Qazaxıstanlı yazıçının romanı Bakıda çapdan çıxdı
Oxunub: 1274
22 Feb 2020 | 10:35
Qazaxıstanlı yazıçının romanı Bakıda çapdan çıxdı
Qardaş Qazaxıstanda yaşayıb-yaradan görkəmli uyğur yazıçısı Əhmədcan Əşirinin ünlü “İDİKUT” tarixi romanı bugünlərdə Bakıda işıq üzü görüb. “İDİKUT” romanı bundan öncə Qazaxıstan Dövlət Nəş-riyyatında (Almata), Türkiyədə “BENGÜ” Basım Evində (Ankara) və b. ünvanlarda, üst-üstə minlərlə tirajda nəşr edilib, oxucular tərəfindən rəğbətlə qarşılanıb.  
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Qazaxıstan Xalqı Assambleyasının (QXA) ortaq yayını olaraq “Zərdabi Nəşr”də nəfis tərtibatla çıxan 502 səhifəlik nəşrin “Təqdim” yazısını QXA başqan müavini Canseyit Tüymebayev, “Önsöz”ü DGTYB Gənəşi (Məsləhət Şurası) üzvü, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli yazıb. 
Romanı Azərbaycan dilinə DGTYB Yönətim Kurulu üzvü, şair-publisist, tərcüməçi Taleh Mansur çevirib. Nəşrin baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. 
Nəşrin mələhətçiləri Malik Otorbayev (Qazaxıstan) və Ə.Kərim ad. Poeziya Evinin direktoru İbrahim İlyaslıdır.
Tarixi “İDİKUT” romanı “Bavurçuk Art Tekin”, “Kıtan dövlətində”, “Gizli dərd”, “Beşbalıq”, “Budda bayramı”, “Monqol vadisi”, “Müqəddəs Orhun”, “Tatatuna”, “Əhd-peyman təpəsi”, “Altın Bikənin sirləri”, “Uyğur qurultayı”, “Min ev bütləri”, “Sarı çadırdan xəbər var”, “Uyğur süfrəsində”, “Cəngnamə və qiyamət”, “Qılınc tutan avaralar”, “Sırdəryada qan axmaz”, “Qaraqorum və İdikut”, “Oğuz xanın ox-yayı”, “Orhun məzarında”, “Dəfn edilmiş büt”, “Savaş tanrısı Selde” kimi 42 bölümdən ibarətdir.

Əsərin məllifi Əhmətcan Əşiri 1938-ci ildə Almata şəhərinin Şelek rayonunun Malıbay kəndində doğulub. Panfilov Kollecindən və Qazax Dövlət Universitetinin Filologiya fakultəsindən məzun olub. Qa-zaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı və Qazaxıstan Yazıçılar Birliyinin Başqan müavini vəzifələrində çalışıb.
Ədəbiyyat-sənət həyatına 1956-cı ildən etibarən başlayan Ə.Əşirinin yayınlanan ilk hekayələri “Sabah məltəmi” və “Fərqli insanlar” olub; 1965-ci ildə “Belə yaşamaq istərəm” adlı hekayəsi yayınlanıb; sonra bir neçə kitabı çıxıb. 
Əsərləri qardaş dillərə - Qazax, Qırğız, Özbək, Türk, eləcə də, Rus, Ukrayna dillərinə çevrilib. 
“Ölməyənlər”, “Muğamçı”, “Tikan”, “İdikut” piyesləri Qazaxıstan Dövlət Uyğur Musiqi Teatrında oynanmaqdadır. 
Müəllif müxtəlif təltiflərə, o cümlədən “Astana” medalına, “İlham” mükafatına layiq görülüb. 
“Belə yaşamaq istərəm” (1965), “Bunu unutamaram” (1969), “Solmayan güllər” (1977) hekayələr, “Tək yovşan” (1980), “Nur Ana” (1988), “İdikut” (2003) roman kitabları gün üzü görüb. 

