Xəbər lenti
03/04/2020 [14:23]:
Rusiyada son sutkada 601 nəfərdə koronavirus aşkarlanıb, dörd nəfər ölüb
03/04/2020 [14:23]:
Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram .
03/04/2020 [14:22]:
Koronavirusdan ölən müsəlman necə dəfn olunmalıdır? - QAYDALAR
03/04/2020 [14:21]:
Əli Əhmədov: "Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır"
03/04/2020 [14:20]:
Üç hədəf dövlət: Bioloji savaşın ilk qurbanları niyə onlar oldu...
03/04/2020 [14:19]:
Karantin rejimində uşağını gəzdirməyin yolunu tapdı - FOTO
03/04/2020 [14:16]:
İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı
03/04/2020 [14:14]:
Tibb müəssisəsindən qaçan koronavirus xəstəsi belə saxlanıldı - VİDEO
03/04/2020 [14:12]:
"Biz birlikdə mücadilə aparmaqla qlobal təhlükələrdən az itki ilə çıxacağıq" - VİDEO
03/04/2020 [14:11]:
Koronavirusa görə təxirə salınan “Eurovision 2020" onlayn keçiriləcək
03/04/2020 [14:11]:
BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"
03/04/2020 [14:04]:
"Vətəndaşlar icazə üçün yarım saat, bir saat əvvəldən müraciət etməlidir" - RƏSMİ
03/04/2020 [13:59]:
Neymardan bir milyon avroluq yardım
03/04/2020 [13:57]:
"Düşünürəm ki, dünyanı cənginə alan bu virus o “viruslar”ı da məhv edəcək..." - VİDEO
03/04/2020 [13:55]:
225 minlik kirayə haqqını ödəmədi, məhkəməlik oldu
03/04/2020 [13:51]:
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
03/04/2020 [13:51]:
"Bizimkilkər Türkiyə və Gürcüstanda ən çox əmlak alan ilk 5-liyində yer alırlar"
03/04/2020 [13:46]:
"Xalq artisti" adından utan" - Zöhrə Abdullayevadan sərt sözlər
03/04/2020 [13:42]:
“Corona” pivəsinin istehsalı dayandırıldı
03/04/2020 [13:33]:
Ekizlərə ad verdilər – Corona və Covid
03/04/2020 [13:29]:
Koronavirus şübhəsi ilə karantinə alınan millimizin üzvü barədə son məlumat
03/04/2020 [13:29]:
"Tərki-dünyalıq movzulu yazılarım bəzən qınaq obyekti olur, amma..."
03/04/2020 [13:28]:
Koronavirusla bağlı şok fakt ortaya çıxdı – 49 gün müddətində… – VİDEO
03/04/2020 [13:25]:
Azərbaycandan İrana gedənlər artıb, Rusiyaya gedənlər azalıb
03/04/2020 [13:23]:
Gəncədə karantin rejimini pozanlar cərimələnib - FOTOLAR
03/04/2020 [13:18]:
Bu ilin birinci rübündə dövlət büdcəsində 2,5 mlrd manatlıq profisit yaranıb
03/04/2020 [13:15]:
65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? - RƏSMİ
03/04/2020 [13:12]:
İslandiyada yoluxma hallarının 50%-i simptomsuzdur
03/04/2020 [13:02]:
Koronavirusla bağlı ölkəsində həqiqətlərin gizlədildiyini deyən həkim saxlanıldı...
03/04/2020 [13:01]:
Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib -VİDEO
03/04/2020 [12:55]:
“Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək”
03/04/2020 [12:55]:
Evdən çıxmağa görə icazə üçün hazırlanan sistem təqdim olundu
03/04/2020 [12:54]:
icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başladı
03/04/2020 [12:53]:
UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq
03/04/2020 [12:51]:
Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü
03/04/2020 [12:49]:
İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - FOTOLAR
03/04/2020 [12:47]:
Londonda koronavirusa yoluxanların sayı 60 dəfə çoxdur - İDDİA
03/04/2020 [12:45]:
Karantin günlərinin ən seksual qadınları - FOTOLAR
03/04/2020 [12:38]:
“Bu xəstəliklə mübarizədə əhval-ruhiyyə çox önəmlidir...”- Koronavirusa qalib gələn qadın...
