“Təbii ki, işğal altındakı torpaqlarımızda düşmənin həyata keçirdiyi böyük tədbirlər, ciddi layihələrlə bağlı informasiyalar vermək lazımdır. Lakin Qarabağda baş verən hər bir xırda olayın, kiçik bir tədbirin işıqlandırılması zərərlidir. Çünki bu, ermənilərin oradakı fəaliyyətini insanlarımız üçün adiləşdirə bilər”.
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaoğlunun qənaətincə, mütəmadi surətdə irili-böyüklü, əhəmiyyətl-əhəmiyyətsiz bu cür xəbərləirn Azərbaycan mediasında yer alması arzuedilməz nəticələr doğura bilər:
“Qarabağ Azərbaycan torpağıdır və təbii ki, ermənilərin oradakı fəaliyyəti narahatlıq doğurmaya bilməz. Lakin orada atılan hər bir addımın önəminə baxmadan tirajlanması ziyanlı nəicələrə səbəb ola bilər. Bu, ermənilərin Qarabağdakı mövcudluğunu da, oradakı fəaliyyətini də insanların şüurunda bir növ adiləşdirə bilər. Buna görə də bu məsələyə həssas yanaşmalı, insanlarımızın şüurunda, psixologiyasında mənfi iz buracaq hallara yol verməmək lazımdır”.
Seymur ƏLİYEV