Canseyit Tüymebayevin “Təqdim”, dos.dr.Təranə Turan Rəhimlinin “Önsöz” yazılarını oxucularla paylaşırıq:

TƏQDİM

Müstəqilliyinin 28-ci ildönümündə Qazaxıstan Respublikası, özünün hərtərəfli inkişaf strategiyasını müəyyənləşdirərək, xalqın hüzur və barış içində yaşaması üçün önəmli addımlar atmaqdadır. Qazaxıstan qloballaşan dünya ilə inteqrasiya halında olmaqla yanaşı, milli dəyərlərini yenidən canlandıraraq, öz məf-kurəsini, öz mənəvi və mədəni gücünü, enerjisini davam etdirmək məqsədi ilə “Əbədi El” qayəsini (xəyalını) təmin etmişdir. Müstəqil Qazax dövləti bu hədəfə yetmək üçün mədəniyyət-sənət dünyasını, özəlliklə, bu sahənin təməl daşı olan ədəbiyyatı ən önəmli ünsür sayaraq, milli duyğu və düşüncə üfüqünü genişləndirməyi qarşıya məqsəd qoymaqdadır. 
“Əbədi El” milli məfkurəsinin təməlində isə, məmləkətin barış içində yaşama ideyası yer alıb. Qaza-xıstanın Qurucu Cümhurbaşqanı Nursultan Nazarbayevin öncüllüyü ilə qurulan və Atatürkün “Yurdda sülh, cahanda sülh” sözüylə özdəşləşən Qazaxıstan Xalqı Assambleyası quruluşunun 25-ci ildönümündə eyni ideya yönümündə çalışmalarını sürdürməkdədir; beləliklə, mədəniyyət və mənəvi dəyərləri etnik fərqliliklərlə bax-madan dünyaya tanıtmaqdadır. Bu isə, ədəbiyyatın birləşdirici özəlliyidir. Bu etibarla, Qazaxıstanda bulunan etnik qruplar, həssas qardaş uluslar istər tarixi, istər güncəl mövzuları işləyərək, günümüzdəki dünyanın möhtac olduğu barış və xoşgörünün önəmi ilə həyatiliyinə hər zaman istinad etməkdədir.
Qazaxıstanda Uyğur ədəbiyyatının önəmli yeri vardır. Uyğur dilində sürəkli olaraq qəzet, dərgi, almanax yayınlanmaqdadır. Uyğur yazarlarının əsərləri çıxmaqdadır. Qazaxıstan Yazıçılar Birliyində Uyğur ədəbiyyatı bölümü fəaliyyət göstərməkdədir. Birliyin qurulduğu ilk dönəmdə İ.Sattirovun, İ.İskəndərovun şeirləri yayınlanmış, C.Asimov, A.Sadirov və K.Həsənovun pyesləri səhnələşdirilmişdir. Qazax şairi və fikir adamı Abayın şeirləri, Sabit Muxanovun romanı, Qabit Müsirepovun əsərləri Uyğur dilinə çevrilmişdir. Son illərdə hər iki dilə çevrilərək dövlətin dəstəyi ilə yayınlanan xeyli kitab vardır. Bunlar iki millətin qardaşlıq, qohumluq ilişkilərinin göstəricisidir.  
Günümüzə qədər ədəbiyyat sahəsində böyük çalışmalara imza ataraq milli mədəniyyətin, milli də-yərlərin unudulmaması üçün böyük qeyrət göstərən, Qazax və Uyğur ədəbiyyatının gəlişməsinə böyük qatqılarda bulunan dəyərli yazarımız Əhmətcan Əşiri, qələmə aldığı “İdikut” romanı ilə oxucuların ilgisini çəkir. 
İdikut! – Bir zamanlar Uyğur dövləti öz mövcudiyyətini qorumaq üçün mücadilə verib. Daha doğrusu, romanın qəhrəmanı olan Baurçuk Art Təkinin izlədiyi elmi siyasətiylə dövlətin dini, dili və suverenliyi qorunub. Beləliklə, xalqın birlik və bərabərlik ruhunun sayəsində müstəqillik əldən getməyib. Romanın özə¬yini təşkil edən bu fikir əsərə rəng qatır və can verir; qardaşlığın nə qədər önəmli olduğunu əyani şəkildə göstərir. – Bununla da, birlik və bərabərliyin nə qədər həyati bir məsələ olduğunu dərin-dərin anladır.
