Xəbər lenti
03/04/2020 [15:32]:
Məşhur tarzən Şəhriyar İmanov eyvanda canlı konsert verdi - VİDEO
03/04/2020 [15:30]:
“Ötən ömrə nəzər salmaq üçün az qala koronavirusun “atasına rəhmət oxuyacaqdım”, amma...”
03/04/2020 [15:28]:
“Bakı-Sumqayıt yolunun genişləndirilməsi zəruri idi”
03/04/2020 [15:15]:
Şahdağa 2 sm qar yağıb - FAKTİKİ HAVA
03/04/2020 [15:13]:
Bakıda məşhur müğənni karantinə belə aparıldı... - VİDEO
03/04/2020 [15:11]:
BMT əməkdaşı koronavirusdan öldü
03/04/2020 [15:09]:
İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı görülən işlərlə tanış oldu - YENİLƏNİB + FOTO
03/04/2020 [15:05]:
Karantin rejimini pozmağa görə cəzalar: cərimədən 5 il həbsə qədər
03/04/2020 [15:04]:
Azərbaycanda nazirdən yeni təyinat
03/04/2020 [14:23]:
Rusiyada son sutkada 601 nəfərdə koronavirus aşkarlanıb, dörd nəfər ölüb
03/04/2020 [14:23]:
Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram .
03/04/2020 [14:22]:
Koronavirusdan ölən müsəlman necə dəfn olunmalıdır? - QAYDALAR
03/04/2020 [14:21]:
Əli Əhmədov: "Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır"
03/04/2020 [14:20]:
Üç hədəf dövlət: Bioloji savaşın ilk qurbanları niyə onlar oldu...
03/04/2020 [14:19]:
Karantin rejimində uşağını gəzdirməyin yolunu tapdı - FOTO
03/04/2020 [14:16]:
İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı
03/04/2020 [14:14]:
Tibb müəssisəsindən qaçan koronavirus xəstəsi belə saxlanıldı - VİDEO
03/04/2020 [14:12]:
"Biz birlikdə mücadilə aparmaqla qlobal təhlükələrdən az itki ilə çıxacağıq" - VİDEO
03/04/2020 [14:11]:
Koronavirusa görə təxirə salınan “Eurovision 2020" onlayn keçiriləcək
03/04/2020 [14:11]:
BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"
03/04/2020 [14:04]:
"Vətəndaşlar icazə üçün yarım saat, bir saat əvvəldən müraciət etməlidir" - RƏSMİ
03/04/2020 [13:59]:
Neymardan bir milyon avroluq yardım
03/04/2020 [13:57]:
"Düşünürəm ki, dünyanı cənginə alan bu virus o “viruslar”ı da məhv edəcək..." - VİDEO
03/04/2020 [13:55]:
225 minlik kirayə haqqını ödəmədi, məhkəməlik oldu
03/04/2020 [13:51]:
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
03/04/2020 [13:51]:
"Bizimkilkər Türkiyə və Gürcüstanda ən çox əmlak alan ilk 5-liyində yer alırlar"
03/04/2020 [13:46]:
"Xalq artisti" adından utan" - Zöhrə Abdullayevadan sərt sözlər
03/04/2020 [13:42]:
“Corona” pivəsinin istehsalı dayandırıldı
03/04/2020 [13:33]:
Cütlük yeni doğulan əkizlərinə Korona və Kovid adını qoydu - MARAQLI
03/04/2020 [13:29]:
Koronavirus şübhəsi ilə karantinə alınan millimizin üzvü barədə son məlumat
03/04/2020 [13:29]:
"Tərki-dünyalıq movzulu yazılarım bəzən qınaq obyekti olur, amma..."
03/04/2020 [13:28]:
Koronavirusla bağlı şok fakt ortaya çıxdı – 49 gün müddətində… – VİDEO
03/04/2020 [13:25]:
Azərbaycandan İrana gedənlər artıb, Rusiyaya gedənlər azalıb
03/04/2020 [13:23]:
Gəncədə karantin rejimini pozanlar cərimələnib - FOTOLAR
03/04/2020 [13:18]:
Bu ilin birinci rübündə dövlət büdcəsində 2,5 mlrd manatlıq profisit yaranıb
03/04/2020 [13:15]:
65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? - RƏSMİ
03/04/2020 [13:12]:
İslandiyada yoluxma hallarının 50%-i simptomsuzdur
03/04/2020 [13:02]:
Koronavirusla bağlı ölkəsində həqiqətlərin gizlədildiyini deyən həkim saxlanıldı...
03/04/2020 [13:01]:
Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib -VİDEO
03/04/2020 [12:55]:
“Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək”
03/04/2020 [12:55]:
Evdən çıxmağa görə icazə üçün hazırlanan sistem təqdim olundu
03/04/2020 [12:54]:
icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başladı
03/04/2020 [12:53]:
UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq
03/04/2020 [12:51]:
Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü
03/04/2020 [12:49]:
İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - FOTOLAR
03/04/2020 [12:47]:
Londonda koronavirusa yoluxanların sayı 60 dəfə çoxdur - İDDİA
03/04/2020 [12:45]:
Karantin günlərinin ən seksual qadınları - FOTOLAR
03/04/2020 [12:38]:
“Bu xəstəliklə mübarizədə əhval-ruhiyyə çox önəmlidir...”- Koronavirusa qalib gələn qadın...
03/04/2020 [12:35]:
"Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək" - POLİTOLOQ...
03/04/2020 [12:32]:
““Qazprom” Ermənistanı barmağına sarımaqda davam edir...”
03/04/2020 [12:29]:
2 apreldə dünyada koronavirusa yoluxanların statistikası- 79 min 869 yoluxma, 5 min 975 ölü
03/04/2020 [12:26]:
“Heç birimiz süddən çıxmış ağ qaşıq deyilik” – Xatun
03/04/2020 [12:17]:
Azərbaycanda daha altı nəfər koronavirusdan sağaldı - RƏSMİ
03/04/2020 [12:16]:
Ermənilərin Qazaxda törətdiyi təxribatın qarşısı alınıb
03/04/2020 [12:13]:
Füzulidə subartezian quyularının qazılmasına 980 min manat ayrıldı - SƏRƏNCAM
03/04/2020 [12:09]:
Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
03/04/2020 [12:09]:
Azərbaycanda karantində 4 321 nəfər var - RƏSMİ
03/04/2020 [12:02]:
BMT koronavirus əleyhinə qlobal həmrəylik qərarı qəbul etdi
03/04/2020 [12:01]:
"Qəbul edək ki, bu qədər sükut və unutqanlıqdan sonra Aprel döyüşləri milləti silkələdi"
03/04/2020 [11:53]:
Dünyaca məşhur türk professordan Türkiyəyə koronavirusla mübarizə üçün 5 kritik təklif...
03/04/2020 [11:46]:
Tramp: Səudiyyə və Rusiya neft istehsalını azaldacaq
03/04/2020 [11:45]:
Vilayət Eyvazov rəisi işdən ÇIXARDI
03/04/2020 [11:43]:
Son sutka ərzində bu qədər adam cərimələnib - STATİSTİKA
03/04/2020 [11:40]:
Subsidiya alan fermerlerə şad xəbər
03/04/2020 [11:33]:
Ermənistanda bir sutkada 73 nəfər koronavirusa yoluxub
03/04/2020 [11:32]:
FED-in balans hesabı rekord səviyyəyə yüksəlib
03/04/2020 [11:28]:
Azərbaycan COVID-19 ilə mübarizə haqqında BMT qətnaməsinin həmmüəllifi olub
03/04/2020 [11:25]:
Gürcüstanda ərzaq məhsulları bahalaşıb
03/04/2020 [11:24]:
Azərbaycanda karantin rejimini pozan 15 iaşə obyekti aşkarlandı
03/04/2020 [11:22]:
Dünyanın ən gözəl şəlalərindən birinin suyu azalıb - FOTO
03/04/2020 [11:21]:
Cazibədar model dəniz sahilindəki görüntüsü ilə heyran etdi - FOTO
03/04/2020 [11:20]:
Tramp Putinin etdiyi gözəl jestdən danışdı
03/04/2020 [11:18]:
Çində matəm elan edildi
03/04/2020 [11:11]:
Ronaldo bu il 1 milyard dollar qazanacaq
03/04/2020 [11:10]:
Fransada bir sutkada 1355 nəfər koronavirusun qurbanı olub
03/04/2020 [11:09]:
Azərbaycanda karantin rejimini pozan 15 iaşə obyekti aşkarlandı
03/04/2020 [11:09]:
“Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim” - Pərvin
03/04/2020 [11:07]:
Tramp Putinin etdiyi gözəl jestdən danışdı
03/04/2020 [11:02]:
Şura "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirib
03/04/2020 [10:58]:
Azərbaycan OPEC və qeyri OPEC ölkələri nazirlərinin görüşündə iştirak edəcək
Bütün arxiv bir sırada
21/02/2020 [14:08] - Cəmiyyət - ( 938 dəfə baxılıb)

100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX



Ermənilər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunduqdan sonra da ərazi iddiaları ilə Qarabağa hücumlara başlamışdı. Lakin həmin dövrdə, bütün çətinliklərə baxmayaraq  Azərbaycan hökuməti ermənilərin təcavüzkar hücumlarına hərbi-siyasi tədbirlərlə layiqincə cavab verib.

1920-ci ilin aprelində artıq bütün Qarabağ erməni silahlı dəstələrindən azad olunmuşdu və bununla da Azərbaycan Qarabağ üzərində suveren hüquqlarını tam şəkildə bərqərar etmişdi.

Bu il həmin tarixi hadisədən, Qarabağın erməni işğalından azad edilməsindən 100 il keçir.

Biz bu tarix haqqında nələri bilirik? Qələbənin bir əsrlik ildönümündə Qarabağın işğaldan azad olması üçün hansı addımları atmalıyıq?

1920-ci il uğurlu Qarabağ əməliyyatının 100 illiyi tamam olur

Mövzu ilə bağlı Modern.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi alim Firdovsiyə Əhmədova bu hadisənin siyasi əhəmiyyətindən söz açıb:

“Tarixi hadisələrlə bağlı bütün vətəndaşların məlumatlı olması çox arzuediləndir. Azərbaycan tarixinin orta və ali məktəblərdə tədris olunmasına baxmayaraq, konkret faktlar var ki, onun əhəmiyyəti haqqında vətəndaşlar eyni səviyyədə bilgili olmur.

1920-ci ildə həyata keçirilmiş uğurlu Qarabağ əməliyyatının 100 illiyi tamam olur. Həmin əməliyyatın bu gün də siyasi əhəmiyyəti var, aktuallığını saxlayan mövzudur. Ona görə ki məhz 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra ermənilər tərəfindən Azərbaycan Cümhuriyyətinin torpaqlarına da iddialar başlanmışdır.

Elə həmin dövrdə Ararat Respublikasının məhz əzəli Azərbaycan torpaqlarında yaradılmasına baxmayaraq, ermənilər artıq dövlət səviyyəsində Azərbaycan xalqına qarşı təcavüzkar siyasətini davam etdirirdilər, yeni ərazı iddiaları ilə çıxış edirdilər. 1920-ci ildə onların Qarabağla bağlı planlaşdırılmış xüsusi bir təcavüzkar əməliyyatı olmuşdu, geniş bir plan nəzərdə tutulmuşdu.

Qarabağın yuxarı, dağlıq hissəsində erməniləri ayağa qaldırmaqla yanaşı Ararat Respublikasından nizami qüvvlərin hərbi müdaxiləsi və Azərbaycanın digər ərazilərində, o cümlədən Gəncədə yaşayan erməniləri də ayağa qaldırmaqla Qarabağı işğal etmək üçün böyük bir plan hazırlanmışdı. Bu, həm də bolşevik hakimiyyəti, Sovet Rusiyası ilə razılaşdırılmış əməliyyat idi.

Sovet Rusiyası qüvvələrinin Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdığı bir dövrdə Bakı neftini ələ keçirmək baxımından onların məqsədyönlü fəaliyyəti ilə ermənilərin Qarabağda başlayacaqları qiyam əlaqəli şəkildə həyata keçirilməli idi. Azərbaycan dövləti qüvvələrini məhz Qarabağda qaldırılmış üsyanı yatırmağa cəlb etməyə məcbur oldu, yeni yaradılmış ordu bütünlüklə səfərbər olundu”.


KİV-lər diqqətdə saxlamalı, hərbi hissələrdə, məktəblərdə...

Firdovsiyə Əhmədova onu da qeyd edib ki, belə bir əhəmiyyətli tarixi hadisə diqqətdən kənar qalmamalıdır:

“Bu, elə bir dönəm idi ki, Azərbaycan ərazisində heç bir xarici qüvvə yox idi. Yəni, Azərbaycan hökuməti xarici hərbi qoşun olmadan, heç bir müttəfiqdən yardım almadan öz hərbi qüvvələrini səfərbər etməklə ermənilərin 1920-ci ildə Qarabağda qaldırdıqları o qiyamı yatırdı, onları Qarabağdan təmizlədi və Qarabağ üzərində Azərbaycan hakimiyyətini bərqərar etdi.

Bu əməliyyatın əhəmiyyəti ondadır ki, gənc formalaşmış Azərbaycan ordusu, Azərbaycan əsgər və zabiti təkbaşına uğurlu əməliyyat aparıb, düşmənləri ölkədən çıxarmağa nail oldu. Bu, bizim hərb tarixi baxımından şərəfli bir tarixdir .

Bu gün də həmin torpaqlar uğrunda müharibə gedir. Yenə də Ermənistan işğalçılıq siyasətini davam etdirir və bu tarixin 100 illiyini qeyd etməklə biz onlara bir daha göstəririk ki, heç bir xarici qüvvə dəstək vermədiyi təqdirdə belə Azərbaycan ordusu təkbaşına Azərbaycan torpaqlarını əsarətdən azad etməyə qadirdir.