03/04/2020 [12:35]:
"Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək" - POLİTOLOQ...
03/04/2020 [12:32]:
““Qazprom” Ermənistanı barmağına sarımaqda davam edir...”
03/04/2020 [12:29]:
2 apreldə dünyada koronavirusa yoluxanların statistikası- 79 min 869 yoluxma, 5 min 975 ölü
03/04/2020 [12:26]:
“Heç birimiz süddən çıxmış ağ qaşıq deyilik” – Xatun
03/04/2020 [12:17]:
Azərbaycanda daha altı nəfər koronavirusdan sağaldı - RƏSMİ
03/04/2020 [12:16]:
Ermənilərin Qazaxda törətdiyi təxribatın qarşısı alınıb
03/04/2020 [12:13]:
Füzulidə subartezian quyularının qazılmasına 980 min manat ayrıldı - SƏRƏNCAM
03/04/2020 [12:09]:
Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
03/04/2020 [12:09]:
Azərbaycanda karantində 4 321 nəfər var - RƏSMİ
03/04/2020 [12:02]:
BMT koronavirus əleyhinə qlobal həmrəylik qərarı qəbul etdi
03/04/2020 [12:01]:
"Qəbul edək ki, bu qədər sükut və unutqanlıqdan sonra Aprel döyüşləri milləti silkələdi"
03/04/2020 [11:53]:
Dünyaca məşhur türk professordan Türkiyəyə koronavirusla mübarizə üçün 5 kritik təklif...
03/04/2020 [11:46]:
Tramp: Səudiyyə və Rusiya neft istehsalını azaldacaq
03/04/2020 [11:45]:
Vilayət Eyvazov rəisi işdən ÇIXARDI
03/04/2020 [11:43]:
Son sutka ərzində bu qədər adam cərimələnib - STATİSTİKA
03/04/2020 [11:40]:
Subsidiya alan fermerlerə şad xəbər
03/04/2020 [11:33]:
Ermənistanda bir sutkada 73 nəfər koronavirusa yoluxub
03/04/2020 [11:32]:
FED-in balans hesabı rekord səviyyəyə yüksəlib
03/04/2020 [11:28]:
Azərbaycan COVID-19 ilə mübarizə haqqında BMT qətnaməsinin həmmüəllifi olub
03/04/2020 [11:25]:
Gürcüstanda ərzaq məhsulları bahalaşıb
03/04/2020 [11:24]:
Azərbaycanda karantin rejimini pozan 15 iaşə obyekti aşkarlandı
03/04/2020 [11:22]:
Dünyanın ən gözəl şəlalərindən birinin suyu azalıb - FOTO
03/04/2020 [11:21]:
Cazibədar model dəniz sahilindəki görüntüsü ilə heyran etdi - FOTO
03/04/2020 [11:20]:
Tramp Putinin etdiyi gözəl jestdən danışdı
03/04/2020 [11:18]:
Çində matəm elan edildi
03/04/2020 [11:11]:
Ronaldo bu il 1 milyard dollar qazanacaq
03/04/2020 [11:10]:
Fransada bir sutkada 1355 nəfər koronavirusun qurbanı olub
03/04/2020 [11:09]:
Azərbaycanda karantin rejimini pozan 15 iaşə obyekti aşkarlandı
03/04/2020 [11:09]:
“Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim” - Pərvin
03/04/2020 [11:07]:
Tramp Putinin etdiyi gözəl jestdən danışdı
03/04/2020 [11:02]:
Şura "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirib
03/04/2020 [10:58]:
Azərbaycan OPEC və qeyri OPEC ölkələri nazirlərinin görüşündə iştirak edəcək
03/04/2020 [10:50]:
Karantin rejimini pozan 10 nəfər həbs olundu, 3 566 nəfər cərimələndi
03/04/2020 [10:48]:
"Heç birimiz süddən çıxmış ağ qaşıq deyildik"
03/04/2020 [10:46]:
“1918-1920-ci illərdə İspan qripi epidemiyasından sonra insanlar susmuşdu...”- Hadisə şahidi...
03/04/2020 [10:41]:
Özlərini koronavirusdan belə qoruyurlar... - FOTOLAR
03/04/2020 [10:38]:
Türkiyədə zəlzələ olub
03/04/2020 [10:38]:
Milli Məclis “Facebook”a gəlir
03/04/2020 [10:35]:
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
03/04/2020 [10:28]:
Suriyada dəhşətli durum: 6 milyon insan ölümlə üz-üzə...
03/04/2020 [10:25]:
Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır”
Bütün arxiv bir sırada
20/02/2020 [22:17] - Dünya - ( 769 dəfə baxılıb)

Çinlə əlaqələrin məhdudlaşması Azərbaycana neçəyə başa gələ bilər?



Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 74,5 mini keçib, onlardan 2118 nəfər ölüb, 16,1 min nəfərdən çoxu isə sağalıb. Bu barədə dünən Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsi bildirib. Fevralın 19-da verilən məlumatda isə ölkə üzrə 74,1 təsdiqlənmiş yoluxma, 2004 ölüm halı qeydə alınıb, 14,3 min nəfərin isə sağalaraq evə buraxıldığı bildirilmişdi.

Bu rəqəmlər Çin iqtisadiyyatını az qala tam durğunluq vəziyyətinə gətirən koronavirus epidemiyasının gözləntilərin əksinə olaraq, hələ azalmağa, yaxud sabitləşməyə başlamadığını göstərir. Bu isə dünyanın ən nəhəng iki iqtisadiyyatından birinin qısa müddətdə böyük çətinliklərlə üzləşmə ehtimalını getdikcə artırır. Belə bir vəziyyətdə müxtəlif ölkələr Çində yaranan problemlərin öz iqtisadiyyatına təsirlərini yumşaltmaq istiqamətində addımlar planlaşdırmağa başlayıblar. Çünki Çində yaranmış böhranın daha da dərinləşməsi perspektivi yalnız bu ölkəyə deyil, qlobal iqtisadiyyata ciddi zərər dəyməsinə gətirib çıxaracaq. Bu baxımdan, Çinlə ticari-iqtisadi əlaqələrini sürətlə genişləndirməkdə olan Azərbaycanın da zərərlə üzləşəcəyi qaçılmazdır.

Onu da qeyd edək ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi sürətlə artır. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2019-cu ildə Çinlə Azərbaycan arasında ticarət əlaqələrinin həcmi 2 milyard 184 milyon 194 min dollar təşkil edib ki, bunun da 1 milyard 432 milyon 31.37 min dolları Çindən idxalın payına düşüb. Azərbaycanın idxalında ötən il Çin Rusiya və Türkiyədən sonra 3-cü yerdə qərarlaşıb. Bu ölkəyə ixracımız isə 752 milyon 162.63 min dollar təşkil edib, Çin bu göstərici üzrə 6-cı yeri tutub.

Dövlət Gömrük Komitəsinin statistikasından həmçinin aydın olur ki, koronavirusun yayıldığı bu ilin yanvar ayında Çinlə ticarət dövriyyəmizin həcmi 120 milyon 72.46 min dollar təşkil edib ki, bunun 113 milyon 992.41 min dollarını oradan idxalımız təşkil edib. Yanvarda Çin idxalımızda Rusiyadan sonra ikinci ölkə olub, ümumi idxalda payı 15,81 faizə çatıb.  Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvarında Çindən idxalımız 87 milyon 481.83 min dollar, ümumi idxalımızın cəmi 8,55 faizini təşkil edib. Göründüyü kimi, virus epidemiyası hələlik Çinlə ticarət əlaqələrimizə təsir göstərməyib. Lakin epidemiyanın yanvarın sonlarından sürətli inkişaf mərhələsinə daxil olduğunu nəzərə alsaq, bu təsirin fevralda daha çox hiss olunacağını söyləyə bilərik.