Dəyərli yazarımız Əhmətcan Əşiri, uzun zaman Qazax radiosunda, Qazaxıstan Yazıçılar Birliyində məsul vəzifə daşıyaraq, Qazax və Uyğur ədəbiyyatı arasındakı körpünün möhkəmlənməsinə böyük xidmətlər göstərib. O, bir çox Qazax yazarının əsərini Uyğur dilinə çevirib. Qocaman yazıçı Qazaxıstanın söz sənətində önəmli yerə sahib olan Z.Səmədi, X.Abdulin, X.Həmrəyev, N.İsrailov, C.Bosakov kimi Uyğur ədəbiyyatı duayenlərinin mədəni irsini davam etdirməkdədir. O, bir çox millli və uluslararası ödüllərin sahibi, Qa¬za-xıstanın Əməkdar İncəsənət Xadimidir.
Qardaş Uyğur dövlətçiliyinin, Uyğur xalqının həyatını anladan, günümüzə ibrət olacaq tarixi olayları açan romanın, Azərbaycan oxucusunun da ilgisini çəkəcəyindən əminəm. Könül birliyi – tanıtmaqdan keçər. Beləliklə, Uyğur xalqının qatlandığı çətinlikləri, paylaşdığı sevincləri, gələnək-görənəkləri tanıdan bu əsər, könül bağımızı daha da möhkəmləndirməkdir – deyə düşünürəm. 
Əsərin yayınlanmasına dəstək verən Qazaxıstan Xalqı Assambleyasının üzvü Əhmətcan Bakrimoviç ŞARDİNOVa ən içdən duyğularımla təşəkkür edir, “İDİKUT”un oxucuların baş ucu kitabı olmasını təmənna edirəm.

Canseyit TÜYMEBAYEV,
Qazaxıstan Xalqı Assambleyasının Başqan müavini

ÖNSÖZ

Uyğur ədəbiyyatı çağdaş dünya xəritəsində Monqolustan, Çin, Orta Asiya torpaqlarının sınırları için-dəki bəlli ərazilərdə qədim dövrlərdən yaşayıb fəaliyyət göstərən uyğurların yüksək mədəniyyəti və zəngin milli-tarixi ənənələri əsasında yaranıb formalaşmış, inkişaf etmişdir. Uyğurların dövlətçilik tarixi adını məşhur Köktürk və ya Orhun abidələrindən tanıdığımız əzəmətli Orhun Uyğur xaqanlığından başlayır. Bu qüdrətli dövlət süquta uğradıqdan sonra İdikut, Sarı uyğur və Qaraxanlılar kimi üç uyğur dövləti qurulur ki, onların üçü də tarix səhnəsində elm, mədəniyyət abidələri ilə dərin izlər qoymuşdur. Qədim uyğur dövləti İdikut haqqında elmi fikir və mülahizələrlə, bədii təsəvvürlərlə tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, uyğurlar öz zəngin mədəniyyətləri ilə torpaqlarının həmsərhəd olduğu, qaynayıb-qarışdığı qonşu dövlətlərin inkişafına həmişə nüfuzedici təsir göstərmişlər. Başqa türk xalqları kimi uyğurların da Qaraxanlı dövləti və Qızıl Orda dövrlərinə aid qədim türk ədəbi-mədəni mirasının sahibi olduğu danılmazdır. 
Uyğur ədəbiyyatının tarixindən bəhs edərkən bu ədəbiyyatın mühüm bir şaxəsinin yarandığı Qazaxıstandakı inkişaf yoluna ayrıca nəzər salmaq lazımdır. Çünki uyğur ədəbiyyatının Qazaxıstanın ədəbi-mədəni inkişafında özünəməxsus yeri olduğu kimi, Qazaxıstan dövlətinin və qazax millətinin də bu ədə-biyyatın təbliğində, başqa millətlər tərəfindən tanınmasında və sevilməsində mühüm xidmətləri vardır. 
