəşəm keçdiyi üçün “aydın sevdalar” qalib oldu. Dahimizin 100 illik tədqiqatlar tarixində nə 650 illiyindəki canlanmalar, təntənə müşahdə olunmamışdı, nə də bu qədər çox sayda tədqiqatlar, faydalı işlər. Şəxsən mən akademik İsa Həbibbəylinin geniş məzmunlu Nəsimi İlinə yekun məruzəsində ki, nəticələrlə tanış olduqca xalqın öz klassikinə verdiyi böyük dəyərlə fəxr etdim. Necə gözəl elm bayramı şöləsidir: Başda elə İsa müəllim Həbibbəyli olmaqla Azəbaycanın görkəmli ədəbiyyatşünas, şərqşünas, dilçi və b. humanitar-ictimai elm sahəsi alimləri ciddi araşdırmalarla XIV əsr poeziyamızı yaratmış dahimiz haqqında gələcək nəsillər üçün bir-birindən dəyərli tədqiqat əsərləri meydana çıxarıblar. 
        
Ümid edirəm ki, Nəsimi İli  Nəsimişünaslıq üçün başlanğıc mahiyyətdə olub, daha yeni tədqiqatların meydana çıxmasına üfüqlər açacaqdır.  
       
Əlbəttə ki, bu istiqamətdə ərəb dünyasında Nəsimimizə həsr olunmuş yeganə sanballı – monoqrafik kitabın müəllifi Əbdülfəttah Rəvvas Qalacının əlimizdə olan “Hələbin yaqutu- İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyasının  və “Yolu görən” pyesinin dilimizdə nəşri və 83 yaşında yazıb-yaradan alimə və kitabxanalarımıza onların tezliklə çatdırılması ən mühüm işlərdəndir.

Xatirə Quliyeva
““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti”
 İctimai Birliyinin təsisçisi və sədri
Fəlsəfə elmləri doktoru







Oxşar xəbərlər
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
GÜNLÜK
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq