ABŞ Rusya təhlükəsinə qarşı təlimləri davam etdirməkdədir.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bundan əvvəlki təlimlərdə olduğu kimi, bu dəfə də “Avropanı rus işğalından qoruyan” ABŞ, Rusiyanın “hücumuna” cavab olaraq bir sıra rus şəhərlərinə “nüvə zərbəsi” endirib. Çevik hərbi qüvvələr hesabına Kalininqradı zəbt edən” ABŞ ordusu, Rostov başda olmaqla, bir sıra şəhərləri də “bombardman edib”.
ABŞ-ın Rusiya ilə müharibə planını bu şəkildə ortaya qoyması, Rusiya cəmiyyətində ciddi qəzəb və narazılığa səbəb olub. Bəzi rus ekspertləri hesab edir ki, ABŞ-ın avropalı mütttəfiqləri ilə birlikdə Rusiyaya hücumu məşq etməsinin, rus şəhərlərini nümayişkəranə surətdə “dağıtması”nın özü Birləşmiş Ştatların Rusiyaya qarşı psixoloji basqısıdır. Onların fikrincə, bu cür təlimlər Avropa və dolayısı ilə bütün dünyada Rusiyaya qarşı nifrət hissi formalaşdırmaq, habelə “Rusiyaya hücumu” adiləşdirmək, rus insanını qorxu altında saxlamaq cəhdidir.
Rusiyalı politoloqlar hesab edir ki, Moskba bu cür təlimləri beynəlxalq səviyyədə qınamalı və analoji addımlar atmalıdır.
Seymur ƏLİYEV