Milli mədəniyyətin, milli tarixi dəyərlərin, mənəvi mirasın hər zaman diqqət mərkəzində olması, unudulmaması üçün bütün mənəvi gücünü səfərbər edən çağdaş uyğur yazıçıları içərisində Əhmədcan Əşirinin ədəbi fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Yazıçının “İdikut” romanı uyğur millətinin qiymətli mənəvi abidəsi hesab olunmağa layiqdir.
Yazıçının böyük oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanan “İdikut” romanı 2003-cü ildə qazax dilində Qazaxıstanda, 2010-cu ildə rus dilinə tərcümə edilərək Moskvada, 2016-cı ildə Türkiyə türkcəsinə çevrilərək Ankarada çap olunub. 
“İdikut” romanının davamı olan “Bavurcuk Art Tekin” romanı isə 2013-cü ildə nəşr edilmişdir. Həmin ildə yazıçının “Dili ziya” romanı da Moskvada işıq üzü görmüşdür. 
Əhmədcan Əşiri uyğur milli dramaturgiyasının inkişafında da çoxsaylı uğurlara imza atmış, əsərləri Qazaxıstan Uyğur Teatrında səhnə təcəssümü tapmışdır. O, “Doğulanlar ölmürlər” publisistik, “Mukamçi”, “İdikut” tarixi, “Dekhanin” ekoloji, “Məharətli” kəskin satirik dramlarının müəllifidir.
Ədəbi tərcümə sahəsində də uğurlara imza atan uyğur yazıçısı A.P.Çexovun “Albalı bağı”, K.Şan-gitbayevin “Ah, bu cigitlər”, Q.Lorkanın “Qanlı toy” pyeslərini tərcümə etmişdir.
Görkəmli yazıçının söz sənətinə, mədəniyyətə xidmətləri Qazaxıstan hökuməti tərəfindən yüksək qiymətləndirilmiş, o, bir çox mötəbər fəxri adların və mükafatların sahibi olmuşdur. 1994-2005-ci illərdə Qazaxıstan Dövlət Təqaüdü almış, 2003-cü ildə “İdikut” romanına görə “İlham” mükafatı laureatı olmuş, “Əməkdə fərqlənmə” medalı və “Astana” medalı ilə təltif edilmişdir. 2005-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə “Əməkdar İncəsənət Xadimi” adını almışdır. 
Uyğur yazıçısının “İdikut” romanını yaradıcılığının zirvəsi hesab etmək olar. “İdikut” oxucuda uyğur milli varlığının kamil ifadəsi, uyğur həyatının ensiklopediyası kimi dolğun bədii təəssürat yaradır. Paytaxtı Turfan şəhəri olan İdikut dövləti miladdan sonra İdikut Pan Təkin xan tərəfindən 850-ci ildə yaradılıb. “İdikut” sözünün mənası “ulu bəxt”, ulu səadət” olduğundan hökmdarların Allah tərəfindən seçildiyinə, uca bir tale ilə doğulduğuna işarə olaraq dövlət başçısının adının əvvəlinə bu söz əlavə edilirdi. Beləliklə, İdikut dövlətinin adı gözəl tale və xöşbəxtliyi ifadə edirdi. Əhmədcan Əşirinin romanında da ilk başda bu ölkəni qayğısız, xoşbəxt, öz maddi və mənəvi sərvətlərindən məmnun, hökmdar sarıdan bəxti gətirən görürük. Lakin bu xoşbəxt dövlət, bərəkətli torpaqları, yüksək milli mədəniyyəti, sənətkarlığı, elmi, təhsili ilə qonşu dövlətlərin diqqətini öz üzərinə çəkən İdikutu tarixin ən çətin sınaqları gözləyir. Tarixdən də bəlli olduğu kimi, İdikut uyğur dövləti yalnız 850-1125-ci illərdə müstəqil dövlət kimi yaşaya bilib. Tarixin sonrakı dönəmlərində onun nemətlərinə həris ölkələrin tamahkarlığı İdikutun azadlığını əlindən alır. 1125-1209-cu illərdə Qara Kı¬tanlardan, 1209-1335-ci illərdə Çingiz Xanın imperatorluğundan yarımasılı durumda yaşayır. 
