Əsgər ölümlərinin ənənə halını aldığı, generallarının bir-birinin ardınca həbs göndərildiyi və istefa verdiyi Ermənistan ordusunda vəziyyət getdikcə dramatikləşməkdədir.
Maraqlıdır, zaman-zaman ölkəmizə qarşı hədə-qorxu dolu bəyanatlar səsləndirən Ermənistanın
yarımcan vəziyyətində olan bir ordu ilə yeni hərbi əməliyaytlara başlaması, yaxud işğaldakı əraziləri sona qədər öz nəzarətində saxlaması mümkündürmü?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə belə bir ehtimalın yalınız bir halda mümkün ola biləcəyini vurğuladı:
“Təbii ki, indiki mqəamda Ermənistanın belə bir adım atması inandırıcı deyil. Çünki Ermənistan ordusundakı mövcud durum, habelə onun iqtisadi gücü hamıya məlumdur.
Ermənistanın hərbi əməliyyatlara başlaması yalnız o zaman baş verə bilər ki, bu ölkənin daxilindəki böhtan ən pik həddə çatsın. Belə olarsa, o zaman rəsmi İrəvan diqqəti ağır daxili vəziyyətdən yayındırmaq üçün belə bir addım ata bilər”.
Seymur ƏLİYEV