Çindəki problemin Azərbaycana təsirləri dedikdə, turizm sahəsindəki vəziyyət də diqqətdən yayınmamalıdır. Belə ki, Azərbaycan son illərdə Asiya regionundan, o cümlədən Çindən turist cəlbini artırmağı turizmdə əsas prioritetlərdən biri elan edib. 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Nəticədə əgər 2018-ci ildə Çindən Azərbaycana 15 min 730 nəfər gəlmişdisə, 2019-cu ildə bu göstərici 25 min 542 nəfərə çatıb. Azərbaycan tərəfi yaxın illərdə Çindən Azərbaycana turist axının illik 200 min nəfərə qədər yüksəltməyi planlaşdırır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ötən ay gələnlərin sayında daha çox artım müşahidə olunan ölkələr arasında Çin də var. Belə ki, Dövlət Statistika Komitəsindən aldıımız məlumata görə, Çindən gələnlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz artım qeydə alınıb. Belə ki, keçən ilin yanvarında Çindən ölkəmizə 768 nəfər gəlmişdisə, bu ilin yanvarında gələnlərin sayı 1183 nəfərə çatıb.

Kənan Quluzadə: ile ilgili görsel sonucu
Kənan Quluzadə: “Çindən turist cəlbi planımız dəyişməyib”

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin “Yeni Müsavat”a dediyinə görə, koronavirus epidemiyası Azərbaycanın Çindən turist cəlbi ilə bağlı uzunmüddətli planlarında hər hansı dəyişikliyə səbəb olmayıb: “Yanvar ayında Çindən gələnlərin sayında artım yüksək olub. Lakin bu artım ayın 1-2-ci dekadasında gələnlərin hesabınadır. Üçüncü dekadadan başlayaraq Çinlə gediş-gəliş demək olar ki, tamamən dayanıb. Düzdür, ola bilər ki, üçüncü ölkələr vasitəsilə gələnlər olsun, amma birbaşa gediş-gəliş yoxdur, birbaşa uçuşlar da dayandırılıb. Bizdən Çinə gedənlər daha çox biznesmenlər və tələbələr, oradan gələnlər isə turistlər idi. Ötən il Çindən ayda orta hesabla 2 min nəfər gəlib. Bu il də biz gözləyirdik ki, bu rəqəm iki dəfə artacaq. Bizim onlarla əməkdaşlıq barədə sazişimiz, strategiyamız da var”.

Agentlik rəsmisi bildirir ki, Çin dünya turizmində mühüm yeri olan ölkədir: “Hər il Çindən dünyanın müxtəlif ölkələrinə 140 milyon nəfərə yaxın turist gedir. Biz də bu axının bir qismini cəlb etmək niyyətindəyik. Strateji olaraq bu plan qüvvəsindədir, bununla bağlı Azərbaycan hökumətindən Çin hökumətinə məktub da göndərilib. Lakin aydın məsələdir ki, virusun yayıldığı bir dövrdə turistik əlaqələrin inkişafı mümkün deyil. Biz vəziyyəti izləyirik, turizm səfərləri üzrə alınmış turpaketlər, biletlər əlavə ödənişsiz geri qaytarılıb, çalışırıq ki, şirkətlərimiz zərər çəkməsin. Hətta virus epidemiyası daha uzun müddətdə davam etsə belə, Çindən turist axınının dayanması Azərbaycanın turizm gəlirlərində ciddi itkiyə səbəb olmayacaq. Biz bu il haradasa 40 min Çin turistinin ölkəmizə gələcəyini planlaşdırırdıq. Bu, ümumi turizmin inkişafı baxımından böyük rəqəm deyil”.

Koronavirusun Azərbaycana turist axınında mühüm yeri olan Gürcüstan, Rusiya, İran kimi ölkələrdə yayılması halına gəlincə, K.Quluzadə bildirir ki, ölkəmiz turist axını coğrafiyasını genişləndirməyə çalışır: “Hər hansı bazardan axın azalırsa, biz digər bazarlar hesabına müsbət tendensiyanı saxlamağa çalışırıq. İnşallah ki, əlaqələrimizin əhəmiyyətli dərəcədə geniş olduğu ölkələrdə virus epidemiya halına keçməz”.