Uyğur İdikut dövlətinin konkret tarixi dövrü haqqında təsəvvür formalaşdıran bu tarixi romanın aparıcı qəhrəmanı Çingiz Xanın görkəmli sərkərdəsi olmuş uyğur xanı Bavurcuk Art Təkindir. Əhmədcan Əşiri bu obraz vasitəsilə əsərin əsas ideyasını açır, dövlət idarəçiliyində milli azadlıq mənafeyinin bütün maraqlardan öndə gəldiyini, milli müstəqilliyi qorumaq adına bir dövlət başçısının nə kimi qurbanlar vermək iqtidarında olduğunu nəzərə çatdırır. Yazıçı Bavurcuk Art Təkinin ağıllı siyasəti, Çingiz xanın vassallığını könüllü qəbul etməsi sayəsində öz vətənini monqol atlarının dırnaqları altında məhv olmaqdan qoruduğunu, uyğur İdikut dövlətini süquta uğramaqdan, ölkəni xaraba qalmaqdan xilas etdiyini göstərir. Bütövlükdə əsərin bədii pafosu nəyin bahasına olursa-olsun, dövləti, milləti düşməndən qorumaq, onu tarixin yaddaşından silinməyə qoy¬mamaq həqiqətinin izahına yönəlir. 
Bavurcuk Art Təkin həmişə həqiqətin tərəfində dayanan, çəkinmədən, yorulmadan ədaləti bərpa etmək naminə mübarizə aparan bir qəhrəmandır. Əsərin əvvəlində atası İyən Tömürlə mükaliməsində də, Çingiz xanla dialoqlarında da onun əsas həyat prinsipinin ədalət olduğunu müşahidə edirik. O, xalqının varlığı, mövcudluğu naminə Çingiz xana təslim olsa da, onun qərarlarını qəbul etsə də, söhbətlərində və dav-ra¬nışlarında qəlbinin dəırinliklərindəki səsə, azadlığını heç kimə güzəştə getməmək andına sadiqdir. 
Bavurcuk Art Təkin xalqa güvənən və onun etibarını qazanan bir hökmdardır. O, hər bir qərarını xalqına güvənərək verir, millətin taleyüklü məsələlərinin həllində nə qədər mürəkkəb situasiyalara düşsə də, İdikutluların onu anlayacağını, ona haqq verəcəyini bilir. Çünki İdikut xanı ilə sadə xalqı birləşdirən gö-zəgörünməz, sehrli bağlar var. 
Romanın “Əsrarəngiz ordu” bölümündə atası İyən Tömürün əmri ilə edam kürsüsünə qaldırılan Ba-vurcuk Art Təkini bu haqsız cəzadan, dar ağacından xilas edən özünün yaratdığı ordu olur. Lakin onu böyük sevgiylə öz İdikutu seçən və axıradək ona sadiq qalan xalqdır. Ölkəni idarə etməkdə çətinlik çəkən, rəiyyətin min bir əziyyətlə qazandığı ruzusunu yarımasılı vəziyyətdə olduğu Kıtanlara vergi verməklə çoxdan xalqın gözündən düşən, Kıtanlara girov olaraq verdiyi oğlunun vətəninə geri qayıtdığı üçün edamına qərar verən İyən Tömür sonunda xalqın qəzəbinə gəlir. Edamdan xilas edildiyi an başındakı örtü çıxarılınca atasının öl-dürüldüyünü görüb özünün sağ qalmasına sevinə bilməyən Bavurcuk Art Təkinlə Atay Salinin dialoqu bu baxımdan diqqəti çəkir: “Bavurçuk Art Təkinin bütün bədəni titrədi, fəryad qoparıb uşaq kimi ağlamağa başladı:
- Mənim atam! Atamı niyə öldürdünüz?!
- Xalqın hökmü belədir, - Atay Sali dedi, onu öz doğma balası kimi bağrına basdı, qıvrım saçlarını sığallayıb təsəlli verdi. - Bundan sonra sənin atan da, anan da xalqdır.” 