Bu hadisənin baş verməsinin 100 illiyi ərəfəsindəyik. Hesab edirəm ki, bunu Kütləvi İnformasiya Vasitələri diqqətdə saxlamalıdır, hərbi hissələrimizdə, məktəblərimizdə bu hadisənin əhəmiyyəti haqqında bilgi verilməlidir”.

100 illiyə töhfə - Qarabağı azad edək!

Hərbi ekspert Üzeyir Cəfərov isə Qarabağın işğaldan azad olunmasının bu hadisənin 100 illiyinə töhfə olacağını düşünür:

“Bu məsələyə Azərbaycan nöqteyi nəzərdən yanaşsaq, Dağlıq Qarabağın işğaldan azad olunması bizim üçün ən böyük hədiyyə olar. Biz bunun üçün çalışmalıyıq. Beynəlxalq qurumlardan bu məsələni tələb etməli, bu məsələnin üstünə daha qətiyyətlə getməliyik.

Prinsipial nəticəyə nail olmaq üçün böyük güclərin dəstəyindən də bəhrələnməliyik. Onların bu işin tezliklə başa çatması üçün hərəkətə gəlmələrinə nail olmalıyıq. Prinsip etibarı ilə Azərbaycanın bu istəyi var. Elə bunu yaxın günlərdə Münhen təhlükəsizlik konfransında dövlət başçısı, Ali Baş Komandan kimi bir daha qeyd etdi. Amma Ermənistanın özünün və havadarlarının bu hərəkəti imkan vermir ki, Qarabağla bağlı lazım olan tədbirləri lazımi səviyyədə həyata keçirək”.

Üzeyir Cəfərov beynəlxalq aləmdə ədalətli qərarların qəbul olunması üçün daha çox çalışmağın vacibliyini vurğulayıb:

“Üzərimizə düşəni edirik. Məsələn, biz bir hərbçi kimi vaxtında Qarabağın ən ağır dönəmində iştirak etdik. Nəyi bacardıq, onu etdik. Bu gün də bizim davamçılarımız o işi həyata keçirir. Amma bütün məsələlər siyasi müstəviyə gəlib dirənib. Azərbaycan da hələlik ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələlərin həllini gözləyir. Amma bütövlükdə nə edə bilərik?

Prinsip etibarı ilə dünyada apardığımız işi bir qədər də günişləndirməliyik. Çox xoşagələn bir haldır ki, bizə dost, qardaş olan Ukrayna parlamenti bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı məsələni gündəminə çıxaracaq. Ukrayna kimi böyük bir dövlətin parlamentində bu məsələ müzakirə olunacaq. Çox istərdim ki, oradakı dostlarımız düzgün və ədalətli qərar qəbul etsinlər.

Biz 80-ci illərdə Qarabağ problemi ilə üzləşəndə bir sıra dövlətlər, o cümlədən dost Ukrayna da bu məsələyə o qədər də önəm vermirdi.


Amma özlərinin başına separatçılıq meyilləri ilə bağlı hadisə gələndən sonra bizi daha yaxşı anlamağa başladılar və bu istiqamətdə Azərbaycana böyük dəstək verdilər. Hesab edirəm ki, ən böyük tədbir o olar ki, Dağlıq Qarabağ məsələsinin həllinə nail olaq. Amma ermənilər çalışırlar ki, bu məsələni uzatsınlar. Onlar üçün məsələnin uzanması həm hakimiyyətlərinin ömrünün uzanması, həm də separatçılıq ideyasının davamçısı kimi vaxt udmaq deməkdir”.

"Düşünürəm ki, dünyanı cənginə alan bu virus o “viruslar”ı da məhv edəcək..." - VİDEO
"Bizimkilkər Türkiyə və Gürcüstanda ən çox əmlak alan ilk 5-liyində yer alırlar"
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
Neftdən şok bahalaşma - Bir neçə dəqiqəyə...
Kəlbəcərsiz 27 il - Həyat Bayramova işğal günlərindən danışdı + VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Ötən ömrə nəzər salmaq üçün az qala koronavirusun “atasına rəhmət oxuyacaqdım”, amma...”
Köşə
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünya
“1918-1920-ci illərdə İspan qripi epidemiyasından sonra insanlar susmuşdu...”- Hadisə şahidi...
Hadisə
İngiltərədə koronavirusdan ölənlərin sayı 2 min 921 nəfərə çatdı...
Gündəm
“Hökumətin koronavirusla bağlı atdığı addımlar adekvatdır, amma...”
Yazar
Bəsti İsmayıl
Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram .
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
"Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
“Pulunu al – evdə qal!."
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247