Rəşad Həsənov: ile ilgili görsel sonucu
Rəşad Həsənov: “Çindəki problem ölkəmizi bir neçə istiqamətdən zərərə sala bilər+”

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Çindəki problemlərin dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı təsirləri var: “Birinci təsir xammal bazarındakı qiymətlərin azalmasıdır. Belə ki, dünya bazarında neftin 1 dollar ucuzlaşması Azərbaycanın bu məhsuldan gəlirinin 600-650 min dollar azalması deməkdir. Epidemiya yaranandan bəri qiymət 10 dollar düşüb, bu isə Azərbaycanın gündəlik zərərinin 6,5 milyon dollara çatmasına səbəb olub. Bundan əlavə, neftin qiymətinin azalması ölkədə çalışan neft şirkətlərinin mənfəətini azaldacaq ki, bu da onların dövlət büdcəsinə ödədikləri mənfəət vergisində özünü göstərəcək. Digər tərəfdən, Azərbaycanla Çin arasında 2,1-2,2 milyard dollarlıq ticarət dövriyyəsi var. Bu, Azərbaycan üçün kifayət qədər böyük göstəricidir. Azərbaycanlı sahibkarların Çin bazarında rahat hərəkət edə bilməməsi, birbaşa uçuşların dayandırılması, Çin əhalisinin alıcılıq qabiliyyətinin azalması fonunda həm bu ölkədən idxal, həm də oraya ixrac azalacaq”.

Ekspertin sözlərinə görə, Çindən Azərbaycana əhalinin əsas istehlak məhsulları idxal olunur: “Bu məhsulların digər ölkələrdən idxalla əvəz olunması mümkün olsa da, bu, qiymətlərin bahalaşmasına səbəb olacaq. Çünki Çindən əsasən aşağı və orta alıcılıq qabiliyyətli əhalinin aldığı ucuz mallar gətirilir. Zərərin ola biləcəyi digər sahə tranzit gəlirləridir. Bildiyiniz kimi, Azərbaycan Şərqdən Qərbə doğru məhsul daşınmasında tranzit ölkələrdən biridir. Azərbaycanın illik tranzit gəlirləri 500-700 milyon dollar civarındadır. Çindən Qərbə məhsul ixracının azalması Azərbaycanın tranzit gəlirlərinin də azalmasına səbəb ola bilər”.

R.Həsənov hesab edir ki, Azərbaycan hökuməti ticarətçi sahibkarların Çindən idxalı digər ölkələr hesabına mümkün qədər tez kompensasiya etməsi üçün onlara müəyyən güzəştlər tətbiq edə bilər. Eyni addımlar Çinə məhsul ixrac edən sahibkarlarla bağlı da atıla bilər.

"Düşünürəm ki, dünyanı cənginə alan bu virus o “viruslar”ı da məhv edəcək..." - VİDEO
"Bizimkilkər Türkiyə və Gürcüstanda ən çox əmlak alan ilk 5-liyində yer alırlar"
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
Neftdən şok bahalaşma - Bir neçə dəqiqəyə...
Kəlbəcərsiz 27 il - Həyat Bayramova işğal günlərindən danışdı + VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Köşə
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünya
“1918-1920-ci illərdə İspan qripi epidemiyasından sonra insanlar susmuşdu...”- Hadisə şahidi...
Hadisə
İngiltərədə koronavirusdan ölənlərin sayı 2 min 921 nəfərə çatdı...
Gündəm
“Hökumətin koronavirusla bağlı atdığı addımlar adekvatdır, amma...”
Dünya
Dünya koronavirusla mübarizə apararkən yeni virus 21 nəfərin həyatına son qoydu...
Yazar
Bəsti İsmayıl
Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram .
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
"Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
“Pulunu al – evdə qal!."
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247