Baş rahib Atay Salinin “atan da, ana da xalqdır” kəlməsi həmin o müdhiş və eyni zamanda, yenidən doğulduğu gündən İdikutun həyat devizinə çevrilir. O, nəinki məzar daşına “İdikut İyən Tömür, xalqın qəzəbinə düçar olmuş” sözləri yazılan atasının səhvlərini təkrarlamır, əksinə xalqı həmişə özündən yüksəkdə görür. Yeri gələndə sahib olduğu hər şeyi xalqının yolunda, millətinin varlığı uğrunda fəda etməyə hazırdır. Məhz buna görə dünyanı çulğayan təhlükəni – Çingiz xan xaqanlığının dəhşətli müharibələrini öz ölkəsindən uzaq tutmaq üçün ağlasığmaz dərəcədə böyük qurbanlar verir. 
Bavurcuk Art Təkinin xalqının əmin-amanlığı üçün Çingiz Xanla bağladığı sazişin gətirəcəyi fə-lakətlərdən ilk dəfə onu xəbərdar edən Çingiz xanın qızı Altun Bikə idi. Sazişin şərtlərinə görə evlənəcəyi bu zərif və qeyri-adi intuisiyaya malik xaqan qızının müdhiş “proqnozu” gerçəkləşməsin deyə İdikut daim ayıq-sayıq olur. Lakin onun bu ayıq-sayıqlığı, tədbirli, ehtiyatlı siyasəti öz evinin içində sevimli həyat yoldaşı Aygümüş Məlikənin namusunu monqol noyanı Anquratın təcavüzündən qorumağa yetmir. Xalqını mon-qolların təcavüzündən uzaq tutmağı bacaran hökmdar xəbəri belə olmadan ailəsini qurban verir. Monqol xaqanı onun ən yaxşı sərkərdələrini cəsarətli çıxışlarına görə, haqqın tərəfində dayandıqları üçün aman¬sız-casına qətlə yetirir. Tarixin tək-tək yetirə biləcəyi hünərli igidlərinin, ordu başçılarının məhvi Bavurcuk Art Təkinin ürəyində sağalmaz yara açır, günlərlə, həftələrlə gözünə yuxu getmir. Lakin yeganə təsəllisi onu yaşadır. Bu təsəlli – Beşbalıq, Turfan kimi gözəl İdikut şəhərlərinin monqollar tərəfindən yandırılıb külünün göyə sovrulmamasıdır, cənnətə bənzəyən İdikut bağlarında barını yığıb yığışdıra bilmədikləri meyvə ağac-larının məhv edilməməsidir, günahsız körpə uşaqların vəhşiliklə öldürülməməsidir, məsum gənc qızların, iffətli qadınların namusunun əldən getməməsidir, igidlərin alçalmaması, qocaların təhqir olunmamasıdır... Böyütdüyü oğullar monqol ordusunun tərkibində döyüşüb həlak olsalar da, analar Çingiz Xanın güdaza verdiyi igid balar üçün göz yaşı töksə də, İdikut dövlətinin yaşamasıdır. Ən əsası, monqolların təcavüzündən sonra bir çox millətlərin yaşadığı faciənin baş verməməsi, uyğur millətinin genetik fondunun dəyişməməsidir. 
Öz millətini, idarə etdiyi dövləti Çingiz Xanın qorxunc yürüşlərindən, sadist siyasətindən qoruya bilən İdikut hökmdarı Bavurcuk Art Təkin əzəmətli dövlət başçısı, cəngavər sərkərdə, müdrik siyasətçi kimi türkün qüdrətini əks etdirir. “İdikut” romanı ulu türkün – adını daş kitabələrə, tarixi səlnamələrə, dastanlara yazmış, əsrlərin hafizəsinə köçürmüş ulu bir millətin tarix meydanındakı heykəli kimi qürur hissi doğurur. Oxucuya bu əzəmətli heykəlin, milli-mənəvi abidənin önündə ehtiramla baş əymək, uyğur İdikut dövlətinin timsalında türkün qəhrəman keçmişini bir daha xatırlayıb türk birliyi ideyasına inamla sarılmaq qalır. 

Sayğılarımla,

Dos.Dr. Təranə TURAN RƏHİMLİ
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO