“Həyatda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir..!”
Oxunub: 2923
21 Feb 2020 | 13:15
“Həyatda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir..!”

ANS Media Şirkətinin prezidenti Vahid Mustafayev öz “Facebook” səhifəsində dərc etdiyi məqaləsində Azərbaycanı təhdid edən problemlərdən, təhlükələrdən yazıb və bundan qurtuluş yolunu göstərib: 

Azərbaycanı təhdid edən indiyədək görünməmiş problemlər və təhlükələr qarşısında bir qurtuluş yolu var: bu, ən yeni bilik və texnologiyaların daim mənimsənilməsi, maraqların vətənpərvər müdafiəsi, istər orduda, istər iqtisadiyyatda, istərsə də mediada mübarizədə iştirak edən bütün bölmələrin gərgin zəhməti və sərt intizamı. Hər şey və hər şey cəbhə üçün işləməlidir - bu, Azərbaycanın maraqlarını digər xalqların və ölkələrin maraqlarından ayıran devizdir!

Təhsili diz üstə sürünməkdən ayağa qaldırıb, ona gəzməyə öyrətmək, sonra isə bütün ölkə boyunca yürüşə çıxarmaq lazımdır. Təhsilsiz vətənpərvərlik bütün milləti məhv etməyə qadir bir vəbadıp!

Silah tutan və qələm tutan insanların imicini yüksəltmək lazımdır, çünki məqsədləri bizi məhv etmək, bütün mənəvi və maddi dəyərlərimizi talamaq olan yırtıjılarla mübarizənin ön cəbhəsində məhz onlar dayanır. Bu, müharibədir və müharibədə döyüşmək gərəkdir, düşməndən mərhəmət və ya hörmət gözləmək lazım deyil. Hörməti ələ istər tüfəng, istərsə də qələm olsun - silah götürərək tələb etmək lazımdlır! Azərbaycanın Azərbaycan xalqından daha böyük heç bir gücü yoxdur! Bu xalq öz torpaqlarını geri qaytara bilər və buna hüququ var, bununla da müəyyən zaman içində Vətənimizi parçalmaq istəyən digər yırtıcıların da arzusunu gözündə qoyar. Biz xalqa arxalanmalıyıq. Buna görə də onun azadlığına hörmət etmək, ona təhsil vermək və rifahını dəstəkləmək lazımdır. Yalnız düşmənlərə münasibətdə, yəni Azərbaycan xalqının xoşbəxtliyini istəməyənlərin hamısına qarşı sərt olmaq lazımdır!

Bəlkə də, mənim daimi oxucum anlamır ki, mən niyə rus dilində yazıram? Bunun bir izahı var.

Birincisi, Azərbaycanın ictimai həyatının çox vacib institutu - ANS televiziya və radio şirkətinin və xəbər agentliyinin, onun vətənpərvər və maarifləndirici ruporunun olmadığı bir dövrdə, həmçinin Vətənimizin düşmənlərinin informasiya müdaxiləsinə qarşı mübarizədə bizi qoruyan qalxan çatışmadığına görə, itirdiyimiz mövqelər addım-addım, peşəkarcasına çeşidli növlərdən olan açıq və gizli, birbaşa və dolayı, həyasız və ya dost maskası taxmış düşmənlərin əlinə keçir. Rus dili bir beynəlxalq dil kimi azərbaycanlı olmayanların da başa düşməsinə imkan verir ki, hətta ANS müvəqqəti olaraq tam gücü ilə işləməsə də, ANS-çilər həmişə düşmənlərin istənilən hücumunu dəf etməyə hazırdırlar. Bəli, mənim əziz, gerçək ANS-çilərim, Vətənin maraqları naminə, rinqdə hətta bütün zərbələri  öz üzərimizə götürsək də, ayağa qalxıb həlledici bir zərbə endirməyi bacarmalıyıq!

Bilirəm ki, bir çox həqiqi ANS-çilər hazırda mediada işləmir, amma xatırlayırsınızsa, mən həmişə deyirdim: "ANS iş deyil, bu, bir həyat tərzidir!" ANS-çi fiziki cəhətdən harada olmasından asılı olmayaraq - ölkəmizin Müstəqilliyi və Ərazi Bütövlüyünün müdafiəsi - bu, Vətənpərvər ruhumuzun bizim fani bədənlərimizi tərk edəciyi son ana kimi borcumuzdur.

İkincisi, rəhbərliyi Azərbaycana qarşı düşmən və yırtıcı əhvalda olan bir ölkənin - Ermənistanın vətəndaşları 3 ildən artıqdır ki, ANS-dən vacib və həqiqətə uyğun məlumatlar ala bilmədiklərindən öz rəhbərlərinin təbliğat ifrazatına elə dərin gömülüblər ki, dözülməz və iyrənc  yalan onlara təmiz bir bahar bağının həqiqəti kimi görünür. Bu, ona görədir ki, alternativ yoxdur, çünki ANS-çilər susur. Siz gözəl bilirsiniz, siz Azərbaycanın müasir tarixinin yeganə şahidisiniz və siz hər şeyi öz gözlərinizlə görmüsünüz. Siz cəbhədə xəsarət aldığınız və döyüş yoldaşlarını itirdiyiniz zaman isti və rahat köşələrdə oturmuş murdarların yaydığı yalanları gerçəkdən ayıran faktları yalnız siz təqdim edə bilərsiniz. Nə olsun ki, müvəqqəti olaraq ANS yoxdur, axı ən vacib olan Müstəqil Azərbaycanımız var!

Vəziyyət o yerə çatıb ki, bu gün barıt qoxusu duymamış bir adam, küçədən torba ilə gəlmiş birisi ən yüksək tribunadan iddia edir ki, 26 fevral 1992-ci ildə Xocalıda mülki əhalini faşistcəsinə qətlə yetirilməsi Vermaxtda Dro Kanayan və Qaregin Njdenin qurduğu erməni legionunun rəhbərlərinin varisləri tərəfindən həyata keçirilməyib, hər iki faşistin abidəsi Ermənistanın paytaxtı - İrəvanda ucaldılıb, həmin abidələrə hər gün minnətdarlıqla, hörmətlə və onlara bənzəmək arzuları ilə gül dəmətləri qoyurlar. 1941-ci ildə Ermənistan Milli Şurasının xahişi ilə yaradılmış və şəxsən Adolf Hitler tərəfindən təsdiqlənmiş erməni faşist legionu birbaşa "die Waffen SS"in "Ölü baş"ının - Üçüncü Reyx qoşunlarının SS reyxsfüreri Henrix Himmlerin şəxsi komandanlığı altında olan ən amansız qrupu tərəfindən yaradılıb və təlim keçilib. (Auron, Yair. The Banality Of Denial: Israel And The Armenian Genocide, mətnə istinad: //books.google.az/books…).

Erməni
Erməni faşist legionunun əsgərlərinin şevronu (qol nişanı)

1941-ci ildə yaradılmış erməni faşist legionunun bayrağının 1991-ci ildə SSRİ-nin tərkibindən çıxmış və dövlət müstəqilliyini elan etmiş Ermənistan Respublikasının qəbul etdiyi bayraq ilə eyni olduğunu biləndə, mənim təəccübümün necə olduğunu bilə-bilməzsiniz. Bu "trikolor" tanınmamış Dağlıq Qarabağ Respublikasının bayrağında da təkrarlanır. Bu nədir, təsadüfdür? Bəs, erməni faşist legionunun birbaşa yaradıcıları və döyüş komandirləri Dro Kanayan, Qaregin Njdenin İrəvandakı abidələri də təsadüfdür? Bəs niyə zəhmətkeş erməni xalqına bu erməni faşist legionunun Vətəndə törətdikləri vəhşiliklərdən danışmırlar? Həqiqətən, 1942-ci ildən başlayaraq erməni legionunun batalyonları Qafqaza hücumlarda fəal iştirak ediblər.  (Auron, Yair. The Banality Of Denial: Israel And The Armenian Genocide, səhifə 238).

Erməni
Erməni faşist legionunun açıqcası

Erməni faşist legionunun tərkibi "die Waffen SS "Ölü baş"" tərəfindən soyuqqanlı qatil kimi yetişdirilmiş 30 min silahlı əsgər olub (Auron, Yair. The Banality Of Denial: Israel And The Armenian Genocide, səhifə 261).

Erməni
Erməni faşist legionunun əsgərləri

Bu legionun döyüşçüləri tərəfindən Qızıl Ordunun 4,5 mindən çox erməni əsgəri və etnik mənşəcə erməni olan yerli sakinlər məhv edilib. Onların yalnız bir anlayışı  olub - əgər sən sovet ermənisənsə, deməli, məhv olmalısan! Özünüz təsəvvür edin, bu günahsız qətlə yetirilən erməni fəhlələrinin, kəndlilərinin və ziyalılarının nəvələri və nəticələri bu gün Ermənistanın müasir rəhbərliyinin faşist ideologiyasının təbliğatının təsiri altında öz qohumlarının və yaxınlarının soyuqqanlı qatillərinin ayaqlarına çiçək qoymaq məcburiyyətində qalırlar. Bu məzhəkədən daha təhqiramiz və kədərli nə isə ola bilərmi?

Ermənistanın indiki baş naziri, heç zaman barıt qoxusu duymamış və küçədən çanta ilə gəlmiş Nikol Paşinyan günahsız azərbaycanlı fəhlələrin, kəndlilərin və ziyalıların öldürüldüyü Xocalı qətliamının azərbaycanlıların özlərinin törətməsi ilə bağlı iddialarını eşitdikdə heyrətimi gizlədə bilmədim. Əlbəttə ki, onun çıxışı spiçrayterləri tərəfindən hazırlanıb, məqsəd təxribat və iğtişaşlara, mübahisə və hiddətlərə səbəb olmaqla növbəti dəfə ictimaiyyəti əsas mövzudan - Qarabağ azərbaycanlılarını öz doğma torpaqlarına qaytarılması mövzusundan yayındırmaqdır.

Amma kimsə gizlicə asqırırsa, öz viruslarını başqalarına yaymaq istəyirsə, onun qarşısında ciddi və tam kişi boğazı ilə öskürmək lazımdır ki, heç kim ağzımızın olmadığını düşünməsin!

İlk öncə, soruşmaq istəyirəm ki, sən kimsən və bu hadisələr barədə nə haqla danışırsan - sən ki, orada yox idin, amma mən orada idim! Mənim qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev orada idi və bütün dünyaya yerli Əsgəran ermənilərinin dəstələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə törətdikləri vəhşiliklər barədə məlumat verdi. Bu barədə heç bir şişirtmə olmadan, sələfiniz, Ermənistan prezidenti Serj Sarkisyan Britaniya jurnalisti,  Qafqaz üzrə mütəxəssis Tomas de Vaala verdiyi müsahibədə danışır. Erməni həmkarlarımızın mənbəni axtarmaqda çətinlik çəkməmələri üçün dərhal link qoyuram: (//carnegieendowment.org/files/DeVaalinterview_r1.pdf)

Bu ağır günlərdə hər bir vicdanlı Azərbaycan jurnalisti siyasi yönümündən və mövqeyindən asılı olmayaraq tarixçi, yazıçı və döyüşçü olmağa borcludur. Həyəcan anında tam gücü ilə Vətənin, onun ərazi bütövlüyünün və ən əsası, müstəqilliyinin müdafiəsinə qalxa bilmək üçün! Bu gün müvəqqəti olaraq ANS-in olmadığı bir zamanda ANS Media Akademiyası tərəfindən yetişdirilmiş kadrlardan və yeni mənəvi dayanıqlı vətənpərvərlərdən möhkəm və etibarlı bir qalxan, real və virtual ordu yaratmaq lazımdır. Bu, yaxın aylar və həftələr üçün təxirəsalınmaz döyüş tapşırığıdır. Düşmənlərin mühasirəyə aldığı Azərbaycan Respublikası dərhal ən əzmkar və fədakar jurnalistlərdən batalyonlar təşkil etməyə başlamalıdır. Bu kadrlar dəmir nizam-intizamla qaynaqlanmalı, öyrədilməli, ən müasir müasir jurnalistika və publisitika sənəti ilə təchiz edilməli və silahlandırılmalıdır.

Belə ki, məndən başlayaq. Mən, şəxsən, vəzifəcə bir jurnalist olaraq, son vaxtlar, məhz Xocalı hadisələri  ərəfəsində, erməni siyasi elitasının saxta təbliğat kampaniyasının ifşa olunması ilə bağlı seriya reportajlara başlayıram. Heç kimə sirr deyil ki, bu kampaniya Azərbaycanın Milli Yayım və Media Şirkəti olan ANS-in olmadığı bir vaxtda baş tutub və Azərbaycanda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmək, habelə azərbaycanlı gənclər və həddi-buluğa çatmamış internet istifadəçiləri arasında vətənpərvərlik ruhunu aşağı salmaq və ləkələmək məqsədi güdür! Yuxarıda bəhs edilən müsahibədən vacib məqamları sizə təqdim edirəm:

Tomas de Vaalın 15 dekabr 2000-ci il tarixində Ermənistan müdafiə naziri Serj Sarkisyandan götürdüyü müsahibə.

“Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

Serj Sarkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşərək oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu gənclərin (erməni əsgərlərin – müəllif) arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır...

Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və mərmi uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir...

Tomas de Vaal: Amma mən deyə bilərəm ki, məndə olan məlumatlara görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.

Serj Sarkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər. İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant (Seyran) Ohanyan orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.

Başqa rusların köməyinə gəlincə, inanmayın - yalandır. Bizdə yeganə rus  - general-leytenant Anatoli Zineviç idi, o da həlak oldu, amma o, çoxdan təqaüdə çıxmışdı və burada Ermənistan Müdafiə Nazirliyində məsləhətçi idi. General Xristofor İvanyanla (Xocalı şəhəri bu gün belə adlandırılır – müəllif), Vazgen Sarkisyanla birlikdə 1992-ci ilin yayında üç günlük oraya gəldilər. Beləcə, onlar mənimlə birlikdə sona qədər orada qaldılar.

Tomas de Vaal: Ancaq siz artıq Ermənistanda olmağınıza görə, çox yaxşı bilirsiniz ki, məhz bu rayonların, Ağdamın və s.-in işğalı ən böyük siyasi və humanitar problemlər yaradır. Deməli, yalnız Dağlıq Qarabağ və bəlkə də Laçın alınsaydı, indi məsələ belə kəskin olmazdı.

Serj Sarkisyan: İnanıram ki, biz, sadəcə, lazım olanı etdik. Əgər 1994-cü ildə biz yekdil olsaydıq, daha çox döyüş sursatımız olsaydı, biz daha böyük məsələni həll edərdik, bəlkə də, əvvəlcə mənfi  qəbul ediləcəydi, amma sonra çox müsbət rol oynayacaqdı. Biz prinsipcə, Kürə qədər çıxa bilərdik və bu vəziyyətdə əlbəttə ki, Azərbaycan çox zəifləyəcəkdi, yəqin ki, qaçqınlar iki-üç qat çox olacaqdı və əraziləri iki-üç qat daha çox itirmiş olacaqdı. Düşünürəm ki, o zaman daha çox danışıqlara meylli olardılar.

Tomas de Vaal: Mənim Levon Ter-Petrosyan ilə söhbətim olub, sizin də fikrinizi eşitmək istərdim. Deyir ki, onun istefasına qədər Vazgen Sarkisyan, Serj Sarkisyan, Robert Koçaryan, ümumiyyətlə, Azərbaycanla anlaşmaq istəməyiblər...

Serj Sarkisyan: Fikir ayrılığı vardı. O hesab edirdi ki, bizim güzəştə getməyimizin vaxtı çatıb. Bizsə inanırdıq ki, hələ də ehtiyatlar var, sülh yolu ilə daha çox əldə etmək üçün imkanlar tam tükənməyib. Mən hətta ondan xahiş etmişdim: "Levon, bizə ən azı altı ay ver, bir daha cəhd edək, bəlkə bizdə nəsə alındı"... (əlavə Azərbaycan torpaqları zəbt etmək - müəllif). Ancaq biz belə bir güzəştə gedə bilmədik. Başa düşürəm, bütün bunlara Levon rəhbərlik etdi, başa düşürəm, prezident o idi. Ancaq bu uşaqları birbaşa döyüşə biz apardıq, anlayırsız? Yəni, biz itirirdik ... Demək olar ki, bütün dostlarımı itirdim, demək olar ki, hamısını. Mənə kömək etmək üçün atası ilə birlikdə gələn 18 yaşlı qardaşım oğlumu itirdim. Oğlan orada həlak oldu. Ancaq biz başqa cür ola bilməzdik...

Tomas de Vaal: ...Əlbəttə, o zaman romantik  dövr var idi, amma indi fərqlidir. Yenə də, hesab edirsinizmi, romantik hərəkat çox yanlış hesab idi və başqa cür davrana bilərdiniz?

Serj Sarkisyan: Yox, təəssüf etmirəm, heç təəssüf etmirəm. Çünki, görünür, belə təlatümlər lazımdır.

Tomas de Vaal: Hətta minlərlə insan həlak olanda da?

Serj Sarkisyan: Nə edə bilərsən ki? Minlərlə insan həlak olur, bəli...“

Əziz oxucular, unutmayın ki, həyatımızda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir. Çox təəssüf ki, mənim bu vacib faktları daha geniş şəkildə yaymaq üçün “Facebook” səhifəmdən başqa bir imkanım yoxdur. Bizə qoşulun və  bu məqaləni yayın.

Hörmətlə, Vahid Mustafayev, 20 fevral 2020-ci il. 

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası